I fəsil Parozitologiyaya giriş. İnkişaf tarixi. Parozitologiyanın bioloji əsasları. Orqanizmlərin təbiətdə qarşılıqlı əlaqəsi, tipləri, parozitin növləri, sahibləri və mənşəyi



Yüklə 180,23 Kb.
səhifə125/129
tarix02.01.2022
ölçüsü180,23 Kb.
#43523
1   ...   121   122   123   124   125   126   127   128   129
PARAZİTOL.-kitabı-son

Profilaktikası:Heyvandarlıq komplekslərində və təsərrüfatlarında körpə və cavan gövşəyən heyvanlar üçün növbəli otaraq ayrılmalı, orada birillik və çoxillik yem bitkiləri əkilməli,mədəni otlalar və xəsilliklər yaradılmalıdır.Bu cür sahələrdə oribatid gənələrinin-(Scheloribates laeviqatus və scheloribates latipes)-çoxalması və beləliklə otlaqlara yeni buraxılmış cavanların anoplo-sefalyatozla yoluxması məhdudlaşdırılır.Cavanlar üçün otlaq sahələri əvvəl-ki illərdə yaşlı heyvanların otarılmadığı ərazilərdən seçilməlidir.

Anoplosefalyatozlara qarşı kimyəi profilaktika tədbirinin də yaxşı nəticə verir.2-3 aylıq quzulara,toğlulara mart,aprel. May və iyun aylarınd, günaşırı olaraq göydaş xörək duzu qarışığı verilməsi effekt verir.Qarışıq belə hazırla-nır 1kq göydaş(Miskünorosu(CuSO4)+90 kq xörək duzu(NaCl) möhkəm qarışdırılır və adi duz kimi yalamaq üçün heyvanların qabağına qoyulur. Bundan başqa moniozlara qarşı 1qr göydaş+9qr.fenoiozin+90qr xörək duzu hazırlanır və heyvanlara verilir.

Profilaktika məqsədilə hər il quzular və çəpişlər 3 dəfə.toğlu və qoyunlr isə bir dəfə anoplosefalyatozlara qarşı dehelmintizasiya edilməlidir.Anoplo-sefalida yumurtalarının otlaqlarda yayılmasının qarşısını almaq üçün profilk-tiki dehelmintizasiyalar əsasən preimaginal əsasda, yəni monieziyalar bağırsaqda yetgin mərhələyə çatmamış apaılmalıdır.

Anoplosefalidilərin yetgin formaya 35-40 gün ərzində çatdıqlarını nəzərə alaraq, quzulara 1-ci preimaginal dehelmintizasiya onlar otlaqda 25-30 gün otarıldıqdan sonra aparılmalıdır.2-ci preimaginal dehelmintizasiya,1-ci de-helmizasiyadan 15-20 gün sonra aparılmalıdır.3-cü preimaginal dehelmizasiya 2-ci preimaginal dehelmintizasiyadan 25-30 gün sonra aparılmalıdır.Bu dehelmintizasiyalrın aparılması təqvimi hər bir diyarda (zonada) döl kompaniyasının keçirilməsi və quzuların,çəpişlərin,buzovların otlağa ilk dəfə buraxılması vaxtından asılı olaraq, hər bir rayonun,şəhərin baytarlıq mütəxəsisləri tərəfindən həyata keçirilməlidir.

Beləliklə noyabr-dekabr aylarında doğulan quzularda çəpişlərdə fvral, mart,aprel,may,iyun aylarında doğulan quzularda,çəpişlərdə müvafiq olaraq 2-3 aydan bir preimaginal dehelmintizasiyalar aparılmalıdır.Toğlularda və yaşlı qoyunlarda yoluxma payız aylarında nisbətən artır,xəstəliyin kliniki əlamətləri özünü göstərir təlafat baş verir, ona görə də payız aylarında toğlular və yaşlı qoyunlar dhelmintizasiya edilməlidirlər.

Buzov və balaqlar yşlarına görə qruplaşdırılmalıdır.Onlar otlağa buraxılma vaxtından asılı olaraq dehelmintizasiya edilməlidirlər.Mərkəzi aran diyarında (zonasında) olan heyvandarlıq təsərrüfatlarının fermalrında buzovların ilk dəfə dehelmintizasiyası aprel,may aylarında,dağətəyi diyarlarda isə may,iyun aylarında aparılmalıdır.Camış balaqlarını 1 yaşa çat-mamış ildə 2 dəfə: yaz və payız aylarında dehelmintizasiya etmək lazımdır.




Yüklə 180,23 Kb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin