Müalicəsi:Anoplosefalyotozlara qarşı qalaq arsenalı( mərgümüş, oksidli qalay), fenasal, göydaş və bational müalicə vasitəsi kimi tətbiq edilir.
1)Qalaylı mərgümüş 1-4 aylıq quzulara və çəpişlərə 0,4qr, 4-6 aylıq quzulara və çəpişlərə 0,5 qr, 6-8 aylıq quzu və çəpişlərə 0,8 qr, qoyun və keçilərə 1,0qr-lıq həb formasında alimentar yolla daxilə verilir.Dərman ver-məzdən əvvəl heyvanlar 16-18 saat ac saxlanmalıdır.Bu preparatla müalicə olunan heyvanların kəsilərək istifadə olunmasına yalnız 24 gündən sonra icazə verilir.
2) Fenasal-Bu preparat heyvanların hər kq diri çəkisinə 0,2 qr hesabı ilə qarışıq yemlə birlikdə 50-60 baş heyvana eyni vaxtda verilməlidir.Heyvan-ları tək-tək fərdi müalicə etdikdə isə preparatdan 1 kq diri çəkiyə 0,1 qr hesabı ilə alimentar yolla daxilə vermək lazımdır.
3) Göydaş miskuporosu:- Göydaşın 1%-li məhlulu quzuların və çəpişlərin yaşından asılı olaraq 15-20 ml, 21-28 ml,30-35 ml olmaqla onlara içirdilir. Buzovların anoplosefalyatozuna qarşı 1%-li göydaş məhlulu, 3-6 aylıqlara 120-150 ml, 6-8 aylıqlara 150-200 ml daxilə verilir. Balaqlara hər kq diri çəkiyə 2%-li 2 ml göydaş məhlulu və ya fenasal, hər kq diri çəkiyə 0,2 qr daxilə verilir.
Dostları ilə paylaş: |