Müəssisədə əmək şəraitinin vəziyyətinə nəzarətin əsas növləri hansılardır?
Müəssisə nəzarətinin əsas növləri aşağıdakılardır:
əmək şəraitinin vəziyyətinə operativ (mərhələli) nəzarət, həmçinin müəssisələrin, birliklərin, trestlərin ayrı-ayrı rəhbərlərinin, mühəndis-texniki işçilərinin nəzarəti.
Sexlərin, sahələrin, qurğuların, sanitar-texniki vəziyyətini pasportlaşdırmaq və onlara nəzarət etmək.
Müəssisə nəzarətinin yekun mərhələsi-əmək şəraitinin vəziyyətini daima nəzərdən keçirmək və bu barədə müntəzəm olaraq məlumat verməkdir.
Əmək şəraitinin vəziyyətinə müəssisə nəzarəti neçə həyata keçirilir?
Əmək şəraitinə nəzarət 4 pillədən ibarət olur. 1-ci 3 pillə müəssisə tərəfindən, 4-cü pillə isə müəssisənin tabe olduğu Birlik tərəfindən həyata keçirilir. 1-ci pillədə usta, icraçı, bilavasitə iş rəhbəri hər gün işin (növbənin) əvvəlində, 2-ci pillədə sex, qurğu rəisi həftədə bir dəfədən az olmayaraq struktur bölmənin daimi fəaliyyət göstərən komissiyası isə hər ayda bir dəfədən az olmayaraq, 3-cü pillədə isə müəssisənin əməyin təhlükəsizliyi üzrə daimi fəaliyyət göstərən komissiyası rübdə bir dəfədən az olmayaraq iş yerində əmək şəraitinin vəziyyətini yoxlayır və aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün tədbir görür. 4-cü pillədə Birliyin əməyin təhlükəsizliyi üzrə komissiyası yarım ildə bir dəfədən az olmayaraq əmək şəraitinin vəziyyəti yoxlanılmalıdır.
Əmək şəraiti vəziyyətinə müəssisə nəzarətinin birinci pilləsi necə və kim tərəfindən aparılmalıdır?
Nəzarətin birinci pilləsində işin rəhbəri hər gün işin əvvəlində əmək mühafizəsi üzrə müfəttişlə (o, olmayanda-sərbəst) birlikdə iş yerində əmək şəraitinin vəziyyətini yoxlayır, aşkar etdiyi nöqsanların aradan qaldırılması üzrə operativ tədbirlər görür. Bütün iş prosesində əməyin təhlükəsizliyinə nəzarət edir. O, obyektləri yoxlayarkən metodik göstərişləri rəhbər tutmalıdır.
Yoxlama zamanı aşkar edilmiş nöqsanlar və çatışmazlıqlar dərhal aradn qaldırılmalıdır, briqadanın, növbənin qüvvəsi ilə aradan qaldırılması mümkün olmayan və ya ustanın, iş rəhbərinin səlahiyətinə aid olmayan digər nöqsanlar gələcəkdə onların aradan qaldırılması üçün “Əmək şəraitinin vəziyyətinin yoxlanılması jurnalı” na yazılır.
Usta, iş rəhbəri həmin nöqsanlar və çatışmazlıqlar haqqında sex, bölmə rəhbərliyinə məlumat verir və işçilərin təhlükəsizliyini təmin edən lazımi tədbirlər görür.
İstehsalat sahələri ərazi cəhətdən dağınıq olduqda usta, bilavasitə iş rəhbəri birinci mərhələ üzrə bütün sahələrdə, iş yerlərində bir həftə ərzində və dəniz özüllərində isə növbə ərzində bir dəfə yoxlama aparmalıdır.