13.İkinci Fransa imperiyası
III Napoleonun hökuməti (1852-1870-ci illər) Bonapart düşüncəsində aydın
şəkildəki avtoritar idi. O, Fransanın yalnız 15 il ərzində Konsulluğun və İmperiyanın
ləyaqətli inzibati, hərbi, ədalət, dini və maliyyə təşkilatına malik olduğunu qeyd edirdi
428
və həmin dövrün institutlarına (Naoleon dövrünə) qayıtmağı vacib sayırdı. O, xarici
siyasətdə az şeyə nail olmuşdu. Xüsusən onun Meksikadakı imperialist macərası
uğursuzluqla yekunlaşdı. Meksika bazarında fransız mallarının ağalıq etməsini
axtarmaqda olan imperator III Napoleon 1861-ci ildə fransız qoşunlarını Meksikaya
göndərdi ki, orada öz mənafelərini himayə etsin. Ölkədə qayda bərpa edildikdə,
Britaniya və İspaniya orduları oradan geri çəkilmişdi. Fransız qüvvələri isə qalırdı və
1864-cü ildə III Napoleon ershersoq Maksimilian Avstriyalını Meksikada yeni
imperator səviyyəsinə yüksəltdi. Fransız qüvvələri vətəndə lazım olanda, Maksimilian
ordusuz imperatora çevrildi. O 1867-ci ilin mayında liberal Meksika qüvvələrinə təslim
oldu və iyunda edam edildi. Onun edam edilməsi Fransa imperatorunun nüfuzuna
ciddi bir zərbə idi.
III Napoleonun Krım müharibəsində (1854-1856-cı illər) iştirak etməsi yeni
mükafat gətirən bir iş idi. Napoleon imperiyasının varisi olan III Napoleonun
motivasiyası ondan ibarət idi ki, Fransanı 1814-1815-ci illər sülh müqavilələrinin
məhdudiyyətlərindən azad etsin və onu Avropanın baş arbitri etsin. Osmanlı
imperiyasının tənəzzülündə də o, öz məqsədlərinə doğru addımlar atmaq imkanını
görürdü.
Krım müharibəsi həm də Şərq sualına cavab vermək üçün digər cəhd idi:
görəsən kim Osmanlı imperiyasının parçalanmasından başlıca faydanı götürəcəkdir?
XVII əsrdə Osmanlı imperiyası cənubi-şərqi Avropaya nəzarət edirdi, lakin 1699-cu ildə
Macarıstanı, Transivaniyanı, Xorvatiya və Sloveniyanı itirdi, onların hesabına Avstriya
imperiyası genişləndi. Rusiya imperiyası öz şərqində 1783-cü ildə Krımı və 1812-ci ildə
Bessarabiyanı tutmaqla, həmçinin Osmanlı imperiyasının ərazisini qəsb etmişdi. XIX
əsrin başlanğıcında Osmanlı imperiyası öz tənəzzülünün yeni dövrünə qədəm qoydu.
1830-cü ildə Yunanıstanda millətçilərin qiyamı ölkənin müstəqilliyi ilə nəticələndi.
1827-ci ildə Serbiya muxtariyyətə iddia etdi və 1830-cü ildə Osmanlı imperiyası bunu
tanıdı. Ruslar 1829-cu ildə Moldaviyanın Dunay əyalətlərində və Valaxiyada
protektorat əldə etdi.
Avropanın cənubi-şərqi ərazilərində Osmanlının səlahiyyəti yoxa çıxdı. Avropa
hökumətləri imperiyanın öz imtiyazlarından açıq imtina etməsinə fəal maraq
göstərirdilər. Onlar təkcə Rusiyanın Türkiyə barədəki ambisiyalarından qorxmurdular,
həm də bu zonada öz mənafelərinə malik idilər. Avstriya Balkanlarda daha çox torpaq
qoparmaq istəyirdi, bu arzu isə Rusiya ilə labüd münaqişə ehtimalı demək idi. Fransa
ilə Britaniya kommersiya imkanlarına görə və həm də Aralıq dənizinin şərqində hərbi-
dəniz bazası yaratmaq marağında idi.
Krım müharibəsi Rusiya ilə Osmanlı imperiyası arasında 1853-cüu ildə başlandı,
bu vaxt Rusiya Palestinada xristian kilsələrini himayə etmək hüququ tələb etmişdi, bu
imtiyazlar isə artıq fransızlar üçün genişlənmişdi. Osmanlılar imtina etdikdə, ruslar
Moldaviyanı və Valaxiyanı işğal etdilər. Danışıqlar uğursuz olduqda, Osmanlı
imperiyası Rusiyaya 1853-cü ilin oktyabrında müharibə elan etdi. Sonrakı ilin mart
ayında Böyük Britaniya və Fransa Rusiyaya müharibə elan etdilər. Niyə Britaniya və
Fransa bu addımı atdı? Britaniyalılar qorxurdular ki, təcavüzkar Rusiya Osmanlı
ərazisini tutmaqla və ya Dardanelə olan çoxdankı istəyinə görə Osmanlı hökumətinin
nəzərə çarpan zəifliyindən fayda götürməyə cəhd edəcəkdir. Beləliklə, bu hərəkət
429
Rusiyanı Britaniya hərbi-dəniz qüvvələrini Aralıq dənizinin şərqindəki nəzarətinə
meydan oxumağa qadir edəcəkdir və onu Şərqi Avropanın ən güclü dövlətinə
çevirəcəkdir. III Napoleon hiss etdi ki, ruslar Fransanı təhqir etmişlər, əvvəlcə Vyana
Konqresində və bu vaxt isə Osmanlı imperiyasında yaşayan xristianları himayə etmək
sahəsində onları əvəz etmək təkliflərinə görə. Fransızlar həm də Osmanlı imperiyasının
süqutundan və orada Rusiyanın təsirinin böyüməsindən qorxurdular. Rusiya isə
Avstriyanın dəstəyinə ümid edirdi, çünki 1849-cü ildə rus qoşunları Avstriya
hökumətini xilas etmişdilər. Ondan bir neçə il keçmişdi, bu vaxt isə Avstriya baş naziri
qısaca şərh vermişdi: «Biz dünyanı öz nankorluğumuzla təəccübləndirəcəyik» və
beləliklə Avstriya neytral qaldı. Rusiya təkbaşına vuruşmalı oldu.
Britaniya və Fransa Qara dənizdəki Krım yarımadasına hücum etməyi qərara
aldılar. Balaklava döyüşündə Britaniya Yüngül briqadasının (süvarilərinin) özünü
intihar qaydasındakı hücumu sonralar daha çox xatırlanırdı. Uzunmüddətli
mühasirədən sonra Sevastopoldakı rus istehkamları 1855-ci ildə təslim oldu. Bu, çar I
Nikolayın ölümündən 6 ay sonra baş verdi. Onun varisi II Aleksandr tezliklə sülh xahiş
etdi. 1956-cı ilin martında bağlanan Paris müqaviləsinə görə, Rusiya Bessarabiyanı geri
qaytarmağa və Qara dənizin neytrallığını qəbul etməyə məcbur edildi. Üstəlik,
Moldaviya knyazlığı və Valaxiya beş dövlətin himayəsi altına qoyuldu.
Krım müharibəsi hər iki tərəfə baha başa gəldi. 250 mindən çox əsgər
müharibədə həlak oldu, ölümün 60 faizi xəstəliklərdən, xüsusən xoleradan baş
vermişdi. Bu itkilər daha çox olardı, əgər Florens Naytingelin (1820-1910-cu illər)
cəhdləri olmasaydı. Onun təkidi ilə sanitar şəraitlərini ciddiləşməsi çox sayda həyatı
xilas etdi və orta sinfin öyrədilmiş qadınlarının şəfqət bacısı professiyasına
yüksəlməsinə kömək etdi.
Krım müharibəsi Avropa dövlətlərinin uzun müddət mövcud olmuş əlaqələrini
pozdu və Avropadakı razılığı məhv etdi. XIX əsrin birinci yarısında status-kvonu
dəstəkləyən iki əsas dövlət – Avstriya və Rusiya, müharibədə Avstriya Rusiyanı
dəstəkləmək istəmədiyinə görə, artıq düşmənlərə çevrilmişdilər. Məğlub olan,
alçaldılan, təhkimçi ordusu ilə açıqca zəifləyən Rusiya sonrakı iki onillik ərzində öz
daxili işlərini qaydaya salmaq üçün Avropa məsələlərindən kənara çəkildi.
Böyük Britaniya müharibədəki rolunda ümidi boşa çıxdığından, Kontinental
işlərdən özünü geri çəkdi. Həmçinin Avstriya öz neytrallığına görə haqq ödəməli
olduğundan, bu vaxt artıq böyük dövlətlər arasında dostsuz qalmışdı. Avstriyanın
beynəlxalq vəziyyəti dəyişkən idi. Yeni beynəlxalq situasiya İtaliya və Almaniyanın
birləşməsini mümkün etdi. Prussiyanın yol göstərməsi ilə Almaniyanın birləşməsinin
təşəbbüskarı və icraçısı Bismark olmaqla, o, bu işdə böyük uğur qazandı. Bismark kamil
siyasətçi və opportunist idi. o, həm də siyasi oyunçu deyildi, mülayim idi və yalnız
bütün digər diplomatik alternativlər işə yaramadıqda və həm də bütün hərbi və
diplomatik faydaların öz tərəfində olduğuna əmin olduqda müharibəni başlayırdı.
Bismark çox vaxt tam realist kimi qələmə verilirdi, Realpolitik-in XIX əsrdəki ən
görkəmli icraçısı idi. Kim ona müxalif olsaydı, həmin adamdan zəhləsi gedirdi. O, bir
səhər öz arvadına demişdi: «Mən bütöv gecəni yatmıram. Mən bütün mənalarda bütöv
gecəyə nifrət etmişəm». O, böyük məsələləri «dəmir və qanla» həll etməyə üstünlük
verirdi.
430
1870–1871-ci illərdəki Fransa-Prussiya müharibəsində Bismarkın məqsədi həyata
keçdi. 1866-cı ildən Prussiya Şimali Almaniyada ağalıq edirdi və Avstriya, Almaniya
işlərində hansısa bir əhəmiyyətli rol oynamaqdan təcrid edilmişdi. Bismark belə bir
fikrə gəldi ki, Fransa heç vaxt fransızların təhlükəsizliyinə potensial qonşu olan güclü
alman dövlətinin mövcudluğu ilə razılaşmayacaqdır. III Napoleona isə öz daxili
problemlərini həll etmək üçün diplomatik zəfər lazım idi. Fransızlar Almaniyada
hadisələrin dönüşündən heç də xoşhal deyildi və prussiyalıları alçaltmaq üçün
imkanlar axtarırdı.
Uğurlu inqilabdan sonra kraliça II İzabella devrildikdə, İspaniya taxt-tacı prins
Leopold Hohentsollernə təklif edildi, o, Prussiya kral sülaləsinə uzaq qohum idi.
Bismark, təkcə Fransa bunu rədd etdiyinə görə bu imkana sevindi. Əgər Leopold
İspaniya taxtına yerləşdirilsəydi, Fransa faktiki olaraq Hohentsollern sülaləsi ilə əhatə
olunacaqdı. Fransızların imtina etməsi Prussiya kralı I Vilhelmin öz qohumunu
namizədlikdən geri çəkilməyə məcbur etməsinə səbəb oldu. Bismark kralın
hərəkətindən məyus oldu, yalnız ona görə ki, məhz fransızlar öz istəklərinə nail
olmuşdu. Diplomatik qələbələri ilə kifayətlənməyərək, onlar I Vilhelmə təsir göstərdilər
ki, o, Fransadan rəsmi üzr istəsin və vəd etsin ki, bir daha heç vaxt Leopolda namizəd
olmağa icazə verməyəcəkdir. Kral Bismarkı fransızların tələbi ilə tanış etmişdi, kansler
öz növbəsində fransızları daha artıq təhqir etmək üçün teleqramı qəzetlərdə çap etdirdi.
O, yaxşı bilirdi ki, Fransa rəhbərliyi hirslənəcək və müharibə elan edəcəkdir. Fransa
Bismarkın gözlədiyi kimi də reaksiya verdi və Prussiyaya 15 iyul 1870-ci ildə müharibə
elan etdi. Fransanın baş naziri qeyd etmişdi: «Biz yüngül ürəklə müharibəyə gedirik».
Bədbəxtlikdən fransızlar üçün «yüngül ürək» heç də kifayət deyildi. Onlar daha
yaxşı rəhbərlik edilən və daha yaxşı təşkil olunmuş Prussiya qüvvələri ilə vuruşmalı
idilər. Şərqi alman dövlətləri özlərinin Prussiya ilə müttəfiqliklərindən şərəf duyurdular
və fransızlara qarşı müharibə cəhdinə qoşuldular. Prussiya orduları Fransanın
içərilərinə irəlilədilər və 2 sentyabr 1870-ci ildə Sedanda bütöv fransız ordusunu və III
Napoleonun özünü əsir götürdülər.
Dörd aylıq ağır müqavimətdən sonra 1871-ci ilin yanvarında Paris, nəhayət, işğal
edildi və may ayında rəsmi sülh müqaviləsi imzalandı.
Fransa 5 milyard frank (1 milyard ABŞ dollarına yaxın) təzminat ödəməli idi.
Elzas və Lotaringiyadan yeni Alman dövlətinin xeyrinə imtina etməli oldu. Bu itki
fransızları hirsləndirdi və onları qisas almağa can atmaq vəziyyətində qoydu.
Cənubi alman dövlətləri də Şimali Alman Konfederasiyasına daxil olmaqla
razılaşmışdılar. 18 yanvar 1871-ci ildə XIV Luininin Versal sarayındakı Güzgülü
salonda I Vilhelm İkinci Alman imperiyasının (Birinci orta əsrlərdəki Müqəddəs Roma
imperiyası idi) Kayzeri və ya imperatoru elan edildi. Bu vaxt Bismark taxtın yanında
ayaq üstə dayanmışdı. Almaniya birliyinə Prussiya monarxiyası və Prussiya
ordusunun gücü ilə nail olunmuşdu. Real düşüncədə, Prussiya heç də Almaniyanın
içində deyil, Almaniya Prussiyanın içində meydana gəlmişdi. Alman liberalları da
həmçinin sevinirdilər. Onlar da birlik və azadlıq arzu edirdilər, lakin birliyə nail
olunması bu vaxt daha böyük əhəmiyyət kəsb edirdi.
Almaniyanın birləşməsində Prussiyanın liderliyi avtoritarizmin, hərbi dəyərlərin
liberal dəyərləri üstələməsi, konstitusion hisslərin yeni alman dövlətində inkişaf etməsi
431
mənasını verirdi. Sənaye resursları və hərbi qüdrətlə yeni dövlət qitədə ən güclü
qüvvəyə çevriləcəkdi. Dövlətlərin yeni Avropa tarazlığı artıq hazır idi.
Dostları ilə paylaş: |