Kliniki əlamətləri:Sinqamozun xarakterik kliniki əlamətləri 2-3 aylığa qədər cücələrarasında müşahidə edilir.Synqamus trachea helminti ilə yolux-muş cücələr, adətən başlarını yuxarı qaldırır,dimdiklərini açır, elə bil ki, nəfəs yoluna düşmüş kənar bir maddədən azad olmağa çalışırlar. Bəzən təngnəfəslik baş verir və xəstədən fitə oxşar səs çıxır. Yoluxmuş cücələr yemdən qalırlar və tez arıqlayırlar. Sinqamozla yoluxmada 80-90% ölüm baş verir. Ölümə əsas səbəb asqırma zamanı tənəffüs yollarının tutulması və quşların boğulmasıdır. Bəzən də traxeyada 2-3 cüt( erkək və dişi fərd) sinqamus traxeanın olması da boğulmaya səbəb olur.