HƏZİNİ
“HƏDİSİ-ƏRBƏİN”
TƏRCÜMƏSİ
Bismillahir-rəhmanir-rəhim,
İbtidasində hər işiŋ, ey həkim.
Kim ki bismillah ilə girsə işə,
Taŋrı tövfiqilə xətmə irişə.
Axirə oldur yetürən hər işi,
Doğru yola başlayan hər azmışi.
Taŋrı adın mən dəxi yad eyləyim,
Sözümi andan soŋra bünyad eyləyim.
Qadirü həyyü qədimü zülcəlal,
Vahidü fərdü həkimü bimisal.
Aləmi kövni-ədəmdən var edən,
Yeri qaim, gögləri dəvvar edən.
Yer yaratdı, gög yüzində mehrü mah,
Mehrü mahı, əncümi edən sipah.
Zati birlikdə sifati çoxdur,
Misli, şibhi çəndü neddi yoxdur.
Kimsə andan doğmamış, ol kimsədən,
Cümlə məxluqatı oldur yarədən.
Cismi qılmışdır müşərrəf can ilə,
Qıldı insani-şərif iman ilə.
Kimini mö’min, kimin kafir edər,
Kimini zahid, kimin zalim edər.
Kiminə verdi nübüvvət xilqətin,
Kiminə verdi vilayət şövkətin.
Ənbiyayi aləmə göndərdi, ta
Qullarına göstərə rahi-hüda.
Əvvəli Adəm oların, axəri
Mustəfadur cümlə aləm sərvəri.
Sədrü bədri-aləmi-sahibvəfa,
Oldurur xətmi-rəsulü ənbiya.
Oldı “ləu lakə liomrikə” tac aŋa,
Qabi- qövseyn oldı həm me’rac aŋa.
Axərin gəldi əgərçi surəti,
Cümlədin öndin olupdur xilqəti.
Mustəfa mahi-əcəm, şahi-ərəb,
Oldı ol aləm vücudinə səbəb.
Dürlü-dürlü mö’cüzati-ənbiya,
Hər kəramət zahir etsə övliya,
Cümləsi andan qılıbdır iqtibas,
Həm şəfaətin qılurlar iltimas.
Də’vət etdi anı me'racə cəlil,
Oldı pəs Ruhüləmin aŋa dəlil.
Oldı Cəbrail aŋa çün rəhnəma,
Ta irişdilər bəsidrül-müntəha.
Qaldı sidrül-müntəhadə Cəbrail,
Gəl gedəlüm,-dedi, ya əmri-cəlil.
Dedi Cəbrail ki, mundan yuxaru,
Yoxdurur seyrim dəxi, ey mahru.
Gər basam mundan yuxaru bir qədəm,
Cismimi eylər təcəlli kələdəm.
Getdi Əhməd, qaldı çün Ruhüləmin,
Qabi- qövseynə irişdi ol yəqin.
Dilədi həzrətdən ol dun ümmətin,
Anlara qurtardı Həqqiŋ şəfqətin.
Cümlə üsyan əhlinə oldı şəfi',
Andan olmış cümləniŋ qədri rəfi'.
Filməsəl, əncümi-cəmiyi-ənbiya,
Mahi-bədr oldı orada Mustəfa.
Həm şəfi'i-mücrimani-aləm ol,
Həm cəmi'i-ənbiyayə xatəm ol.
Canibi-Həqdən sələvat ilən səlam,
Pak ruhinə irişsün yüz miŋ səlam.
Alinə, övladinə, əshabinə,
Əhli-beytinə, dəxi əhbabinə.
Olsun ətbainə yüz miŋ afərin,
Yer yüzində ta olınca yövmi-din.
SƏBƏBİ-NƏZMİ-KİTAB
Çün bu gün ol Xaliqə həmd eylədim,
Canü dildən həm sənasın söylədim.
Sonra andan mən qələm aldım ələ,
Nə’t oxıdım Mustəfayə sidq ilə.
Alinə, övladinə mədhi-afərin,
Həm oxıdım yenə basidqü yəqin.
Ya əxi, gəl köŋliŋi qıl müctəme',
Can qulagilən maŋa ol müstəme'.
Versə tövfiq ol Xudayi-müstəan,
Eyləyim mən imdi məqsudi bəyan.
Şeyxi-zahid, alimü abid imam,
Kim Məhəmməd bin Əbi Bəkr,ey hümam,
Dedi bir gün cürmimi zikr eylədim,
Ol keçən əyyamimi zikr eylədim.
Mə'siyyət dəryasinə qərq olmışam,
Öz əlimlə kəndüm oda salmışam.
Fikr qıldım ki, nə qılam, ey əcəb
Ol nicatimçün ola bənim səbəb.
Qalmayam bəhri-məasidə əbəd,
Çıxmağa oddan maŋa ola mədəd.
Mundan özgə dapmadım mən kim məcal,
Qurtara oddan məni biqilü qal.
Ol cəhan fəxri şəfi’ül-müznibin,
Taci-aləmi- məhbiti-Ruhüləmin.
Sədrü bədri-aləmi- xeyrül-bəşər,
Zahir etmiş ləfzi-dəryayi-göhər.
Böylə buyurmışdır ol şahi-ərəb:
Hər kim etsə sünnətimi müntəxəb,
Sünnətimdən qırx hədisi cəm’ edə,
Ümmətim içrə özini şəm' edə.
Ruzi-məhşər mən aŋa olam şəfi’,
Həzrəti-Həqdən ola qədri rəfi’.
Şeyx aydur çün, muni gördüm yəqin,
Cəm' qıldım pəs hədisi-ərbəin.
Cümləsi müsnəd ola anıŋ qamu,
Hər birini nəql qılmış bir ulu.
Hər birini bir səhabə söyləmiş,
Ravilər andan rəvayət eyləmiş.
Sonra andan der gətürdim mən yenə
Bir hekayət hər hədisiŋ üstinə.
Və'zü əxbarü hekayəti-qərib,
Eylədim ilhaq ana mən dil verib.
Var ümidim bu səbəb birlə məgər,
Özümi qurtarəm əz nari-səqər.
Çünki Şeyx öz işini qıldı təmam,
Yetdi növbət bu fəqirə, ey hümam.
Bu məhəldə bu fəqirü pürgünah,
Fe’li cürm ilən xətavü işi ah.
Bir neçə din qardaşı ilən bilə,
Məclis içrə otururkən cəm' ilə.
Arayə gəldi “Hədisi-ərbəin”,
Bir neçə söz nəql olundı, ey əmin.
Bə’zi kimsə məclis içrə söylədi,
İltimas etdivü ilhah eylədi:
Gəl bu dəmdə sən qəbul et bir nəfəs,
Kim, muni nəzm etməgə qılgil həvəs.
Türkə edüb tərcümə nəzm eyləgil,
Taqətincə gəl bəyan et, söyləgil.
Çünki böylə iltimas etdi olar,
Bu işi məndən təmənna qıldılar,
Pəs fəqir ol dəm muni gördüm səvab,
Eyləyəm ol iltimasə mən cəvab.
Pəs qələm aldım ələ əndər-zəman,
Nəzminə məşğul oldum bən həman.
Nəzm edübən türkə qıldım tərcümə,
Layiq ola umaram hər əncümə.
İstianət istəyüb Həqdən həman,
Şüğl qıldım bu işə əndər-zəman.
Eylədim mən imdi məqsudə şüru’,
Ta bəyan ola üsulü həm füru’.
ƏL-HƏDİSÜL-ƏVVƏL
الراحمون یرحمهم الرحمن ارحموا من فی الارض
1 یرحمکم من فی السماء
Budurur əvvəl “Hədisi-ərbəin”,
Guş qılgil sidq ilə, ey pakdin.
Ravilər böylə rəvayət eylədi,
Ən-ən ilən ol bizə böylə dedi.
İstima’ etgil, əya sahibnəzər,
Bu sözi nəql eylədi İbni-Ömər.
Diŋlə Abdullah muni böylə dedi,
Fəxri-aləmdən rəvayət eylədi.
Dedi məxluqatə hər kim rəhm edər,
Rəhm edər ana Xudayi-dadgər.
Rəhmi olan qullara ol bizəval,
Rəhm edər dedi Rəsuli-bimisal.
Kim zəif olanə qılmaz şəfqəti,
Necə umar ol Xudadan rəhməti?
Rəhm edin siz yer yüzində olanə,
Ta ki rəhmət sizə göglərdən enə.
HEKAYƏT
Bir hekayət istima' et şimdi sən,
Bu hədisin üstə, ey xəlqi-həsən.
Ol Ömər əmirülmö’minin,
Ol Mədinə kuçəsində, ey əmin.
Gördi dutmış bir kəsi bir sərçəni,
Eyləmiş məhbus oynadır anı.
Rəhm qıldı ol quşa ol dəm Ömər,
Aldı satun anı oğlandan məgər.
Çünki aldı anı azad eylədi,
Qurtarub dustağ ikən şad eylədi.
Keçdi munuŋ üstə bir qaç ruzigar,
Eylədi çünki fənadən ol güzar.
Bir gecə bir şəxs anı düşdə görər,
Dedi halın netə oldı, ya Ömər?
Bu qaranqu əvdə halıŋ söyləgil,
Necə oldı, sən maŋa şərh eyləgil.
Söyləgil Allah səniŋləŋ neylədi,
Necə düşdi anda bazarıŋ dedi.
Pəs əmirülmö’minin verdi cəvab
Kim, işim oldı səvab əndər səvab.
Həqq-təala cürmimi əfv eylədi,
Ruhimi rəhmət xanilə toylədi.
Pəs yenə ol şəxs aŋa söylədi,
Nə səbəb birlə saŋa rəhm eylədi?
Həqq səni cudiŋdən etmişmi azad?
Yoxsa ədliŋdənmi oldı bu murad?
Yoxsa zöhdiŋdənmi buldun şəfqəti?
Kim, saŋa oldı Xudanıŋ rəhməti.
Dedi bu dedikləriŋ, ey mahru,
Qılmadılar faidə munlar qamu.
Çün məni qəbrə qoyuban getdilər,
Qaranqu yerdə məni tərk etdilər.
Gəldilər iki firiştə nagəhan,
Heybətindən getdi əqlim ol zəman.
Çünki bu hal ilən gördüm anları,
Titrədi yapraq kimi ə’zam varı.
İkisi dutub məni qaldırdılar,
Oturunca gəldi qarşumə bular.
Dilədilər edələr maŋa sual,
Bir nida gəldi nəgahin bu məcal.
Ey mələklər, ol qulumnı tərk ediŋ,
Anı qorxutmıŋ, yanından tez gediŋ.
Rəhm qılmışdı fənadə bir quşə,
Lacərəm, üqbadə rəhmət irişə.
Çünki məxluqatimə rəhm etdi ol,
Rəhmətim xaninə andan buldı yol.
Rəhmət eylə qamuyə sən, ey rəhim,
Qullarıŋa ruzi qıl darünnəim.
HEKAYƏTİ-ÜXRA
Həm yenə diŋliŋ münasib bu sözə,
Bir hekayət edəyim şimdi sizə.
Var idi bir abidü zahid əyan,
Ol Bəni-İsrail içrə bir zəman.
Aclığ irişdi Bəni-İsrailə,
Bir gün ol zahid məgər əyyam ilə,
Gedər ikən yola bir gün ol hümam,
Gördi qumdən bir təpə, ey niknam.
Böylə fikr etdi ki, un olaydı bu.
Aclara muni verəydim mən qamu.
Qurtaraydım ta ki aclıxdan məgər,
Ol Bəni-İsraili mən sərbəsər.
Ol zəman peyğəmbərinə ol Xuda.
Vəhy qıldı var filani muştula.
Ol dağın un olduğunuŋ əcrini
Kim, saŋa yazdurdı ol Rəbbi-qəni.
Dəftərinə eylə yazdurdı təmam,
Eyləmiş ola təsəddüq, ey hümam.
Rəhm qıldı çün mənim qullarıma,
Dərvişü miskinü yoxsullarıma,
Çünki ol xeyrat içün etmiş qərəz,
Rəhmət etdim imdi mən dəxi əvəz.
Hər kimiŋ ki niyyəti xeyrə olə,
Lacərəm, Həqdən aŋa rəhmət gələ.
Qullarıŋı, ya İlahülaləmin,
Niyyətini xeyrə qıldurgil həmin.
ƏL-HƏDİSÜS-SANİ
الفاجر الراجی برحمة الله تعالی اقرب الی الله تعالی من العابد
المقنط 2
Bu, ikincisidir əz-ərbəin,
Diŋlə muni sidq ilən, ey pakdin.
İbn Məsuddəndir uşbu xəbər,
Mustəfadən nəql edər ol mö’təbər.
Qıldı Əhməddən rəvayət ol hümam,
Bu sözüŋ əsnadı andandır təmam.
Mustəfa dedi ki, bir facir kişi
Daima ümmid ola Həqdən işi.
Rəhmətinə Taŋrınıŋ yaxındur ol,
Ol kişidən kim ibadət qıla bol.
Xəlqi növmid edə rəhmətdən müdam,
Qullarımnı qorxuda ol sübhü şam.
HEKAYƏTİ-ÜXRA
Bu sözə qüvvət Peyğəmbər söylədi,
Zeydi-Əsləmdən rəvayət eylədi.
Var idi der bir kişi əvvəl zəman,
Ömri keçmişdi ibadətlən həman.
Taətinə təkyə qılmışdı özi.
Xəlqə növmidlik idi dün-gün sözi.
Qorxudurdı qulları ol tündxu,
Naümid eylərdi rəhmətdən qamu.
Çünki getdi bu fənadən ol kişi,
Həzrəti-Həqdən umardı bəxşişi.
Pəs dedi Həqq həzrətinə, ey Xuda,
Nə yərağ etdiŋ qatıŋda sən maŋa?
Həqq xitab etdi ki, nar etdim yərağ,
Anda qılmışam səniŋçün mən durağ.
Dedi, ya Rəbb, ibadatim xanı?
Zöhdü təqvam birlə taətim xanı?
Söylədi Həqq qullarımnı sən müdam,
Rəhmətimdən növmid eylərdin, təmam.
Növmid etdim imdi mən dəxi səni,
Xəlqi qorxudub ögərdiŋ sən səni.
Pəs gərək qul xayifi-raci ola,
Həqq qatında ta kim ol naci ola.
ƏL-HƏDİSİ-ÜXRA
Munuŋ üstə bir dəxi diŋlə xəbər,
Böylə dedi Bu Hərirə-mötəbər.
Həqq rəsulindən rəvayət eylədi,
Dedi ki, Seyyid hekayət eylədi.
Etməmişdi bir kişi zərrə əməl,
Eyləmişdi dünyadə tul əməl.
Leyk Həqqi birləmişdi ol yəqin,
Əldə tövhid idi ümmidi həmin.
Çün əcəl yasduğinə başın qodı,
Əhlinə böylə vəsiyyət eylədi.
Mən öləndən sonra odə urasız.
Kül olunca cismimi yandurasız.
Həm külimni göndərə yel seyrinə,
Savurun bəhrə ki, gedə qə'rinə.
Söylədi muni çü bağlandı nəfəs,
Mürği-ruhi uçdı, boş qaldı qəfəs.
Dedügini işlədilər ol zəman.
Yandurub kül etdilər anı rəvan.
Həm külini dutubən dərya saru,
Yelə savurdılar anı subəsu.
Qəbzəsinə aldı Allah nagəhan,
Pəs aŋa sordı, dedi kim, ya filan,
Öz-öziŋi böylə neçün eylədiŋ?
Yandurub dəryayə savuruŋ dediŋ?
Dedi xövfindən sənin, ey Kirdigar,
Kim, çox olmışdım qatiŋdə şərmsar.
Həzrətiŋə cism ilə mən rusiyah
Xövf qıldım gəlməgə, ey padşah.
Ol səbəbdən odə yaxdurdım bu dəm,
Ta vücudim ola deyü kələdəm.
Muni eşitdi Xudayi-müstəan,
Bəhri-rəhmət cuşə gəldi ol zəman.
Həqq-təala ol qula rəhm eylədi,
Cürmiŋi cümlə bağışladım,-dedi.
Çünki iqrar eylədin üsyaniŋə,
Qılmadıŋ əhrar sən tüğyaniŋə.
Pəs saŋa mən dəxi rəhmət eylədim,
Ruhiŋi öz fəzlüm ilə toylədim.
Sən Məhəmməd ümmətiŋ, ey kərim,
Cürmini əfv et, bağışla, ey rəhim.
HEKAYƏTİ-ÜXRA
Munuŋ ustə bir hekayət diŋləgil,
Qəlbiŋi saf eylə, ibrət aŋləgil,
Var idi Musa zəmani bir kişi,
Dünyadə fisqü fücur idi işi.
Çün əcəl irdi o şəxsə nagəhan,
Dünyadən nəql etdi üxrayə rəvan.
Anı gördilər kərih ol dəm məgər,
Qoymayub qəbrə, yabanə atdilər.
Dedilər kim, fasiq idi bu, əyan,
Muni möminlərlə qoymaxlıq yaman.
Yumağı, dəfn etməgi tərk etdilər,
Götürüb bir məzbələyə atdilər.
Musayə vəhy etdi ol dəm müstəan,
Eylədi bu şəxsiŋ əhvalın bəyan.
Dedi, ya Musa, uru dur şimdi tez,
Var, həbibim dəfn qıl, yugil təmiz.
Ol güruhi-övliyanıŋ biridir,
Surətə öldi, həqiqət diridir.
Anı yuyub, qılmadı kimsə kəfən,
Qoymadılar qəbrə həm, dur şimdi sən.
Var, anı yuyub kəfənlə, sən rəvan,
Qıl nəmazın, dəxi dəfn etdir həman.
Vardı Musa istəyü getdi anı,
Ol arayə kim, demişdi ol qəni.
Pəs anı ol küçədən sordı məgər,
Ya müsəlmanlar, maŋa veriŋ xəbər.
Küçəŋizdə öldimi bir əhli-hal,
Kim, vəliyyüllah ola ol bu məcal.
Dedilər ol qövm aŋa kim, ya rəsul,
Ol sifətlü kimsə mundə bilmiş ol.
Ölməmişdir bil, yəqin, ey pakdin,
Yegrəgin bilür İlahülaləmin.
Pəs yenə Musa dedi kim, hərçi var,
Kimsənə öldimi, eyliŋ aşikar.
Dedilər dün mundə öldi bir kişi,
Dünyadə fisqü fücur idi işi.
Görmədük layiq yuyub dəfn eyləmək,
Mundən ötri çəkmədük aŋa əmək.
Süriyib yabanə atmışuz anı,
Böylədür əhvalı, ey canlar canı.
Dedi Musa: Maŋa anı göstəriŋ,
Nerdədir anıŋ məkanı, göstəriŋ.
Andan ötri Həqq maŋa vəhy eylədi,
Var, həbibimdir, anı götür,-dedi.
Musayə göstərdilər ol mürdəni,
Oldı heyran çün baxub gördi ani.
Dedi: Ya Rəbb, maŋa əmr eylədiŋ,
Var, həbibimdir, anı götür,-dediŋ.
Qövmi anıŋ fisqini isbat edür,
Ya İlahi, bu, necə halətdürür?
Lütf edüb bildir maŋa əhvalıŋı,
Necədir, ta biləm anıŋ halıŋı.
Musayə vəhy etdi Rəbbülaləmin,
Anlarıŋ şahidliği həqdir yəqin.
Anlarıŋ dedügitəkdir ol həman,
Diŋlə baqisin, saŋa edəm əyan,
Haləti-nə’zə gəlicək ol kişi.
Pəs şəfi' etdi özinə üç işi,
Gər qamu mücrimləri qılsə sual,
Yarlığardım cümləsin biqilu qal.
Kəndü nəfsin istədi ol xud həman,
Necə rəhm etməyim aŋa ol zəman?
Dedi, ya Rəbb, ol üç nədir, degil,
Həqq dedi: Musa, qulaq ur, diŋləgil.
Çün əcəl yetdi, nida qıldı maŋa,
Dedi kim, sən xud bilürsəŋ, ey Xuda.
Fisq edərdim gərçi mən fi külli-hal,
Leyk cəm’ olmışdı məndə üç xisal.
Biri bu kim, fisqə gər məşğul idim,
Gərçi bu nəfsiŋ əlində qul idim.
Fisq edərdim, leyk ikrah eyləyüb,
Qılduğım iş cümləsi şərdür deyüb.
Ya İlahi, fisq edən dəmdə mənim,
Var idi yanımda həm üç həmdəmim.
Biri həva, biri yavuz həmnişin,
Bir dəxi şeytanə olmışdım qərin.
Bu üçi saldı məni mə'siyyətə,
Kim, məni qoymadı munlar xizmətə.
Sən bilürsən halımı xud, padişah,
Bu sözümə pəs nə hacətdir güvah?
Həm ikinci fisq edərdim gərçi mən,
Fisq içində işlər idim hərçi mən.
Mən sevərdim leyk saleh qulları,
Köŋlümə xoş gəlmiş idi yolları.
Anlarıŋlan durub-oturmax maŋa,
Fisq əhlindən yegrək idi, ey Xuda.
Dünyadə salehləri, ya müstəan,
Yeg sevərdim fisq əhlindən əyan.
Gəlsə ta kim yanimə iki kişi.
Birisi saleh, birinin fisq işi.
Salehiŋ yaxşı dutardım hörmətin,
Bitürərdim əvvəl anıŋ hacətin.
Hörmətinə anlarıŋ, ey padşah,
Əfv qılgil cürmimi sən, ya İlah.
Həm üçinci söylədim kim, ya kərim,
Yarlığar olsan məni sən, ya rəhim,
Ənbiyavü övliya məsrur olur,
Həm dəxi şeytan zəifü xar olur.
Yox əgər qılsaŋ, əzab ilən cəza,
Qəmlü olur ənbiyavü övliya.
Ol ləin şeytan yenə xəndan olur,
Kim, anıŋ xəndanı səd çəndan olur.
Mən bilürəm, ya İlahi, sən yəqin,
Ənbiyavü övliyanın şadisin.
Nik sevərsəŋ şadlığından iblisiŋ,
İşi şərrü məkrü hiylə təlbisiŋ.
Pəs mənim cürmimni bu dəm, ey rəhim,
Əfv edüb, ərzani qıl darünnəim.
Bilgil, ey Musa, muni şimdi, yəqin,
Kim, vəsilə budur ortadə həmin.
Bu səbəbdən anı azad eylədim,
Lütfim ilən ruhini şad eylədim.
Dedi, ya Musa, yəqin bil muni sən,
Diləsəm ki, aləmi bu dəmdə mən.
Cürmini əfv eyləyəm, qılam əta,
Lütfimə inkar edən eylər xəta.
Xassə kim, bir kimsə suçini bilə,
Yüz sürüb dərgahimdə zari qıla.
Ol çün öz cürmini iqrar eylədi,
Bildi öz suçini izhar eylədi.
Lütfim ilə rəhmət etdim mən aŋa,
İşlə, ya Musa, dedügimni saŋa.
Dur, rəvan əmrümi yerinə yetür,
Yu, təmüz dut, qap rəvan, anı götür.
Dəfn qılgil kim, həbibimdir ol qul,
Kim, anın qılsa nəmazın bilmiş ol,
Yarlığaram cürmini, əfv eylərəm,
Rəhmətim xanilə anı toylərəm.
Durdı Musa, yudı xoş e’zaz ilə,
Qıldılar qövmi nəmazını bilə.
Öz əlilən qəbrinə qoydı anı,
Mənzilinə getdi, ey canlar canı.
Hörmətinə anlarıŋ, ey zülmənən,
Cürmimi əfv eyləyüb bağışla sən.
Həm oların himmətindən ey qəni,
Lütfiŋ ilə binəsib etmə məni.
ƏL-HƏDİSÜS-SALİS
ان الله تعالی ینظر الی وجه الشیخ صباجاَ ومساًء ویقول یا عبدی قد کبرسنک ورق جلدک ورق
عظمک و اقترب اجلك وحان قدومك الی فاستحی منی فانا استحی من شيبتك ان اعذبك في النار 3
Diŋlə üçinci hədisi sidq ilə,
Ta anı nəzmə gətürüm zövq ilə.
İbn Malik kim, Ənəsdir adı,
Bu hədisi ol rəvayət eylədi.
Dedi kim, buyurdı ol fəxri-cəhan,
Ol şəfi'i-mücrimani-insü can.
Lütfi ilən ol Xudayi-dadgər,
Daŋ-axşam pirlərə eylər nəzər.
Der ki, ömriŋ keçdi, ulaldı yaşıŋ,
Sümügin incəldi, həm titrər başıŋ.
Yaxın oldı vəqt kim, ey bixəbər,
Edəsəŋ bizdən yaŋa imdi səfər.
Tövbə eylə, şimdi məndən et həya,
Asiliği qoy, rücu etgil maŋa.
Pirlikdən mən utanıram bu dəm.
Kim, əzab edüb saŋa mən zəcr edəm.
HEKAYƏT
Bir rəvayət gəldi, şimdi diŋləgil
Kim, münasib bu hədisə aŋləgil.
Pirlərin gör Həqq qatında hörmətin,
Padşahın qapusində qürbətin.
Gedər idi bir gün ol şir Əli,
Daŋ namazına məgər kim ol vəli.
Ol pirə hörmət qılıb şiri-Xuda,
İrəlü ötməkligi görməz rəva.
Qoca gedər asta, ardınca Əli,
İrəlü ötməzdi andan ol vəli.
Vəqt irişdi kim, doğaydı aftab,
Məscidə irişdilər min külli-bab.
Qoca girməz məscidə, ötdi gedər.
Ol məgər nəsranidir, yeri səqər...
Pir olduğına hörmət eylədi,
Ol ədəb həqqin riayət eylədi.
Pəs maŋa əmr etdi Taŋrı ki, yeri
Dut, rükudən qalxməsün peyğəmbəri.
Qalməsüŋ ta kim cəmaətdən Əli,
Gəlsün irişsün nəmazə ol vəli.
Bu əcəbmidir, əya sahibvəfa,
Oldurur bundan əcəb,-dedi Xuda.
Eylədi ol dəm maŋa böylə xitab,
Qoymagil doğmağə bir dəm aftab.
Tez iriş, dutgil qanadınlə rəvan,
Ol Əliniŋ hörmətindən bu zəman.
Qıl təsəvvür özüŋə sən, ey cəvan,
Öz xəyalindən muni eylə bəyan.
Şeyxi-nəsrani içün ol Kirdigar
Munca lütf etdi Əliyə aşikar.
Bir müsəlman pirə hörmət qıləsən,
Gör ki, sən necə məratib buləsən.
Hörmətinə pirlərin, ey padşah,
Şərri-şeytandən bizi eylə nigah.
Abruyi həqqiçün yaşlulərin
Çeşm suyi həqqiçün yaşluləriŋ,
Kim, bizi səndən yaŋa irşad qıl,
Həm cəhənnəmdən bizi azad qıl.
HEKAYƏTİ-ÜXRA
Gəl, yenə sən müstəme’ ol, ey bəşər,
Munuŋ üstə bir dəxi diŋlə xəbər.
Ol Əbu Mənsur şeyxi-namdar,
Matərid dedilər aŋa aşikar.
Verdi ustadı sözindən ol xəbər,
Söylədi bu növ ilən ol mö’təbər.
Çünki ustadına irişdi əcəl,
Səksənə irmişdi ömri ol məhəl.
Ol Əbu Mənsurə əmr etdi yeri,
Dedi dur bazarə var, ey din əri.
Sən mənim içün ki, bir qul satun al,
Məncə ola ömri anıŋ bu məcal.
Al gətür anı ki, azad eyləyim,
Mən özümçün ol günə zad eyləyim.
Durdı Bu Mənsur, anı qıldı tələb,
Gəzdi çox yerləri, bəs çəkdi təəb.
Hər kimə sorsa verür idi cəvab,
Ol bulunmaz heç yerə, qılma itab.
Xandadır səksən yaşar qul bu zəman?
Olmamış ola azad ol natəvan.
Pəs Əbi Mənsur gəlib verdi cəvab,
Ol bulunmaz, heç yerə qılma şitab.
Çün eşitdi, səcdəyə qoydı başın,
Gözlərindən həm rəvan etdi yaşın.
Yüzini torpağə sürtdi, söylədi,
Xaliqə ərzü niyaz qəsd eylədi.
Dedi: Ey qəffarü həyyü zülcəlal,
Ey rəhim vey qəfuri-bimisal.
Qullarıŋ səksən yaşar quli yəqin,
Görmədilər layiq azad olmadın.
Dedilər: Qulmı olur səksən yaşar?
Sən kərimsəŋ cümlədən, ey Kirdigar.
Sən qamudən mehribansaŋ, ey kərim,
Əfvedici sənsən, ey Rəbbi-rəhim.
Necə layiq görəsən bu dəm məni,
Qılmayəsən oddan azad, ey qəni?
Zarisinə rəhm edüb Pərvərdigar,
Yarlığaram, dedi ol dəm aşikar.
Məni səni lütfimlə azad eylədim,
Rəhmət ilə ruhini şad eylədim.
Qullaruŋa lütf qılgil, ey Xuda,
Qıl xilas oddan bəeşqi-Mustəfa.
Rəhmətiŋdən binəsib etmə bizi,
Xass qullarıŋla qıl həşrimizi.
ƏL-HƏDİSÜR-RABE’
من تعلم بابا من العلم ینتفع به فی آخرته ود نیاه اعطاه الله خیرا له
من عمرالد نیا سبعة آلاف سنة صیام نهارها وقیام لیالیها مقبولا غیر مردود 4
Dinlə dördinci hədisi bu zəman,
Əqliŋi cəm’ eylə, ey arami-can.
Dedi İbrahim, eşitdim mən yəqin,
İlqimədən bu hədisi , ey əmin.
Ol dəxi dedi ki, Abdullahdən,
Böylə eşitdim mən, ey xəlqi-həsən.
Dedi: Abdullah ki, dedi Mustəfa,
Sədrü bədri-aləmi-sahibvəfa.
Kim elmdən ögrənə bir bab əgər,
Dininə, dünyasinə nəf’i dəgər.
Dünyanıŋ ömrini Həqq yazar aŋa,
Kim, yedi miŋ ildir, ey əhli-vəfa.
Gündüz oruc, gecəsi qıla nəmaz,
Etmiş ola Xaliqə ərzü niyaz.
Cümləsini qılmış ola Həqq qəbul,
Biri mərdud olmaya, ey pürüsul.
Ol qula anıŋ səvabını kərim,
Yazdurur aŋa qamu Rəbbül-rəhim.
HEKAYƏT
Bir hekayət diŋlə imdi sidq ilə,
Bu hədis ustə gətürəlüm dilə.
Mustəfa dedi kim, elmün şəhri mən,
Qapusidir ol Əliyyi-Bulhəsən.
Çün xaricilər eşitdi bu sözi,
Fikrə batdılar gecəsi, gündüzi.
Pəs Əliyə başladı anlar həsəd,
Bu hədisə bulmaq istərlərdi rədd.
Anlarıŋ ulularından on kişi
Cəm’ olubən danışurlar bu işi.
Dedilər muŋa soralum bir sual,
Hər birimiz ayru-ayru bir məcal.
Cümləmizə gər verürsə bir cəvab,
Pəs olur işi Əliniŋ nasəvab.
Yoxsa hər birimizə bir növ ilə,
Ol cəvab edüb bizi razi qıla,
Mustəfa dedügi kimi ol Əli,
Pəs qapusi ola elmiŋ ol vəli.
Gəldi anlarıŋ biri qıldı sual,
Ya Əli, der, elm yegmi, yoxsa mal?
Dedi: Maldan elm əfzəldir, yəqin,
Elmi əfzəl bilməgiŋ yegdir həmin.
Dedi: Yegligi nədəndir, söyləgil,
Gəl dil ilən anı təqrir eyləgil.
Dedi: Elm oldı mirasi-ənbiya,
Mali-Qarundən qalıpdır bivəfa.
Həm Haman, qərdaşı Şəddaddandurur,
Dəxi ol Fironi-bidaddandurur.
Ol bu söz ilə rucü etdi rəvan,
Gəldi ikincisi anda ol zəman.
Ol dəxi anciləyin qıldı sual,
Dedi: Elm əfzəlmi olur, yoxsa mal?
Dedi: Elm əfzəldürür maldan həman.
Dedi kim, nədir dəliliŋ, qıl bəyan.
Dedi: Sən malə olursan pasiban,
Elm saŋa pasibandır, bil əyan.
Bu cəvabı aldı, getdi ol dəxi,
Gəldi üçüncisi ol dəm, ey əxi.
Anlarıŋtək ol dəxi qıldı xitab
Elm əfzəldir,-deyü verdi cəvab.
Der: Dəliliŋ bu sözə nədir,degil,
Sən muni təqrir ilən şərh eyləgil.
Der Əli: Maldar olanıŋ dünyədə,
Çox olur düşmani, bilgil, ey dədə.
Çox olur dünyədə elm əhlinə yar,
Kim görərsə, özinə ol dust dutar.
Getdi ol, dördincisi gəldi rəvan,
Sordı ol dəx anlarıŋtək dər-zəman.
Dedi ki, elm ilə maldan söyləgil,
Xansısı əfzəldürür, şərh eyləgil.
Elm əfzəldürür,-dedi, sən dutma şəkk,
Pəs ki maldan elmi yeg bilmək gərək.
Dedi ki, nədir dəliliŋ bu sözə,
Anı bildir, tez əyan eylə bizə.
Dedi: Maldan vericək nöqsan olur,
Verdüginə sahibi peşman olur.
Necə kim elmi təsərrüf etsələr,
Qarşu artar, xub olur, ey mö’təbər.
Getdi ol dəx ol cəvab ilə o dəm,
Gəldi beşincisi dəxi sordı həm.
Söylədi kim, elm ilə mal, ey Əli,
Xansı əfzəldir, cəvab et, ey vəli.
Der Əli kim, elm maldan yeg olur,
Əqli olan bu sözüŋ rəmzin bilür.
Ol dəxi aydır: Dəliliŋ söyləgil,
Yegligiŋi bizə mə’lum eyləgil.
Der Əli: Bu sözə istərsəŋ dəlil,
Mal yığanı daim oxurlar bəxil.
Elm əyəsinə vəli derlər kərim,
Daim aŋa qədr edərlər, bil əzim.
Getdi ol dəx ol cəvab ilə təmam,
Gəldi altıncısı sordı, ey hümam.
Anlarıŋtək verdi aŋa dəx cəvab.
Dedi ki, göstər dəlili-basəvab.
Dedi: Malı daim oğrı aparur,
Mal gedicək əyəsi məhrum qalur.
Oğrı əsla elmə heç kar eyləməz,
Elm əyəsi oğrılardan qəm yeməz.
Getdi, ol yedincisi gəldi, durar,
Elm yegdir, yoxsa mal,-deyü sorar.
Dedi: Yegdir, elmi yeg bilmək yəqin,
Elmi yeg bilməkligiŋ yegdir həmin.
Dedi: Bu sözə dəlil göstər maŋa,
Ta ki mən varam işümə basəfa.
Der Əli: Məhşər güni mal yığanıŋ,
Cümlə istərlər hesabını anıŋ.
Elm əhli neçəyə olur şəfi’.
Neçələrin mənzilin eylər rəfi’.
Gəldi səkizinci çünki getdi ol,
Ol dəxi sordı yenə, ey pürüsul.
Elm əfzəlmi olur,-der, yoxsa mal?
Der Əli ki, elm yegdir, etmə qal.
Dedi: Göstərgil dəlil, eylə təmyiz,
Anı eşidüb gedəm mən tez-tez.
Dedi: Dursa mal bir neçə zəman,
Çüriyüb təbdil olur, bilgil əyan.
Çüriməz elm, əbtər olmaz, bəllü bil,
Ol əgər durarsa neçə yüz miŋ yil.
Getdi ol, gəldi doquzıncı rəvan,
Ya Əli,-der eyləgil bu dəm bəyan.
Elm, malıŋ xansısı əfzəldürür?
Eylə təfzil bu maŋa mücməldürür.
Elm yegdürür,- dedi,-maldan laməhal,
Malı yeg bilməkligə yoxdur mühal.
Der: Dəliliŋ varmıdır, söylə maŋa,
Ta ki mən candan müti’ olam saŋa.
Dedi: Mal qəlbi qəra eylər,yəqin,
Dilləri pürnur edər elm, ey əmin.
Getdi ol, gəldi onuncisi rəvan,
Anlarıŋtək sordı ol dəxi həman.
Dedi kim, elm ilə maldan ver cəvab,
Xansı əfzəldir, cəvab et basəvab.
Elm əfzəldir,- dedi,- aŋa Əli,
Der: Dəliliŋ varmıdır? Aydır: Bəli.
Mallu olan kişi köŋli ulalur,
Həm rübubiyyətdən ol də'vi qılur.
Əhli-elm olur təvazödə müdam,
Verdi anlarıŋ cəvabını təmam.
Anlarə dedi Əli: Ey mərdüman,
Biliŋiz kim, ömrüm olduxca həman,
Sorsaŋız bu növ ilə hər külli-bab,
Hər-biriŋizə verürəm mən cəvab.
Çünki anlar muni böylə bildilər,
Cümləsi durub imanə gəldilər.
Əhli-elmiŋ hörmətinə, ey Xuda,
Binəsib etmə bizi, yövmül-cəza.
ƏL-HƏDİSÜL-XAMİS
علمنی عملاَ یقربنی الی الجنة و یباعدنی من الناره قال اذا عملت سیِیه فاتبعها حسنه قال قلت امن الحسنات قوله لااله الا الله قال نعم هی احسن الحسنات 5
Ərbəindən bu beşincidir yenə,
Söylərəm mən sidq ilən diŋləyənə.
Der Əbuzər: Mustəfayə söylədim,
Sən maŋa eylə əməl ögrət dedim,
Ol məni qıla cəhənnəmdən bəid,
Kim, məni yandurmaya nari-şədid.
Mustəfa dedi ki, qılsaŋ bir xəta,
Bir səvab iş tabe’ etgil sən aŋa.
Mə'siyyətdən işləsəŋ bir feli sən,
İşlə ardınca anıŋ feli-həsən.
Yaxşı fe’liŋ ol yamanı məhv edər,
Pəs yaman, yaxşı gələn yerdən gedər.
Der Əbuzər: Mən dedim, ya Mustəfa,
Uşbu rəmzi sən bəyan eylə maŋa.
Zikri-“la ilahə illəllah” həm
Ol həsənətdənmidir, ey pürkərəm?
Mustəfa dedi: Nə’m, ey əhli-din,
Həsənatuŋ əhsəni oldur həmin.
HEKAYƏTİ-ÜXRA
Munuŋ ustə bir hekayət gəldi uş,
Canü dildən bu hədisə eylə guş.
Varmış idi bir kişi Həccə məgər,
Gör ki, necə eylədi ol mö’təbər.
Hacilər cün Ərəfəyə durdilər,
Həzrətə qıldı münacatı bulər.
Ol kişi aldı əlinə yeddi daş,
Zari qıldı, gözlərindən tökdi yaş.
Ayıtdı: Ya daşlar, güvah oluŋ maŋa,
Mən şəhadət eylərəm birdir Xuda.
Həm Məhəmməd Həqq rəsulidir anıŋ,
İxtiyar etdügi qulıdır anıŋ.
Çünki dedi muŋi, pəs diŋlə yenə,
Xaliq ol dəm uyxu verdi çeşminə.
Çün uyudı, düşdə gördi ol cəvan,
Nagəhan qopmış qiyamət dər-zəman.
Məhşər əhli çağruşur vahəsrəta,
Çünki muni böylə gördi ol fəta.
Ədl içün mizan quruldı nagəhan,
Həqqü batil sorulur yaxşı-yaman,
Çünki yetdi növbət ol şəxsə məgər,
Sordılar ə’malini pəs sərbəsər.
Müstəhəqq oldı əzabə ol kişi,
Ah qıldı, artdı ol dəm təşvişi.
Sürdilər muni cəhənnəmdən yaŋa,
Görəlim ki, şimdi neylər ol Xuda.
Çün cəhənnəm ağzına yetürdilər,
Gəldi nagahin bir həcəri gördilər.
Saldı damunuŋ qapusinə özin,
Vermədi yol muni salmağə yəqin.
Ləşkərinə Malik əmr etdi rəvan,
Dedi tez daşı qoparıŋ bu zəman.
Ləşkəri Malikin ol dəm gəldilər,
Daşə çox-çox zur baz qıldilər.
Qopara bilmədilər daşı məgər,
Bir qapuyə dəxi qıldılar güzər.
Gəldilər ol şəxsi yenə dutmağa,
Ol qapudən yenə odə atmağa.
Gəldi ol daşdan biri dəxi o dəm,
Saldı qapuyə özini ol dər-qədəm.
Həm aŋa dəx zurbaz qıldılar,
Yenə andan dəxi aciz qaldılar.
Əlməhsəl, yeddi qapuyi təmam,
Cümlə gəzdürdilər anı, ey hümam.
Hər birini qablamış daşın biri,
Heyrətə vardı mələklər yer-yeri.
Çünki muni böylə gördilər həman,
Anı ərşə aparurlar ol zəman.
Ərzə qıldılar Xudayə halını,
Dedilər Həqqə anıŋ əhvalını.
Həqq-təala qıldı lütfindən nida,
Dedi: Ya qulum, bəşarətdir saŋa.
Şahid etdiŋ özüŋə daşı əyan,
Qılmadı həqqiŋi zaye bu zəman.
Pəs necə mən həqqiŋi zaye qıləm?
Şahidəm mən dəxi anı bilürəm.
Həqq zəbanilərə əmr etdi rəvan,
Ol qulumnı aparın suyi-cinan.
Cənnətə apardılar anı bu hal,
Gördi bağlu girməgə yoxdur məcal.
Pəs şəhadət gəldi ol dəm ol qulə,
Açdı qapuni rəvani, zövq ilə.
Fəthi-“la ilahə illəllah”dürür,
Həm Məhəmməd Həqq rəsulüllahdürür.
Qapu açıldı, kişi girdi rəvan,
Köŋliŋ açdı, azad oldı qayğudən.
Şükr qıldı çün oyandı uyxudən,
Köŋli azad oldı ol dəm qayğudən.
Şükr dərgahinə ki, ey padşah,
Bizi tövhid əhli qıldıŋ, ya İlah.
Qıldın ümməti-Mustəfayə sən bizi,
Həm anıŋla eyləgil həşrimizi.
Hörmətinə Əhmədiŋ, ey Kirdigar.
Həzrətiŋdə qılma bizi şərmsar.
HEKAYƏTİ-ÜXRA
Zahidü müfti imam seyyidi,
Öz atasından rəvayət eylədi.
Turə vardı bir gün Musayi-kəlim,
Pəs münacat etdi Həqqə, key kərim.
Xəlqi lütfiŋdən yaratdıŋ, ey Xuda,
Tərbiyət qıldıŋ olarə basəfa.
Yarədürsən əhsəni-surətdə həm,
Adəm oğlını qamu, ey zülkərəm.
Anlarə verdiŋ firavan ne’məti,
Hər birinə dürlü-dürlü zinəti.
Pəs qiyamətdə oları daŋla sən,
Nişə yaxərsən odə, ey zülmənən?
Vəhy qıldı Həqq ki, ya Musa rəvan,
Dur əkin əkgil, oturma bu zəman.
Durdı ol dəm pəs rəvan əkdi əkin,
Tərbiyət qıldı, suvardı bəd əz-in.
Çünki biçmək vəqti irişdi təmam,
Biçdi, həm dögdi anı xoş-şadkam.
Çün götürdi hasilin Musa rəvan.
Həqq aŋa qıldı xitab əndər-zəman
Kim, əkiniŋ neylədin, Musa, degil,
Neylədügiŋ həm biləm, şərh eyləgil,
Dedi ki, dögdüm,götürdüm, ey qəni.
Həm quyiyə qoymışam bu dəm anı.
Dedi: Ya Musa, degil kim, bişü kəm,
Yazidə heç nəstə qoyduŋmı bu dəm?
Ayıtdı: Ya Rəbb, bəli, tərk eylədim,
Ol ki, xeyri yox idi, götürmədim.
Pəs dedi ol dəm Xudayi-müstəan,
Mən dəxi bilgil, əya Musa, əyan.
Odə məxluqimdən anı yaxərəm,
Andə zərrə olmaya xeyrü kərəm.
Oldurur xeyr olmayan kim əz-bəşər,
Birləməkligə məni ol ar edər.
Bilgil, ey Musa, həqiqət sən muni,
Ol səbəbdən yandurərəm mən anı.
Ya İlahi, qullarıŋı lütf ilən,
Əhli-tövhid eyləgil, ey zülmənən
Əhli-tövhiddən bizi qılma cüda,
Anlarıŋlan həşr qılgil, ey Xuda.
ƏL-HƏDİSÜS-SADİS
عنه ان اعرابیا اتی الی النبی صلی الله علیه وسلم فقال بلغنی منك انك تقول من الجمعة الی الجمعة و من الصلوة الی الصلوة کفارة لما بینهن لمن اجتنب الکبایر قال رسول الله صلی الله علیه وسلم نعم ثم زاد فقال الغسل یوم الجمعة کفارة و المشی الی الجمعة کفارة وکل قدم منها کعمل عشرین سنة فاذافرغ من الجمعة اجیر بعمل مأتی سنة 6
Uşbu altıncı hədisi diŋlə sən,
Can qulağilə eşidüb aŋlə sən.
Bu xəbərdən çünki canıŋ həzz ala,
Şəkk dögül kim, rəhmətə layiq ola.
Ol Əbu Nəsr uşbu növə söylədi,
Vasətidir şöhrəti ravi dedi.
Bir rəcüldən böylə eşitdim xəbər,
Böylə demişdi maŋa ol mötəbər.
Bir ərəb gəldi rəsulə söylədi,
Ərz edübən halını şərh eylədi.
Der ərəb: Böylə eşitdim, ya rəsul,
Sən demişsən cümə qılsa xansı qul,
İki cümə arasında hər xəta
İşləsə, cümə kəffarətdir aŋa.
Dəxi qılsa hər kişi beş vəqt nəmaz,
Vəqtini fövt etməyüb, etsə niyaz.
Ol nəmazlar arasında hər xəta
İşləsə, anlar kəffarətdir aŋa.
Sənmi demişsən muni, ya Mustəfa?
Söyləgil kim, dərdimə ola dəva.
Mən demişəm,- dedi,- ol fəxri-cəhan,
Dəxi arturdı,- dedi,- ol dəm rəvan:
Cümə günində varub qüsl eyləmək,
Cüməyə varmaqlıqa çəkmək əmək,
Cürmə munlar dəx kəffarətdir qamu.
Pəs dedi: Məndən eşit, ey mahru,
Cümə içün hər kişi kim bir qədəm
Yerisə, ol cürminə qılsa nədəm.
Ol yigirmi il ibadət mənzilin
Bula dedi ol rəsulül-müttəqin.
Cümədən ol dəmdə kim fariğ ola,
İki yüz ilin səvabını bula.
Olmış ola cümlə həzrətdə qəbul,
Kim, muni böylə buyurmışdır rəsul.
Kim kəbayirdən qılursə ictinab,
Həqq səğirə cürminə qılmaz itab.
HEKAYƏTİ-ÜXRA
Bu hədisin ravisi, ey mötəbər,
Bil ki, Siddiqdəndürür aŋla xəbər.
Gör ki, islaminə nə düşdi səbəb,
Sən muni bilməkligə eylə tələb.
Tacir idi, Şamə getmişdi məgər,
Gecə yaturkən nagah bir düş görər.
Görər uyxusində ki, şəmsü qəmər,
İkisi dəx daməni altda girər.
Alur anları əlinə ol zəman,
Köksinə basar oluban mehriban.
Həm ridasını olarə geydürər,
Oyanur ol dəmdə uyxudən durər.
Durdı yerindən səbahi ol əziz,
Bir müəbbir istədi edə təmyiz.
Bir kişiyə vaqiəsin söylədi,
Bu düşin tə’birini buyur, dedi.
Söylədi rahib: Nə yerlüsən özüŋ?
Həm qəbilən dəxi kimdürür sənüŋ?
Söylədi kim, Məkkədir yerim əyan,
Həm Bəni-Haşimidən bəllü-bəyan.
Sənətiŋ nədir dedi şimdi bu dəm?
Dedi: Tacirlikdir işim dəmbədəm.
Pəs dedi: Çıxar zəmanıŋda səniŋ,
Bir kişi, adı Məhəmməddir anıŋ.
Bil ki, Haşimidən qopar ol sərvəri,
Ol olur axirzəman peyğəmbəri.
Olmasaydı ol, yaratmazdı Xuda,
Ərşü kürsi, həm dəxi ərzü səma.
Nə peyğəmbər yaradurdı, nə mələk,
Ənbiyanıŋ seyyididür, dutma şəkk.
Sən girərsən dininə anıŋ yəqin,
Həm vəzir olursəŋ aŋa, ey əmin.
Həm xəlifəsi olursəŋ sən anıŋ,
Vaqiəniŋ tə’biri uşbudur səniŋ.
Mən anıŋ vəsfini Tövratdə əyan,
Dəxi İncilü Zəbur içrə bəyan
Görmişəm, aŋa gətürmişəm iman,
Uş anıŋ dinindəyəm uşbu zəman.
Qorxaram nəsranilərdən leyk mən,
Örnəmişəm islamı, bil şimdi sən.
Çünki bu sözi eşitdi ol ulu,
Qəlbi nərm oldivü nur oldı dolu.
Oldı müştaq ol rəsuli görməgə,
Ta əvərdi xizmətinə irməgə.
Məkkəyə çün gəldi Siddiq ol zəman,
Mustəfayi istədi, dapdı rəvan.
Oldı görgəc yüziniŋ şövqi ziyad,
Gün gələ mehri olurdı izdiyad.
Eyləməzdi ansızın bir dəm qərar,
Keçdi munuŋ üstə bir qaç ruzigar.
Pəs Məhəmməd söylədi bir gün aŋa,
Munca kim gəlüb gedərsəŋ sən maŋa.
Munca kim söhbət qılursaŋ, ey əcəb,
Sən müsəlman olmaduğıŋ nə səbəb?
Nişə bilməzsəŋ məni sən Həqq rəsul,
Yanıma sən kim gəlürsəŋ böylə bol.
Dedi: Sən olsaŋ nəbi, ey paki-zat,
Səndən, əlbəttə, gərək bir mö’cüzat.
Söylədi yetməzmi bu mö’cüz saŋa,
Şamdə gördüŋ vaqiə, ey xubliqa.
Anı tə’bir eylədi rahib əyan,
Dedi ki, aŋa gətürmişəm iman.
Çünki bu sözi eşitdi ol yəqin,
Durdı xoş iman gətürdi bəd əz-in.
Söylədi ol dəmdə kim, birdir Xuda,
Sən rəsulisəŋ aŋıŋ, ya Mustəfa.
Əvvəl iman ol gətürdi Əhmədə,
Ər kişilərdən yəqin bil, ey dədə.
Leyk övrətlərdən imanə gələn
Əvvəl Xədicə idi yəqin bil muni sən.
Hörmətinə anlarıŋ sən, ey Xuda,
Ayırma anlardən bizi yövmül-cəza.
HEKAYƏTİ-ÜXRA
Maliki-Dinar vəqtində məgər,
İki qərdaş var idi, ey mö’təbər.
Oda daparlar idi anlar sübhü şam,
Biri səksən üç yaşamışdı təmam.
Otuz üç idi kiçisiniŋ yaşı,
Oda dapmağ idi munlarıŋ işi.
Dedi bir gün kiçisi kim, ey əxi,
Biz bu odı sınayalum gəl axı.
Bizə bu hörmət qılurmı görəlüm,
Biz bu işiŋ mə'nisinə irəlüm.
Bizə dəxi dapmayanlər kimi ol
Görəlüm yandurməğə eylərmi yol?
Gər bizi yandurməz isə biləlüm,
Aŋa dəxi yaxşı xizmət qıləlüm.
Yox əgər yandursə,tərk etmək gərək,
Özgə taŋrı istəyü getmək gərək.
Eylə olsun dedi qərdaşı aŋa,
Mən müti’əm, hər nə ki dersəŋ saŋa.
Ol zəmanda varub od yandurdılar,
Bir saət qarşusin alub durdılar.
Dedi kiçisi ulusinə rəvan,
Odə əvvəl sən əliŋ uzat həman.
Dedi ulusi ki, yox sən başləgil,
Necə ki bilürsəŋ, eylə işləgil.
Kiçisi qoydı əlin od üstinə,
Barmağın yandurdı ol dəm dəstinə.
Çünki yaxdı barmağın, ah eylədi,
Döndi anda oddan ikrah eylədi.
Dedi ol dəm otuz üç ildir təmam,
Eylərəm saŋa ibadət sübhü şam.
Bu qədər qulluğimiŋ həqqi xanı?
Yandurubsən şimdi incitdiŋ bəni.
Dedi: Ey qərdaş, gəl imdi gedəlüm,
Bir kərim taŋrıya qulluğ edəlim.
Beş yüz il incitmiş olsax biz anı
Doğru varsax qullıq ilə, ol qəni
Keçə bizdən ol bir istiğfar ilə,
Yarlığaya bizi bir iqrar ilə.
Bir şəhadətlən bizi azad edə,
Cürmimüz əfv eyləyib dilşad edə.
Eylə olsun dedi qərdaşi dəxi,
Dedi: Gəl, imdi gedəlüm, ey əxi,
Bir kişiyə varalum ki, bizi ol
Mürşid olub göstərə bir doğru yol.
İkisi dəxi durubən vardilər,
Maliki Bəsrə içində gördilər.
Gördilər və’z eyləməkdə ol əmir,
Həm yığılmış yanına cəmi-kəsir.
Çünki gördilər bu haldə ol əmin,
Verdi ulusinə ağu ol ləin.
Dedi: Qərdaş, mən müsəlman olməzəm,
Od qulluğini əldən salməzəm.
Ömrimiŋ keçdi bu növ ilə çoxi,
Assı qılməz şimdi döndügim dəxi.
Mən müsəlman olsam imdi bu zəman,
Ol Məhəmməd dininə girsəm həman,
Əhli-beytim cümlə tə’n eylər maŋa,
Sərzəniş eylər qamu, dözmən aŋa.
Tə’nəsindən anlarıŋ bu dəm yəqin
Kim, maŋa yegdür cəhənnəm, ey əmin.
Kiçisi dedi ki, ey qərdaş, əyan
Tə’nəsi bir dəmdir anlarıŋ həman.
Unıdurlar bir-iki dəmdən gerü,
Sən yəqin bilgil müəbbəddir damu.
Çox aŋa bu növə ilhah eylədi,
Pənd edübən dürlü sözlər söylədi.
Etmədi hərgiz qəbul anıŋ sözin,
Pəs qayıtdı, döndərüb andan yüzin.
Dedi: Sən bil, ya şəqi ibn şəqi,
Yoxdurur canıŋda çün din rövnəqi.
Çün qayıtdı ol geri getdi rəvan,
Gəldi kiçisi ilərü ol zəman.
Uşağından tifl olan dəxi bilə,
Xatuni dəxi bilə idi cəm ilə.
Məclisə girdi oturdı ol hümam,
Ta ki, Malik fariğ oldı əz-kəlam.
İrəlü gəldü ol igit dəm qədəm,
Ərz qıldı qissəsini pəs o dəm.
Dedi: İslamı maŋa ərz eyləgil,
Necə demək gərək anı, söyləgil.
Malik islamı aŋa ərz eylədi,
Tui-rəğbətlən şəhadət söylədi.
Əhli-beyti həm müsəlman oldılar,
Küfri qoyub əhli-iman oldılar.
Şadlıxdan ol cəmaət cümləsi,
Ağlayub fəryad qıldılar bəsi.
Durdı məclisdən çıxub getmək dilər,
Malik aŋa söylədi, ey mötəbər,
Bir dəm əglən, bu cəmaətdən saŋa,
Ta ki mən cəm’ eyləyim qəftan bəha.
Bu sözi çünkim eşitdi ol cəvan,
Söyləmə der bu sözi, ey mehriban.
Heç gərəkməz kimsədən nəstə maŋa,
Mən təvəqqe edərəm Həqdən yaŋa.
Anıŋ içün gəlmədim imanə mən,
Xəlq nəstə verə, ey xəlqi-həsən.
Dinimi dünyayə satmən bil əyan,
Muni dedi, getdi yolinə rəvan.
Vardı bir viranə içrə ol zəman,
Buldı bir əv, qıldı özinə məkan.
Acü susiz gecə anda yatdilər,
Səbr qılub Xaliqə şükr etdilər.
Sübh oldı, xatuni der: Ey kişi,
Qəlbümizi aldı aclıq təşvişi.
Bir iş istə, bazarə var bu zəman,
Ücrətiŋi al, təamə ver rəvan.
Ol zəman bazarə vardı ol igit,
İstədi, bulmadı bir iş, key eşit.
Dedi: Şimdi mən varayım bu məhəl,
İşləyəm Allah içün bu gün əməl,
Vardı ol bir məscidə girdi rəvan,
Tərk olınmışdı ibadətdən əyan.
Heç kimsə anda qılmazdı nəmaz,
Heç cəmaət görməz idi çoxü az.
Vardı xoş anı süpürdi, qıldı pak,
Qoymadı heç xarü xaşak ilə xak.
Qıldı anda axşamadəkin nəmaz,
Xaliqinə eylədi ərzü niyaz.
Mənzilinə getdi, axşam oldı çün
Dedi əhli: Bulmadıŋmı iş bu gün?
Əhli-beytinə dedi: Oluŋ agah,
Maŋa iş işlətdi bu gün padşah.
İşlədim sultan içün bu gün,-dedi,
Leyk bu gün həqqimi ol vermədi.
Var ümmidim daŋla verə ol xacə,
Yatdılar pəs acü məhzun ol gecə.
Çün sabah oldı genə ol bitəəb,
Varuban bazarə iş qıldı tələb.
Yenə iş işlətmədi kimsə aŋa,
Döndi, gerü gəldi məsciddən yaŋa.
Qıldı taət yenə axşamadəkin,
Gəldi axşam ol əvinə, ey əmin.
Övrəti dedi yenə kim, ya həlal,
Ağlaşur uşağlarıŋ uşbu məcal.
Dedi kim, bilgil bu gün dəxi yəqin,
İşləmişdim, diŋlə sultanə həmin.
Vermədi bu gün, umarəm daŋla mən.
Cümə günidür verə, səbr eylə sən.
Ol gecə dəxi yenə ac yatdilər,
Xaliqə sığındılar, şükr etdilər.
Çün sabah oldı yenə durdı uru,
Vardı bazarə yenə ol qayğulu.
Hər necə kim istədi, iş bulmadı,
Həqdən özgə heç ümmidi qalmadı.
Yenə vardı məscidə ol şahbaz,
Sidq ilə qıldı iki rik’ət nəmaz.
Əl götürüb xoş münacat eylədi,
Xaliqinə ərzü hacat eylədi.
Söylədi ki, ya İlahi, seyyidi,
Həm şəfi’ etdi özinə Əhmədi.
Ruzi qıldıŋ dini-islamı maŋa,
Başimə qoyduŋ mənim taci-hüda.
Uşbu dinin hörmətiçün, ya qəni,
Kim, anıŋ birlə şərif etdiŋ məni.
Cümə güni hörmətiçün, ey Xuda,
Lütf göstər şimdi bu dəmdə maŋa.
Sən əyalım fikrini məndən götür,
Anlarıŋ rizqini lütfiŋdən yetür.
Qəlbimi doldurdı fikri anlarıŋ,
Ol xərabə içrə ac yatanlarıŋ.
Nəfsim içün etməzəm səndən sual,
Sən bilürsəŋ halımı, ey zülcəlal.
Mən utanurəm olardən uşbu dəm,
Qorxarəm dəxi olardən şimdi həm.
Ta ki təbdil ola halı anlarıŋ,
Ola bu işdən zəvalı anlarıŋ.
Nişə kim din içrə anlar bu məcal,
İstiqamət dapmamışlar, həm kəmal.
Bir səhl iş anları təbdil edər,
Uşbu aləmdən yenə tə’zil edər.
Çünki bu növə münacat etdi ol,
Uşbu növ ilə təzərrö’ qıldı bol.
Durdı məşğul oldı yenə taətə,
Bağladı belini möhkəm xizmətə.
Çünki qaim oldı ol dəm aftab,
Cüməyə çıxdı rəvan ol nik nab.
Çünki muni böylə bildiŋ, diŋlə sən,
Gəl əyalı halını dəx aŋlə sən.
Aclığı artdı əyalınıŋ həman,
Oldılar ol gündə qayət natəvan.
Gəldi bir şəxs ol zəmandə qapuyə,
Durdı ol dəm müntəzir həm dapuyə.
Qaxdı qapu, çıxdı övrət daşxaru,
Gördi kim, durar bir igiti-mahru.
Gördi altundan əlində bir təbəq,
Bir müzəhhəb yağlığ üstə çün vərəq.
İçi dolu dürr-cəvahir, simü zər,
Dəxi çox ne’mət yanında bişümar.
Dedi: Ey xatun, muni algil rəvan,
Kim, sizə sultan ivərdi bu zəman.
Padşah kim, işləmiş zövcəŋ aŋa,
Ücrətidür kim, gətürdüm uş saŋa.
Sən gələndə zövcəŋə vergil xəbər,
Bu, iki gün ücrətidir mahəzər.
Söylə ol işində təqsir etməsün,
Cəhd qılsun, heç tə’xir etməsün.
Ol işində yaxşı qılsun ictihad,
Ücrətini edəlüm biz dəx ziyad.
Xassə kim, bu gündə cəhd etsün qatı,
Padşah yanında ola hörməti.
Gər bu gün az, dəxi olsa iş yəqin,
Çoxa keçər padşah qatında həmin.
Kim ki çox işlərsə, anıŋ hörmətin
Padşah bilür anın keyfiyyətin.
Çünki muni dedi, ol getdi rəvan,
Durdı ol övrət ayağə dər-zəman.
Bir neçə altun götürdi ol bilə,
Getdi bazarə rəvani zövq ilə.
Çünki bazarə irişdi nikzən,
Vardı sərrafıŋ qatına, diŋlə sən.
Verdi çün sərrafə altunuŋ birin,
Muni xürdə eyləgil der nazənin.
Altuni çün aldı, baxdı yüzinə,
Fikr qıldı bir zəman öz-özinə.
Bəŋzəməz çün gördi bu altunlərə,
Sordı pəs təftiş edüb ol sərvərə.
Dedi: Muni xandan almışsan, degil,
Xövf qılma, doğrusin şərh eyləgil.
Neçə müddətdir ki, sərraf olmışam,
Neçə-neçə ağça verüb almışam,
Böylə altun görməmişəm dəxi mən,
Munuŋ əhvalını doğru söylə sən.
Qissəni ərz etdi ol xatun aŋa,
Eşidüb sərraf anı, qaldı taŋa.
Bilgil nəsrani idi ol sərrafi,
Küfrüŋ altında iman idi xəfi.
Çünki bu halı eşitdi dər-zəman,
Durdı ol imanə gəldi bigüman.
Dedi: İmanı maŋa ərz eyləgil,
Necə demək gərək, anı söyləgil.
Ərzi-islam etdi ol xatun aŋa,
Qoydı başinə anıŋ taci-hüda.
Verdi min dirhəm dəxi xatunə həm,
Muni xərc eylə, dəxi sən çəkmə qəm.
Bu tükənə, gəl yenə məndin yaŋa.
Dəxi ən’am eyləyim hər dəm saŋa.
Muni aldı, getdi bazarə xatun,
Dürlü ne’mətlər alur anda satun.
Dəxi mayəhtaci yenə aldı ol,
Pəs əvi saru gözətdi, dutdı yol.
Çünki muni bildiŋ, ey xəlqi-həsən,
Ol kişi halını eşit şimdi sən.
Necə oldı, anı dəxi söyləyim,
Guş qılgil necədir, şərh eyləyim.
Qıldı çünki cüməyi ol möhtərəm,
Çıxdı camedən dili pürhimü qəm.
Yüzini dutdı gögə, çox ağladı.
Atəşin ah ilə bağrın dağladı.
Vara bilməz mənzilinə əliboş,
Nari-həsrətdən yürəgi qıldı cuş.
Məndilini oturur, yerə düşər,
Anı toprağ ilə doldurdı məgər.
Məndilini qıldı toprağdən dolu.
Aldı, gedər anı, könli qayğulu.
Əhli-beyti görə anı şad ola,
Ta ki bir dəm qayğudən azad ola.
Sorsalar muni, deyəm ki, undurur,
Muni qazandım sizə üç gündürür.
Mənzilinə gəldi çün bu növ ilə,
Gah fəryad edə, gəh zari qıla.
Çünki yetdi qapusinə ol cəvan,
Əhli-beytin cümlə gördi şadman.
Gərçi özi zarü qayğulu həzin,
Gəldi əhliniŋ gülər gördi yüzin.
Gördi əvi dopdolu rəxti-qumaş,
Aşü ətmək dürlü nemət: quru-yaş.
Xatunindən qissəyi qıldı sual,
Dedi: Ərz eylə maŋa ki, noldı hal?
Uşbu munca ne’mətü əsbabü rəxt,
Xandan olmışdır degil, ey nikbəxt?
Qissəyi ərz eylədi çün övrəti,
Bildi vardır Həqq qatində qürbəti.
Qissəsini cümlə aŋa söylədi,
Hər nə kim, görmiş idi, şərh eylədi.
Bildi munca ne’məti ki ol hümam,
Kim, aŋa Allah ivərmişdir təmam.
Səcdə yüzini sürtdi ol yerə,
Şükr edənlər bəs ki çox nemət görə.
Səcdədən baş qaldurub durdı uru,
Vardı məndilə baxa ol mahru.
Məndili eşikdə qoymuşdı cəvan,
Olmaya ta toprağ olduğı əyan.
Vardı, açdı məndili ol mö’təbər,
Dopdolu undur, anı baxub görər.
Yenə bir dəx səcdə qıldı həzrətə,
Bağlədi belini dün-gün taətə.
Dedi, hər kim Həqq ilə olur yəqin,
Həqq dəxi anıŋ ilə olur həmin:
Dostları ilə paylaş: |