I fəSİl təBİİ qaz və qaz təSƏRRÜfati haqqinda ümumi MƏlumat


İsitmə qurğularının texniki vəziyyətinə, istismarına kim cavabdehdir?



Yüklə 493,24 Kb.
səhifə163/213
tarix25.06.2022
ölçüsü493,24 Kb.
#62281
1   ...   159   160   161   162   163   164   165   166   ...   213
1000 sual - 1000 cavab 21.01.17

İsitmə qurğularının texniki vəziyyətinə, istismarına kim cavabdehdir?

İsitmə qurğularının texniki vəziyyətinə, istismarına, vaxtı-vaxtında təmirinə məsuliyyəti müəssisənin baş energetiki (baş mexaniki), müəssisənin ayrı-ayri obyektlərində isə həmin obyektlərin rəhbərləri daşıyır.

  1. Sobalar və tüstü boruları hansı müddətdən bir hisdən təmizlənməlidir?

Sobalar və tüstü boruları isitmə dövrü başlamazdan əvvəl və bütün isitmə dövründə aşağıdakı qaydada hisdən təmizlənməlidir:

  • isidici sobalar 2 ayda 1 dəfədən az olmayaraq;

  • mətbəx plitələri və su qızdırıcıları ayda 1 dəfədən az olmayaraq;

  • uzun müddətli isidilən xüsusi sobalar (yeməkxanalarda, quruducularda və s.) ayda 2 dəfədən az olmayaraq.

Nasaz sobaların və tüstü borularının istismarı qadağandır.

  1. Hansı isidici sobaları və digər qızdırıcı cihazları istismar zamanı nəzarətsiz qoymaq olmaz?

Avtomatika ilə təchiz olunmayan isidici sobaların və digər qızdırıcı cihazların istismarı zamanı onları nəzarətsiz qoymaq qadağandır.

  1. Ventilyasiya sisteminin texniki vəziyyətinə, saz vəziyyətdə saxlanılmasına, istismarı zamanı yanğın təhlükəsizliyi tələblərinə riayət olunmasına görə məsuliyyəti kim daşıyır?

Ventilyasiya sisteminin texniki vəziyyətinə, saz vəziyyətdə saxlanılmasına, istismarı zamanı yanğın təhlükəsizliyi tələblərinə riayət olunmasına görə məsuliyyəti müəssisənin baş mexaniki (baş energetiki) və ya müəssisə rəhbərinin əmri ilə təyin olunmuş şəxs daşıyır.

  1. İstehsalat, laboratoriya və inzibati otaqlarda sobaları kim işə salmalıdır?

İstehsalat, laboratoriya və inzibati otaqlarda sobaların işə salınması müəssisənin əmri ilə təyin olunmuş, təlimatlandırılmış şəxs tərəfindən aparılmalıdır.


  1. Yüklə 493,24 Kb.

    Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin