Əmək şəraiti vəziyyətinə müəssisə nəzarətinin üçüncü pilləsinin düzgün təşkilinə kim cavabdehdir?
Nəzarətin üçüncü pilləsinin düzgün təşkilinə və aparılmasına, aşkar edilmiş çatışmazlıqların aradan qaldırılmasına, nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsinə müəssisənin rəhbərləri cavabdehlik daşıyırlar (rəis, müdir, onların müavinləri).
Əmək şəraiti vəziyyətinə nəzarətin dördüncü pilləsinin aparılmasının təşkili necə həyata keçirilir?
Birliyin daimi fəaliyyət göstərən komissiyası və ya köməkçi komissiya hər yarım ildə bir dəfədən az olmayaraq (plan üzrə) müəssisələrdə, onların struktur bölmələrində, istehsalat sahələrində əməyin təhlükəsiz təşkilini, əmək mühafizəsini, müəssisənin rəhbərliyinin, mühəndis-texniki işçilərinin bu sahədə gördükləri işləri yoxlayır.
Birliyin rəhbər və mühəndis-texniki işçiləri əsas vəzifələrini yerinə yetirmək üçün müəssisələrdə, onların bölmələrində, sexlərində olarkən işçilərin təhlükəsiz iş şəraitini yoxlamalı, aşkar etdikləri nöqsanların aradan qaldırılması üzrə lazımi tədbirlər görməli, müəssisə onun struktur bölmələri rəhbərlərinə əməyin mühafizəsi məsələlərinin həllində əməli yardım göstərilməlidirlər.
Yoxlama zamanı aşkar edilmiş nöqsanlar və pozuntular haqqında akt tərtib olunur, bu haqda “obyektlərdə əmək şəraiti vəziyyətinin yoxlanılması jurnalında qeydiyyat aparılır.Yoxlamanın nəticələri yoxlanılan müəssisənin rəhbərliyinin yanında keçirilən geniş iclasda müzakirə edilir., aşkar edilmiş nöqsan və pozuntuların aradan qaldırılması üzrə tədbirlər müəyyənləşdirilir, lazım gəldikdə müvafiq əmr verilir.
Nəzarətin dördüncü mərhələsinin həyata keçirilməsi birliyin, trestin baş mühəndisinə və direktoruna, müdirin istehsalat sahələri üzrə müavinlərinə həvalə edilir.
Əmək şəraiti vəziyyətinin yoxlanılması zamanı hər hansı nöqsan aşkar edilmədikdə görülmüş işlər necə rəsmiləşdirilir?
Yoxlama zamanı nöqsanlar aşkar edilmədikdə və ya yoxlama zamanı ləğv edildikdə “Əmək şəraitinin vəziyyətinin yoxlanılması jurnalı”na bu barədə heç nə yazılmır, lakin “Əmək mühafizəsi üzrə görülən işlərin qeydiyyatı jurnalı”nda hər bir yoxlamadan sonra müvafiq qeydlər aparmaqla rəsmləşdirilir.