Həyata nüfuz anı Demokratiyanın ibrətamiz erkən tarixinə baxış



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə78/105
tarix28.12.2016
ölçüsü3,87 Mb.
#3727
1   ...   74   75   76   77   78   79   80   81   ...   105
 

 

5. Qərblilər Cənubi-Şərqi Asiyada 

 

Portuqaliyalıların sayı və var-dövləti çatmırdı ki, cənubi-şərqi Asiyada yerli 

müqaviməti üstələsin və Asiya regionunu məskunlaşdırsın. Portuqaliya imperiyası 

sadəcə olaraq, çox böyük olsa da, Portuqaliya özü bu imperiyanı saxlamaq üçün çox 




415 

 

kiçik idi. Onun başqa ölkələrə gedən gənc adamlarının çoxu geri qayıtmırdı. XVI əsrin 



sonundan yeni Avropalı rəqiblər savaşa girişdilər. Onlardan biri İspaniya idi. İspanlar 

Filippində özlərini qurmuşdular və bu ölkə Sakit okeandan keçən ticarət üçün baş ispan 

bazası oldu. İspan gəmiləri ipəyi və digər zinət mallarını Meksikaya daşıyır, əvəzində 

oradakı mədənlərdən öz ölkəsinə gümüş gətirirdi.  

Lakin Cənubi-şərqi Asyadakı Portuqaliya imperiyasına, hollandların və 

ingilislərin bura gəlməsi ilə ilkin təhlükə meydana çıxdı. Onlar portuqaliyalılara 

nisbətən daha yaxşı maliyyələşirdilər. XVII əsrin əlli ili ərzində hollandlar Hind 

okeanından keçən ticari yolu boyundakı Portuqaliya sahil fortlarının əksəriyyətini 

Seylon da daxil olmaqla işğal etdilər. Makakkanı isə 1641-ci ildə tutdular. Təcavüzkar 

hollandlar ingilis tacirlərini ədviyyat bazarından qovmaqla yanaşı, ingilisləri yalnız 

Sumatranın cənub sahilindəki kiçik limana qədər məhdudlaşdırdılar. Hollandlar 

həmçinin öz siyasi və hərbi nəzarətlərini bütün zonaya yaydılar.  

Portuqaliya donanması 1498-ci ildə Kəlküttəyə gələndə Hindistan subkontinenti 

bir sıra hindli və müsəlman çarlıqlarına bölünmüşdü. Moğol adlanan yeni əcnəbi 

sülalənin gəlməsi ilə birləşmənin yeni erası meydana çıxdı.  

Moğol imperiyasının əsasını qoyanlar Hindistanın yerli adamları olmayıb, Qanq 

çayı vadisinin şimalındakı dağlıq regiondan gəlmişdilər. Sülalənin banisi Babur məşhur 

mənşəyə malik idi. Onun atası böyük Asiya fatehi Teymurləngin nəslindən idi, anası isə 

Monqol fatehi Çingiz xanın nəslinə gedib çıxırdı. Baburun nəvəsi Əkbər (1556-1605-ci 

illər) moğol idarəçiliyini Hindistanın əksər ərazisinə yaydı. O, iki min ilə yaxın əvvəl 

mövcud olmuş Maurya sülaləsindən sonra böyük Hindistan imperiyası yaratmışdı.  

 Hindistana ilk dəfə gələn avropalılar portuqaliyalılar idi. Əvvəlcə Portuqaliya 

Hind okeanındakı regional ticarətdə ağalıq edirdi. Lakin XVI ingilislər və hollandlar 

səhnəyə çıxdılar. Tezliklə hər iki dövlət Portuqaliya ilə rəqabət apardı ki, regionda 

ticarət imtiyazlarına sahib olsun.  

XVII əsrin birinci yarısında ingilisləri Hindistanda təmsil olunması xeyli 

gücləndi. 1650-ci ildən ingilis ticarət postları şimali-qərbi Hindistan sahillərindəki 

Suratda, indi böyük şəhər Kəlküttəyə çevrilən Uilyam fortu Benqal körfəzinin 

yaxınlığında və Madras (indi Çenkay) cənubi-şərq sahilində qoyuldu. Madrasdan 

ingilis gəmiləri Hindistanda istehsal edilən pambıq malları Şərqi Hindistana daşıyırdı, 

burada onların dəyişdirildiyi ədviyyat geri, İngiltərəyə daşınmaq üçün gəmilərə 

yüklənirdi. 

Britaniyalılar Robert Kleyvin hərbi istedadına görə xilas oldular, bu aqressiv 

Britaniya imperiyası qurucusu həmin vaxt Şərqi İndiya Kompaniyasının Hindistandakı 

baş təmsilçisi oldu. Şərqi İndiya Kompaniyası isə britaniyalılar tərəfindən 1600-cü ildə 

yaradılmışdı. Britaniyalıların cəhdləri ilə fransızlar yalnız Pondiçerri fortu ilə və cənubi-

şərqi sahilindəki bir ovuc kiçik ərazilərlə kifayətlənməli oldular.  

Bu vaxt Klyev Benqalda britaniyalıların nəzarətini konsolidasiya etməyə başladı. 

Burada yeni hökmdar Uilyam fortuna hücum edib, yeni britaniyalı əhalini «Kəlküttə 

qara deşiyi» adlanan zindanda dustaq etdi. Dustaqlar yeraltı həbsxanada 

saxlandıqlarından, onların çoxu əsirlikdə öldü. 1757-ci ildə kiçik Britaniya qüvvəsi 3 

min nəfərə yaxın olmaqla, sayda ondan on dəfə böyük olan Moğolun başçılıq etdiyi 

ordunu Plessi döyüşündə məğlub etdi. Bu qələbənin qəniməti kimi Britaniya Şərqi 



416 

 

İndiya Kompaniyası bu vaxt kiçildilmiş Moğol sarayından Kəlküttəni əhatə edən 



zonadakı torpaqlardan vergiləri toplamaq səlahiyyətini aldı. Yeddiillik müharibə (1756-

1763-cü illər) ərzində britaniyalılar fransızları məcbur etdi ki, Hindistandan bütünlüklə 

geri çəkilsinlər.  

Şərqi İndiya Kompaniyasının qulluqçularına, subkontinentin içərilərində öz 

hakimiyyətlərini genişləndirməsi sadəcə bir iqtisadi iş kimi görünürdü. Onlar 

Hindistanda böyük xərc tələb edən hərbi əməliyyatları aparmaq üçün müntəzəm gəlir 

mənbəyi axtarırdılar. Tarixçilərdən ötəri bütün Hindistan subkontinentinin Britaniya 

Şərqi İndiya Kompaniyasının ağalığına tədricən keçməsi üçün bu, başlıca addımın 

əlaməti hesab olunur. Kompaniya əslində Britaniya imperiyasının Hindistana sahib 

olmasına möhkəm zəmin yaratdı və baş nazir Bencamin Dizraelinin təklifi ilə 1876-cı 

ildə Britaniya kraliçası Viktoriyanın Hindistan imperatriçəsi elan olunması ilə bu 

məsələ öz rəsmi həllini tapdı. Hindistan Milli Azadlıq Hərəkatının böyük lideri 

Mahatma Qandi isə bu məqsədlə öz xalqını günahlandırırdı və deyirdi ki, vur-tut 100 

min ingilis 300 milyonluq hindlini əsarət altında saxlayır. İmperiyalar kəmiyyətə deyil, 

hərbi və iqtisadi gücün keyfiyyətinə ciddi fikir verdiklərindən başqa xalqlar üzərində 

öz ağalıqlarını qurub və davam etdirə bilirlər.  

Uinston Çörçill isə Britaniya imperializminə haqq qazandırmaq üçün demişdi: 

«Hindistan ölkə deyildir, ərazidir». Deməli, Britaniya əraziyə sahib çıxmışdı.  

1564-cü ildə portuqaliyalılar Çin sahilində lövbər saldılar. Bu, çinlilərin 

imperiyası ilə Avropa arasında Marko Polonun iki yüz il əvvəlki səyahətindən sonra 

baş tutan birbaşa əlaqə idi. Həmin vaxt çinlilər buna elə bir əhəmiyyət vermədilər. Çin 

öz qüdrətinin zirvəsində idi və Yer üzündəki ən parlaq sivilizasiyaya malik idi. Onların 

imperiyası Mərkəzi Asiya çöllərindən Çin dənizinə qədər, Qobi səhrasından tropik 

yağış meşələri olan cənubi-şərqi Asiyaya qədər uzanırdı. Pekindəki imperial taxt-tacın 

özündən razı şəklindəki nəzərində avropalılar ancaq barbarların qeyri-adi bir forması 

kimi görünə bilərdi. Çin hökmdarları üçün bütün digər ölkələrin liderləri sadəcə Çin 

imperatorunun kiçik qardaşları idi, o, özü isə Göyün oğlu kimi qiymətləndirilirdi.  

Portuqaliyalıların donanması Çin sahilinə gəlib çıxanda, 1369-cu ildən 1644-cü 

ilədək hökmranlıq edən Min sülaləsi artıq Çin tarixinin böyüklüyünün yeni erasına 

başlamışdı. Bir sıra qüvvətli hökmdarların başçılığı altında Çin öz hakimiyyətini 

Monqolustanın içərilərinə və Mərkəzi Asiyaya genişləndirmişdi. Min hətta qısa 

müddətə də olsa, Vyetnamı da yenidən işğal etmişdi. Şimal sərhədi boyunca onlar 

Böyük Səddi möhkəmləndirmiş və əsrlər ərzində Çini narahat edən nomad tayfa 

adamları ilə sülhü bərqərar etmişdilər.  

Min sülaləsinin günləri artıq başa çatırdı. 1630-cu illərdə ağır epidemiya xeyli 

ərazilərdə əhalinin qırılmasına səbəb olmuşdu. Epidemiyadan əzab çəkənlər 1644-cü 

ildə kəndli üsyanı qığılcımına kömək etdilər. Üsyançılar Pekini tutdular. Sonuncu Min 

imperatoru sarayın bağındakı ağacdan özünü asmaqla intihar etdi.  

Min sülaləsinin devrilməsi mancurlar üçün şərait yaratdı, onlar əkinçi və ovçu 

xalq idi, bu gün Mancuriya kimi tanınmaqla, Çinin şimali-şərq zonasında yaşayırdılar. 

Mancurlar Pekini işğal etdilər. Qalib mancurlar Tsin («təmiz») titulunun hökmranlığı 

ilə yeni sülalənin yaranmasını elan etdilər.  




417 

 

Tsin bir sıra güclü hökmdarları ilə şöhrət tapdı. Onlar ölkəni sakitləşdirdilər, bir 



sıra ciddi sosial və iqtisadi xəstəliklərin əksəriyyətini qaydaya saldılar. İki Tsin monarxı 

Çində XVII əsrin ortasından XVIII əsrin sonunadək bir əsrdən çox hökmranlıq edib, 

Mancu Çininin böyüklüyünə öz töhfələrin verdilər.  

Əhalinin artması hesabına torpağa olan yükün çoxalması çox sayda kəndlilər 

üçün iqtisadi çətinlik və nəticə kimi hətta üsyan törətdi. Çinin bədbəxtliyndən Tsin 

sülaləsinin tənəzzülü Avropanın ticarət üçün təzyiqinin daha çox artması ilə bir vaxta 

düşdü. İlk münaqişə şimaldan gəldi, orada Rusiya tacirləri dəri və xəz axtarırdılar. 

Çinlə Rusiya arasında rəsmi diplomatik əlaqələr 1689-cu ildə quruldu və iki ölkə 

arasında müntəzəm ticarət gedirdi. 

Dəniz yolu ilə gələn əcnəbilərlə iş görmək daha çətin idi. XVII əsrin sonundan 

Avropa ticarətində ingilislər aparıcı qüvvə kimi portuqaliyalıların yerin tutdular. Şərqi 

İndiya Kompaniyası vasitəsilə, bu şirkət həm ticarət birliyi kimi, həm də Asiyada ingilis 

ərazilərinin inzibatçısı kimi çıxış edirdi. Əməliyyat apararaq ingilislər 1699-cu ildə 

Kantonda özlərinin ticarət postunu qurdular. Sonrakı onilliklərdə Çinlə ticarət, xüsusən 

İngiltərəyə çay və ipək ixracı sürətlə böyüdü.  

Şərqi İndiya Kompaniyası xeyli mənfəət götürürdü. Lakin ingilislər  Çinin 

sahilləri ilə kifayətlənməyib, digər şəhərlərə çıxmağı tələb edirdilər. Lakin imperator 

Britaniya məhsullarına heç bir maraq göstərmirdi. İngilis missiyasının başçısı Lord 

Makartni Çin imperiyasını «qoca, səfeh, pozulmuş müharibə adamı» ilə müqayisə 

etmişdi.  

XV əsrin sonunda Yaponiya anarxiyaya yaxın vəziyyətdə idi, bir neçə qüdrətli 

şəxs Yaponiyanın birləşdirilməsinə nail oldu. Onlardan biri Tokuqava İenyasu (1543-

1616-cı illər) 1603-cü ildə Syoqun («general») titulunu qəbul etdi; bu aktla Yaponiyanın 

bütün syoqunlarından daha qüdrətlisi və uzun ömür sürəni öz erasına başladı. 

Tokuqava hökmdarları mərkəzi hakimiyyətin bərpasını tamamlamaqla, 1868-ci ilə kimi 

hakimiyyətdə oldular.  

Portuqaliya tacirləri Yaponiya adalarına 1543-cü ildə gəlib çıxdılar və bir neçə 

ilin içərisində Portuqaliya gəmiləri yapon limanlarında öz müntəzəm postları kimi 

dayanırdılar ki, Yponiya, Çin və Cənubi-şərqi Asiya arasındakı regional ticarətdə iştirak 

etsin.  


İlk İezuit missioneri, ordenin başçısı İqnatus Loyolanın müavini Fransisko 

Ksavyer 1549-cu ildə bura gəlib, yerli əhalini xristianlığa çevirməkdə bəzi uğurlar 

qazanmışdı. Əvvəlcə bu qonaqlar salamlanırdı. Hər şeyə maraq göstərən yaponlar 

tütünə, saatlara, eynəyə və digər Avropa mallarına valeh olmuşdular və yerli kübarlar 

bütün növlərdən olan Avropa silahlarını və sursatlarını satın almaqda maraqlı idilər. 

Yapon hökmdarları xüsusən öz düşmənlərində qorunmaqda və adaları birləşdirməkdə 

kömək edəcək yeni odlu silahlara rast gəlmişdilər. Yapon hərbi arxitekturasına təsir 

xüsusən güclü idi, çünki yerli ağalar Avropa üslubunda daşdan qəsrlər tikdirirdilər.  

Katolik missionerlərin uğurlu, lakin qərblilərin ölkədə olmasına qarşı kəskin 

reaksiya yaratdı. Missionerlər yerli siyasətə müdaxilə edəndə, Tokuqava bütün 

missionerləri ölkədən qovdu. Yapon xristianları bu vaxt təqib olunurdular. Xristian 

kəndlilər qrupu 1637-ci ildə qiyam qaldırdılar, bu qiyam qan tökülməsi ilə yatırıldı.  




418 

 

Avropa tacirləri də missionerlərin ardınca qovuldular. Hökumət Hirado 



adasında və Naqasakidə iki əcnəbi ticarət postunu bağladı. Yalnız Naqasakidəki kiçik 

holland icmasına Yaponiyada qalmağa icazə verildi, çünki onlar ispanlar və 

portuqaliyalılar kimi missionerlərə onların mənafelərinə fəal müdaxilə etməyə icazə 

vermirdilər. Lakin qalmaq üçün də şəraitlər çətinləşirdi. Hökumət gəmilərinə Naqasaki 

liman dokuna ildə yalnız bir dəfə girməyə icazə verilirdi və onlar həm də ən çoxu iki, 

ya üç aylığa burada qala bilərdilər.  

 

 


Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin