BELAM BİN BAURA
Onlardan biri Bəlam bin Bəuradır. Bəlam həzrət Musanın (ə) zamanında Allaha o qədər çox yaxın idi ki, Allah ona ismi əzəmin vermişdi. Bir dəfə dua etməklə həzrət Musanı (ə) «TiyH» vadisində çaşqın hala gətirmişdir. Amma imtahan vaxtı gəldikdə, məqam sevgisi onu Allaha üsyana və şeytana itaət etməyə vadar etmişdir. Beləcə cəhənnəmi də satın almışdır. Müfəssir və tarixçilərin hamısı onun vəziyyətini yazmışlardır. Fəxri Razi də öz təfsirinin ΙV cildinin 463-cü səhifəsində İbni Abbas, İbni Məs᾽ud və Mücahiddən nəqlən onun hekayəsini nəql edirlər. Allah-təala «Ə᾽raf» surəsinin 175-ci ayəsində belə buyurur: «Onlara ayələrimizi verdiyimiz kimsənin xəbərini də oxu! Bu şəxs nəhayət özünü ayələrdən ayırdı. Şeytan onu özünə tabe etdi və beləcə o, azğınlardan oldu».
ABİD BƏRSİSA
Başqa biri isə Abid Bərsisadır. Bu da əvvələdə Allaha elə yaxın idi ki, duaları qəbul olurdu. Amma imtahan edildikdə sonu xeyirli olmadı. Şeytanın Hiyləsinə aldanaraq bir qızla zina etdi. Bu səbəbdən də bütün zəhmətləri boşa çıxdı. Sonra darağacına asılaraq kafir olaraq dünyadan getdi. Bunun üçün Allah-təala Qur᾽ani-kərimdə belə buyurur: «Şeytanın [aldatmasına] bənzəyir ki, insana dedi: «Kafir ol!». Kafir olduqda isə ona dedi: «Mən səndən uzağam, mən aləmlərin rəbbi olan Allahdan qorxuram». Beləliklə, hər ikisinin aqibəti od içində əbədi qalmaq oldu. Zülmkarların cəzası isə budur»2.
Demək ki, bir insandan bir zaman yaxşı bir əməl görülürsə, bu onun aqibətinin xeyirli olacağını isbatlamaz Onun üçün belə dua etməmiz buyurulmuşdur: «Allahım, işlərimin sonunu xeyirli et».
«Ayrıca, «Məani-bəyan» elmində belə bir şey vardır: Bir cümlədə bir şey məxsus vurğulanarsa, bunun səbəbi mühatabın şək və şübhədə olduğu üçündür. Ayeyi-kərimnin cümləyi ismiyyə və ini müşəddədə ilə başlaması, qarşı tərəfin əqidəsinin azğınlığını, təzəlzül və təvəhhümə qapıldığını, şək və şübhədə olduğunu göstərir».
Şeyx: «İnsaflı olun bir az. Sizin kimi bir şəxsin bu mövzuda İblis, Bəlami Baura və Bərsisanı misal gətirməsi doğru deyil».
Də᾽vətçi: «Qüsur tutmayın, bir az əvvəl təşbihdə, inadkarlıq göstərib münaqişə edilməz dediyimi eşidmədinizmi?! Elmi və məzhəbi münazaralarda təşbih və misalar mövzunun yaxşı anlaşıla bilməsi üçün gətirilir. Allah şahiddir ki, misal və şahid gətirirkən heç bir zaman ihanət qəsdim yoxdur. Sadəcə öz nəzər və əqidəmi isbat etmək üçün yadımda olanları söylədim».
Şeyx: «Ayənin özündə Əbu Bəkrin fəzilətini isbat edən əlamət vardır. Çünki ayədə belə buyurur: «Fəənzələ səkinətəHu əleyh» (Allah, sükunətini ona endirdi.) Səkinətəhudəki zəmir («ona» kəlməsindən məqsəd) Əbu Bəkrdir. Bu da aşkar şəkildə Əbu Bəkrin başqalarından daha fəzilətli və üstün olduğunu ortaya qoymaqda və sizin kimilərin də yanlış düşüncəsini ortadan qaldırmaqdadır».
Də᾽vətçi: «Yanılırsınız, «Səkinətəhu»dakı zəmir, Rəsulallaha dönməkdədir. Səkinə (sükunət), Rəsulallaha enmişdir; Əbu Bəkrə deyil. Çünki cümlənin arxasında belə buyurur: «Və əyyədəHu bicunudin ləm tərəvHa» (Özünü, sizin görmədiyiniz ordularla dəstəklədi). Haqqın ordusuyla dəstəklənmək, Rəsulallahın haqqıdır; Əbu Bəkrin deyil».
Şeyx: «Rəsulallahın (s) bu ordularla dəstəklənməsi qəti və bəlli bir şeydir. Amma Əbu Bəkr (r.z), Rəsulallahla bərabər olduğu üçün o da imkansız deyildir».
Də᾽vətçi: «Əgər ikisi də İlahi rəhmətə nail olsa idilər, o zaman ayənin bütün cümlələrindəki zəmirlər təsniyə olaraq gəlməsi lazım gəlirdi. Halbuki, əvvəlki və sonrakı bütün zəmirlər müfrət (təkil) olaraq gətirilmişdir; ta ki, Rəsulallahın (s) yüksək məqamı və Allahdan gələn rəhmət və inayətlərin Onun şəxsiyyətinə aid olduğu isbat və bəlli olsun. Əgər Rəsulallahın bələdçisi olaraq bir başqalarına da rəhmət və sukunə enmiş olsaydı, onun adı zikr edilərdi. Bu və bənzəri ayələr, səkinə və rəhmətin yalnız Rəsulallaha (s) aid olduğunu ortaya çıxarır».
Şeyx: «Rəsulallahın (s) səkinə (sükunət) və rəhmətə ehtiyacı yoxdu. Çünki səkinə Onda hər zaman mövcuddu. Buna görə sukunə, yalnız Əbu Bəkrə enmişdir.
Də᾽vətçi: «Nə üçün eyni şeyləri təkrar edərək məclisin vaxtını alırsınız. Hansı dəlilə görə Xatəmül-ənbiyanın sukinəyə (sükunətə) ehtiyacı olmadığını söyləyirsiniz? İstər Peyğəmbər olsun istər olmasın, hər kəsin Allahın rəhmətinə eHtiyacı vardır. Hüneyn döyüşündə «Tövbə» surəsinin 26-cı ayəsində Allah-təalanın belə buyurduğunu unutdunuzmu?!: «Sonra Allah öz peyğəmbərinə və mö᾽minlərə öz arxayınlıq amilini (sükunət) nazil etdi ».
«Fəth» surəsinin 26-cı ayəsində də yenə, səkinənin Rəsulallaha və mö᾽minlərə endiyi vurğulanmışdır. Bu ayələrdə Rəsuli-əkrəmdən (s) sonra mö᾽minlərə də toxunmuşdur. Əgər Ğar (mağara) ayəsində, Əbu Bəkr mö᾽minlərdən sayılmış olsaydı, sükunət və səkinəyə məşmul olaraq zəmirlərin təsniyə olaraq zikr edilməsi ya da onun isminin ayrıca halanması lazım gəlirdi. Bu məsələ o qədər aydındır ki, sizin insaflı alimləriniz də ayədəki zəmirin Əbu Bəkrə aid olmadığını söyləmişlər.
Siz ağaların, Şeyx Əbu Cəfər Məhəmməd bin Əbdullah İsqafinin (Mö᾽təzilənin böyük alimlərindəndir) «Nəqzul-Osmaniyyə» adlı kitabını oxuması çox yaxşı olar. Bu insaflı alimin, Əbu Osman Cahizin tutarsız sözlərinin cavabında haqqı necə aşkar etdiyinə bir baxın. İbni Əbil-Hədid də «Şərhi Nəhcül-bəlağə»nin ΙΙΙ cildinin 253-cü səhifəsindən 281-ci səhifəsinə qədər, onun verdiyi cavablardan bə`zilərini nəql edir.
Bütün bunlara əlavə olaraq, ayədə bir cümlə var ki, sizin söylədiyinizin tam əksini isbat edir. O cümlə belədir: Rəsulallah (s), Əbu Bəkrə qəmgin olma diyərək onun hüzünlənib qəmlənməsinə mane olur. Bu cümlə Əbu Bəkrin o anda hüzünlü olduğunu göstərir. Görəsən, Əbu Bəkrin Hüzünlü olması, yaxşı bir əməl idi yoxsa pis bir əməl? Əgər yaxşı bir əməldisə, sizin də bildiyiniz kimi Rəsulallah (s) heç bir zaman birinin yaxşı bir əməlinə mane olmazdı. Amma əgər pis bir əməl idisə, belə ki, bu əməlin sahibi fəzilətli birisi deyildir. Fəzilətli olmayan birisi də Allahın rəhmətinə şamil olamayacağı kimi ona sükunət də nazil olmaz. Şərəf və fəzilət yalnız övliyalara, mö᾽minlərə və Allahın dostlarına aiddir. Övliyaların bir qrup əlamətləri vardır. Onlar o əlamətlərlə tanınırlar. Qur᾽ani-kərimdə buyrulduğu kimi, övliyalar heç bir hadisə qarşısında aciz olub qorxmaz və hüznə qapılmazlar. Əksinə, səbr edərlər. «Yunis» surəsinin 62-ci ayəsində Allah-təala belə buyurur: «Bilin ki, Allahın dostları üçün heç qorxu yoxdur və onlar kədərlənməzlər».
(Söz bura yetişdikdə, ağalar saatlarina baxıb, «gecə yarısı geçib» dedilər. Nəvvab ağa «Qiblə sahibin sözü, zikr edilən ayənin haqqında hələ bitməmişdir, söylənəsi çox söz vardır. İcazə verin bir nəticəyə yetişək» dedi. Ağalar da «Ehtiyac yoxdur, çox zəhmət verməyək, ardı sabah axşama qalsın» deyə cavab verdilər. O gecə Rəsulallahın (s) be᾽sətinin il dönümü və böyük bayramlardan biri olduğu üçün məclisə müxtəlif, şirniyyatlar, şərbətlər gətirdilər və məclis gözəl bir şəkildə son çatdı).
Dostları ilə paylaş: |