Hüseynov Mövlud


GÜL SUYUNUN ADİ ÜSULLA HAZIRLANMASI



Yüklə 2,07 Mb.
səhifə123/181
tarix26.12.2016
ölçüsü2,07 Mb.
#3711
1   ...   119   120   121   122   123   124   125   126   ...   181
4.1. GÜL SUYUNUN ADİ ÜSULLA HAZIRLANMASI
Gül suyunu qatqat qızılgül, beşyarpaq qızılgül, padşah qızılgülü və digər intensiv qırmızı rəngli, ətirli qızılgüllərin ləçəklərini turşulaşdırılmış qaynar suda saxlamaqla hazır­layırlar. Gül suyu ayrılıqda içilmir. Çay yanında süfrəyə verilir (hər kəsin zövqündən asılı olaraq bir stəkan çaya 1–3 ç. q. gül suyu əlavə edilir), ovşala və qızılgül şərbəti hazırlamaq, digər içkilərin dadını ətirli etmək məqsədilə onlara əlavə edilir.

Səhər tezdən dərilmiş qızılgülün ləçəkləri banka və ya balona yığılıb üzərinə limon turşusu və qaynadılmış isti su əlavə edilir. Üçlitrlik balona 25–30 ədəd intensiv qırmızı rəngli iri qızılgülün və ya 120–150 ədəd beşyarpaq gülün ləçəkləri, 2–3 çay qaşığı kristallik limon turşusu və dolana qədər isti su tökülür. İmkandan və zövqdən asılı olaraq qızılgül ləçəkləri bir qədər çox da götürülə bilər. Limon turşusu ləçəklərdə olan boya maddələrini suya keçirib gül suyunun rəngini tündləşdirir, onu turşməzə edir, eləcə də, onu konservləşdirir. Balonun ağzını kip bağlayıb qızılgül ləçəklərindən ətirli və boya maddələrinin tamamilə suya keçməsi üçün 1–2 gün (bəzən 4–5 gün) saxlayırlar. Bundan sonra hazır gül suyunu süzüb puçalını (cecəsini) atırlar. Gül suyunu ikiqat tənzifdən süzüb təmiz butulkalara tökür, butulkaların ağzına əridilmiş para­fin və ya yağ tökülür, kip bağlanır, sərin və qaranlıq yerdə bir ilə qədər saxlanılır. Bəzən butulkaların ağzını xəmirləyir, mumlayır və ya taxta tıxac qoyub üstünə əridilmiş qatran tökürlər. Gül suyunu soyuducuda saxladıqda uzun müddət rəngini, ətrini və dadını dəyişmədən keyfiyyətli qalır. Gül suyundan is­tifadə etmək lazım gəldikdə, butulkanın ağzı açılır, istənilən qədər götü­rülür və yenidən butulkanın ağzı möhkəm qapanır. Uzun müddət saxladıqda gül suyunda çöküntü əmələ gəlir. Bu gül suyunun xarab olmasını göstərmir, lakin gül suyunu istifadə etdikdə çalışmaq lazımdır ki, çöküntü qarışıb hazırlanacaq içkini bulanlıqlaşdırmasın.



Yüklə 2,07 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin