I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə47/88
tarix31.01.2017
ölçüsü2,74 Mb.
#7272
1   ...   43   44   45   46   47   48   49   50   ...   88
Aşıqları inandırır, 

Yalan vədəylə qandırır. 

Bu huy səni utandırır, 

Çox naz aşiq usandırır. 

Ziya Paşanın ədəbi görüşlərində Avropa meylli dəyərlər özünə yer tapandan sonra əsərləri 

ideoloji baxımdan yeni mahiyyət kəsb etməyə başladı. Bu da bilavasitə Tənzimatın hürriyyət, 

məşrutə istəyi və tələbi ilə bağlı idi. 

Lakin burada bir incə məqama nəzər yetirmək lazımdır. Ziya Paşa Tənzimat ədəbiyyatının 

nümayəndəsi kimi Avropa dəyərlərinə hörmətlə yanaşır, Avropa ədəbiyyatının öyrənilməsini təbliğ 

edirdi. O, Avropa dillərinin öyrənilməsinə zəruri ehtiyacın olduğunu xüsusi olaraq nəzərə 

çarpdırırdı. Lakin, Ziya Paşa bunların müqabilində doğma dilə, doğma ədəbiyyata ögey münasibət 

bəsləməyin əleyhinə çıxırdı. Daha doğrusu, onun nəzərincə Avropa mədəniyyətinə yaxınlaşmaq, 

bütün milli-mənəvi dəyərlərə xor baxmaq deyil, əksinə, onu daha da inkişaf etdirməkdir. 

İstər isən anlamaq cahanı, 

Öyrənməli Avropa lisanı. 

Bilmək gərək ordakı fünunu, 

Tərk eylə təəssübü cünunu. 

Təqlid ilə əslini unutma, 

Milliyyətini xakir tutma. 

Ziya Paşa yaradıcılığında qarşıya qoyulan məsələlərə hərtərəfli münasibət vardır. İlk öncə 

onu qeyd edək ki, şairin sənətində təxminən həyatın bir çox problemləri özünə yer tapmışdır. Qeyd 

olunan problemlərə bəzən üstüörtülü, bir çox məqamlarda isə birbaşa, konkret münasibət bildirilir. 

Ziya Paşa Avropaya getməzdən əvvəl divan şeir tərzində “Tərcibənd” adı ilə 3 məşhur əsər 

yazmışdır. Bu əsərlər məzmun və ideya baxımından eyni olsalar da, beyt və bənd saylarına görə 

fərqlənirlər. 1859-cu ildə yazılmış “Tərcibənd” dini-təsəvvüf görüşləri əks etdirən hikmət dolu bir 

əsərdir. 12 bənddən ibarət olan bu əsərdə şairin kainat barədə düşüncələri, təbiət sirləri qarşısında 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



244

insanın acizliyi, yer üzündə mövcud olan nizamsızlıq, haqsızlıq, ədalətsizlik və s. məsələlər yer alır. 

Ziya Paşanın “Tərcibənd” əsərində klassik İslam fəlsəfəsi ilə modern Qərb fəlsəfəsi, o cümlədən, 

Kopernik düşüncə sistemi qarşılaşdırılır. Prof. Mehmet Kaplan Ziya Paşanın bu cür yanaşmasını 

yüksək qiymətləndirmiş və “əski ədəbiyyatımızda kainat və həyat haqqında bu qədər geniş, bu 

qədər sistemli yazılmış bir mənzumə yoxdur”– demişdir. 12 bəndlik bu əsərdə cəmiyyətlə bağlı bir 

sıra problemlərə aydınlıq gətirmək, onları izah etmək əsas məqsəd olsa da, bunların izahında insan 

düşüncə və ağlının yetərsiz olduğu bildirilir. Çünki kainatda mövcud olan bütün səbəb və nəticələr 

Allaha məxsusdur. Allaha məxsus olanları insan ağlı dərk etməz. Ona görə də əsərdə dünya əcaib 

bir dərshanəyə, məkana bənzədilir və o, fəlakət çarxı ətrafında fırlanan dəyirman kimi təqdim edilir. 

Müəllif dünyada baş verən ədalətsizliklərin, hərisliklərin, fəlakətlərin, mənəm-mənəmliyin, ağıllı 

insanların ağılsızlara, savad əhlinin nadanlara möhtac olmasının kökündə dayanan səbəbləri 

öyrənməyə çalışır. 

Yarəb, nədir bu keşməkeşi dərdi-ehtiyac, 

İnsanın ehtiyacı ki bir loxma nanədir. 

 

Yarəb, nədir bu dəhrdə hər mərdi züfünun 



Olmuş bəlayi ağıl ilə aramdan məsun. 

 

Yarəb, neçün bu arsada hər şəxsi arifin 



Miqdari fəzlinə görə dərdi olur füzun. 

Bu suallara cavab tapılmadıqca, biz əsərdə dünyanın qeyri-bərabərliyi, ədalətsizliyi və s. 

barədə sadalanan fikirlərlə rastlaşırıq. Şair dünyanın cahil insanların nəzarətində olması, könül 

sahiblərinin, bilgili insanların mənəvi sarsıntıya düçar olması, insanlarda varlanmaq hərisliyinin 

çoxalması, pisin yaxşıya qalib gəlməsi və s. kimi fikirlərlə cəmiyyətdəki pisliklərin ümumi 

mənzərəsini yarada bilir. Ziya Paşa “Tərcibənd”də bunun səbəbini ürəkağrısı ilə cahanda ağıllı ilə 

dəlini, haqq ilə nahaqqı ayıracaq tərəzinin yoxluğunda görür. Şair Şərq dünyasının özünəməxsus 

qüsurlarından danışarkən müsəlmanlarda əvvəlki qeyrət, səy, namus və təmizliyinin qalmamasını, 

insanlarda milli qürur, dövlətə sədaqətin azalmasını mənəvi eybəcərlik hesab edir və əsərdə 

narahatçılıq hissi ilə bu şəkildə qələmə alır: 

Milləti-islamda əvvəlki qeyrət qalmamış, 

Əski iffət, əski namus, əski himmət qalmamış. 

 

Əski məcnunlardakı qeyrət, həmiyyət qalmamış, 



İndi hər kəs aqil olmuşlar, o cinnət qalmamış. 

 

Kimsədə əvvəlki ikdam, o sədaqət qalmamış, 



Hasili əxlaq bitmiş mülki millət qalmamış. 

Lakin Ziya Paşa mənəvi eybəcərliklərdən narahat olduğunu bildirsə də, üzünü insanlara 

tutub “namus və insanlığı əsla xəyal edib düşünmə” deməklə, Allahın iradəsindən kənarda heç 

nəyin dayanmadığı qənaətini ortaya qoyur. Şairə görə dünya təkcə gözəllikləri ilə deyil, hətta bütün 

mənəvi eybəcərlikləri ilə də Allaha məxsusdur. Çünki bu dünyanın eyiblərini də, gözəlliklərini də 

Allah yaradıb. Ancaq bunları Allah yaratsa da,  Allahın özü hər cür qüsur, eyib və nöqsanlardan 

uzaqdır, böyük qüdrət sahibidir: 

Subhanə mən tahayyare fi sunihil-ukül, 

Subhanə mən bi kudretihi ya cüzül-fuhül. 

(Uca qüdrəti ilə Allahı təsbih edərəm. Onun hər cür qüsur, eyib və nöqsanlardan uzaq 

olduğunu qəbul edər və söylərəm). Əsərdə irəli sürülən ideya budur ki, kainatda hər şey Allahın 

əlindədir və insan iradəsi Allahın yaratdıqları qarşısında acizdir. Bütün bunları Ziya Paşa bir 

islahatçı olaraq yeni hökumət qurmaq, cəmiyyətdə dəyişiklik etmək, xalqı xoşbəxtliyə qovuşdurmaq 

üçün atılan addımların faydasız olduğunu gördükdən sonra yazmaq məcburiyyətində qalmışdır. Şair 

bunları mövcud mərhələdə insanın hələlik nəyəsə nail olmasının qeyri-mümkünlüyünü dərk 

etdikdən sonra qələmə almışdır. Lakin bunlar o demək deyildir ki, Ziya Paşa əsərdə irəli sürdüyü 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



245

ideya ilə cəmiyyətdə insan təşəbbüskarlığı qarşısında sədd çəkir, onun həyatdakı fəaliyyət və rolunu 

əhəmiyyətsizləşdirir. Çünki modern ədəbiyyatın nümayəndəsi kimi Ziya Paşa yaradıcılığında 

cəmiyyət dəyişkənliyi ideyası öndə olmuş, insan cəmiyyətdə aparıcı və aktiv rolda təqdim 

edilmişdir. 

Ziya Paşanın 1870-cı ildə İsveçrədə qələmə aldığı “Tərkibbənd” mənzuməsi Ruhi 

Bağdadinin (XVI əsr) “Tərkibbənd”inə nəzirədir. Şairin bu əsəri ilə 1859-cu ildə yazdığı 

“Tərcibənd” arasında mövzu, ideya və forma baxımından müəyyən yaxınlıq vardır (Ziya Paşanın 

digər iki “Tərcibənd” və “Tərkibbənd”i mövzu və ideya baxımından eyni olsalar da, bənd saylarına 

görə fərqlənirlər). Hər iki əsər gerçək həyat həqiqətlərini əks etdirən yarımsatirik tərzdə yazılmış 12 

bəndlik hikmətli şeir parçalarından ibarətdir. Şeir Avropada yazıldığı üçün buradakı Qərb təsiri 

digər əsərlərdən fərqlənir. Buna görə də əsərdəki əxlaqi-didaktika və estetiklik daha güclü hiss 

olunur. “Tərcibənd”də olduğu kimi “Tərkibbənd”də də göstərilir ki, Allah qüdrətlidir, o, külli-

ixtiyar sahibidir. Günəşin meydana çıxması, Ayın nurlanması, göydəki quşların uçması, 

dəryalardakı balıqların suda yaşaması və s. hamısı Allahın hikmətindəndir. Şair yer üzündə, dəryada 

və göydə olan hər şeyin Allahın əmri ilə yarandığını qeyd edir. Bu səbəbdən o, yer üzündəki fitnə 

və fəsadların da Allahın hökmündə olduğunu bildirir. “Tərkibbənd”in 2-ci bəndində bu barədə belə 

deyilir: 

Səndədir ilahi yenə bu məkrü, bu fitnə, 

Bu məkrü, bu fitnə yenə səndəndir, İlahi! 

“Tərkibbənd”də əxlaqi-didaktik fikirlərə əhəmiyyətli dərəcədə yer verilir. Bu fikirlərdə Ziya 

Paşanın bir növ dini-təsəvvüfi görüşləri ilə yanaşı, ictimai baxışları da əksini tapır. Əsərdəki ağıllı 

insanla ağılsız insanın fərqi, var-dövlətin müvəqqəti sərvət olması, sərvət sahiblərinin qəlbinin yox, 

üzünün gülməsi, insanlığın əsas məqsədinin xeyirxahlıq olması, dövlət və səltənətin insana daimi 

bağışlanmaması, əsli pis olanların xarakterinin içki məclisində bilinməsi və s. kimi fikirlər həm 

reallıqları əks etdirir, həm də insan düşüncəsində təsirli iz buraxır. 

“Tərkibbənd”dəki saray məmurları, zalımlar, rüşvət alanlar və s. ilə bağlı nümunələrdə 

ictimai-siyasi məzmun daha güclüdür. Məsələn, şair xalqına əzab verən valinin istər bu dünyada, 

istərsə də axirətdə çəkəcəyi əziyyətlərə işarə edərək yazırdı: 

Qəddarlıq edə rəiyyətinə valiyi-əyalət, 

Dünyada və axirətdə nə zillət, nə rəzalət. 

Avropada kapitalizmin sürətlə inkişafı onun iqtisadi yüksəlişi ilə yanaşı, siyasi gücünü də 

artırırdı. İnkişaf etmiş Avropanın Şərqə marağı onun bir sıra məqsədlərinin reallaşmasına xidmət 

göstərirdi. Osmanlı imperiyasını dağıtmaq və Şərqdə yeni müstəmləkələr əldə etmək Avropanın 

Şərq maraqları sırasında birinci yerdə dayanırdı. XIX əsrdən başlayaraq Avropanın Osmanlı 

dövlətinə siyasi və iqtisadi baxımdan təzyiq və təsiri güclənməyə başladı. 

Tənzimat islahatı (1839) və Tənzimat fərmanından (1856) sonra Osmanlı dövlətinin siyasət 

və iqtisadiyyatında Avropasayağı tənzimləmələrə geniş şərait yarandı. Avropasayağı 

tənzimləmələrin uğurları ilə yanaşı, qüsurları da var idi. Bu barədə kitabın Tənzimat ədəbiyyatının 

xüsusiyyətlərindən bəhs edən hissəsində məlumat verilmişdir. Lakin Tənzimatın mədəni və iqtisadi 

pərdəsi arxasında Avropanın siyasi məkri gizlənirdi. Avropadan gələn bütün siyasi ideyalara 

şübhəsiz yanaşan və onu Türkiyədə tətbiq etməyə çalışanlar əslində bu məkrlərin mahiyyətini dərk 

etmir, pərdə arxasında gizlənənləri görə bilmirdilər. Məhz bu cür qüvvələr Türkiyənin və ümumən 

Şərqin geriliyini İslam dini ilə bağlayır, Qərbə uyaraq milli-mənəvi dəyərlərimizə etinasızlıq 

göstərirdilər. Ziya Paşa əsərdə bu cür fikir sahiblərini tənqid edir, insanları kökə, milliliyə 

bağlanmağa səsləyirdi: 

İslam imiş dövlətə pabəndi tərəqqi, 

Əvvəl yox idi iş, bu rivayət yeni çıxdı. 

 

Milliyyəti nisyan edərək hər işimizdə, 



Əfkari firəngə tabeiyyət yeni çıxdı. 

 

Eyvah, bu oyunlarda bizlər yenə yandıq, 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



246

Zira ki, ziyan ortada, bilməm nə qazandıq. 

“Ərzi-hal” Ziya Paşanın realist nəsr üslubunda yazdığı tərcümeyi-hal xarakterli əsəridir. 

Əsər 1867-ci ildə yazılmış və Parisdə səfərdə olan Sultan Əbdüləzizə təqdim olunmuşdur. Əsərdə 

Osmanlı məmləkətinin bugünkü durumu ilə bağlı maraqlı fikirlər diqqəti cəlb edir. Bununla yanaşı, 

əsərdə Ziya Paşanın nəyə görə saraydan çıxarılması, nəyə görə Avropaya getməsi və s. tərcümeyi-

hal xarakterli məlumatlar da yer almışdır. 

Məktub şəklində yazılmış “Vərasəti səltənəti seniyə” (1868) əsəri daha çox “Vərasət 

məktubları” adı ilə tanınır. Əsər iki məktubdan ibarətdir. Avropada yazılmış bu məktublar Mustafa 

Fazil Paşanın hüquqlarını qorumaq məqsədi daşıyır. Şair guya məktubları Avropadan İstanbuldakı 

dostuna göndərir. Məqsəd Fazil Paşanın hüquqlarının müdafiəsi olsa da,  Sultan Əbdülməcidin 

qardaşı Əbdüləzizi taxtdan uzaqlaşdırması və oğlu V Muradı vəliəhd təyin etməsi məsələsi də 

əsərdə yer alır. 

Yaradıcılığına endikcə oxucu Ziya Paşanı gah nəsihətçi, gah kinayəçi, gah da zəmanə 

ittihamçısı kimi görür. Təxmini ardıcıllığı izləsək görərik ki, Ziya Paşa nəsihətçiliyi son anda 

qəzəbə, etiraza, barışmazlığa çevrilir: 

Bir yerdə ki, yox nəğməni təqdir edəcək guş, 

Təzyiyi-nəfəs eyləmə, təbdili məqam et. 

Arvad kimi məğlubi-həva olma, ər ol, ər! 

Nəfsin səni ram etməyə, sən nəfsini ram et. 

Göründüyü kimi, Ziya Paşa hər bir şəxsin cəmiyyətdə özünün yerini bilməyə, mövqeyini 

müəyyənləşdirməyə səsləyir. Lakin onu da qeyd edək ki, Ziya Paşa sarayda olduqca ziddiyyətli bir 

siyasi burulğanlar şəraitində yaşamış, müəyyən qrup saray rəsmiləri ilə qarşılaşmış, nəticədə qarşı 

tərəfin güclü təzyiqləri ilə saraydan uzaqlaşdırılmışdır. Maraqlı faktdır ki, o, sədrəzəm kimi 

dövlətdə böyük bir postu tutmaq arzusunda olsa da, istəyinə çata bilməmişdir. Təbii olaraq bu 

proseslərin də onun yaradıcılığının siyasi və ideoloji xüsusiyyətlərinin artmasına təsiri az 

olmamışdır. 

Ziya Paşa şeirlərində zəmanədən şikayət, dövrə qarşı etiraz özünəməxsus bir deyimdə əksini 

tapa bilir. Əslində bu cür deyimlərdə zülm altında inildəyənlərin həyatının ümumi bir mənzərəsi 

diqqəti cəlb edir. 

Bibəxt olanın bağına bir qətrəsi düşməz, 

Baran yerinə dürrü gövhər yağsa səmadan 

Ərbabi kəmali çəkəməz naqis olanlar, 

Rəncidə olur dideyi huffaş ziyadan. 

Ziya Paşa bir maarifçi və demokratik görüşlü şəxsiyyət kimi cəmiyyətdə hökm sürən sosial 

ədalətsizliklə barışmamış, həmişə zəhmətkeşlərin haqqını müdafiə etmişdir. Lakin zalımların haqqa 

etinasızlığını, insanlara qəddar münasibətini görəndə Allaha üz tutur, haqq ilə divan etməsini 

arzulayır: 

Zalımları ədlin nə zaman haqq edəcəkdir? 

Məzlumların çıxmaqdadır göylərə ahı. 

Şair yaşadığı cəmiyyətdə hər cür eyib və qüsurlara qarşı barışmaz mövqe tutur. Ziya Paşa 

nəinki öz ölkəsində, bütün dünyada zülmün icraçısı olan zalımların məhvinə inam nümayiş etdirir. 

Zalım yenə bir zülmə giriftar olur axır, 

Əlbəttə olur, ev yıxanın xanəsi viran. 

Digər bir şeirində isə şairin bu məsələyə münasibəti başqa bir formada əksini tapır: 

Daşlar yedirtdi nan yerinə bir zaman fələk, 

Nan verdi şimdi də ah ki, dəndanə qalmadı. 

 

Nikübəd hər kəs bulur aləmdə, bir gün etdiyin. 



Kəndi çəkməzsə cəza, miras qalır övladına. 

Ziya Paşa bu inamın davamı kimi hələlik mövcud olan, sadə və işgüzar xalqın başına 

gətirilən olmazın müsibətləri müvəqqəti hesab edir. Onun inamı belədir ki, hər bir şey həyatda 

ömrünü başa vurduğu kimi, zülmün də, zülmkarın da həyatda yaşamaq, mövcud olmaq müddəti 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



247

vardır. O nə qədər "fəaliyyətdə" olsa da, "atdığı hər bir addımla" özünün sonuna doğru gedir: 

Çox müqbili gördüm ki, gülər, içi qan ağlar, 

Xəndan görünən hər kəsi xürrəmmi sanırsan? 

Ziya Paşa əsərlərində xalqın haqq səsinin qalib gələcəyinə inamını bildirsə də, faktiki 

vəziyyət onu daim narahat etmiş, hələlik də olsa zülmdən əzab-əziyyət çəkənlərin halına acımış, 

xarabazara çevrilmiş əyalətlərin mənzərəsinə, müsəlman dünyasının inkişaf və tərəqqi baxımından 

“küfür diyarı” hesab etdiyi Avropadan geri qalmasına təəssüf etmişdir. 

Diyari-küfri gəzdim, bəldələr, kaşanələr gördüm, 

Dolaşdım mülki-islamı, bütün viranələr gördüm. 

Başqa bir nümunədən göründüyü kimi, “mülki-İslam” dövlətləri sırasında Osmanlı 

dövlətinin mövcud durumu şairi narahat etmiş və Ziya Paşa doğma vətəninin pərişanlığını əks 

etdirən ictimai-siyasi düşüncələrini aşağdakı formada qələmə almışdır.  

Deyildi dövlətin əvvəldə halı gerçi çox yaxşı, 

Yazıqlar, ah kim oldu yamanlardan yaman şimdi. 

Həyatından məlumdur ki, Ziya Paşa dövlətdaxili ictimai-siyasi proseslərin avropasayağı 

təkmilləşdirilməsinin tərəfdarı olmuş, bir mənada bu səbəbdən sarayda müəyyən qrup şəxslərlə 

mübarizə aparmışdır. Onun qatı bir formada rəqabətdə olduğu şəxs sədrəzəm Ali Paşa olmuşdur. 

Qeyd edildiyi kimi, şair onun bu vəzifədən uzaqlaşdırılmasını və özünün sədrəzəm olmasını istəsə 

də, buna nail ola bilməmişdir. 

Şairin həyatının və ölkədaxili proseslərin müəyyən cəhətlərini əks etdirmək baxımından 

xarakterik əsərlərdən biri də "Röya''dır. Əsər 1869-cu ildə Londonda yazılmış və həmin ildə 

“Hürriyyət” qəzetinin 68 və 69-cu saylarında dərc olunmuşdur. Mənsur və fantastik olan bu əsər bir 

növ xəyali formada yazılmışdır. Lakin əsərin ən başlıca xüsusiyyəti şəxsi məsələlər deyil, məhz 

Ziya Paşa üçün aktual görünən Türkiyənin problemlərinin əks etdirilməsidir. Əsərdə göstərilir ki, 

Londonda qəriblikdə olan şair parkda gəzir və yorulduqdan sonra bir oturacaqda oturaraq yuxuya 

gedir. Yuxuda Vətəni görür. İşlədiyi sarayı gəzir. Elə olur ki, o, Sultan Əbdüləzizlə görüşür. 

Türkiyənin problemlərini açıqlayır. Türkiyənin düşdüyü vəziyyətin ağırlığı, səbəbkarların kim 

olması barədə Sultana məlumat verir. Şair Sultana bu səbəblərin bir neçəsini sadalayır və əsas səbəb 

kimi Türkiyədə yüksək məmurların dövlətə xəyanət etməsini göstərir. Bu məsələdə Ziya Paşa 

Sultana Ali Paşanın daha çox günahı olduğunu söyləyir. Çıxış yolunu onu sədrəzəm vəzifəsindən 

azad etmək və Kiprə vali təyin etməkdə görür. Sultan Əbdüləziz Ziya Paşa ilə razılaşır və onun 

Kiprə vali təyin edilməsi barədə fərman verir. Artıq Ali Paşa möhürü təhvil vermiş, onun Kiprə yola 

salınması baş tutmuşdur. 

Ziya Paşa möhürü Sultan Əbdüləzizə gətirir. Onu Sultana təhvil vermək istərkən yuxudan 

oyadıldığını görür. Və əsər bu şəkildə tamamlanır. Məzmundan göründüyü kimi, əsər yarı fantastik, 

yarı xəyali bir formada yazılmış, lakin saf və real düşüncələri ifadə etmişdir. Əslində şair yuxu 

prosesindən bir vasitə kimi istifadə edir. O, hadisələrə öz maraqları daxilində müdaxilə edir. Lakin 

nəzərə almaq lazımdır ki, bu maraqlar dövlət maraqları daxilində özünə yer tapan, bir növ onu 

tamamlayan maraqlardır. Elə bu səbəbdəndir ki, əsərdə Türkiyə-Avropa,Türkiyə Rusiya 

münasibətlərinə, Türkiyənin nüfuzunun artırılması məsələsinə geniş yer verilir. Krit adasında və 

Misirdə Türkiyə əleyhinə baş vermiş üsyanların yatırılması, onlara dəstək verən xarici dövlət və 

daxili casuslara qarşı planların müzakirəsi daha çox maraq doğurur. Ziya Paşanın Sultan 

Əbdüləzizlə mükaliməsində Yeni Osmanlılar Cəmiyyətinin yaranması və onun qarşıya qoyduğu 

məqsədi də müzakirədən yan keçmir. Əslində Türkiyənin qarşılaşdığı problemlər və onlardan 

qurtarmaq məqsədilə yaradılan bu cəmiyyət Türkiyə həyatında elə bir mühüm işlər görməsə də, 

demokratik bir təşkilat idi. 

Yeni Osmanlılar Cəmiyyətinin planlarının şair tərəfindən hökmdara çatdırılması fərdi yox, 

ictimai səciyyə daşıyır. 

Ziya Paşa yaradıcılığında vətənpərvərlik motivi əsas yerlərdən birini tutur. Türkiyənin zəfər 

tarixi bu yaradıcılıq üçün həmişə aparıcı mövzuya çevrilmiş və şairin hadisələrə birbaşa müdaxiləsi 

şəklində əksini tapmışdır. Düzdür, bu cür nümunələrdə də şairin sənəti üçün səciyyəvi olan 

tənqiddən yan keçilmir, ayrı-ayrı şəxslər tənqid obyektinə məruz qalır. Məsələn, mövzusu 1866-cı 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



248

ildə Krit üsyanı zamanı baş vermiş hadisələrdən götürülmüş "Zəfərnamə" belə əsərlərdəndir. 

Tarixdən məlumdur ki, Rusiya və Yunanıstanın dəstək və himayəsi nəticəsində 1866-cı ildə 

Krit adasında Türkiyənin əleyhinə üsyan edilmiş, yalnız onlara muxtariyyət verildikdən sonra üsyan 

yatırılmışdır. Əlbəttə, bunu türk tarixində ağıllı və uğurlu siyasət kimi qəbul etmək olar. Çünki 

İngiltərə, Fransa, Rusiya, Yunanıstan və s. dövlətlərin antitürk birliyi mövcud Krit üsyanının başqa 

cür yoluna qoyulmasını qeyri-mümkün edirdi. 

Əsərə verilən ad ilk anda adamda elə bir fikir oyadır ki, "Zəfərnamə''də Türkiyənin böyük 

uğur və qələbəsi öz bədii əksini tapmışdır. Lakin Ziya Paşa bu əsərdə öz yaradıcılıq üslubuna uyğun 

olaraq satirik tərzi ön plana çıxarmış, Krit adasına muxtariyyət vermək plan və layihəsinin memarı 

olan sədrəzəm Ali Paşanı tənqid obyektinə çevirmişdir. Bu mənada qəbul olunan qərar müəllifin 

nəzərində sətiraltı mənada, dırnaqarası zəfər qiymətini alır, mənfi şəkildə ifadəsini tapır. Deyilən 

cəhət əsərdə müəllifin müqayisə və münasibətində aşkar şəkildə üzə çıxır: 

Kimsələr olmadı bu fəthi mübinə məzhər 

Nə İsgəndər, nə Hülaki, nə Sezarü Anibal. 

Kriti aldı geri savleti-seyfü qələmi, 

Xalqına gəlmiş ikən dayəyi-istiqbal. 

Bu nə qeyrət, nə həmiyyət, nə cəsarətdir bu, 

Heç görülmüşmü təvarixi seleftə əmsal. 

Ziya Paşanın lirikasında fəlsəfi dərinlik mühüm əhəmiyyət kəsb edir. Bu səbəbdəndir ki, 

onun poeziyasında adi lirizm müxtəlif çalar komponentinə çevrilir. 

Şairin nəzərində insan heç vaxt vəzifə və sərvətinə, gənclik və sağlamlığına 

güvənməməlidir. Bunların hamısı ötəridir. İnsan öz xeyirxah əməllərinə güvənməlidir. 

Bir gün gələcək sən də pərişan olacaqsan, 

Ey qönçə, bu cəmiyyəti hər dəmmi sanırsan? 

Ziya Paşa əsl insanlığın şərtini dünya malından əl çəkməkdə, sadə, təbii olmaqda, yalnız 

xeyirxahlıq göstərməkdə görür. Ona görə də şairin bu ideyalarının təbliği kimi səslənən bir çox şeiri 

insan probleminə, onun cəmiyyətdə yeri və rolu məsələlərinə fəlsəfi münasibət bildirmək 

baxımından xarakterikdir: 

Hürr olmaq istər isən olma cahanın, 

Zövqündə, səfasında, qəmində, kədərində. 

Ayinesi işdir kişinin, lafa baxılmaz, 

Şəxsin görünür rübteyi-ağlı əsərində. 

İnsana sədaqət yaraşır görsə də ikrah, 

Yardımçısıdır doğruların həzrəti Allah. 

Ziya Paşa həyatını yalnız və yalnız xalqının xoşbəxtliyinə həsr etmiş və yaradıcılığını da bu 

istiqamətdə davam etdirmişdir.Aydın məsələdir ki, şair bu yolda böyük əziyyətlər çəkmiş, xalqa əks 

olan qüvvələrin təqiblərinə məruz qalmışdır. Lakin tutduğu yolun haqq olduğu üçün inamını 

itirməmiş və mübarizəsindən dönməmişdir: 

Bir zamanlar mən daha düşdüm bəlayi-qeyrətə, 

Doğruluqla uğradım min türlü dərdi-zəhmətə. 

Gah vətəndən ayrılıb, getdim diyari-qürbətə, 

Aqibət oldum giriftar, işbu mühlik illətə. 

Yaxud: 


Xanumanım tarümar oldu həmiyyət uğruna,  

Bərkü barım həp pərişan oldu qeyrət uğruna,  

Nəfsimə zülm eylədim xalqa ədalət uğruna  

Cismücan etdim fəda bu mülkü millət uğruna. 

Qeyd etmək lazımdır ki, Ziya Paşa divan ədəbiyyatı üslubunda yazdığı şeirlərində də klassik 

ənənənin çətin söz və ifadə deyimlərindən uzaqlaşmış, nisbətən sadə deyimlərdən istifadə etmişdir. 

Əksər kişinin surətinə surəti uymaz, 

Yarəb, bu nə hikmətdir, ilahi, bu nə halət. 

Yaxud: 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 


Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin