HƏZİNİ “HƏDİSİ-ƏRBƏİN” TƏRCÜMƏSİ



Yüklə 3,06 Mb.
səhifə8/19
tarix21.04.2017
ölçüsü3,06 Mb.
#15169
1   ...   4   5   6   7   8   9   10   11   ...   19

و نودوا ان تلکم الجنه

اورثتموهابما کنتم تعلمون
Pəs yenə ol dəm Xudayi-müstəan,

Deyə saleh qulum içün bil əyan.

Cənnət içrə bir yərağ olmuşdurur,

Anda ne’mət ol qədər dolmuşdurur.

Kimsə anıŋ kimi görmiş dögül,

Kimsə anıŋ vəsfinə irmiş dögül.

Dəxi anıŋ kimi eşitmiş dögül,

Kimsəniŋ qəlbindən ol ötmüş dögül.

İstəsəŋ kim, biləsəŋ muni əyan,

Oxigil bu ayəti, ol şadman:


فلا تعلم نفس ما اخفی لهم من قرة اعین

جزاَ بما کانوا یعلمون
Böylə dedi həm yenə fəxrül-ənam,

Cənnət içrə ol qədər ola məqam.

Qəmçisini anda qoysa bir kişi,

Bu qədərcə olsa anıŋ ülişi.

Olur ol əfzəl bu dünyadən qamu,

Dəxi dünyadə nə vardır, ey ulu?!

Gər muni sən qılmaq istərsən yəqin,

Qıl nəzər bu ayətə, ey nazənin.


فمن زحزح عن النار وادخل الجنة فقد فازوا وماالحیوه الدنیا الامتع الغرور
Cənnət içrə bir ağac vardır yenə,

Vəsfin anıŋ söyləyim dinləyəŋə.

Bir kişi atın səgirdsə gər yüz il,

Kölgəsindən çıxmaz anıŋ bəllü bil.

Ol ağacıŋ kölgəsindən çıxmaya,

Anı qoyub özgə yerə baxmaya.

Mən özümdən söyləmən muni yəqin,

Uşbu ayət mə’nisində, ey əmin:


وظل محمدود ومآء مسکوب وفكهه نه کثیره لا مقطوعة ولاممنوعة و فرش مرفوعة
Xaliqiŋ qullara fəzli boldurur,

Dəxi kim var, əvvəl-axir öldürür.

Həm buyurdı yenə ol fəxri-cəhan,

Ol həbibi-Həqq, rəsuli-kün fəkan.

Ol kişi kim, soŋra girə cənnətə,

Cümlədən soŋra irişə ne’mətə.

Olmaya andan nəsibi kim, dəxi

Söyləyim vəsfini anıŋ, ey əxi.

Ol kişi heç anda aciz qalmaya,

Ne’mət olurmı ki, anı bulmaya?

Yeydürə qamuyə dürlü ne’məti,

Ne’mət olur vəsfə gəlməz ləzzəti.

Cümlə əsbabın mühəyya eyləyə,

Anları yüz tərtib ilə toyləyə.

Axirinə böylə olıcaq əta.

Əvvəlinə gör nə fəzl eylər Xuda?!

Ya İlahi, rəhmətiŋi qılma kəm,

Qullarıŋdan, ey kərim, vergil kərəm.






ƏL-HƏDİSÜS-SADİS VƏL-İŞRUN
السخی قریب من الله قریب من الناس قریب من الجنة بعید من النار والبخیل بعید من الله بعید من الخلق بعید من الجنة قریب من النار والجاهل السخی احب الی الله تعالی من عالم بخیل 26
Guş qılgil əz-hədisi-ərbəin,

Bu, igirmi altısıdır, ey əmin.

Fatimədir ravisi munuŋ sərih,

Həm rəsuldəndir yenə nəqli-səhih.

Dedi kim, dedi nəbiyyül-Mustəfa,

Seyyidi-sadat xətmül-ənbiya.

Kim, səxi qul cənnətə olur qərib,

Həm xəlayiqlər qatindədir həbib.

Əhli-cənnətdəndürür həm ol səid,

Həm cəhənnəmdən dəxi olur bəid.

Taŋrıdan dedi iraqdır ol bəxil,

Həm xəlayiqlər yanındadur zəlil.

Məskəni anıŋ yenə həm nar olur,

Nar içində işi ahü zar olur.

Xansı cahil kim, səxadur pişəsi,

Kim, səxavətdür anıŋ əndişəsi.

Səvgülüdür Həqq yanında eylə bil.

Xansı aləmdən kim ola ol bəxil.

Həm yenə söylər Məhəmməd Mustəfa,

Cənnət içrə bir ağacdurur səxa.

Yayılıpdır dünyayə şaxi anıŋ,

Bil ki, məqsudi nədir dəxi anıŋ.

Kim anıŋ bir budağına yapışa,

Bilgil ol eylər səxavətni pişə.

Ol budağ bil anı yeydir cənnətə,

Aparur anı fəravan ne’mətə.

Həm bəxil dəxi cəhənnəmdə yəqin.

Bir ağacdır ol rəsuli-pakdin.

Yayılıpdır şaxi dünyayə anıŋ,

Kim, dutarsa bir budağın anıŋ,

Yedübən anı aparur suyi-nar

Pəs cəhənnəm içrə qalur xarü zar.


HEKAYƏTİ-ÜXRA
Bir hekayət diŋləgil məndən yenə,

Söyləyim mən bu hədisiŋ üstinə.

Dinlə Bəhrami-Məcusidən xəbər,

Həqq yanında necə oldı mö’təbər?

Şol mübarək oğlını Abdullah bənam,

Həcc edərdim, dedi bir gün ol hümam.

Mən Xətimi-İsmaildə bir gecə,

Uymış idim gör ki, iş oldı necə.

Düşdə gördüm ol rəsulüllahi mən,

Ol münəvvər yüzlü bədrmahi mən.

Pəs dedi ol dəm maŋa xeyrül-bəşər,

Qayıdub Bağdadə gər qılsaŋ güzər,

Eylə Bəhrami-Məcusini tələb,

Şol filan küçə içində bitəəb.

Var, aŋa məndən səlam ayıtgil bənam,

Halını ikram ilən sorgil təmam.

Söyləgil ki, razidir səndən Xuda,

Razidir dəxi Məhəmməd Mustəfa

Pəs oyandım uyxudən ol dəmdə mən,

Bu düş içün qatı qaldım qəmdə mən.

Söylədim, bu vaqiə şeytanidür,

Böylə düşi kim der rəhmanidür?

Ol zəmandə durdım, aldım dəstəmaz,

Xaliqə qıldım namaz ilə niyaz.

Kə’bəni dəxi yenə qıldım təvaf,

Həqq ilə qıldım çü yaramni saf.

Bir yerə gəldim yenə qıldım qərar,

Çeşmümə uyxu bıraxdı Kirdigar.

Düşimə girdi yenə xeyrül-bəşər,

Dedi peyğamımdan olma bixəbər

Pəs oyandım, yenə “la houlə” deyüb,

Fikrə batdım bu düş içün qəm yeyüb.

Bu fikirlən vardım uyxuyə yenə,

Gördüm üç kərrə muni dönə-dönə.

Köŋlümə düşdi mənim uşbu xəyal,

Ta biləm ki, necədir əsli-məqal?

Həcci itmam eyləyüb döndüm gerü,

Qafilə Bağdadə irdi, ey ulu.

Mən anıŋla söz açub sordum xəbər,

Dedim ey şeyxi-büzürgü mötəbər.

Söylə Bəhrami-Məcusi sənmisən?

Ol məcusilər ulusi sənmisən?

Pəs cəvab edüb, rəvan dedi nə’m,

Bəlkə Bəhrami-Məcusivəş mənəm.

Sordüm aŋa Həqq yanında çoxü az,

Nə qılubsaŋ xeyr, anı söylə baz.

Söylədi ki, bir ulu xeyr etmişəm,

Həm səvabinə anıŋ göz dutmişəm.

Xəlqə borc verməkdürür işim müdam,

Onini on ikiyə, ey niknam.

Mən bu işi bilürəm xeyrü səvab,

İstərəm ki, mundan ola fəthi-bab.

Mən dedim kim, bu həramdır, ey kişi,

Muni edən odda yanmağdır işi.

Dəxi nədir fe’liŋ, anı söyləgil,

Özgə xeyriŋ var isə, şərh eyləgil.

Dedi vardır bir ulu xeyrim dəxi,

Söyləyim, sən guş dutgil, ey əxi.

Dört qızım var idi mənim gör ki, bay

Yenə dört oğlum dəxi misli-hümay.

Qızlarımı vermişəm oğlanlara,

Xoş-ulu toy eyləmişəm anlara.

Söylədim ki, bu dəxi andan bətər,

Kim, həramdır, bəlkə küfrü şurü şər.

Dəxi xeyriŋ varmıdır, söylə maŋa,

Ta biləm, sən anı şərh eylə maŋa.

Dedi vardır bir ulu xeyrim əzim,

Ol maŋa olmış qamu işdən kərim.

Bir qızım vardır ki, bir məhbub zəban,

Verməmiş kimsəyə misalindən nişan.

Görmədim həmta aŋa bir kimsəni,

Kim, aŋa təzvic edəydim mən anı.

Pəs özümçün mən anı əqd eylədim,

Nəfsimi ol əqd birlə toylədim.

Diŋlə kim, mən anı alduğım gecə,

Şol məcusi qövmini ucdan-uca.

Cümlə də’vət eylədim, çəkdim təam,

Də’vətimə miŋ kişi gəldi təmam.

Bir ulu toy eylədim anda qatı,

Anlarə çəkdim firavan ne’məti.

Dedi xeyratım əgərçi çoxdurur,

Leyk mundan ulu xeyrim yoxdurur.

Mən dedüm ki, cümləsindən bu, yəman,

Mundə yoxdur xeyr işi, ey natəvan.

Dəxi xeyriŋ var isə, söylə maŋa,

Biləyəm halıŋı, guş edəm aŋa.

Var gümanım dəxi bir xeyrə dəxi,

Anı dəxi söyləyim, bil, ey əxi.

Ol gecə kim, yanına vardım qızıŋ,

Aŋla imdi şərhini sən bu söziŋ,

Vardurur bir qonşımız: xatun kişi,

Diŋlə imdi kim, necə oldı işi?

Ol müsəlmandır, dutar siziŋ dini,

Eşit, imdi söyləyim mən halini.

Otururdum əvdə mən xatirfəraq,

Gəldi yandurmaqlığa bizdən çirağ.

Pəs çirağin yandurub döndi rəvan,

Söndürüb gəldi qapudən ol zəman.

Yenə yandurdı, anı, döndi gerü,

Qapuyə çünki irişdi yügürü,

Yenə söndürdi, rəvan girdi içərü,

Gəldi yandurdi çiraği qayğulu.

Qayıdub qapudə söndürdi yenə,

Fikr qaldım mən anıŋ əhvalinə.

Söylədim, ya Rəbb, nə işdir, qıldı bu?

Bu xəyal ilə rəvan durdum uru.

Dedim ol dəm bu məgər casus ola,

Anıŋçün kim, baxar sağü sola.

Göndərübdür oğrılar muni əyan,

Anıŋ içün çizginür munda həman.

Çıxdım ardınca yeridim gözləyü,

Çünki girdi qapusindən içərü,

Varuban durdum qapudə ol zəman,

Ta anıŋ əhvalını biləm əyan.

Var imiş anıŋ iki-üç qız əyal,

Cümləsi olmış bəqayət sə’bhal.

Gün anasın gördi munlar cümləsi,

Ağlayub fəryad qıldılar bəsi.

Dedilər bizə gətürdiŋmi təam?

Taqətimiz getdi aclıqdan təmam.

Səbrimiz qalmadı, ya ana, bizim,

Döndi əşki-çeşmimiz qana bizim.

Qızlarından çün eşitdi bu sözi,

Ah qıldı, yaş ilə doldı gözi.

Dedi, ey uşaxlarım, qıllam həya,

Həqdən özgə kimsədən edəm rəva.

Həqq-təalədən utandım bu məcal,

Anı qoyub özgədən edəm sual.

Xassə andan kim, ola Həqq düşməni,

Səbr ediŋ, ey quzilər, qoyıŋ məni.

Eyləyincə bu məcusidən sual,

Öldügümiz yegdürür biqilü qal.

Çünki mən anıŋ sözini diŋlədim,

Cümlə əhvalın sərasər aŋlədim.

Qayıdub vardum əvimə ol zəman,

Bir təbəq aldım ələ, oldum rəvan.

Dürlü ne’mətdən anı qıldım dolu.

Anlarə anı gətürdüm, ey ulu.

Pəs dedi İbnül-Mübarək kim, aŋa,

Uşbu xeyr içün bəşarətdir saŋa.

Gördügini ol aŋa şərh eylədi,

Mustəfa hər nə demişdi, söylədi.

Əhmədiŋ dedi səlamını aŋa,

Həqq rizasiniŋ kəlamını aŋa.

Çünki Bəhram bu sözi bildi yəqin,

Dedi kim, zehi həqiqət, doğru din.

Dedi zehi mö’cüzati çox rəsul

Kim, mənim xeyr etdügimi bilmiş ol.

Pəs ki dini Mustəfanıŋ həqdürür,

Kim, sözi anıŋ qamu mütləqdürür.

Çünki xətm oldı arada bu kəlam,

Duruban imanə gəldi ol həman.

Həqq aŋa çünkim hidayət eylədi,

Tui-rəğbətlən şəhadət eylədi

Sidq ilə çünki müsəlman oldı ol,

Küfri qoyub əhli-iman oldı ol.

Bu sözüŋ üstində bağlandı nəfəs,

Can quşi seyr etdi, boş qaldı qəfəs.

Seyr qıldı mürği-ruhi cənnətə,

Qərq oldı dürlü-dürlü ne’mətə.

Dedi pəs İbnül-Mübarək ol zəman,

Yuyuban qıldım nəmazını rəvan.

Öz əlimlə dəfn qıldım mən anı,

Vasil oldı rəhməti-Həqqə canı.

Pəs dedi İbnül-Mübarək ki yəqin,

Taŋrınıŋ xəlqinə rəhm ediŋ həmin.

Taŋrınıŋ qullarına rəhm eyləyən

Oldurur rəhmətdə canın toyləyən.

Kim ki Taŋrı qullarına rəhm edər,

Dirilür düşman, dust olur gedər.

Neçələr dünyadə kafir gəzdilər,

Əhli-iman oldılar vəqti-səfər.

Xeyrü şərrə dünyadə yoxdur qərar,

Xatiməyə olisər pəs e’tibar.

Ey Xudaya, rəhmət eylə qamuyə,

Salma mö’min qullaruŋi damuyə.

Xatiməsin qullarıŋıŋ, ey Xuda,

Xeyrə xətm eylə bəhəqqi-Mustəfa.





ƏL-HƏDİSÜS-SABE’ VƏL-İŞRUN
اذا کان یوم القیمة ستر الله تعالی بین کل عبد وبین الناس فیدفع الیه کتاب حسناته فیقراه فیقول الله تعالی ماتری فیقول اری حسنات کثیرة فیقول الله تعالی هل نقص منها شی فیقول لاثم یدفع الیه کتاب سییاته فیقرا فیقول الله تعالی ماتری فیقول اری سییات کثیرة فیقول الله تعالی اتعرفها فیقول نعم فیقول الله تعالی هل زید علیک فیها شی فیقول لاثم یدفع الیه رقعة فیقرأها فیقول الله تعالی ماتری فیقول اری حسنات کثیرة فیقول الله تعالی اتعرفها فیقول لا فیقول الله تعالی له هذا مماظلموک وآذوک واخذوامالك من غیر علمک 27
Bistü həftüm ərbəindən uşbudur,

Kim, qulağə almaludur uşbu dürr.

Əkrəmədir bu hədisi söyləyən,

Uşbu sözi oldurur nəql eyləyən.

İbn Abbasdandır uşbu xəbər,

Böylə buyurmış yenə ol mö’təbər.

Der eşitdim Mustəfadən bu sözi,

Kim, xəbər verdi maŋa ol kəndözi.

Dedi, çün ola qiyamət saəti,

Məhşərin kim, heybəti ola qatı.

Bir qulıŋ ki, sora ə’malın İlah,

Gör anıŋla nə qılur ol padşah?

Xəlq ilə anıŋ arasına çəkər,

Bir hicabi ol Xudayi-dadgər.

Kimsəniŋ halını kimsə bilməyə,

Ta anıŋ eybinə kimsə gülməyə.

Pəs səvabınıŋ kitabıŋ ol zəman,

Çıxarub sunar əlinə nagəhan.

Çün kitabında görər ə’malını,

Xeyr işdən qılduğı əfa’lını.

Həqq sorar kim, bu kitabıŋda degil,

Nə göründi, gizləmə, şərh eyləgil.

Pəs der kim, ya İlahülaləmin,

Qılduğim xeyr səvabimdir yəqin.

Həqq aydır ki, doğru söylə, yüzləmə,

Varmıdır nöqsani anıŋ, gizləmə.

Əvvəl-axir qılduğıŋ xeyrü səvab,

Zərrə misqalincəsən min-külli-nab.

Varmı kim, yazılmamış ola muŋa?

Doğru söylə sözüŋi şimdi maŋa.

Ayda ki, ya Rəbb, nöqsan olmamış,

Qalmamışdır xeyr işim yazılmamış.

Pəs günahıŋ kitabını sunar,

Ayda kim muŋa dəxi qılgil nəzər.

Aluban çünkim, nəzər qıla aŋa,

Görə anda qılduği cürmü xəta.

Həqq ayda ki, bu günahıŋda degil,

Nə görərsəŋ, anı dəxi şərh eyləgil.

Pəs ayda bu namədə ki, hər nə var.

Heç birisin tanıman, ey Kirdigar.

Bu səvabıŋ birisini qıldım.

Dəxi xandan yazılıdır, bilmədim.

Həqq-təala kəndü lütfindən aŋa,

Ayda ki, mən söyləyim şimdi saŋa.

Oldurur kim, zülm ilə səndən anı,

Aluban çox incidüpdürlər səni.

Həm dögərlərdi səni çox zəcr ilə,

Eyləyüb rəncidə yüz miŋ hicr ilə.

Dəxi oğrı aparan malıŋ ki var,

Gidərübdür səndən ol biixtiyar.

Bilməz idiŋ ki, səniŋ olduğını,

Ol saŋa böylə əməl qılduğını.

Cümləsi budur ki, uş yazdurmişəm,

Kim, səniŋ ünvanıŋa düzdürmişəm.

Qılmamışam zərrəcə zaye qəmu,

Uş günahında yazılmış bu həmu.



HEKAYƏT
Bu hədisiŋ üstinə, ey mö’təbər,

Diŋlə İbrahim Ədhəmdən xəbər.

Döndi Həqqə, çünki tövbə qıldı ol,

Canibi-Həqqə, yetürdi çünki yol.

Yetmiş iki quli var idi məgər,

Cümləsi zər taqiyə, zərrin kəmər.

Qamusini çünki azad eylədi,

Axirəti çün anı zad eylədi.

Qullarınıŋ biri bir gün nagəhan,

Xəmr içübən əsrimiş idi yəman.

Dedi ki, yeri ögimcə bu zəman,

Sən məni tez əvə yetürgil rəvan.

Söylədi kim, xoş ola gəlgil bərü,

Kim əviŋi göstərəyim rubəru.

Düşdi öginə anıŋ, aldı gedər,

Diŋlə İbrahim anıŋla kim nedər.

Yeriyüb ögincə qət etdi yolin,

Məqbərəyə aldı getdi ol qulin.

Çün qüburi gördi əşrük ol zəman,

Acığı gəldi, dedi kim, ey filan.

Mən dedüm ki, sən məni apar əvə,

Qəbrə başlarsən məni evə-evə.

Dedi kim, ey əqli kəm, bədfe’l, sən,

Kim, həqiqət əvidir, bilməzmisən?

Özgə əvlər məcazidir, yəqin,

Cümləsi fanidir, bil həmçinin.

İbrahimdən qul eşitdi bu sözi,

Acığından qan ilə doldı gözi.

Başladı dögməgligə çünkim anı,

Diŋləgil xacə ilə qul halını.

Onı urardı çomağ ilə qatı,

Gəl sən imdi diŋləgil bu ibrəti.

Hər necə kim urar idi qul anı,

Der idi kim, yarlığasun Həqq səni.

Ol urar zərb ilə, bu eylər dua,

Kim, bu hal ilə qılurlar macəra.

Uşbulər bu hal içində nagəhan,

Bir kişi gəldi, ded kim, ya filan,

Heç bilürmisəŋ, nə işlər işlədiŋ?

Özüŋi oda əliŋlə daşlədin.

Bu, səniŋ mövlaŋdurur kim, ey dəni.

Qul ikən azad qılmışdır səni.

Tanımazdı qul məgər mövlasini,

Ol kişidən çünki eşitdi muni,

Dedi bu, kimdir, maŋa söylə rəvan,

Biləyim əhvalını anıŋ əyan.

Dedi İbrahim Ədhəmdir, yəqin,

Kim, səniŋ mövlaŋdı bil muni çin.

Çünki bu sözi eşitdi ol qulam,

Düşdi atdan, əqli məhv oldı həman.

Ayağına düşdi, həm öpdi əlin,

Dedi əfv et cürmimi, ey pakdin,

Tanımadım, mən saŋa qıldım sitəm,

Lütfiŋ ilə əfv qıl, ey möhtərəm.

Söylədi ol qula İbrahim o dəm,

Əfv qıldım, çəkmə anıŋçün nədəm.

Qul aydır var xidmətiŋdə bir sual,

Vergil, ey xacə, cəvabım bu məcal,

Mən uruban incidən dəmdə səni,

Yad edərdiŋ sən dua ilə məni.

Hər çomağ urduğca sən derdiŋ rəvan

Kim, səni Həqq yarlığasun, ey filan.

Nə səbəbdən sən maŋa qıldıŋ dua,

Mən bu işini görüb qaldım daŋa.

Dedi İbrahim Ədhəm pəs aŋa,

Nişə qılmayım dua mən həm saŋa.

Sən məni urduqca yüz əcrü səvab,

Yazulur divanimə biiztirab.

Ol səvab iltür məni çün cənnətə,

Qərq edər həzrətdə dürlü rəhmətə.

Çün səniŋ azarıŋa mən səbr edəm,

Bu dili-miskinə çox-çox cəbr edəm.

Bu qədər müzdə olasan çün səbəb,

Mən dua qılsam saŋa olmaz əcəb.

Dünyədə böylə süluk etdi olar,

Anıŋ içün Həqqə qürbət buldılar.

Rəhmət istərsən, səbur ol zəhmətə,

Səbr edənlər tez irişür rəhmətə.

İstər isəŋ Həqq rizasını, ey yar,

Rahəti qoy, zəhməti qıl ixtiyar.

Ol riza əhli Həqqi çün, ey kərim,

Eyləmə məvamuzi nari-cəhim.





ƏL-HƏDİSÜS-SAMİN VƏL-İŞRUN
یقول بیس العبد عبد تجبر واعتدی واختال ونسی الکبیر المتعال بيس العبد تجبر واعتدی ونسی الجبار الا علی بیس العبد عبد سهی ونسی المقابر والبلی بیس العبد عبد عتی وطغی ونسی المبدا والمنهی بيس العبد عبد مختار الدنیا بالدین بيس العبد عبد یحیل الدین بيس العبد طمع یقوده الی النار بدس العبد هوی یضله بیس العبد عبد رغب بذله عن الحق 28
Bistü həştüm budurur əz-ərbəin,

Diŋlə muni sidq ilə, ey pakdin.

Muni bir xatun dedi: Əsmatə adı,

Kim, Əmi Şəng qızıdır ravi dedi.

Der eşitdim Mustəfadən, ey əmin,

Ləfz dəryasindən anıŋ bil yəqin.

Dedi yavuz quldur ol katibqürur,

İşi daim ola anıŋ cəbrü zur.

Unıda cəbbari-ə’lami dəxi,

Qul ki eylə ola, olur duzəxi.

Dəxi yavuz quldur ol ki, dünyadə,

Ali qəsrü köşklər bünyad edə.

Unıda qəbri, ölümin sanmaya,

Qəflət uyxusundan ol oyanmaya.

Dəxi yavuz qul o ki, bibak ola,

Xəlqə cövr etməkligə çalak ola.

Unıda məhşər əzabını qamu,

Olmaya ol günlər içün qorxulu.

Dəxi yavuz qul odur kim, dinini***

Eyləyə dünyədən güzidə ol dəni

Dəxi yavuz qul odur kim, dünyədə,

Abi-üsyanə təm’ə edüb gedə.

Oldurur qullarda yavuz kim, həva

Azdurub əgri yola edə qəva.

Dəxi yavuz qul odur kim, eylə yad,

Xəlqi qayğulu görəndə ola şad.

Qüvvəti ola anı şad etməgə,

Anı qayğusindən azad etməgə.

Qılmaya xilas anı ol qayğudən,

Baxmaya olursa əz rəncü mihən.

Olmaya andan yavuz qullarda bər,

Munda xacə olavü anda fəqr.

Həqq, Məhəmməd ümmətini dünü gün

Lütfi ilə fe’li-bəddən saxləsün.


HEKAYƏT
Bir hekayət diŋlə, ey əhli-təmiz,

Kim, xəlifə idi bil Əbdül-Əziz.

Ol xilafət məsnədində kəmin məgər,

Kafir idi mülki-Rum, ey mö’təbər.

Seçdi ol dəm yığuban ləşkər tazə,

Rum elinə varuban edə ğəza.

Rumə çün ləşkər çəkübən getdilər,

Qeysəri-Rumi bilə cəng etdilər.

Qalib oldı ləşkəri-kafir nagah,

Basdı islam ləşkərin ol kinəxah.

Oldı çox kimsə müsəlmandən şəhid,

Oldı məqhur mirü vəzirü səid.

Oldı çox-çox anda çünkim darü gir,

Oldı müsəlmandan igirmi əsir.

Ləşkəri-islamə həzimət buldı çün,

Qeysəri-Rumiyə doy oldı dügün.

Bargahin anda tikdurdi rəvan,

Təxtinə oturdı, köŋli şadman.

Ol müsəlmanlər ki, olmışdı əsir,

Yanına yığıldı çün mirü vəzir,

Hazir etdilər arayə cümləsin,

Qeysərüŋ içi doludur küfrü kin.

Munları istər ki, cəlladə verə,

Cümləsiniŋ tiğ ilə boynın urə.

Birisinə söylədi qeysər rəvan,

Gəl mənim dinimə girgil bu zəman.

Səcdə eylə bütlərə bitərsü bak,

İstər isəŋ, olmayasaŋ sən həlak.

Gəl sücud edüb bütə, dinimə gir,

Bir ulu şəhrə səni qılım vəzir.

Verim kusü nəqarə, həm ələm,

Dəxi çox xəl’ət bilə, ey möhtərəm.

Eyləyim dəxi səni beglərbegi,

Ləşkərümdə olmaya səndən yegi.

Yoxsa gər dinimi qılmazsəŋ qəbul,

Arada sənsəŋ, qılıcdır, bilmiş ol.

Söylərəm cəlladə şimdi dəriğ,

Kim, həlak edüb urar boynuŋa tiğ.

Dedi sən bil, hər nə işlərsən maŋa,

Din yolında canımı qıldım fəda.

Dinimi dünyadən ötrü satməzəm,

Sən işiŋ bitür ki, sözüŋ dutməzəm,

Canımı verdim Məhəmməd eşqinə,

Var ikən bu, özgə kimsə eşqi nə?

Səd həzaran canım olsa, bixəta,

Eyləyəydim din yolinə mən fəda.

Bu sözi eşitdi qeysər ol zəman,

Xəşm ilə cəlladə əmr etdi rəvan.

Dedi ur boynın, axıtgil qanını,

Qıl cüda cismindən anıŋ boynını.

Pəs ayağə durdı cəlladi-pəlid,

Urdı boynını anı, qıldı şəhid.

Çünki başi oldı cismindən cüda,

Üç kəzin seyr eylədi meydan ara.

Oxır idi dəmbədəm bu ayəti,

Xaliqə irişmək idi həsrəti.

Yə’ni ki, nəfsi nə derdi ol zəman,

Həqqə dön, bulgil həyati-cavidan.

Daxil olgil Taŋrınıŋ qullarına,

Müttəfiq ol anlarıŋ yollarına.

Ta girəsən anlarıŋla cənnətə,

İrəsən anda firavan ne’mətə.



یا ایها النفس المطمینة ارجعی الی ربک

Çünki qeysər muni eşitdi yəqin,

Doldı köŋli şərri-şurü küfri-kin.

Pəs birisin də gətürdi ilərü,

Söylədi yenə aŋa dəx rubəru.

Dedi ki, gəl dinimi eylə qəbul,

Bütlərə eylə sücud, ey pürüsul.

Eyləyim beglərbegi kim, mən səni,

Qılmamış olam səniŋtək kimsəni.

Yox dersən, buyuram cəlladə mən,

Başiŋi eylər cüda şimdi zi-tən.

Ol səni dəx yoldaşıŋtək öldürür,

Başiŋ üstə çox kişilər güldürür.

Dedi kim, dünyayə satmazəm dini,

Sür işiŋi, dəxi incitmə məni.

Din yolinə canımı qıldım fəda,

Başimi verübən bəəşqi-Mustəfa.

Başimə keçər səniŋ hökmiŋ rəvan,

Dinimə xud hökmiŋ olmaz, ey filan.

Başimi cismimdən eylərsəŋ cüda,

Dinimi kimdir ayıran, ey gəda?

Eşidüb qeysər muni əmr eylədi,

Dur munuŋ dəx boynını urgil dedi.

Durdı cəllad urdı boynını rəvan,

Başi çün meydanə düşdi ol zəman.

Dövr qıldı ol dəxi meydan ara,

Çizginür üç kərrə baxub dört yaŋa,

Oxuyub bu ayəti ol dəx yenə.

Gəldi, durdı dəxi ol baş qatinə:

فی عیشة راضیة فی جنة عالیة

Yə’ni oldum Həqq rizasiçün şəhid,

Əhli-cənnətdən olub ol dəm səid.

Cənnətiŋ eyşi ilən razi olam,

Həzrəti-Həqdən necə izzət bulam?

Durdı ol baş qatda çünkim bu dəxi,

Xəşmə gəldi pəs yenə ol duzəxi.

Dedi kim, birini dəxi gətürüŋ,

Bu siyasət məclisinə yetüruŋ.

Sordı pəs qeysər aŋa dəxi yenə,

Sən girərmisəŋ dedi bizim dinə?

Bir ulu şəhrə səni qılım əmir,

Həm müqərrəb sən təki olmaya bir.

Nagəhan şeytan aŋa buldı məcal,

Pəs şəqavət irişüb, sə’b oldı hal.

Vəsvəsilə çünki oldı biqərar,

Dünyəni din üstə qıldı ixtiyar.

Pəs dedi kim, diniŋi qıldım qəbul,

Necə hökmindürür, eylə olsun ol.

Çün şəqavət dutdivü yüz ülfətə,

Kafir oldivü sücud etdi bütə.

Pəs dedi qeysər vəzirinə rəvan,

Tez muŋa xəl’ət gətürün bu zəman.

Ol filan şəhrə bunı tikiŋ əmir,

Veriŋiz tuğü nəqaravü nəfir.

Pəs vəzir ayıtdı aŋa, ey padşah,

Bir sözüm var, söyləyim, olgil agah.

Dedi qılmayınca bunı təcrübə,

Biz muŋa necə verəlim mərtəbə?

Dedi qeysər təcrübə nədir, degil,

Qılduralım biz muŋa, tez söyləgil.

Dedi gər doğru isə sözində bu,

Mən dedügim işləsün, dursun uru.

Dursun, ursun yoldaşınıŋ boynını,

Biləlim gerçəkdir anıŋ oynını.

Durdı ol məl’un ki, bəcidd ol zəman,

Yoldaşınıŋ boynın ura, tökə qan.

Pəs vəzirin sözi ilə ol pəlid,

Durdı, bir yoldaşını qıldı şəhid.

Dedi pəs qeysər vəzirə, şimdi dur,

Muŋa çox xəl’ət gətürsünlər buyur.

Dəxi yazgil sən muni beglərbegi,

Beglərimdə olmaya mundan yegi.

Padşaha pəs yenə dedi vəzir,

Söyləyim bir söz dəx, anı diŋlə bir.

Dedi bir kişi ki öz yoldaşınıŋ

Kim, riayət etməyə həqqin anıŋ,

Qılmadı yoldaşinə çünkim vəfa,

Ol vəfa xaçan qıla bu dəm saŋa?

Olmaya muni böyütmək əql işi,

Pəs ölüb yoğ olsa, yegdir bu kişi.

Padşahə çün muni dedi vəzir,

Eşidübən padşəh sözin vəzir.

Yenə cəllad urdı boynını anıŋ,

Tiğinə dedi ki, ömrin kəs munuŋ.

Düşdi meydanə anıŋ başi məgər,

Ol dəxi meydan içində dövr edər,

Üç kərrət dövr eylədi meydan ara,

Oxıdı bu ayəti Qur’an ara.


Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin