I fəSİl təBİİ qaz və qaz təSƏRRÜfati haqqinda ümumi MƏlumat


Könüllü yanğından mühafizə dəstələrinin vəzifələri nədən ibarətdir?



Yüklə 493,24 Kb.
səhifə154/213
tarix25.06.2022
ölçüsü493,24 Kb.
#62281
1   ...   150   151   152   153   154   155   156   157   ...   213
1000 sual - 1000 cavab 21.01.17

Könüllü yanğından mühafizə dəstələrinin vəzifələri nədən ibarətdir?

Say tərkibi obyekt rəhbəri tərəfindən müəyyən edilən və onun əmri əsasında yaşı 18-dən az olmayan şəxslərdən təşkil edilən Könüllü yanğından mühafizə dəstələrinin vəzifələri aşağıdakılardan ibarətdir:

  • Obyektdə yanğına qarşı reyimə riayət edilməsinə nəzarət etmək və ona əməl olunmasının vacibliyi haqqında işçilər arasınada işləri aparmaq;

  • İlkin yanğınsöndürmə vasitələrinin və istifadəyə hazırlığına nəzarət etmək;

  • Yanğın baş verdikdə yanğın dəstələrini çağırmaq və yanğından mühafizə vasitələrindən istifadə etməklə yanğının söndürülməsi üçün təxirəsalınmaz tədbirlər görmək.

  1. Yanğın-texniki komissiyalar və onların vəzifələri hansılardır?

İşçilər tərəfindən yanğına qarşı profilaktiki tədbirlərin həyata keçirilməsində iştirak olunması və bu istiqamətdə fəal mübarizənin aparılması məqsədilə müəssisə rəhbərinin əmri ilə Baş mühəndisin sədrliyi və digər mühəndis-texniki işçilərdən (energetik, texnoloq, mexanik, su təchizatı üzrə mühəndis və ya həmin vəzifənin icrasını həyata keçirən digər şəxs, təhlükəsizlik texnikası üzrə mühəndis, həmkar təşkilatının nümayəndəsi və müəssisə rəhbərinin təyin etdiyi digər şəxslər) ibarət yanğın-texniki komissiyası yaradılır. Komissiyanın aşağıdakı vəzifələri vardır:

  • İstehsalat prosesində yanğın, partlayış və ya qəzaya səbəb ola biləcək nöqsanların və nasazlıqların aradan qaldırılması üzrə müvafiq tədbirləri işləyib hazırlaması;

  • İstehsalat sexlərində, anbarlarda, inzibati və yaşayış binalarında yanğına qarşı rejimin və yanğın profilaktikasına dair işlərin təşkilində və yerinə yetirilməsində yanğından mühafizə dəstələrinin fəaliyyətinə nəzarət etmək;

  • İşçilərlə yanğına qarşı mövzular üzrə mühazirələr və məşğələlər aparmaq, həmkarlar təşkilatında müəssisənin yanğına qarşı vəziyyəti barədə müzakirələr aparmaq, ayrı-ayrı sahələrdə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə qayda və təlimatların hazırlanmasında fəal iştirak etmək və yanğın təhlükəsizliyi məsələləri üzrə konfranslar keçirmək.


  1. Yüklə 493,24 Kb.

    Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin