Kliniki əlamətləri:Anoplosefatozla yoluxmuş gövşəyənlərdə ümumi zəiflik, yemdən imtina etmə əlamətləri olur. Monieziyalar mədə- bağırsağın fəaliyyətinə də təsir edir, ona görə də heyvanlarda ishal, köpmə, qarın nahiyyəsinin nisbətən sallanması, kal- fekal ilə selikli axıntı müşahidə edilir. Xəstələrdə selikli qişanın solğunlaşması, arıqlama, boy inkişafından qalma nəzərə çarpır. Xəstə quzular tez-tez, çoxlu su içirlər. Şiddətli yoluxma zamanı sinir pozğunluğu əlamətləri-titrətmə, çırpınma, yaxud da tam süstləşmə baş verir. Sinir pozğunluğu əlamətləri əsasən helmintlərin orqanizmə toksiki təsiri, intensiv yoluxma zamanı isə bağırsaqda tıxanma əmələ gətirməsi nəticəsində baş verir. Bağırsaqda anoplosefelyatozlar çox olduqda xəstəlik ağır keçir və heyvanlar 10-15 gündən sonra , sinir pozğunluğu baş verdikdə isə 1-5 saat müddətində ölürlər. Yaşlı heyvanlarda anoplosefalyatozun nəzərə çarpacaq heç bir əlaməti müşahidə edilmir. Diaqnozu:Səhər tezdən quzuların, çəpişlərin yatdıqları yerə tpkülmüş fekal kütləsini anoplosefalyozun buğumlarına görə yoxlamaq lazımdır. Əgər yoluxma varsa, fekalda buğumlar və ya helmint gövdəsinin bir hissəsi görünür. Fekald yumyrtaların olmasını isə , laboratoriyada kaproloji müayinə üsulları ilə ayırd edilir. Bağırsaqda monieziyalar yetkin mərhələyə çatmayıbsa yoluxmanı təyin etmək mümkün olmur. Çünki fekal ilə nə helmintin buğumu, nə də yumurta xaric olmur. Ona görə də diaqnostik dehelmintizasiya aparmaq lazım gəlir. Bunun üçün nəzarət 20-30 baş quzuya antihelmint preparatı vermək və 6 sattdan 2 günə qədər xaric edilmiş fekal kütləsini monieziya buğumlarına və yumurtalarına( kaproloji müayinə) yoxlayıb nəzərdən keçirmək lazımdır.