Həyata nüfuz anı Demokratiyanın ibrətamiz erkən tarixinə baxış



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə73/105
tarix28.12.2016
ölçüsü3,87 Mb.
#3727
1   ...   69   70   71   72   73   74   75   76   ...   105
 

 

7. Osmanlı imperiyasının meydana gəlməsi 

 

Şərqi Avropa Osmanlı türklərinin ardıcıl olaraq irəliləməsindən artan dərəcədə 

təhlükə hiss edirdi. Əlbəttə. Bizans imperiyası müsəlman Orta Şərqi ilə Latın Qərbi 

arasında əsrlərlə bufer rolunu oynamışdı, lakin 1204-cü ildə Konstantinopolun 




406 

 

Venetsiya doju Dandolonun başçılığı altında səlibçilər tərəfindən qarət olunması və 



işğal olunması ilə Bizans ciddi şəkildə zəifləmişdi. Latın imperiyası devrildikdən sonra 

Bizans öz qüvvəsini bərpa etməyə cəhd etdi, lakin türklər tərəfindən olan təhlükə 

nəticədə uzun ömür sürən imperiyanı məhvə sürüklədi.  

1300-cü ilə yaxın I Osman Fateh (1282-ci ilə yaxın – 1326-cı illər) öz hakimiyyəti 

altında müstəqil dövlətin yaranmasını elan etdi və 1922-ci ilə qədər davam edən 

sülaləni yaratdı. 1288-ci ildə I Osman səlcuqların vassalı kimi onların dövlətinin, 

Anatoliyanın şimal-qərbində Bizans torpaqlarının xeyli hissəsini tutan monqolların 

təzyiqi altında parçalanmış sərhəd vilayətlərindən birinin ərazisinə girdi. Və o, burada 

gələcək Osmanlı imperiyasının əsasını qoydu. 1326-cı ildən Osmanlıların paytaxtı Bursa 

(yunanca Brusa) oldu.  

Kiçik Asiyanın şimal-şərqində XIII əsrdə başlanğıcını götürən Osmanlı türkləri 

Səlcuq türklərinin və Bizans imperiyasının torpaqlarını tutaraq, sürətlə yayılmağa 

başladı.  

Onlar 1345-ci ildə Konstantinopoldan yan keçib, Balkanların içərilərinə hərəkət 

etdilər. Sultan I Muradın başçılığı altında Osmanlı qüvvələri Bolqarıstandan keçib, 

serblərin torpaqlarına daxil oldular. 1389-cu ildəki Kosovo döyüşündə Osmanlı 

qüvvələri serbləri məğlub etdilər. Döyüşdə həm serb kralı Lazar, həm sultan Murad 

həlak oldu.  

Lakin 1402-ci ildə XIV əsrdə Mərkəzi Asiyada meydana gəlmiş böyük sərkərdə 

Teymur Osmanlılara hücum edib, Kosovo döyüşünün iştirakçısı olan atasını əvəz edən 

sultan Bəyazidi məğlub edib, onu dəmir qəfəsə saldırdı.  

Teymur Çingiz xanın nəslindən olduğunu iddia edirdi. O, Çingiz xan 

imperiyasından ayrı düşmüş və itirilmiş torpaqları bir yerə yığmağa çalışdı. 1390-cı ildə 

Səmərqəndi tutub, özünü əmir elan etmiş və işğal yürüşlərinə başlamışdı. Teymur 

bütün Orta Asiyanı, İranı və Zaqafqaziyanı fəth etdi. Qızıl Ordanı darmadağın etdi. 

Teymurun qoşunları Kiçik Asiyaya və Hindistana basqınlar etdi. 1404-1405-cii illərin 

qışında Çinə müdaxilə etməyə hazırlaşarkən 1405-ci ildə öldü. Onun nəhəng dövləti 

çox torpaqlarını itirdi.  

XV əsrdə Qızıl Orda da müxtəlif xanlıqlara parçalandı və onun məhv edilməsi 

1480-ci ildə Rusa imkan verdi ki, qəti olaraq tatar-monqol zülmünü öz üstündən atsın.  

Teymur Osmanlı sultanını məğlub etsə də, onun bu qələbəsindən bir əsər-əlamət 

qalmadı. Osmanlı hökmdarları əvvəlcə Avropada, sonra isə Asiyada iri miqyaslı 

yürüşlərini davam etdirib, imperiyanın ərazilərini işğallar hesabına genişləndirməkdə 

davam etdilər və onların Teymura məğlubiyyəti elə böyük təsiri olmayan tarixi 

epizoddan başqa bir şey olmadı.  

1480-c i ilə qədər Bosniya, Albaniya və Serbiyanın qalan hissəsi Balkanlarda 

Osmanlı imperiyasına əlavə olundu.  

1453-cü ildə osmanlılar Bizans imperiyasının məhvini tamamladılar. Sultan II 

Mehmet 80 min nəfərlik qoşunları ilə yalnız 7 min müdafiəçisi olan Konstantinopolu 

mühasirəyə aldı. Şəhərə hücumda türklər ağır toplardan istifadə etdilər, onların 

mərmilərinin hər biri 1200 funt ağırlığında idi. Nəticədə divarlarda deşik əmələ gəldi, 

Bizans imperatoru son döyüşdə həlak oldu. II Mehmet imperatorun sarayı qarşısında 




407 

 

dayanıb, bəşər şərəfinin təbiətinin ötüb keçən olduğunu ifadə etmək üçün sakitcə bu 



mənzərəni seyr etdi.  

Konstantinopolu işğal edəndən sonra Osmanlı türkləri Balkanlarda öz işğallarını 

başa çatdırmağa cəhd etdilər, bu əraziyə isə onlar XIV əsrdən gəlmişdilər. Baxmayaraq 

ki, 1470-ci ildə onlar Rumıniya ərazisi olan Valaxiyanı götürməkdə uğurlu olmuşdular, 

macarlar müqavimət göstərib türklərin Dunay vadisi ilə irəliləməsinə imkan 

verməmişdilər. XV əsrin sonuna qədər türklərin daxili problemləri onları Avropadakı 

sonrakı hücumlardan yayındırmışdı. XVI əsrin başlanğıcında isə Osmanlılar Qərbə 

qarşı öz hücumlarını təzələdilər. Macarıstanı, Avstriyanı, Bohemiya və Polşanı 

hədələməklə, Aralıq dənizini türk gölünə çevirmək istəyirdilər.  

 


Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin