Epizootologiyası:Heyvanların moniozla yoluxması otlaqlarda oribatid gənələrinin Scheloribates laeviqutus və Scheloribates latipeslərin az və ya çox yayılmasından asılı olaraq baş verir. Oribated gənələri təbii iqlim diyarlarının hamısında geniş yayılmışdır.Bu gənələrə ən çox daimi ot örtüyünə malik olan yarımsəhralı otlaq-larda müşahidə edilir.Həmçinin bu oribatid gənələri daimi yaşıl ot örtüyü olan çay-ların kənarında, meşəətrafı çəmənliklərdə, rütubətli və suvarılan otlaqları olan diyarlarda geniş yayılmışdır.Böyük Qafqaz sıra dağlarının və kiçik qafqazın dağ-ətəyi diyarların otlaqlarında da bu aralıq sahibləri olan gənələrə rast gəlinir.O cümlədən subtropik diyarlarda, həmçinin Talış dağları yamaclarında da oribatid gənələrinin inkişaf edib artmasına münasib şərait vardır. Azərbaycanın yalnış Abşeron yarımadasının-diyarının qumluq ərazilərində, seyrək bitki örtüyü olan səhra otlaqlarında oribatid gənələrinə(Scheloribates laeviqates və schlatipes) az yayılmışdır.
Heyvanların anoplosefalyatozla (moniozla) yoluxması demək olar ki, hər il baş verir.Lakin il çox quraq və y yağmurlu keçdikdə oribatid gənələrinin artıb-inkişaf etməsi üçün şərait məhdudlaşır, bu səbəbdən də heyvanların anoplosefalyatozla yoluxması nisbətən zərif olur.
Quzular, çəpişlər anoplosefalyatozla yuxarıda göstərdiyimiz diyarların otlaq-larında yoluxurlar.Ferma ətrafı otlaqlarda yoluxma çox intensiv gedir.Bunun da iki səbəbi vardır:
Daimi ot örtüyü olan və quzular,çəpişlər üçün xam saxlanılan ferma ətrafı otlaqlarda oribatid gənələrinin sayı(miqdarı) çox olur.
Dehelmintizasiya aparılması nəticəsində xəstələnmiş heyvanlardan helmintin özü və yumurtaları ferma ətrafı sahələrə-otlaqlara tökülür, səpə-lənir.Həmin yumurtalar sistiserkoidlərə çevrilirlər.Ferma ətrafı otlaqlarda yaşayan oribatid gənələri otla birlikdə onoplosefalida, sürfələini udurlar və daha intensiv yoluxmuş olurlar.
Payızda doğulmuş körpə gövşəyənlər quzular və çəpişlər anoplosefalyaozla əsasən qış aylarında yoluxurlar.Onların bağırsağında ilk monieziyalara yanvar və fevraldan başlayaraq rast gəlinir. Mart və aprel aylarında isə gövşəyənlərdə yoluxmanın ən yüksək zirvəsi qeyd olunur.Fevral ayında doğulan gövşəyənlərdə yüksək yoluxma aprel və may aylarında, mart ayında doğulanlarda isə aprel, may və iyun aylarında xəstəlik müşahidə edilir. Qış aylarında doğulmuş buzovlarda anoplosefalyatoz(moniezioz) törədicilərinin buğumlarına ilk dəfə may və iyun aylarında, xəstəliyin şiddətli baş verməsi isə iyun və avqust aylarında müşahidə edilir. Balaqlar buzovlara nisbətən otlağa gec buraxılırlar. Ona görə də may və avqust aylarında doğulmuş balaqların anoplosefalyatozla yoluxması bir qədər gec, yəni yayın sonu və payızın əvvəlində müşahidə edilir. Yaşlı qoyunlar və 1-2 yaşlı qaramallar( danalar, düyələr) anoplosefalyatozla zəif yoluxurlar. Lakin onlar cavan gövşəyənlərin yoluxmasına səbəb olurlar.