İdarə və müəssisələrdə, ayrı-ayrı istehsalat sahələrində və obyektlərdə yanğın təhlükəsizliyinin təmin olunmasına kimlər cavabdehdir?
SOCAR-ın bütün müəssisələrində yanğın təhlükəsizliyinə və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə Xidmətləri tərəfindən verilən təklif və göstərişlərin yerinə yetirilməsinə bilavasitə həmin müəssisələrin rəhbərləri, ayrı-ayrı istehsalat sahələrində və obyektlərdə isə həmin sahələrin və obyektlərin rəhbərləri və ya onları əvəz edən şəxslər cavabdehdir
“Neft, qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi Qaydaları” nın tələblərini pozan şəxslər hansı məsuliyyəti daşıyırlar?
“Neft, qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi Qaydaları”nın tələblərini pozan təqsirkar şəxslər, həmin pozuntuların xarakterindən və nəticələrindən aslı olaraq mövcud qanunvericiliyə əsasən intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.
Binalar oda davamlılıq dərəcəsinə görə neçə yerə bölünür?
Binalar beş oda davamlılıq dərəcəsinə bölünür. I,II,III.IV,V.
I - odadavamlılıq dərəcəli binalarda bütün konstruktiv elementlər yanmayan və onların odadavamlılıq həddi yüksək olur.
II - odadavmlılıq dərəcəli binalarda konstruktiv elementlər yanmayan, lakin odadavamlılıq həddi nisbətən aşağı olur.
III - odadavamlılıq dərəcəli binalarda əsas yükdaşıyan elementlər çətin yanan olur.
IV - odadavamlılıq dərəcəli binalarda bütün əsas elementlər çətin yanan olur.
V - odadavamlıq dərəcəli binalarda bütün elementlər yanan olur.
I və II odadavamlıq dərəcəli binalarda çardaq üstü və dam örtükləri də yanmayan materialdan olmalıdır.
III, IV, V dərəcəli binalarda isə onlar yanan materiallardan da ola bilər.
İdarə, müəssisə və təşkilatların rəhbərləri yanğın təhlükəsizliyi ilə bağlı hansı tədbirlərin həyata keçirilməsini təmin etməlidir?
İdarə, müəssisə və təşkilatların rəhbərləri yanğın təhlükəsizliyi ilə bağlı aşağıdakı tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər:
Tabeliyində olan bütün MTİ, fəhlə və qulluqçular tərəfindən yanğın təhlükəsizliyi Qaydaların tələblərinin yerinə yetirilməsini;
Aidiyyəti dövlət qurumlarının yanğın təhlükəsizliyi ilə bağlı qəbul etdikləri qərar, sərancam və göstərişlərin icrasını;
Yanğınların qarşısının alınması və söndürülməsinin təşkili məqsədilə könüllü yanğından mühafizə dəstələrinin və yanğın –texniki komissiyasının yaradılmasını;
İstehsalat, inzibati, anbar təyinatlı və yardımçı binalarda yanğına qarşı ciddi rejimin təşkilini, siqaret çəkilən yerlərin təchizini, odlu işlərin aparılmasında ciddi nizam-intizamın təminini, iş saatı qurtardıqdan sonra otaqların yoxlanılması və bağlanılması qaydalarını, bütün fəhlə və xidməti heyət tərəfindən bu qaydaların yerinə yetirilməsinin mütəmadi yoxlanılmasını;
Aparılmış analizlər əsasında yanğın təhlükəsizliyinin yaxşılaşdırılmasına yönəldilmiş işlərin görülməsinin təşkili və yanğın təhlükəsizliyini pozan şəxslər haqqında konkret ölçü götürülməsini;
Yanğına qarşı tədbirlərin yerinə yetirilməsi və yanğınsöndürmə vasitələrinin alınması üçün lazımi vəsaitin ayrılmasını.