Epizootologiyası: İsti və rütubətli diyarlarda,(zonalarda) soxulcanlar və digər rezervuarlar çox olan ərazilərdə sinqamoz geniş yayılmışdır. Kiçik Qafqazın dağətəyi diyarında( rayonlarında) xüsusiylə, Şəki, Zaqatalada və Subtropik diyarlarda(zonalarda) ən çox da Masallı və Lənkəran rayonlarında ictimai və şəxsi quşçuluq təsərrüfatlarında geniş yayılmaqla böyük iqtisadi ziyan vuran xəstəlikdir. Kür-Araz diyarının (düzənliyi) bir sıra rayonlarında da quşlar arasında sinqamoz geniş yayılmışdır. Bundan başqa Azərbaycanın Qərb bölgəsi diyarında ( Qazax, Ağstafa,Tovuz,Şəmkir,Samux,Göy-göl rayonları və Gəncə şəhəri) sinqamoz bütün növ quşlar arasında qeyd olunur.Ən yüksək yoluxma yağıntı çox olduqda, yay aylarında, payızın əvvəllərində müşahidə edilir.