Əməyin təhlükəsizliyi üzrə daimi fəaliyyət göstərən komissiya nə məqsədlə yaradılır və bu komissiyanın üzvləri kimlər ola bilər ?
Əmək şəraiti vəziyyətinə nəzarəti həyata keçirmək və əməyin mühafizəsi üzrə digər məsələlərə baxmaq üçün bütün müəssisələrdə baş mühəndisin, direktorun, müdir müavininin sədrliyi ilə əməyin təhlükəsizliyi üzrə komissiya yaradılır. Bu komissiyaların tərkibinə rəis müavinləri, baş mütəxəssislər, şöbə və xidmət rəhbərləri, onların müavinləri, Həmkarlar komitəsinin sədri, onun müavini daxil edilir.
Əməyin təhlükəsizliyi üzrə daimi fəaliyyət göstərən komissiyanın işi necə tənzimlənir?
Müəssisədə əməyin təhlükəsizliyi üzrə DFK işini illik plan üzrə aparır və həmin plan komissiyanın sədri tərəfindən təsdiq edilir. Əməyin təhlükəsizliyi üzrə DFK aşağıdakı işləri həyata keçirir:
Müəssisələrdə və obyektlərdə əmək şəraitini, əmək şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırılması kompleks plan layihəsini, mümkün ola bilən qəzaların və ağırlaşmaların ləğvi planını, müəssisələrin, obyektlərin pasportlaşdırılmasının nəticələrini yoxlayır;
Müəssisənin fəhlələrinin, mühəndis-texnik işçilərinin və aidiyyəti rəhbər işçilərin biliklərini yoxlayır;
Əməyin təhlükəsizliyi üzrə ictimai baxışlar və digər ictimai, texniki, təşkilati tədbirlərin aparılmasını təşkil edir, onların nəticələrini müzakirə edir;
Təhlükəsizlik qaydalarını pozan işçilərin məsuliyyətə cəlb edilməsi, həmçinin təhlükəsiz əmək şəraitinin yaradılmasında fəal iştirak edən və yaxşı göstəricilər əldə etmiş kollektivlərin, şəxslərin mükafatlandırılması məsələlərini müzakirə edir;
Sexlər, bölmələr və müəssisələr arasında qarşılıqlı yoxlamalar hansı məqsədlə təşkil olunur?
Sexlər,bölmələr, müəssisələr arasında qarşılıqlı yoxlamalar təhlükəsiz əmək şəraitinin yaradılması, əməyin mühafizəsi üzrə işlərin təşkilində olan çatışmazlıqların aradan qaldırılmasında aparılan iş təcrübəsi mübadiləsi məqsədilə təşkil edilir və keçirilir.
Uyğun sexlər, bölmələr arasında qarşılıqlı yoxlamanı sex, bölmə rəhbərlərinin (sex rəisi və ya onun müavini) başçılıq etdiyi xüsusi yaradılmış qruplar, əmək mühafizəsi üzrə içtimai müfəttişin iştirakı ilə aparılır.
Müəssisələr arasında qarşılıqlı yoxlamanı əməyin təhlükəsizliyi üzrə daimi fəaliyyət göstərən komissiyanın tərkibində olan köməkçi komissiyalar müəssisə və birliyin rəhbərlərindən birinin başçılığı ilə aparılır.
Qarşılıqlı yoxlama zamanı aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün operativ tədbirlər görür, lazım gəldikdə, yoxlanılan obyektlərin “əmək şəraitinin vəziyyətinin yoxlanılması jurnalında” müvafiq qeydlər aparılır.