Ən böyük təhlükə: böyük
çaylar
Bununla belə, əsrlər boyu Hollandiya üçün
yalnız dəniz təhlükə törətmirdi. Ölkədən
axan üç iri çay - Reyn, Maas və Vaal da
xeyli təhlükələr yaratmışdır. Əldə etdiyimiz
təcrübə ilə biz suyun idarə edilməsi
sahəsində şübhəsiz dünya birincisinə
çevrilmişik. Daşqınlar tez-tez baş verirdi,
lakin son dəfə çay dambası 1926-cı ildə
dağılmışdır. 1995-ci ildə vəziyyət bir
qədər gərginləşdi və 250,000 nəfər təxliyə
edildi, lakin dambalar dözdü. Ondan
sonra ciddi tədbirlər görüldü. Təbiətə öz
işini görməyə imkan verildi, çaylar üçün
də yer əlavə edildi. Eyni zamanda bir sıra
novator tədbirlər tətbiq edildi. Məsələn,
suyun səviyyəsi çox yuxarı qalxdıqda
drenajı artıran və səviyyə aşağı olduqda
çayı gəmiçilik üçün yararlı edən qeyr-adi
dalğaqıranı göstərmək olar.
Örnək üçün dərslik vəsaiti
Hollandiya suyun idarə edilməsi üzrə
dünyanın qalan ölkələri üçün əsas ilham
mənbəyi və örnək olmaq üçün bir dərslik
vəsaitidir. Birləşmiş Ştatlarda yerləşən
bir Holland şirkəti Yeni Orleanda 2005-
ci ildə Katrina Qasırğasının yaratdığı
daşqının təkrar olunmasının qarşısını alma
yollarını axtarır. Hollandlar Amerikalılara
və dünyanın qalan ölkələrinin xalqlarına
ayaqlarını quru saxlamağa məmnuniyyətlə
kömək edərlər.
“Dünyanın yeddi müasir möcüzəsindən biri”, Amerika
Tikinti Mühəndisləri Cəmiyyəti Niderlandı böyük qabarma
dalğalarından qoruyan sahilyanı mühafizə sistemini
təsvir edən Delta Layihəsini belə adlandırır. Biz bir qədər
daha təvazökarıq, lakin mühəndisliyin belə möhtəşəm
nailiyyətindən heç də az qürur duymuruq.
Mühəndisliyin unikal
nailiyyətləri
“Dənizdə qabarmaları idarə
etmə: ay, külək və biz’
| Su, texnologiya və innovasiya
İndi Niderlandı mühafizə edən sahilyanı
mühafizə sisteminin tikintisi 57 illik
ağır zəhmətin bəhrəsidir. İşlər 1953-cü
ildə fəlakətli daşqından sonra başladı
(çərçivəyə baxın). Üç həftə sonra Delta
Komissiyası təşkil edildi. Onun üzvləri
arasında ölkənin cənub qərbindəki
dambaların alçaq olmasından narahat olan,
daşqından əvvəl Delta Layihəsi planlarını
hazırlamış Johan van Veen də var idi.
ederlands
watermanagement
is een belangrijke
inspiratiebron voor de
rest van de wereld’
‘N
nog vertalen
33
32
Suyun idarə edilməsi krala
aid məsələdir!
Ərazisinin üçdə ikisi dəniz səviyyəsindən aşağı olan ölkədə
suyun idarə edilməsi həqiqətən Holland məsələsidir. Hətta
kral taxtının varisi şahzadə Willem-Alexander də ölkə
daxilində və xaricdə bu sahədə bir çox illər çalışmışdır.
O, Niderlandda Su məsələləri üzrə məsləhət komitəsinin
sədridir. Eyni zamanda, Birləşmiş Millətlər Təşkilatı Baş
Katibinin Su və sanitariya məsələləri üzrə Məsləhət şurasının
sədri kimi, o, bütün dünyada su ilə əlaqədar problemlərin
həllinə yardım edir.
Hollandiyalı kosmosda
Kosmosa qalxmış ilk hollandiyalı Wubbo Ockels oldu. O,
1978-ci ildə Avropa Kosmik məsələlər üzrə Agentliyə Kosmik
laboratoriya proqramında işləmək üçün seçilmişdir. Astronavt
təlim proqramını başa vurduqdan sonra, Wubbo Ockels 1985-
ci ildə “Challenger” kosmik gəmisində kosmosa ilk səfərini
etdi (Wubbo uçuş zamanı avadanlığa nəzarət üçün cavabdehlik
daşıyırdı). İndi isə o, bir fizik kimi, davamlı enerji məsələsi
üzərində işləyir. Onun futurstik “ Ecolution” gəmisi neytral
enerji əsasında işləyən davamlı gəmidir.
Qəhvə, şərab
və yağış
Üç Holland kəşfi qəhvənin, şərabın və yağışın
birdəfəlik dəyişməsini təmin etdi. Digər
qəhvəbişirən avadanlıqdan fərqli olaraq,
“Senseo” qəhvə maşını yastıqçalardan istifadə
edir. “Douwe Egbertsin Senseo” məhsulları
həm Avropa, həm də ABŞ-da böyük uğur
qazanmışdır.
“Vacu Vin” açıq şüşədə olan şərabın
oksidləşməsinin qarşısını alan və uzun müddət
saxlanmasına imkan verən tıxac və nasosdan
ibarətdir. 80-dən artıq ölkəyə 30 milyondan
çox böyük populyarlıq qazanmış “Vacu Vin”
satılmışdır.
Yağış çətiri “Senz” külək və yağışın narahatlıq
gətirməsinə imkan vermir. Başqa çətirlər
çevrilərək sındığı halda, “Senz” çətirinin ağıllı
dizaynı onun çevrilməsinin qarşısını alır. Bu,
Delft Texnologiya İnstitutunun dahi kəşfi hətta
10 ballı küləyin gücünə də tab gətirir.
| Su, texnologiya və innovasiya
Water, technologie & veiligheid |
iderland körpüləri,
külək dəyirmanları
və nasos stansiyaları
olmadan necə olardı?
Müasir variantlar
elektriklə işləyir, sadə dizayna
malikdir və yüzlərlə metr uzunluğa
(və ya hündürlüyə) malikdir. Daha
ənənəvi unikal taxta körpülər və
külək dəyirmanları əl ilə işə salınır.
Bununla belə, ənənəvi və ya müasir
olmasına baxmayaraq, onların
hamısı nəqliyyatın və suyun idarə
edilməsində mühüm rol oynayır.
N
Niderlandda 3000-dən
artıq nasos stansiyası var.
Onlar müxtəlif növlüdür,
müxtəlif həcmdə suyu
müxtəlif hündürlüyə və
müxtəlif yerə vurmaq üçün
nəzərdə tutulub. Bu,
Feisland əyalətinin
Stavoren şəhərində
elektriklə işləyən “J.L.
Hoogland” nasos
stansiyasıdır. Nasos
stansiyasının yerləşdiyi
dalğavarı dama malik bina
Holland memarı Piet de
Vries tərəfindən
layihələşdirilmişdir.
Amsterdamın məşhur
“Dar körpüsü”nün
(Magere Brug) 300-dən
çox yaşı var. Rəvayətlərə
görə, körpü varlı Mager
bacılarının xahişi ilə
tikilib. Onlar Amstelin
qarşı sahillərində
yaşayırdılar. Taxta piyada
körpüsü onlara bir-birinə
daha asan baş çəkməyə
imkan verirdi. Bəs
doğrusunu desək? Kim
bilir... Lakin biz bilirik ki,
ilk körpü çox ensiz,
yaxud dar olub.
Niderlandda tez-tez
yağışlar yağır (orta hesabla ildə 600 saat),
lakin leysanlar arasında günəş işığının
payı da çoxdur - ildə 1.550 saat.
Niderlandda
135.470 km ictimai yol mövcuddur.
Hər 1.000 km
2
-ə 57.5 km yol düşür. Bu
isə quru ərazisi cəmi 41.526 km
2
olan
ölkəni Avropanın ən sıx yol şəbəkəsi olan
ölkəsinə çevirir.
1.550
135.470
Friesland əyalətinin Marrum
şəhərində Böyük Dəyirman
1845-ci ildə tikilmişdir və
hələ də polderdə (dənizin
qurudulmuş hissəsində)
suyu aşağı səviyyədən daha
yüksək səviyyəyə vurmaq
üçün istifadə edilir. Bu,
kifayət qədər nadir bir
haldır, çünki adətən belə
işləri müasir nasos
stansiyaları yerinə yetirir.
Onların daha böyük tutumu
suyu istənilən hava
şəraitində daha böyük
yüksəkliyə qaldırmağa
imkan verir.
Source: Cultural Heritage Agency, Amersfoort
Photo: Maurice Boyer/Hollandse Hoogte
Photo: Paul van Riel/Hollandse Hoogte
Photo: George Burggraaff/Hollandse Hoogte
Photo: Kris Kras Design
33
|
34
| İnsanlar və cəmiyyət
35
|
Luctor et emergo
Suda yaşama
Torpağın qazanılması.
Hollandlar həyatı
həmişə su ilə bağlı olub. Onlar həm də bəzi hallarda su ilə
mübarizə aparmışlar və həmişə qalib gəlmişlər. Keçmişdə
Hollandlar yaşamaq üçün yer olan torpaq kurqanları (yaxud
terps), damba və Delta Layihəsi kimi iri miqyaslı sahilyanı
müdafiə vasitələri ilə mübarizə aparmışlar. Hətta onlar dənizin bir
hissəsini – Zuyder Zee-ni bağlayaraq yeni torpaq, yaxud polder
yaratmışlar. Onların bu cəhdi də uğurlu olmuşdur. Çünki əks
halda ölkənin 40%-i suyun altında qala bilərdi.
Axınla getmə.
Bu günlərdə Hollandlar həm də
sudan həzz alırlar. Bulaqlara və çaylara öz yolu ilə axmağa
şərait yaradılır və biz onlara uyğunlaşırıq. Biz axınla gedirik və
evlərimizi suyun ətrafında, yaxud suyun üstündə tikirik. Getdikcə
daha çox sayda yaşayış sahələrində (bağın aşağı hissəsində)
körpüyə bağlanmış qayığa rast gəlmək olar. Həmçinin, ənənəvi
qayıq evlərlə yanaşı, insanlar daha tez-tez dayaqların üstündə
tikilmiş, yaxud suda üzən evlərdə yaşamağa üstünlük verirlər.
Su şəhəri.
Hazırda Houtendə yerləşən bu qəsəbə kimi
tamamilə suyun üstündə tikilmiş qəsəbələr vardır. İJburgun
Amsterdam rayonunda tikilmiş Steigereiland (‘Körpü adası’) ilk
belə qəsəbələrdəndir və suyun üstündə tikilmiş 110 evlə həm də
onların ən böyüyüdür. Groningen, hətta Blauwestad, yaxud ‘Mavi
şəhər’ adlanan şəhər tamamilə suyun üstündə tikilir. Burada suda
və ya suyun kənarında tikilmiş 1.500 ev var.
36
| İnsanlar və cəmiyyət
37
|
300 kilometres
Şimali Hollandiya
Schiphol: Niderlandda ən
böyük hava limanı (hər il
orta hesabla 45.000.000
sərnişin və 1.5 milyon ton
yük daşınır).
Groningen
Niderlandda ən
uzun qatar səyahəti:
Roodeschool -
Maastricht Randwyck
(üç qatar dəyişməklə 5
saat 39 dəqiqə)
The Hague
Rotterdam
Den Helder
Limburg
Vaalsda Drielandenpunt,
üç ölkənin birləşdiyi
yer: siz bir neçə addıma
Niderlanddan Almaniyaya
və Belçikaya gedə və ya
geriyə qayıda bilərsiniz.
Zeeland
Qərbi Scheldt tuneli:
uzunluğu 6.6 km olan
bu tunel Niderlannda ən
uzun tunelidir və Zeeland-
Flanders ilə Zuid-Bevelandı
birləşdirir.
Şimali Brabant
Gələcəyə yol (N329): batıq
avtomobil yolu, işıq diodlu
(LED) lampaları və bir çox
digər texniki möcüzələri
ilə nümunə və ilham
mənbəyidir.
Gelderland
Materik konteyner
daşınmasının 30%-i daxili
su yolları ilə həyata keçirilir
(onların əksəriyyəti Maas və
Vaal çayları boyu uzanır).
Overijssel
Göllərlə dolu, bulaqlarla və
IJssel Çayı ilə dəfələrlə kəsişən
Overijssel əyalətində 300
km uzunluğunda gəmiçilik
üçün yaralı su kanalı var
(kommersiya gəmiləri və
ildə 200.000 əyləncə gəmisi
tərəfindən istismar edilir)
Drenthe
Ən az əhalisi olan
əyalət. Burada əhalinin
sıxlığı hər km2-ə
200 nəfərdən azdır
(onların əksəriyyəti
kənd yerlərində
yaşayır)
Amsterdam
Utrecht
‘s Hertogenbosch
Maastricht
Cənubi Hollandiya
Rotterdam ölkədə ən uca:
151, 158 və 165 metr olan
üç binanın vətənidir; burada
həmçinin hündürlüyü 185m
olan “Euromast” yerləşir.
Flevoland
Bir vaxtlar su ilə örtülmüş,
indi isə Niderlandın ən yeni
əyaləti (1986-cı ildən) olub.
400.000 nəfər əhalisi var.
Utrecht
Velosiped yolları şəbəkəsi
sayəsində Niderlandın mərkəzində
avtomobil və dəmiryol nəqliyyatı
üçün daha çox yer qalır.
Friesland
Afsluitdijk: Friesland
və Şimali Holland
əyalətləri arasında 30
km uzunluğunda yol
(Zuyder Zee layihəsinin
bir hissəsi).
Ucaboy və sarışın insanlar
Hollandiya əhalisinin əksəriyyəti ucaboy,
sarışın və mavi gözlüdür. Lakin müasir dövrdə
Niderland təxminən iki milyonu qərbli olmayan
əcdadlara malik üç milyonluq etnik azlıqları ilə
kifayət qədər rəngarəng bir ölkədir.
Buzlu
Holland qış yemək
masasının daimi bəzəyi
stamppot: kale kələmi,
turşulu kələm, yaxud
kök və soğanla əzilmiş
kartofdur. Lakin bu
yeməyi restoranlarda
nadir hallarda görmək
olar. İndi qeyri-Holland
mətbəxini təklif edən
restoranlar dəbdədir.
Təmizkarlıq və
səliqə
Niderlanda bir çox şey asanlıqla
qəbul edilir. Burada azadlıq və
dözümlülük çox vacib amillər
sayılır. Lakin biz tullantıları
səliqə ilə ayırırıq, dəqiqliyi
və qapıların astanasını təmiz
saxlamağı xoşlayırıq.
Dünyada ən məşhur
hollandiyalılar
Bütün zamanların ən məşhur hollandı
dünyada ən yaxşı tanınan gündəliyi yazmış
Anne Frankdır, ikinci yerdə hollandiyalı
futbolçu Johan Cruijff, üçüncü yerdə isə ikili
agent olması ehtimal edilən Mata Hari gəlir.
Pərdələr
Hollandlar
axşamlar pərdələri
açıq qoyurlar,
çünki gizlətməli
heç nə yoxdur,
heç kəsi istisna
etmək istəmirlər,
yaxud öz gözəl
daxili bəzəklərini
göstərmək istəyirlər.
Bəlkə də biz əsl
səbəbi bilmirik və
buna görə də bu
ənənəni dərindən
tədqiq etməyə
başlamışıq.
Polderlər
Niderland “polder modeli” ilə
məşhurdur. Görüləcək işlər daim
məsləhətləşmə və razılıq çərçivəsində
həyata keçirilir. Dambaların tikintisində
və polderlərin yaradılmasında bütün
sosial təbəqələrdən olan insanlar
birlikdə işləmişlər (‘polder modeli’
sözü də burdan yaranıb).
Gezelligheid
“Gezelligheid” Holland sözü olub, başqa dillərdə dəqiq
tərcüməsi yoxdur və ailədə axşamlar stolüstü oyunlar
oynamağı, yaxud qonşularla qəhvə içməyi və ya açıq ocaq
başında oturmağı bildirir. Əslində isə, dostlarla və ailə ilə
bölüşdürülən hər hansı gözəl məqam anlamına gəlir.
Taxta başmaqlar və külək
dəyirmanları
Hollandiya hələ də taxta başmaqlar və külək
dəyirmanları ilə tanınır. Lakin hazırda taxta
başmaqlara əsasən suvenir mağazalarında
rast gəlmək olar və inkişaf dövrü 19-cu əsrə
təsadüf edən 10.000 dəyirmandan indi yalnız
1200-si (külək dəyirmanı) işləyir.
Bayramlar
Niderlandda bayram edilən ən
vacib günlər Ülyahəzrət Kraliça
Günü (Kraliçanın rəsmi ad günü),
Azadlıq Günü və Müqəddəs Nikolay
Ərəfəsi və ya “Sinterklaas”dır.
Lakin hollandlar, həmçinin futbol
komandaları da Avropa çempionatını
və ya Dünya Kubokunu (demək olar
ki) qazananda da küçəyə çıxmağı
xoşlayırlar
Zanbaq
Zanbaq əsrlər boyu qürurla öz yerini saxlamışdır.
Niderland indi dünyada çiçək tumurcuqlarının ən
böyük ixracatçısı olub, dünya gül ixracatının 83%-i
Niderlanda məxsusdur və onların 33%-i zanbaqdır.
Bununla belə, Hollandiyada ən məşhur güllər dərilmiş
qızılgüllərdir.
Facts & Figures |
Cilddəki şəkil: Delft blue
Hollandiyanın ənənəvi dənizçi mahnısı “Daar
was laatst een meisje loos” (1744) 41 yaşlı əkiz
dizaynerlər - Truus və Riet Spijker’si dəniz
detalları ilə Delft-blue donunu yaratmağa
ilhamlandırdı. Bu sənətkarların müraciət etdikləri
mövzularda mahnının dənizə qaçan qadın
qəhrəmanı kimi ehtiraslı qadınlara tez-tez rast
gəlmək olar.
“Bizim stilimizə səhnədə müasir qadının ilk
dəfə göründüyü 1920-ci illərin abu-havası təsir
etmişdir”, deyə Truus bizimlə bölüşür.
Photo: Cynthia Boll
“Salam, Hollandiya!” jurnalı Hollandiya Xarici İşlər
Nazirliyinin xüsusi nəşridir.
Redaksiya şurası: Rabitə Departamenti, Xarici
İşlər Nazirliyi
Redaktorlar: JCM Context (Utrecht)
Tərtibatçı-rəssam və dizayn: KrisKras Design
(Utrecht)
Çap edildi: OBT bv, Haaqa
Naşirin yazılı icazəsi olmadan məqalələri təkrar
çap etmək qadağandır.
© Ministerie van Buitenlandse Zaken, Nederland.
P.O Box 20061 | 2500 EB Den Haag
www.minbuza.nl/en
Maraqlı faktlar
35
38
|
Niderlanda xoş
gəlmisiniz!
Hollandiya Xarici İşlər Nazirliyi Niderland Krallığının maraqlarını təmsil etməklə
yanaşı, daim dünyanın istənilən yerində təhlükəsiz, sabit və çiçəklənən bir dünya
qurmağa yardım edir. Çünki bu, heyrətamiz keçmişi, enerji dolu bu günü və
maraqlı gələcəyi olan özünəməxsus bir ölkədir.
Photo: Karel Tomei/Fotonatura
BZDR4472/E
nummer?
Dostları ilə paylaş: |