Müəssisə və birliklərin rəhbər və mühəndis–texniki işçilərinin biliklərinin növbədənkənar yoxlanılması hansı hallarda keçirilir ?
Yeni və yenidən işlənilmiş təhlükəsizlik qayda və normalar qüvvəyə mindikdə.
istehsalatda yeni növ avadanlıqlar və ya yeni istehsalat prosesləri tətbiq olunduqda.
Onların rəhbərlik etdiyi işlərdə və obyektlərdə təhlükəsizlik qayda və normalarının pozulması aşkar olunduqda.
Yuxarı təşkilatın göstərişi, Dövlət nəzarət orqanları və Həmkarlar İttifaqının əmək üzrə texniki nəzarətçilərinin tələbi ilə.
Biliklərin növbədənkənar yoxlanılmasının zəruriyyəti, həcmi və müddəti hər bir konkret halda müəssisə və birliyin rəhbərliyi tərəfindən müəyyən edilir.
Biliklərin yoxlanılması üzrə daimi fəaliyyət göstərən komissiya üzvləri kimlər ola bilərlər ?
Yuxarı təşkilatın biliklərin yoxlanılması üzrə komissiyasında bilikləri yoxlanılmış və müəssisə rəhbərinin əmri ilə komissiyaya daxil edilmiş şəxslər.
Biliklərin yoxlanılması zamanı biliyi qeyri-kafi qiymətləndirilmiş işçilər barədə hansı tədbirlər görülür ?
Yoxlama zamanı təhlükəsizlik tələbləri üzrə biliyi qeyri-kafi qiymətləndirilmiş fəhlələr sərbəst işə buraxılmır, onlara əlavə təlim keçirilir. Mühəndis texniki işçilər isə komissiyanın qərarı ilə işə bilavasitə rəhbərlikdən kənarlaşdırılır. Belə hallarda 2 həftə ərzində onların biliyi təkrar yoxlanılır.
Əgər təkrar yoxlama zamanı da qeyri-kafi nəticələr göstərilərsə mühəndis texniki işçilərin (rəhbərlərin) tutduğu vəzifədən azad edilməsi, fəhlələrin isə işə buraxılması məsələsi barədə rəhbərlik qarşısında məsələ qaldırılmalıdır.
Əmək şəraitinin vəziyyətinə nəzarət olunmasında məqsəd nədir?
Əmək şəraitinin vəziyyətinə nəzarət istehsalatda bədbəxt hadisələrin qarşısının alınmasına yönəldilmiş əsas tədbirlərdən biri olmaqla, əmək şəraitinin, əmək qanunvericiliyi, təhlükəsizlik qayda və normalarının, standartların tələblərindən kənara çıxma hallarını aşkar etmək və onların aradan qaldırılması üzrə operativ qərar qəbul etməkdən ibarətdir.