географии, геологии, природе, но и нравственному потенциалу Центральноазиатского и
индийского регионов. Этот интерес не прекратился и после октябюрского переворота в
России в период “красной империи”. Снова обрела актуальность научная информация
“Алишер Навои”, написанная сотрудником венгерского посольства в Турции М.Белоном в
1868 году. Заслуживающими внимания исследованиями того периода можно назвать статью
французскго ученого Люсйена Бува “Очерки о цивилизации периода тимуридов”, записи
Э.Блошев «Каталоге хранащихся в национальной библиотеке тюркских источников/” и
раздел, посвященный Навои, в произведении английского ученого Эдуарда Брауна «История
иранской литературы».
На “Первом курултае тюркологии”, посвященном празднованию 500 летия Навои,
проходившего под девизом “Алишер Навои – великий тюркский поэт”
3
основное внимание
было обращено вкладу Навои в развитие тюркских языков, статусу в качестве
государственного деятеля, идеям национального самосознания. Внимание не только
участников курултая, но и литературоведов всех тюркских народов привлекли доклады
ведущих ученых того времени Исмоила Хикмата «Жизнь и литературный статус Навои»,
Мирзо Жалола Юсуфзоде «О Наво», Бакре Чубонзоде «Навои – языковед» и Мирзо Мухсина
Иброхими «Влияние персидской литературы на Навои». Влияние того курультоя можно
заметить в статьях, опубликованных в том же году в Узбекистане, в частности статьях
Абдурауфа Фитрата и Вадуда Махмуди О Навои, опубликованных в журнале «Маориф ва
ўқитувчи» (Просвещение и учитель)
4
.
Дух курултая, естественно, мог создать проблемы для идеологии колониального
1
Rieu Ch. Catalogue of the Turkish Manucripts in the British Museum. 1888. - P.273.
2
Browne E. A Literary History of Persia. Vol. III. - Cambridge, 1969. - P.505.
3
См.: Буюк турк шоири Мир Алишер: Туркология қурултойи конференция материаллари. Боку: Адабиёт
жамияти, 1926.
4
Фитрат А. Навоийнинг форсий шоирлиги ҳамда унинг форсий девони тўғрисида II Маорифва ўқитувчи.
1926, №12. Б., 38 - 39.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
255
режима. Востоковеды были мобилизованы на исправление ситуации. Интерпретация жизни и
творчества \навои, отраженная в материалах курултая, была признана противоречащей
идеологии эпохи, и ставились серьезные препятствия их пропаганде.
Вскоре в Ташкенте была созвана, по выражению коммунистов, конференция
навоиведов «на социалистической платформе», целью которой было недопущение
пропаганды пантюркистских идей Бакинского курултая, представить величие Навои как
простого человека, выступившего против феодального класса. Чтобы приклеить ярлыки
«пантюркизма», «идеализации прошлого» на идеи национальной гордости в материалах
курултая им потребовались «серьезные» исследования, отрицающие их. Одним из таких
исследований стала работа В.В.Бартольда «Мир Алишер и политическая жизнь», в которой
был создан образ Навои, резко отличающийся от интерпретации жизни и творчества поэта-
просветителя, распространенного среди масс. Навои предстал как представитель народа,
ненавидевший шаха, класс эксплуататоров, и поэтому много пострадавший от султана.
Продолжавшиеся с 20 веков ХХ столетия споры вокруг статуса и идеологии Навои
закончились победой репрессивной и устрашающей политики советов. Чтобы «не унизить»
национальные республики в составе СССР было позволено иметь малочисленных творцов-
классиков. В Азербайджане – Низами Генджеви, в Таджикистане – Абдурахман Джами, в
Грузии – Шота Руставели, в Узбекистане – Алишер Навои можно было широко изучать
наравне с творчеством великих русских классиков как А.Пушкин, М.Лермонтов, Н.Гоголь,
Л.Толстой. Однако, интерпретация должна была соответствовать правящей идеологии.
Пропаганда дворцовой поэзии было строго запрещена. Религиозная литература осуждалась
как опий для народа. Их назвали феодально-клерикальной и религиозно-мистической, их
представителей с ненавистью выставили как служителей интересам эксплуататоров. Все это
привело к неправильной и однобокой интерпретации Навои, созданию в сознании людей
образа Навои – недовольного феодальным строем, чуть ли не атеиста и бунтаря.
Накануне первого празднования в СССР годовщины со дня рождения Навои был
создан ряд исследований, посвященных жизни и творчеству поэта. Среди них можно назвать
работы Е.Э.Бертельса, О.Шарафиддинова, А.Н.Кононова, С.Айни, А.К.Боровкова,
А.Семёнова, М.А.Салье, А.Ю. Якубовского, А.Саъди, М.Айбека, М.Шайхзоде, И.Султана,
А.Болдырева. В.Захидова, В.Абдуллаева и др.
Достойный вклад в изучение биографии Навои в годы советского строя внесли Айбек,
В.Абдуллаев, В.Захидов, И.Султан, А.Каюмов, А.Хайитметов, А.Абдугафуров, П.Шамсиев,
Н.Маллаев, С.Ганиева, Х.Сулейман, А.Рустамов, А.Хайитметов, А.Абдугафуров,
Б.Валиходжаев, Я.Исхоқов, Р.Вохидов, М.Хакимов, М.Хамидова, С.Эркинов, Ш.Шарипов,
Л.Зохидов. следует особо отметить труды таджикских ученых А.Мирзоева,
Р.Мусулмонкулова
;
А.Афсахзода, Э.Шодиева, туркменских ученых Б.Дарриева, М.Косаева,
К.Боржақовой, К.Огалиева, азербайджанских ученых Х.Орасли, Ж.Нариевой, русских
ученых И.В.Стеблевой, С.Иванова и др. Востоковедов разных стран.
В текущем 2016 году в республике широко отмечается 575 летие великого Навои.
Проводятся многочисленные научные конференции.
Благодаря государственной независимости в Узбекистане созданы все условия для
объективного изучения жизни и деятельности великих предков. Заметных успехов добились
и навоиведы. Запрещенные в годы тоталитаризма темы, в частности, основания на Коране в
творчестве Навом, софистское мировоззрение стали объектом специальных исследований.
Весомыми можно назваить работы Н. Комилова, И.Хаққулов, Х.Кароматова,
Ш.Сиржиддинова, Н. Ахмедова и др.
Заслуживают также особого внимания работы азербайджанской ученой Алмаз Улви.
Состоявшийся в Кабуле в апреле 2016 года международный симпозиум стал свидетельством
безграничного уважения и стремления мирового сообщества к личности Навои.
Жизнь и творчество, образ великого мастера слова, общественного и
государственного деятеля, посвятившего всюсвоюжизнь служению народу Алишера Навои
будет всегда в центре внимания ученых.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
256
Tahirə Məmməd, fil.ü.e.d., prof.
AMEA Nizami adına Ədəbiyyat İnstitutu
tahire.mammed@yahoo.com
TÜRK XALQLARI ƏDƏBIYYATINDA ROMANTİZM CƏRƏYANININ
TƏŞƏKKÜL VƏ İNKİŞAF XÜSUSİYYƏTLƏRİ
Klassik türk xalqları ədəbiyyatı ideallar ədəbiyyatıdır və romantik ənənələr üzərində
qurulmuşdur.Bu romantikada idealın təqdimi mifoloji və islami baxış sisteminin islam mədəniyyət
hüdudlarına yerləşdirilməsi vasitəsilə gerçəkləşir. Daha doğrusu, romantikanın strukturunda
mifoloji ənənə və qədim sivilizasiyaların sonuncu dünyəvi dinə uyğunlaşdırılmış baxış sistemi və
ən başlıcası islami prinsiplərdən irəli gələn nəzəri meyarlar dayanır. Bəzi tədqiqatçılar yanlış olaraq
klassik türk ədəbiyyatındakı romantik xüsusiyyəti – qəlbə və xəyala üstünlük verməni əsas
götürərək romantizm kimi səciyyələndirirlər.Romantizm XVIII əsrin sonu-XIX əsrin başlanğıcının
hadisəsi olub, Avropada yaranmışdır.Sözsüz ki, o, Şərqin ənənələrindən bəhrələnmişdir.Lakin
romantizm özünəməxsus ədəbi-estetik prinsipləri və obyekti olan ədəbi cərəyandır.Bu tipoloji
xüsusiyyətləri onun yarandığı məkanın və zamanın kontekst şərtləri formalaşdırır.Klassik şərq
romantikasında idealın istiqaməti Tanrıya doğrudur, ədaləti bərqərar edən Odur.Romantizmdə isə
daha çox cəmiyyətdəki ədalətsizlikdən pozulan normalar və ona qarşı qoyulan ideallar əsas yer
tutur. Siyasi, tarixi-fəlsəfi baxışların, cəmiyyət hadisələrinin, elmi nailiyyətlərin yaranmasına təkan
verdiyi klasisizm, romantizm və realizm cərəyanları həm Qərb, həm də Şərqdə yeni ədəbiyyatın
əsasını qoymuşdur, bunların inkarı və ya davamı əsasında təzə cərəyanlar formalaşmışdır. Bu
cərəyanların təşəkkülü və təkamülünün ilkin mərhələsi Qərblə bağlı olsa da, sonradan bütün
dünyaya, o cümlədən türk coğrafiyasına yayılmışdır.
Türk xalqları ədəbiyyatında romantizmin təşəkkülü və formalaşması fərqli dövrlərə təsadüf
edir. Məsələn, Osmanlı ədəbiyyatında XIX əsrdə romantizmin hərtərəfli inkişafına baxmayaraq,
Azərbaycan, özbək, qazax və tatar ədəbiyyatlarında XIX əsr daha çox maarifçi realizm dövrü kimi
tanınır. Qazax ədəbiyyatında repressiya dövrünün qurbanı olmuş Maqcan (Abilmaqcan)
Jumabaevin (3,198-199) romantizmin parlaq nümunəsi sayılan “Batır Bayan”adlı poeması (3,414)
XX əsrin əvvəllərində yazılıb çap olunmuşdur. Özbəkistanda romantizmin inkişafı, əsasən, XIX
əsrin sonu XX əsrin ilk onilliklərində inkişaf edən Cədid hərəkatı dövrünə düşür.XIX əsrin sonunda
maarifçilik hərəkatı kimi meydana gələn Cədid, XX əsrdə milli mübarizə və müstəqillik ideallarının
güclənməsi şəraitində ziddiyyətlərin qabardılması məqsədilə romantizmə meyil edir. Bu hərəkatın
bir çox təmsilçiləri milli idealların tərənnümçüsü kimi tanındıqlarından pantürkist hesab edilərək
repressiyanın qurbanı olmuşlar. Tatar ədəbiyyatında da romantizmin inkişafı XX əsrin başlanğıcına
təsadüf edir və onun da tanınmış təmsilçiləri – Q.İshak, Amirxan milli idealların, türkçülüyün
təbliği ilə diqqəti cəlb edirlər. (6)
Burada tipoloji baxımdan fərqlilik kimi diqqəti cəlb edən maraqlı cəhət odur ki, Osmanlı
ədəbiyyatında maarifçilik, əsasən, romantizm cərəyanında üzə çıxırsa, Rusiya işğalında olan
coğrafiyalarda maarifçilik ilk növbədə, realizmdə təzahür edir.Bunu daha yaxşı bələd olduğumuz
Azərbaycan ədəbiyyatı nümunəsində aydın şəkildə görürük. Azərbaycan ədəbiyyatında maarifçi
realizm (M.F.Axundzadənin yaradıcılığında bu realizm klassizmin də müşahidə olunan təsirini
daşımaqdadır)bir hadisə olaraq romantizmdən əvvələ düşür. Bu, bir tərəfdən, maarifçiliyin Osmanlı
ədəbiyyatına birbaşa mənbədən - Qərbdən, Rusiya əsarətində olan türk coğrafiyalarına isə rus
ədəbiyyatından keçərək gəlməsi ilə izah oluna bilər. Digər tərəfdənsə, müstəmləkəçilik rejiminin
ikitərəfli təsiri ilə bağlıdır; belə ki, tarixin yaşanan acıları, dinamikası, baş verənlərin mahiyyətini
başa düşmək və onun qarşısında dirənmək cəhdi real baxışa yol açır və müstəmləkəçi rejim də öz
növbəsində icra olunan sərt proqramlarla və dəstəklədiyi mədəni fəaliyyətlə (o cümlədən realist
ədəbiyyatla) ənənəyə qarşı cəbhənin formalaşmasına rəvac verir. Sovet dövrü tədqiqatlarında Şimali
Azərbaycanın işğalı faktı qeyd olunsa da, ona mütərəqqi və inkişafa stimulverici hadisə kimi də
yanaşılırdı.Belə bir təsəvvür formalaşdırılırdı ki, Azərbaycanda yeni fəlsəfi-pozitivist baxışın
formalaşması rus inqilabçı demokratlarının təsiri nəticəsidir. (Özbək və Qazax ədəbiyyatşünasları
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
257
XIX əsr maarifçiliyini daha çox mütərəqqi-demokrat ədəbiyyat kimi xarakterizə edirlər) Lakin
yaxın qonşumuz və eyni ənənələri, genetikanı paylaşdığımız Türkiyənin təcrübəsi göstərir ki, işğal
faktoru bu məsələdə - yeni dünyagörüşü sistemində müasirləşməkdə də öz mənfi təsirini göstərib,
təbii prosesə zədə vurub. Axundzadənin klassik ənənəyə cərrahi münasibəti Namiq Kamal,
Əbdülhəqq Hamid və başqalarında olmayıb. Hətta yeni tipli ədəbiyyatın nəzəriyyəçisi olan
Recaizadə Əkrəm belə öz “Talimi-ədəbiyyat”ında Şərq poetika sisteminin normalarının hüquqi
yerini saxlamaqla Qərb nəzəriyyəsinin prinsip və qaydalarını təqdim edir. Müasirləşmədə işğal
olunmuş Azərbaycanda yönləndirilmiş dünyagörüşü ilə müstəqil osmanlının dünyagörüşü
arasındakı fərqin modeli kimi M.F.Axundzadənin və N.Kamalın müsyö Renanın islam dininə və
Şərqə münasibətinə verdikləri reaksiyanı götürə bilərik. M.F.Axundzadə Renanun nəzərini yüksək
qiymətləndirib, onun kimi baxmağı təbliğ edirdisə, Namiq Kamal Renana cavab verib düzgün
baxmağı, bilmədiklərini öyrənməyi tövsiyə edirdi.Əhməd bəy Ağayevin bu məsələdə daha geniş və
əsaslı cavabı Azərbaycanda maarifçiliyin milli ideologiyaya yönəldiyi, ziyalıların Şərq və Qərbi
daha yaxşı tanıdığı dövrə düşdü. Eləcə də M.F.Axundzadənin “Füzuli şair deyildi” müddəasında da
işğalın bir neçə tərəfli sirayətinin, özgələşdirmə siyasətinin də rolu danılmazdır.Qırılan ənənənin
təzədən oyanışı Azərbaycanda yeni istiqamətli ədəbiyyatda XIX əsrin sonu, XX əsrin başlanğıcında
gerçəkləşdi. Hüseyn Cavid, Məhəmməd Hadi, Abbas Səhhət romantizmin ustad təmsilçiləri kimi
yaradıcılıqlarında Qərb romantizm ənənələrini davam etdirməklə bərabər, eyni zamanda, Şərq
romantikasını da yeni dövrün uyğun şərtlərində yaşadırdılar. Realist Cəlil Məmmədquluzadə
“Rəhmətlik Füzuli “Molla Nəsrəddin”in birinci nömrəsindən axırıncı nömrəsinə qədər bizimlə idi”
deyirdi.Satirik Sabir ədəbiyyatşünaslıqda haqlı olaraq ən böyük Füzuli davamçısı kimi
dəyərləndirildi (Yaşar Qarayev və onun fikrinin davamçıları tərəfindən).
Bütün bu müqayisələrdə vurğulamaq istədiyimiz odur ki, yeniləşmə, müasirləşmə
prosesində Osmanlıda birinci addım ənənənin davamı kontekstində gedərək maarifçi romantizm
kimi gerçəkləşdi.Azərbaycanda isə maarifçilik daha sərt dönüşlə maarifçi realizmlə başladı.Lakin
işğalın sərt rejimi və o biri üzünün şahidi olan yazıçılarımız XX əsrin başlanğıcında yenidən klassik
ənənəni də yaşatmaqla yeni ədəbi cərəyanları, o cümlədən romantizmi ədəbiyyatımızda inkişaf
etdirdilər. Romantizmin dünya ədəbiyyatı tarixinə daxil ola biləcək fərqli bir mərhələsini və tipini –
Azərbaycan romantizmini formalaşdırdılar.
Türk ədəbiyyatlarında romantizm Qərblə bir sıra tipoloji xüsusiyyətləri paylaşsa da,
özünəməxsus keyfiyyətlərə də malikdir.Bu baxımdan romantizmin tipoloji xüsusiyyətlərinə və
yaranma tarixinə nəzər salmaq tələbatı yaranır.
Romantizm ədəbi cərəyanının təşəkkülü və tipoloji xüsusiyyətləri
Qərb romantizmi klassizmə qarşı mübarizədə meydana çıxmışdır. Klassizmin ağılla hər şeyi
cilovlamasına qarşı romantizm duyğu, xəyal və ideyanın üstünlüyünü qəbul etdi. Onlar “düha
ağıldadır” deyən klassiklərə “düha ürəkdədir” qarşılığını verdilər. (5) Ədəbiyyatda, fəlsəfədə belə
bir qənaətin yetişməsinin başlıca səbəbi bütün sədlərə qarşı yaranan etirazdan doğurdu. Bu
etirazın cəmiyyətdə təkanverici səbəbi Fransız inqilabı hadisəsi idi.Klassizmin ağla verdiyi önəm,
ağlauyğun cəmiyyət ideyasını da inkişaf etdirmiş və bu da öz növbəsində Fransız inqilabını
yetişdirmişdir. Fransız inqilabı isə yaratdığı psixoloji ovqatla bütün sədlərə, yasaqlara etiraz əhval-
ruhiyyəsini formalaşdırmış və klassizmin ağlı hakim meyar kimi qəbul etməsinin çərçivələrini də
dağıtmağa meyil oyatmışdır. Beləliklə də, sərbəstlik üçün xəyala öncüllük verən romantizm
yaradıcılıq baxımından daha uyğun görülmüşdür.Klassizmin dinə qarşı çıxıb, elmi onun yerinə
qoymaq cəhdinə qarşı romantizmdə dini inanclar və din tarixi bir tərəfə buraxılmamışdır.Klassizmin
antik yunan və Roma mədəniyyətinin yenidən dirçəldilməsinə qarşı romantizmdə dövlət, din,
tədricən milli tarix daha önəmli yer qazandı.
Romantizmin ən başlıca tipoloji əlamətləri naqislik və gözəllik, ideal və gerçəklik, arzu və
imkan, cəmiyyət və şəxsiyyət arasındakı barışmaz ziddiyyətdə üzə çıxır.Lakin bəzən şəxsiyyətin
cəmiyyətə nüfuz qabiliyyəti cəmiyyət və şəxsiyyət yox, şəxsiyyət və şəxsiyyət arasındakı
mübarizəyə rəvac verir (Hüseyn Cavidin “Topal Teymur” əsərindəki kimi). Eşq, möhtəşəm tarix,
mübarizə və məğlubiyyət, müharibə, xeyir və şər qarşıdurması romantizmin canlandırığı səhnələrdə
özünəməxsus yer tutur.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
258
Romantizmin qəhrəmanları ziddiyyətlərin mərkəzindədirlər (H.Cavidin “İblis” faciəsindəki
Arif kimi) və yaxud ziddiyyət onların mərkəzində, içindədir (“Afət” faciəsindəki Afət kimi).Burada
ziddiyyətin gərginliyi və səviyyəsi romantizmin tələbinə uyğun olaraq çox güclü və təsiredicidir.
Tarixə, tarixi hadisələrə münasibətinə görə bir çox hallarda romantizmin qəhrəmanları tanıdığımız,
daha doğrusu, tarixin bizdə haqqında təsəvvür formalaşdırdığı qəhrəmanlardır. Lakin romantizmin
prinsiplərinə görə, bu qəhrəman ya həddindən artıq imkanı, gücü artırılmış və ya xaraktercə, əməlcə
ifrat eybəcərləşmiş haldadır. Klassizm ağlı önə çəkməklə bitərəfliyə meyillənirdisə, romantizm
ideal və eybəcəri cəbhələşdirməsi ilə bitərəfliyə yol verirdi. Romantizm ideallar ədəbiyyatıdır.
Lakin bu, o demək deyil ki, yazıçı əsərində ideal obrazlar yaratmalıdır.Əksinə, idealın özünü təqdim
etməkdənsə, romantiklər bəzən onu korlayanı, nizamı pozan, xəyal gücü ilə qabardıb ön plana
çıxarırlar. Xəyal genişliyi ilə klassizmin məkan və zaman vəhdəti prinsipinin də sədlərini pozan
romantiklər təbiətə, xatirələrə, yaddaş deposuna, tarixə xəyali gedişlərə geniş yer ayırırlar, bədii
şərtiliyin imkanlarından gen-bol istifadə edirlər.
Romantizmin əsas obrazları və obyekti taleyinə, istəyinə, arzusuna, hüququna sədd qoyulmuş
insanlar və ya bütün bunlara üsyan edən, insanların həyatını xoşbəxtlik yoluna döndərmə potensialına
malik olan ideal qəhrəmandır. Romantizmdə yazıçı xəyalının aparıcı yer tutması əsərdə müəllif
mövqeyinin və obrazının açıq görünməsinə şərait yaradır. Müəllifin mövqeyi hər hansı bir obrazla və
yaxud obrazlararası münasibətlərlə təmsil oluna və yaxud yazıçının formalaşdırmaq istədiyi oxucu
münasibətində özünü göstərə bilər. Məsələn, Hüseyn Cavidin “Peyğəmbər” əsərinin qəhrəmanı
yazıçının idealını və mənəvi dünyasını göstərdiyi halda, “İblis”də belə bir obrazla rastlaşmırıq, yazıçı
hadisələrin dinamikasında formalaşdırdığı ovqatla öz obrazını təqdim edir.
Romantizmdə təqdimat xəyaldan süzülüb gəldiyi, təmiz təbiət və ya keçmiş möhtəşəm tarix
önəmli yer tutduğu üçün dil, üslub sistemində məcazlara məhdudiyyət yoxdur, əksinə, onlardan
gen-bol istifadə olunur.Vüsət və dinamika idealların möhtəşəmliyinə imkan yaratdığından dramatik
növ (xüsusən dram və faciə), qəlbin hüdudsuzluğunu göstərmək üçün lirik növ (lirika) romantizmdə
özünəməxsus yer qazanır.Qəlbə, xəyala, arzuya öncüllük verdiyindən romantizmin nəsrində də
lirizm güclü olur.İnsanın həm həyatını, həm duyğularını, həm də onları formalaşdıran mühiti
hərtərəfli göstərmək üçün epiknövdə daha çox romana üstünlük verilir.Lakin mənsur şeir və
fantaziyalar da bu cərəyanın əsas nəsr formalarındandır.
Romantizmin təşəkkülü Almaniyadan başlasa da, onun normalarının formalaşmasında
fransız və ingilis ədəbiyyatının mühüm rolu olmuşdur. Onun sənət və ideal baxımından çəkiciliyi,
təsirliliyi uzunömürlülüyünü və bütün Avropaya sürətlə yayılmasını təmin etmişdir.Bu cərəyanın
Qərbdə məşhur təmsilçiləri Höte, Şiller, Monteskyö, Russo, Lamartin, Hüqo, Volter, Bayron və
başqalarıdır.
Rus ədəbiyyatında Batyuşkin, Baratinski, Yazıkovun yaradıcılığı, Puşkin poeziyasının ilk
dövrü romantizm kimi dəyərləndirilir. Lermontovun poeziyası rus romantizminin zirvəsi kimi
səciyyələndirilir.Tütçevin fəlsəfi lirikası isə özlüyündə Rusiyada romantizmin bitməsini və ötüb
keçilməsini təmsil edir. (4)
Türkiyədə romantizmin inkişafı tənzimat hərəkatı dövrünə təsadüf edir və əsas təmsilçiləri
N.Kamal, Ə.Hamid, Recaizadə Əkrəmdir.
Azərbaycanda romantizmin bir ədəbi cərəyan kimi formalaşması XX əsrin başlanğıcında
gerçəkləşir. XX əsrin başlanğıcının bu ədəbi hadisəsi romantizmə gətirdiyi yeni keyfiyyətlər və
Şərq romantikası ilə Qərb romantizmini sintezləşdirmək baxımından xüsusi bir mərhələ və
cərəyanın müəyyənedici normativlərini saxlamaqla formalaşmış yeni tipidir.
Türkiyə və Azərbaycan ədəbiyyatında romantizmin müqayisəsi
Romantizmin təşəkkül və inkişaf prosesinin Azərbaycan və Türkiyə ədəbiyyatlarının
müqayisəsi yolu ilə araşdırılması Şərqdə romantizmin inkişafı probleminə aydınlıq gətirməklə
bərabər, həm də iki ədəbiyyatın bu istiqamətdəoxşar və fərqli cəhətlərinin müəyyənləşdirilməsinə
imkan yaradır. Türk-osmanlı ədəbiyyatında romantizm orta əsrlər ənənəsindən ayrılışın ilk
addımında gerçəkləşdi, daha doğrusu, divan ədəbiyyatı sferasında mövcud olan Şərq
cərəyanlarından Qərb tipli cərəyana keçid romantizmlə baş verdi. Ədəbiyyatda yeniləşmə, əsasən,
dünyagörüşü sferasında gerçəkləşdi.Sənətin yalnız yüksək zümrə üçün deyil, həm də toplum,
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
259
cəmiyyət üçün olduğu ideyasını müdafiə edən romantiklər kütləni maariflənmək məqsədilə dili
sadələşdirmək qayğısına da qaldılar (xüsusən dramaturgiyada). Türk maarifçi romantikləri Osmanlı
dövlətinin yavaş-yavaş zəifləməsinin, Qərb qarşısında geriləməsinin səbəblərini, əsasən,
mütləqiyyətdə, onun insan hüquqlarına qoyduğu məhdudiyyətlərdə və yanlış üsul-idarə nəticəsində
yaranan cəhalətdə, elmi səviyyənin lazımi dərəcədə olmamasında gördükləri üçün tarixin keçmiş
möhtəşəm səhifələrini hazırkı dövrə qarşı qoyur, daha doğrusu, dərs vermək üçün keçmişi
ideallaşdıraraq gündəmə gətirirdilər. Hürriyyət idealı tarixin parlaq hadisələrinin təbliği fonunda
təqdim olunur (Namiq Kamalın “Hürriyyət” şeirində olduğu kimi).
Osmanlı ədəbiyyatının yeni mərhələyə keçidinin romantizmlə baş verməsi hardasa ənənvi
romantik ədəbiyyatla bir doğmalıq da yaradırdı; bəzi transformasiyalarla olsa da, ideallaşdırmanın
strukturu baxımından divan ədəbiyyatının romantikası ilə Qərb romantizmi arasında yaxınlıqlar da Dostları ilə paylaş: |