Ventilyasiya sisteminə kənar əşyaların düşməməsi üçün hansı tədbirlər görülməlidir.
Ventilyasiya sistemindən partlayış-yanğın təhlükəli maddələri kənarlaşdıran (metal və ya bərk əşyaların ventilyatorlara düşməməsi üçün) sorucu qurğular qoruyucu torla və ya maqnit tutucularla təchiz olunmalıdır. Yanar və partlayış təhlükəli maddələr olan istehsalat otaqlarında sorucu qurğuların metal hava vurucuları, boru xətləri, süzgəcləri və digər avadanlıqları yerlə birləşdirilməlidir.
Hava mühitində asan alışan və ya partlayış təhlükəli maddələrin yığılması ehtimalı olan otaqlarda ventilyasiya sistemi qurğularının konstruksiyalarına hansı tələblər vardır?
Hava mühitində asan alışan və ya partlayış təhlükəli maddələrin yığılması ehtimalı olan otaqlarda ventilyatorun, tənzimləyicilərin və ventilyasiya sisteminin digər qurğularının konstruksiyaları qığılcım verməyən materialdan hazırlanmalıdır.
Qazanxana qurğularına xidmət etmək üçün kimlər buraxılırlar?
Qazanxana qurğularına xidmət etmək üçün yaşı 18-dən az olmayan, tibbi müayinədən keçmiş, müvafiq qaydada təsdiq olunmuş proqram əsasında təlim kursu keçmiş və qazanxana qurğularının təhlükəsiz istismarı üzrə təlimatlandırılmış, bilikləri yoxlanılmış, müəssisənin və ya təşkilatın ixtisaslaşdırma komissiyası tərəfindən vəsiqə almış şəxslər buraxılırlar.
Qazanxana qurğuları və buxar qazanları hansı yerlərdə quraşdırıla bilər?
Qazanxana qurğuları və buxar qazanları aşağıdakı yerlərdə quraşdırıla bilər:
bilavasitə istehsalat və ictimai binalara bitişik olan, lakin onlardan yanğına qarşı divarla ayrılan otaqda. Belə divarda qapılar olarsa, onun layları qazanxanaya tərəf açılmalıdır.
Qazanların hansı yerlərdə quraşdırılmasına icazə verilmir?
Qazanların aşağıda göstərilən yerlərdə quraşdırılmasına icazə verilmir: