من قراَ قل هوالله احد الی آخره بعد صلوة الفجر عشر مرات لم یصل الیه ذنب فی ذلک الیوم وان جهد الشیطان وهو سورة مکیة وهو اربع آیات وخمس عشر کلمات وسبعة واربعون حرفا وعن ابی بن کعب رضی الله تعالی عنه عن النبی علیه السلام قال من قرأ سورةالااخلاص مرة واحدة اعطی له من الاجر کمثل اجر ماة شهید وعن انس بن مالک رضی الله تعالی عنه قال قال رسول الله صلی الله تعالی علیه وسلم من قرأ قل هوالله احد مرة واحدة فکانما قرأ ثلث القر آن ومن قراَها مرتین فکا نما قراَ ثلثی القرآن 16
Bu, on altıncı hədisdir, ey ulu,
Kim muni diŋlərsə, olur bəxtlü.
Ol əmirülmöminin–kani-səxa,
Böylə dedi ol Əliyyi-Murtəza.
Kim, bizə buyurdı xətmül-mürsəlin,
Daŋ namazını qılıcaq, ey əmin,
Kim oxursa “qül hüvə Allahü əhəd”
Sidq ilə on kərrə anı baədəd,
İrməyə ol şəxsə heç növə günah,
Necə kim olursa şeytan kinəxah.
Cəhd edüb azdırmaya anı ləin
Kim, ola dur hirzi-Rəbbülaləmin.
Həm Əbi ibn Kəəb ayıtıdı yenə,
Oxısa bir kəz muni hər kimsənə,
Pəs aŋa verür Xudavəndi-cəhan,
Yüz şəhidiŋ əcrini bil, həmçinan.
Kim muni oxursa uç kəz, ey hümam,
Xətmi-Quran eyləmiştəkdir təmam.
Hər kim on bir kəz oxırsa, bil yəqin,
Ol qula cənnətdə Rəbbülaləmin,
Kim bəna eylər bir əv yaqutdən,
Şəkk qılma, bil yəqin bu sözi sən.
SƏBƏBİ-NÜZULİ-SURƏTÜL-İXLAS
Diŋlə imdi eşq ilə, ey pürüsul,
Nə səbəb oldı ki, bu oldı nüzul.
Nə səbəb oldı ki, muni ol Xuda
Gögdən endürdi yerə ol məhliqa.
Der Əbi ibn Kəəb, ey möhtərəm,
Dəxi Cabir ibn Abdullah həm.
Dəxi Şə’bi Əkrəmə, ey pakdin,
Həm yenə Bul-Aliyə dəx, ey əmin.
Gögdən endürdi yerə ol məhliqa,
Böylə qıldılar rəvayət, ey ulu.
Məkkəniŋ kafirləri kiçi-ulu,
Bir arayə cümləsi yığıldılar,
Mustəfayə bu sualı qıldılar.
Ayıtdılar: Taŋrı sifatin söyləgil,
Nə sifətlüdir bizə şərh eyləgil.
Kim, qızıl altunmıdır, yoxsa gümiş,
Ya nüqrəmidir, dəmürmi, nə imiş?
Kim, bizim mə’budimiz bilgil yəqin,
Munciləyin nəstələrdəndir həmin.
Oldı peyğəmbər bir az anda sükut,
Ki, nə ayət göndərə ol layəmut.
Peyki-həzrət gəldi gögdən ol zəman,
Qıldı Allahıŋ sifatini bəyan.
Ya Məhəmməd, “qül hüvə Allahü əhəd”,
Söyləgil sən dəxi Allahüs-səməd.
Soyləgil, yəni ki Taŋrım birdürür,
Ol cəm’iyi-işlərə qadirdürür.
Yeməz-içməz, kimsəyə möhtaci yox,
Leyk olur xəlq aŋa möhtac çox.
“Ləm yəlid” oldur və “ləm yuləd” yəqin.
“Ləm yəkün ləhu küfüvən” bil həmçinin.
Kimsənə andan doğmamış, ol kimsədən,
Dəxi misli-ziddi yox, bil muni sən.
Bir rəvayət dəxi, ey mö’təbər,
Böylə dedi raviyani-mazixəbər.
Ol zəman ki, sədrü-bədri-Mustəfa
Məkkədən çıxdı qaçub ol rəhnəma.
Həqq buyurdı ki, Mədinəyə gedə,
Varubən xəlqi dinə də’vət edə.
Çünki kafirlər bu halı bildilər,
Cəm’ olub bir yerdə canğı qıldılar.
Dedilər qaçmış Məhəmməd bu gecə,
Tez muŋa tədbir edin igit-qocə.
Bir kişi kim döndərə anı gerü,
Aramızda ol bizim olur ulu.
Yüz bədəv mayə verəlim biz aŋa,
Tüki qızıl, qözi qarə, xoşliqa.
Yüz bədəv at verəlim, yüz qaravaş,
Həm bu miqdarlu dəxi axca, qumaş.
Gər ələ girməz olursə bu məcal.
Kim bilür, soŋra anıŋla nola hal?
Bir kişi durdı ayağə ol zəman,
Adı anıŋ Süraqə idi əyan.
Dedi ki, ardından anıŋ yetəyim,
Öldürəyim, yaxud diri dutəyim.
Ha deyincə anı munda yetürəm.
Gər budur məqsudiŋiz mən bitürəm.
Yer-yerin xətt yazdılar aŋa qamu,
Verməgə ol malı bil, kiçi-ulu.
Durdı ol dəm atına oldı səvar,
Görəlim ki, şimdi neylər Kirdigar?
Gedər idi ol yola xeyrül-bəşər,
Bubəkr bilə idi dəxi məgər.
Bir qəraltu oldı zahir bu zəman,
Əŋsəmizdən yetər imdi nagəhan.
Dedi Bubəkr: Ya rəsulüllah, degil,
Şimdi nə tədbir edəlim, söyləgil.
Kim Süraqə nisbətidir bu səvar,
Ənsəmizdən yetdi bu dəm aşikar.
Bir buyur, ya Mustəfa kim nedəlim?
Biz muŋa şimdi nə tədbir edəlim?
Mustəfa ol dəmdə latəhəzzüŋ dedi,
Dedi: Ya Siddiq, qorxma sən,-dedi.
Kim, bizimləndir İlahülaləmin,
Qorxma, bu dəmdə bizə olur müin.
Uşbu bu sözdə ikən nagəhan,
Ol Süraqə yetdi xəşm ilə rəvan.
Çəkdi tiğini rəvan, təpdi atın,
Mustəfanıŋ üstinə baxəşmü kin.
Tiğini qaldurdı basuyi-həva,
Mustəfayı çalmağa ol nasəza.
Atınıŋ ayağı dizinədəkin
Yerə batdı dər-zəman, bilgil yəqin.
Pəs dedi kim, ələman, ya Mustəfa,
Taŋrıŋ içün sən maŋa qılgil dəva.
Sən məni mundan xilas eylə həmin
Qılmayam dəxi səninlə büğzü kin.
Qıldı anıŋçün dua ol dəm rəsul,
Həzrəti-Həqq eylədi anı qəbul.
Çün xilas oldı, yenə qəsd eylədi,
Ta iki bölməkligə qəsd eylədi.
Atınıŋ yer dutdı yenə ayağin,
Ta yetincə göbəginə, ey əmin.
Çün belinədək yerə girdi atı,
Qalmadı təprənməgə heç taqəti.
Mustəfadan dilədi yenə əman,
Der: Əman, ya seyyidi-axirzəman.
Qıl dua bu dəm yenə, ya Mustəfa,
Əhdim üstə eyləyim bu kəz vəfa.
Tək bu işdən xilas eylə məni,
Həqq bilür incitməyəm dəxi səni.
Qıldı ol dəmdə dua sədrül-əmin,
Atınıŋ ayağını qoydı zəmin.
Hasil, üç növbət ol fe’li yəman,
Qəsd qıldı Mustəfayə ol zəman.
Çünki qıldı ol təmam üç növbəti,
Gördi bu işi zəbun oldı qatı.
Sıçrayub düşdi atından ol zəman,
Mustəfanıŋ ayağın öpdi rəvan.
Pəs dedi ki, sən maŋa vergil xəbər,
Taŋrınıŋ vəsfindəŋ ey xeyrül-bəşər.
Necə nəsnədir səniŋ Taŋrıŋ, degil,
Nə sifətlüdür, maŋa şərh eyləgil.
Kim, munuŋ kimi möcüz verür saŋa,
Ya gümişimdür, əyan eylə maŋa.
Mustəfa başını saldı bir zəman,
Kim, nə ayət göndərə ol müstəan.
Bir zəmandən soŋra gəldi Cəbrail,
Dedi ki, ya Mustəfa, olma xəcil.
Oxıdı pəs: “Qül hüvə Allahüs-əhəd”,
Ver cəvabın söylə: “Allahüs-səməd”.
Sözini çünki təmam etdi rəsul,
Pəs Süraqə eşidüb qıldı qəbul.
Dedi islamı maŋa ərz eyləgil,
Necə demək gərək, anı söyləgil.
Mustəfa imanı ərz etdi aŋa,
Xoş müsəlman oldı ol öŋdin soŋa.
Qayıdub getdi yolinə ol zəman.
Mustəfa dəx yolinə oldı rəvan.
HEKAYƏTİ-ÜXRA
Yenə bir dürlu dəxi diŋlə xəbər,
Can ilə ol müstəme’ ey mötəbər.
“Qül hüvə Allahü əhəd” fəzlin yenə,
Söyləyəm mən bir dəxi diŋləyənə.
Böylə qıldılar rəvayət kim, rəsul
Şol Mədinə qapusində pürüsul.
Otururdi bir neçə əshabilə,
Həqq sözini alubanı ol dilə.
Bir cənazə gördilər, gəldi keçər,
Çün rəsulüllah aŋa saldı nəzər.
Ol zəman əhvalını sordı anıŋ,
Dedi borcı varmıdır, söyliŋ bunıŋ?
Dedilər: Dört dirhəm anıŋ borcı var,
Budurur ancaq dedük biz aşikar.
Çünki eşitdi bu sözi ol əmin,
Söylədi əshabə kim, biliŋ yəqin.
Mən bu şəxsiŋ üstə qılmən nəmaz,
Munuŋ içün etməzəm Həqqə niyaz.
Dört dirəm ki, borclu ola bir kişi,
Olmaya canında anıŋ təşvişi.
Ola borclu qılmaya anı əda,
Mən aŋa qılmən nəmaz, olmaz rəva.
Cəbrail Həqq həzrətindən ol zəman,
Gəldi, etdi Taŋrı fərmanın bəyan.
Dedi kim, Allah saŋa verdi səlam,
Pəs səlam ardınca başladı kəlam.
Cəbrail aydır: Eşit, ya Mustəfa,
Həqq anıŋ borcını qılmışdır əda.
Adəmi şəklində göndərdi məni,
Ta əda qılam mən anın borcını
Nəmazını qıl anıŋ sən, ya rəsul,
Həqq anı məğfur edüb, qıldı qəbul.
Hər kim anıŋ üstinə qılsa nəmaz,
Cümlə cürmin yarlığar ol biniyaz.
Mustəfa buyurdı ki, ya Cəbrail,
Ol bu fəzli xandan aldı, söyləgil.
Cəbrail aydur: Oxurdı baədəd,
Gündə yüz kəz “hüvə Allahü əhəd”.
Andan oldı bu kəramətlər aŋa,
Diŋlə dəxi baqisiŋ aydam saŋa.
Hər kim oxursə muni, ya Mustəfa,
Sidq ilə ömrində bir kəz basəfa,
Getməyə dünyadən ol kişi əyan,
Görməyincə yerini əndər-cinan.
Hər kim oxur beş vəqt nəmazdə muni,
Söyləyəm, diŋlə anıŋ dəx fəzlini.
Daŋla məhşər güni olıcaq bil əmin,
Qövmiŋ cümlə günəhkarin yəqin.
Ol şəfaət edə, Həqdən diləyə,
Cümləsin damudən azad eyləyə.
Ol şəfaət əhlinə sən, ya kərim,
Lütf edib bizni bağışla, ya rəhim.
ƏL-HƏDİSÜS-SABE’ ƏŞƏR
اذا مرض العبد المومن امر الله تعالی الی الملایکة ان اکتبوا عبدی احسن ما کان یعمل فی الصحة والرخاء 17
Gəl, yenə köŋliŋi qılgil müctəme’,
Can qulağilən maŋa ol müstəme’.
Ərbəindən on yedinci oldı bu,
Kim, içi gövhər anıŋ dopdolu.
Əqliŋi cəm eyləyüb, diŋlə xəbər,
Ravisidir Bu imami-mö'təbər.
Der eşitdim Mustəfadən bu sözi,
Böylə buyurdı Məhəmməd kəndözi.
Xansı mö’min qul ki, ol xəstə düşə,
Taqəti qalmaya anıŋ heç işə.
Taqəti qalmaya anıŋ taətə,
Səbr qıla ol bəlavü möhnətə.
Pəs nida qılur Xudavəndi-cəhan,
Ya mələklər, siz yenə yazıŋ əyan.
Yazıŋ anı, bəlkə andan dəxi çox,
Lütfimiŋ dəryasınıŋ payani yox.
Birinə bir dəx yazalar ol qulıŋ,
Dəftəriniŋ üstinə bəllü, biliŋ.
VƏ Fİ XƏBƏRİ - AXİR
Bir rəvayətdə dəxi bir söz yenə,
Xoş xəbərdir sidq ilən diŋləyənə.
Gər düşərsə xəstə bir mö'min kişi,
Xansı qul olur isə erkək-dişi.
Həqq aŋa eylər müsəllət dört mələk,
Ta ki hər biri yetürə bir dilək.
Əmr edər birinə algil qüvvətin,
Həm birinə dəxi ağzı ləzəttin.
Der birinə dəx yüziniŋ nurin al,
Zərd ola ta çehrəsi, qalmaya al.
Der birinə dəx yenə ol fərdi-Hu,
Al, götür anıŋ günahını qamu.
Gər əcəl yetmiş isə, sən çəkmə bak,
Anədəndoğma günəhdən gedə pak.
Yetməmişsə, Həqq yenə verür şəfa,
Gör qılur aŋa necə dürlü əta.
Qüvvətin alan fitiştəyə yenə,
Der ki, apar qüvvətin qoygil yenə.
Ol ki almışdı həm ağzı ləzzətin,
Der aŋa dəx kim, yerində qoy həmin.
Bəŋziniŋ nurin alanə həmçinan
Der ki,yerində apar qoygil rəvan,
Yerlü-yerində qoyalar çün bular,
Gör günahını götürən, nə qılar?
Başını qoyar sücudə ol zəman,
Pəs aydar kim, ey Xudavəndi-cəhan.
Dördümizə dört işi əmr eylədiŋ,
Tez yetürdük, hər nə ki sən söylədiŋ.
Yenə əmr etdiŋ olarə, ey Xuda,
Alduğini yerlü-yerində qoya.
Əmr qılmadıŋ maŋa həm, ey qəni,
Kim, aparam yerinə qoyəm anı.
Ya İlahi, qıl maŋa dəxi əyan,
Xancaru iltəm muni, ey cavidan?
İzzətim həqqi deyə ol dəm Xuda,
Lütfü cudimdən mənim olmaz rəva.
Bir yüzi qarə qulumə lütf edüb,
Xoşdil edəm talein məs'ud edüb.
Rəhmətim suyilə ağartdım yüzin,
Layiq olmayə maŋa kim, bə'd əz-in,
Yüzinə sürtəm qərasini yenə,
Ol qulumin köŋli məndin inciyə.
Ol firiştə ayda ol dəm, ya qəni,
Xancaru iltəm mən anıŋ cürmini?
Əmr edər ol dəm aŋa ol zülcəlal,
Cürmini apar anıŋ dəryayə sal.
Ol firiştə Allah əmrilə salur,
Varuban bəhr içrə ol timsah olur.
Nədürür timsah, yə’ni kim nəhəng,
Köŋliŋi nərm eylə, olma bağrı səng.
HEKAYƏTİ-ÜXRA
Munuŋ üstə bir dəxi diŋlə xəbər,
Mə'rifətdən var isə səndə əsər.
Var idi Musa zəmanində əyan,
Sol Bəni-İsrail içrə bir cəvan.
Kim, bəqayət fasiq idi bir kişi,
Cümlə fisq olmışdı ömründə işi.
Mən’ edə bilməzdi heç kimsə anı,
Almaz idi heç kimiŋ ol pəndini.
Çün anıŋ fisqində aciz oldılar,
Həzrəti-Həqqə təzərrö' qıldılar.
Həqq bularıŋ zarisin qıldı qəbul,
Diŋlə imdi necə oldı ol füzul.
Musayə vəhy eylədi kim, yeri-var,
Anı ol səhriŋ içindən sür-çıxar.
Ta ki anıŋ fisqi ucından bu gün
Kim, o şəhriŋ üstinə od düşməşün.
Çünki çıxdı şəhr içindən xarü zar,
Yenə bir kuyə varub qıldı qərar.
Bir neçə gün anda qıldı çün məaş,
Anda dəxi fisqi yenə oldı faş.
Yenə Musayə Xuda əmr eylədi,
Var anı,andan dəxi sürgil dedi.
Qavdı çün Musa anı andan yenə,
Bu kəzin yüz dutdı yazı yüzinə.
Vardı bir səhrayə düşdi ol zəman,
Yox idi anda xəlayiqdən nişan,
Anda adəm yox idi, həm mürğü mur,
Nə su var idi, nə vəhşi,nə tüyur.
Bir neçə gün gəzdi anda mübtəla,
Taqəti qalmadı,oldı binəva.
Düşdi xəstə, oldı pəs halı xərab,
Yüzi-gözi dopdolu gərdü türab.
Ol zəman halını aŋladı, ağladı,
Bağrını həsrət odilə dağladı.
Dedi kim, başım qatında bu zəman
Anam olsa, halımı görsə əyan.
Ağlayaydı halımı böylə görüb,
Həm dutaydı başımı, halım sorub.
Anam olsaydı yanımda gər bu dəm,
Ol görərdi kim, məraz (?) çəkməkdəyəm.
Gər ölürsəm, xoş-təmiz yuyar idi,
Qəbrümə tərtib ilə qoyar idi.
Gər həlalım munda olsaydı mənim,
Yüzini yırtub, qılaydı şivənim.
Munda hazir olsa gər oğlanlarım,
Ol mənim canım içində canlarım.
Kim, cənazəm bilə yeriyüb olar,
Ağlaşurlardı mənimçün zarü zar.
Zari qılub aydalardı, ey Xuda,
Rəhmətiŋlə atamuzı yarlığa,
Atamuz kim, ol zəif idi qərib,
Asi idi, Həqq qatında binəsib.
Ol ki sürülmüş idi yerdən-yerə,
Anı xar etmişdi aləm yeksərə.
Us əli boş qıldı dünyadən güzar,
Uş gedər məgbunü xarü şərmsar.
Zarisinə anlarıŋ şayəd Xuda,
Rəhm edəydi kəndü lütfindən maŋa.
Böylə dedi Həqqə dutdı yüzini,
Pəs gətürdi dilə kəndü sözini.
Söylədi kim, ey Xudayi-pürkərəm,
Çün məni ayırdıŋ anlardən bu dəm.
Həm Vətəndən sən məni dur eylədiŋ,
Dünyədə mərdudü məhqur eylədiŋ.
Eylədiŋ məhrum olardən sən məni,
Rəhmətiŋdən qılma məhrum barı sən.
Bağrımı yaxdı olarıŋ firqəti,
Cümləsiniŋ qaldı canda həsrəti.
Cümləsindən çünki oldum namurad,
Qıl məni şimdi cəhənnəmdən azad.
Bəhri-rəhmət mövcə gəldi ol məcal,
Gör anıŋlan neylədi ol zülcəlal.
İki huri ol zəman oldı zühur,
Zahiri,həm batiniydi külli-nur.
Anəsi şəklindədir anıŋ biri,
Zövcəsi nisbət biri gör bu sirri.
Dəxi cənnətdən bir az qılman aŋa,
Uşağı şəklində göndərdi Xuda.
Bir mələk girdi atası şəklinə,
Gəldi başi qatinə kəndü yenə.
Çevrə-yanında oturdılar bular,
Tə'ziyə dutub qamu ağlaşdılar.
Çün buları gördi yanında cəvan,
Ol sifətlər birlə kim, dedim əyan.
Şad olub, köŋli açıldı qayğudan,
Həqq anı qurtardı cümlə qorxudan.
Canını dapşurdı ol dəm həzrətə,
Qərq oldı dürlü-dürlü rəhmətə.
Musaya Allah yenə vəhy eylədi,
Var filan səhrayə,ya Musa,-dedi.
Dustlarımdan biri anda bu məcal,
Eyləmişdür bu fənadən intiqal.
Tərk qıldı bu fəna külxanını,
Baqi gülzarə ivərdi canını.
Tez yeri, dut qap, qətür anı rəvan,
Qıl namazını, dəxi dəfn et həman.
Çün muni eşitdi Musa biqərar,
Yügürüb getdi orayə bərqvar.
Gördi Musa, tanıdı əlhal anı,
Ayıtdı: Ya fəzl əyəsi, həyyü qəni.
Tanıdım mən, ol kışidir bu həmin,
Əmr qıldıŋ, sürdüm anı, ey müin.
Bu, nə lütf olur, nə fəzlü nə əta?
Şimdi dustum deyü eylərsən nida.
Huri-qılman, həm məlaik dopdolu,
Çevrəsin almış, otururlar qamu.
Ey Xuda, muni əyan eylə maŋa,
Mən bu sirri görübən, qaldım taŋa.
Həqq nida qıldı ki,ya Musa, həman
Oldurur ki, tanıdıŋ bəllü-bəyan.
Çümləsindən oldı növmid ol yəqin,
Döndi ol, dərgahimə dutdı yuzin.
Ağladı, qıldı təzərrö' bikəran,
Ol səbəbdən əfv qıldım, bil əyan.
Oldı çün bikəsü qəribü binəva,
Ata-ana, əhli-beytindən cüda.
Görübən ol halını rəhm eylədim,
Rəhmətim xanilə anı toylədim.
Bir qərib etdisə cəhandən intiqal,
Ağlar aŋa yerü gög, əhli-laməhal,
Çünki məxluqim anıŋçün aglaya,
Rəhm edüb ah ilə bağrın dağlaya,
Mən qamulardan rəhiməm, bil əyan,
Səhil işdən yarlığaram bigüman.
Bir bəhanə istərəm cud etməgə,
Bəndəmi fərxəndəvü məs'ud etməgə.
ƏL-HƏDİSÜS - SAMİN ƏŞƏR
هل علمتم من اعجب الخلق ایمانا فقالوا ایمان الملا یکة یا رسول الله فقال وکیف لاتوَ من الملایکة وهم یعاینون الا مر قالوا النبیون یا رسول الله فقال وکیف لایومن النبیون والروح ینزل علیهم بالامر من السماء قالوا اصحابک یارسول الله فقال وکیف لایومن اصحابی وهم یرون من المعجزات منی وانا انبیهم بما اتزل علی ولکن اعجب الناس ایمانا قوم یجيوون من بعدی یومنون بی ولم یرونی ویصد قونی ولم یرونی قاوَ ليك اخوانی 18
Ərbəindən on səkizincisi bu,
Diŋlə muni sidq ilə, ey nikxu.
İbn Abbasdandurur uşbu xəbər,
Müstəfadən nəql edər ol mö’təbər.
Söylədi ki, dedi bir gün Mustəfa,
Ol cəhanın fəxri, xətmül-ənbiya.
Kimiŋ imanı əcəbdir, söyləŋiz,
Qullarında Taŋrınıŋ şəhr eyləŋiz.
Dedi əshabi: Əcəbdir, ya rəsul,
Ol məlaiklər imanı pürüsul.
Eylə inanmış Xudayə kim, olar,
Zərrə şəkk etməzlər, ey xeyrül-bəşər.
Mustəfa dedi ki, söyliŋ nə səbəb
Kim, olur imanı anlarıŋ əcəb?
Nurini Həqqiŋ görərlər bihesab,
Bihicab olur olara həm xitab.
Necə şəkk edə olar pəs Taŋrıya?
Həqqiŋ əmrin pəs olar necə saya?
Pəs dedilər: Ənbiyadır,ənbiya,
Anlarıŋ imanı olur biriya.
Kim, əcayib anlarıŋ imanıdur,
Xəlqə Allahı həm olar tanıdur.
Dedi Peyğəmbər yenə kim,nə səbəb
Kim olur imanı anların əcəb?
Hər nə əmri ki, buyurur ol cəlil,
Ənbiyayə iltür anı Cəbrail.
Pəs əcəb olmaz olardə dəx iman,
Həqdən olur anlarə hər iş əyan.
Dedilər anlar yenə kim, ya Çələb,
Ola pəs əshabin imanı əcəb?
Hər nə əmri sən desən, ya Mustəfa,
Cümlə sidq ilə inanurlar aŋa.
Dedi anlarə rəsul ol dəm əyan,
Nə səbəbdəndir əcəb, eyliŋ bəyan.
Neçə ayətlər bilə həm bəyyənat,
Həm görərlər dürlü-dürlü mö'cüzat.
Pəs dedi anlar: Buyurgil, ya rəsul,
Bizə mə’lum eyləgil, kimlərdür ol.
Dedi: Anlardur ki, görməzlər məni,
Nə səhabəmdən görərlər kimsəni.
Nə kəramət görələr,nə mö'cüzat,
Enməyə həm anlarə gögdən bərat.
Likən imanə gələlər sidq ilə,
Milləti Həqqə uyalər sidq ilə.
Hər rəvayət məndin eşitsə olar,
Can qulağilən anı guş edələr.
Eşidəndə cümlə təsdiq edələr,
Qamu can içində təhqiq edələr.
Din içində qərdaşumdurlar olar,
Həm şəfiəm anlarə daŋla ki, var.
HEKAYƏT
Munuŋ ustə bir hekayət diŋləgil,
Gəl rəsuliŋ mö'cüzatıŋ aŋləgil.
Məkkə kafirləri bir gün durdılar,
Ol Əbu Cəhliŋ əvinə vardılar.
Məşvərət qılmağa getdilər qamu,
Mustəfa fikrindədir kiçi-ulu.
Dedilər: Muna nə tədbir edəvüz?
Necə hiylə, necə təzvir edəvüz?
Olavuz şərrindən anıŋ ta əmin,
Tezrək etmək gərək munuŋ qəmin.
Bu söz üstində idi munlar qamu,
Tarüq adlu bir kişi girdi icərü.
Dedi: Öldürmək anı asan ola,
Gər qamuŋiz mən dedügini qıla.
Dedilər: Cümlə müti’ olduq saŋa,
Sən əgər bir çarə eylərsəŋ aŋa.
Dedilər: Anı necə öldürəsən?
Sən bizi şad eyləyüb güldürəsən.
Söylədi: Hər gün görərəm kim, varub,
Kə’bəniŋ divarinə arxa urub,
Ol oturur nik bizdən bixəbər,
Ruzigari uşbu növ ilə keçər.
Dursa-varsa bir kişi uşbu zəman,
Kə'bəniŋ üstünə çıxsa nagəhan,
Bir böyük daşi alub getsə bilə,
Salsə anıŋ başi üstə zərb ilə,
Ol daşıŋ zərbindən ol ola həlak,
Aləm anıŋ fitnəsindən ola pak.
Bu sözi çünkim qamu eşitdilər,
Cümləsi ol fikrə təhsin etdilər,
Dedilər ki, şimdi munda kim ola,
Varuban başinə anıŋ daş sala.
İçlərində bir kişi dəx var idi
Kim,Şəhab idi anıŋ bəllü adı.
Der: Maŋa dəstur verürsiz gər bu dəm,
Edəyəm mən anı dünyadən ədəm.
Şad olub cümlə dedilər yeri-var,
Anı öldür, bizi qayğudən çıxar.
Vardı bir pünhan yerdən ol zəman.
Kə'bəniŋ üstinə ol çıxdı rəvan.
Daşı bu necə götürdi ol yenə,
Ta ki salaydı rəsuliŋ üstinə.
Çün daşi saldı aşağə ol kişi,
Gör ki, necə oldı təqdiriŋ işi?
Kə'bə divarindən ol dəm nagəhan,
Bir ulu daş çıxdı, diŋlə ey cəvan.
Dutdı ol daşi həvadə bir zəman,
Ta yerindən durdi ol fəxri-cəhan.
Çün yerindən Mustəfa qıldı güzər,
Xoş geŋcə yerə düşdi ol həcər.
Kə’bə daşi getdi yenə yerinə,
Qıl təəccüb Taŋrınıŋ təqdirinə.
Çün Şəhab ol mö’cüzi gördi əyan,
Düşdi peyğəmbər əyağinə rəvan.
Gəldi Tarüq dəxi anıŋla bilə,
Ol dəxi oldı müsəlman sidq ilə.
Necə munuŋ kimi mö'cüz gördilər,
Anlar imanə güc ilə gəldilər.
Bu zəmandə pəs yəqin biliŋ əyan,
Sidqlən hər kim gətürürsə iman,
Kəndözini Həqqiŋ əmrinə verə,
Ol qapudə yüzini yerə sürə.
Munuŋ imani olərdən xub olur,
Həqq qatində taəti məqbul olur.
ƏL-HƏDİSÜT-TASE’ ƏŞƏR
عن علی ابن ابی طالب کرم الله وجه قال بینهما نحن مع رسول الله صلی الله تعالی علیه و سلم فی اول الاسلام اذا ورد علینا رجل علی ناقة وقد اثر السیر فیه وفیها وبان علیه غشاء السفر فوقف علینا فقال ایکم محمد فاومینا الی النبی علیه السلام فقال یامحمد اتعرض علی ماامرك ربک او اشرض علیک ماامرنی به صنمی فقال له النبی علیه السلام بل اخبرک بما امرنی به ربی قال فعرض النبی علیه السلام فقال نبي الاسلام علی خمس مع شرایَط ثم قال یامحمد اناغسان بن مالك العامری 19
Dostları ilə paylaş: |