Hüseynov Mövlud



Yüklə 2,07 Mb.
səhifə67/181
tarix26.12.2016
ölçüsü2,07 Mb.
#3711
1   ...   63   64   65   66   67   68   69   70   ...   181
ŞİRƏNİN HAZIRLANMASI

VƏ KONSERVLƏŞDİRİLMƏSİ
Mexaniki və əl basqısının altından axmış meyvə-gilə­meyvə şirələrinin tərkibində meyvənin xeyli miqdarda lətli hissəcikləri və müxtəlif kənar qarışıqlar olur ki, bunlar da şirələri bulanıqlaşdırır. Bulanıq şirələri saxlayıb çökdürmək və sıx parçadan süzməklə təmizləyirlər. Bundan sonra da onlar şəffaf olmur, lakin iri hissəciklərdən təmizlənir. Səna­ye üsulu ilə tamamilə şəffaf şirə almaq üçün onları mürək­kəb üsullarla şəffaflaşdırırlar. Bu üsulları ev şəraitində tətbiq etmək çox çətindir. Eyni zamanda şirələri çox da şəffaf­laş­dırıb təmizləmək məsləhət görülmür. Çünki şəffaf­laşdırıl­mış şirələrin tərkibin­dəki qidalı və bioloji fəal maddələrin çox hissəsi ayrıldığından onların orqanizmə xeyri az olur. Ev şəraitində tamamilə şəffaf şirə almaq mümkün olmasa da, həmin şirələr çox qiymətli qida məhsuludur və ondan hər gün istifadə etmək məsləhət görülür.

Şirələri konservləşdirmək üçün onları emallı qazanda 80–85°C temperatura qədər qızdırır, şüşə bankalara və ya butulkalara doldururlar. Şirəni butulkanın və ya bankanın boğazından 1–1,5 sm aşağı doldurur, istiliyi 85°C olan suda yarımlitrlik bankaları 10–15 dəq., litrlik bankaları 15–20 dəq, ikilitrlik bankaları 25 dəq., üçlitrlik balonları 30 dəq. saxlayır və pasterizə edirlər. Əgər şirə qazanda 95°C-dək qızdırılarsa və qaynayan suda sterilləşdirilmiş isti banka və ya butulkalara dərhal tökülərsə, onda pasterizə etməmək də olar. Bəzən şirəni qaynayana kimi qızdırır, kəfini yığır, sonra banka və ya butulkalara töküb ağzını germetik bağla­yırlar. Bu zaman ban­kaları sterilləşdirilmiş tənəkə qapaqla, butulkaları isə suda qaynadılmış tıxaclarla germetik bağla­yırlar. Bankaları qapağı üstə qoyub soyudur, tıxacları isə qatranlayıb soyuyana qə­dər saxlayırlar. Hazır şirə sərin, quru və qaranlıq yerdə saxlanmalıdır.




Yüklə 2,07 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin