459
Üstündə cоşan kiryələrin həpsinə bihiss,
Həp lеvsi-riya dalğalanır zərrələrində.
Bir zərrəyе-səfvət bulamazsan içərində
Həp lеvsi-riya, lеvsi-həsəd, lеvsi-tənəffü. (2,187)
Əsərlərinin qadağan edilməsinə baxmayaraq, qələmindən çıxan incilər gənclər arasında
əldən-ələ keçmiş və qısa zamanda əzbərlənmişdir. Əsərləri Azərbaycanda da yayılmış Tofiq Fikrət,
eyni zamanda, bir çox şairlərimizin yaradıcılığına, dünyagörüşünə, təxəyyülünə təsir göstərmişdir
ki, bunların içərisində Hüseyn Cavidi xüsusi qeyd etmək olar. Azərbaycan ədəbiyyatının söz və
fikir zadəganı olan, “Gözəllik naminə, sevgi naminə” yazan böyük sənətkar indiyə qədər
ədəbiyyatda təkrar işlənən süni misraların sayını çoxaltmadı, həyatı bahasına olsa da, Cavid gözəllik
və sevgi şairi idi, eləcə də qaldı. Cavidin Tofiq Fikrət və onun yaradıcılığı ilə tanışlığı ədibin
Türkiyədə təhsil aldığı illərə təsadüf edir. Bu zaman Tofiq Fikrət artıq yaradıcılığının ikinci
dövründə idi və “cəmiyyət üçün sənət” anlayışını irəli sürərək, ictimai mövzulara toxunan şeirlər
yazırdı. Bu da gənc Cavidə təsir etməyə bilməzdi.
Ümumiyyətlə, Cavidin həyatında və dünyagörüşünün inkişafında İstanbul Universitetində
1906-1909-cu illərdə keçən tələbəlik illəri mühüm mərhələ təşkil edir. Ədəbiyyat fakültəsində təhsil
alan Cavid dövrün ictimai-siyasi məsələlərinə, ədəbi proseslərinə biganə qalmamış, “bana elm
lazımdır, şəhadətnamə deyil” deyərək, yalnız fakültə dərsləri ilə kifayətlənməmiş, eyni zamanda
Namiq Kamal, Ziya Paşa , Rza Tofiq kimi dövrün qabaqcıl, vətənpərvər ziyalıları ilə yaxından tanış
olmuşdur. Hələ 1903-cü ildən “Şərqi- Rus” qəzetində ara-sıra məqalələrlə çıxış edən Cavidin
İstanbulda tələbə ikən “İrşad” qəzetində “Növhə”, “Füyuzat” dərgisində isə “Bir ahiməzlumanə”
adlı şeirləri çap olunmuşdur. Cavidin İstanbulda təhsil alması, türk poeziyasını dərindən öyrənməsi
onun şeirlərində Anadolu şivəsinə məxsus ifadələrin artmasına səbəb olmuşdur. Şairin orada ikən
qələmə aldığı “Rəqs”, Pəmbə çarşaf”, “Uyuyor”, “Ah yalnız sən” və s. şeirlərində və 1913-cü ildə
Tiflisdə nəşr olunan “Keçmiş günlər” adlı şeir kitabında toplanan nümunələrində də Anadolu
şivəsinin müəyyən əlamətləri özünü göstərir. Lakin İstanbul mühitindən ayrıldıqdan sonra şairin
əsərlərində Anadolu şivəsinə məxsus əlamətlər get-gedə azalmış, nəhayət, davamlı bir prosesdən
sonra təxminən aradan qalxmışdır. Türkiyədə təhsil illərində yazılan “Yadi mazi”, “Bir ahi-
məzlumanə” şeirlərinin quruluşunda müəyyən orijinallıq vardır. Bu şeirlər hər iki üslubun - klassik
lirika və xalq-aşıq lirikası üslublarının qovuşuğundan yaranmışdır. Xalq-aşıq poeziyasında olduğu
kimi, şeirlər bəndlərdən ibarətdir. Lakin bəndlərin arasında klassik lirikadakı beytlərə bənzər cüt
misralar verilmişdir. Dördlüklər çox vaxt çarpaz qafiyə üsulu ilə, beytlər isə məsnəvi formasmda
qafiyələndirilmişdir:
Ey Vətən! Ey könül pərəstarı!
Yar ümidim, qüsura bakmayasan.
Bizə tərcih edib də əğyarı,
Burakıb nari-hicrə yıkmayasan.
Səni bu hala saldı qəflətimiz,
Daha əhv et! Yetər nədamətimiz. (5)
Cavid təsirləndiyi türk şairlərinin ideyalarını öz yaradıcılığında əks etdirməklə yanaşı,
onların əsərlərindən sitatlar da gətirmişdir. Məsələn, “Hərb və fəlakət” şeirində müəllimi Rza
Tofiqin “İttihad və tərəqqi” cəmiyyətinin üzvü olmasını əks etdirmişdir. H.Cavid 1914-cü ildə
Məhəmməd Tahir Menemenlizadədən təsirlənərək, onun 1896-cı ildə yazdığı “Uyuyor” şeirinə
nəzirə yazmışdır. Bundan başqa Tofiq Fikrətin “Rubabi-şikəstə”sindəki “Əncəli hikmət; Əzməyən
əzilir” fikrini H.Cavid özünün Qars və Otluda zülmə məruz qalanlara ithaf etdiyi “Məzlumlar için”
şeirində “Bir həqiqət bu: “əzməyən əzilir!..” deyə təsdiqləmişdir.
Hüseyn Cavidin Tofiq Fikrətdən təsirlənərək yazdığı şeirlərdən biri “Yad-ı Mazi” şeiridir.
Bu şeirdə Tofiq Fikrətin “Mazi...Ati” misrasıyla başlayan şeirindəki kimi həyat-ölüm
qarşılaşdırması dursa da, Caviddə fərqli olaraq bədbinlik hökm sürür. Hər iki şairin gələcəyə
baxışları fərqlidir. Əgər Tofiq Fikrətdə gələcək “ pür səhər”dirsə, Caviddə qaranlıq gecədir. Hüseyn
Cavidin “Qız məktəbində” şeirində Tofiq Fikrətin “Mahallebim ve mektebim” şeirinin təsirinə rast
gəlinir. Hər iki şair qızların təhsilinə önəm vermiş və bunu öz şeirlərində əks etdirmişdilər. Hər iki
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
460
şeir dialoq əsasında qurulmuş, sualları cavablandıran isə məktəbli qız olmuşdur. Lakin Cavid dini
ön plana çıxartmışdır.
“Ninem sordu: Şermin kimi
Çok seversin?- O, ninemi!
-Başka? –Babamı şübhesiz,
-Daha? İzin verirseniz
Sayayım: mahallebimi,
Sütlacımı, şekerimi,
Hep şekerlemelerimi;
Biraz da gevrek severim…
Fakat en çok mektebimi,
Mektebimi pek severim…” (4, 584)
Caviddə isə :
“-Kuzum, yavrum! Adın nedir?
-Gülbahar
Bu dünyada senin en çok sevdiğin
Kimdir, kuzum, söyler misin?
-En çok sevdiğim ilkin
O Allah ki, yeri-gökü, insanları halk eyler.
-Sonra kimler?
-Sonra onun gönderdiği elçiler.
-Başka sevdiklerin nasıl, yok mu?
-Var..
-Kimdir onlar?
Anam, babam, muallimem, bir de bütün insanlar. (3,156)
Cavidin “Öksüz Ənvər” şeiri ilə Tofiq Fikrətin “Hasta çocuk” şeirləri arasında da oxşarlıq
vardır ki, burada-birinci şeirdə anasını 8 gündür itirən Ənvərin acısını müəllimi anlamır, çarəsiz
qalırsa, ikinci şeirdə 8 gündür xəstə yatan uşağın anasının çarəsizliyi əks olunur. Tofiq Fikrət
Balıkəsirdə baş vermiş zəlzələdən təsirlənərək yazdığı “Verin zavalılara” başlıqlı şeirində öz acısını,
hüznün əks etmişdir.
“Sizin kalbiniz elbet acır, değil mi? Verin,
Verin şu dullara, yoksul kalan şu eytâma,
Verin enînine gâyet, şu bir yığın beşerin”(4,520)
Hüseyn Cavid də bir fəlakət qarşısında səssiz qalmamış - Qars ətrafında günahsız qətlə
yetirilən insanlara acımış və bunu öz şeirində əks etdirmişdir. Və bu şeirdə də Tofiq Fikrətin təsiri
hiss olunur.
“Verin!... Verin de, evet, susturun şu feryadı,
Aman! Esirgemeyin merhametle imdadı.
Verin! Verin!.. Gözü yollarda bir yığın beşerin,
Ne hayret, ah! Esersiz mi bunca ah ü enin” (3,76)
Bundan başqa Hüseyn Cavidin “Rəqs”, “Bakıda” və yaxud “Məsud və Şəfiqə”, “Bir rəsm
qarşısında” kimi şeirləri ilə Tofiq Fikrətin “La dans Serpantin”, “Süha ve Pervin”, “Resminin
karşısında” şeirləri yaxından səsləşir.
Tofiq Fikrətin təsiri Cavidin nəinki şeirlərində, hətta dramaturgiyasında da özünü göstərir.
Onun “Peyğəmbər” dramında Tofiq Fikrətin dil və üslubunun izləri var. Burada skeletin tarixin
simvolu kimi işlənməsi Tofiq Fikrətdən götürülmüşdür. Türkiyə mühitindən bəhs edən “Uçurum”
əsərində isə yenə də eyni üslubu görürük. Məhz İstanbul mühitinin təsirindəndir ki, Cavid sonralar
Alp Arslan, Məlikşah (“Xəyyam”), Əmir Teymur, Yıldırım (“Topal Teymur”) və “Atilla”,
“Çingiz”(həbsi zamanı NKVD nümayəndələri tərəfindən götürülmüşdür) kimi türk dünyasının
məşhur sərkərdələrinə, dövlət xadimlərinə həsr edilmiş əsərlərin müəllifi olmuşdur. Bu təsirlər, bu
mühit onun həyatı bahasına olsa da, dünyagörüşünün formalaşmasında mühüm rol oynamaqla
bərabər, onu ümumbəşərlik zirvəsinə qaldırmışdır.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
461
ƏDƏBIYYAT
1.
Azərbaycan Sovet Ensiklopediyası: 10 cilddə, IX cild. Bakı, 1986.
2.
Elman Quliyev. Türk xalqları ədəbiyyatı. Bakı, 2014.
3.
Hüseyn Cavid. Əsərləri: 5 cilddə, I cild. Bakı. 2005.
4.
Tevfik Fikret. Bütün Şiirleri. Ankara. 2010.
5.
https://az.wikipedia.org/wiki/Hüseyn_Cavid
Summary
The founder of the movement, called "Sərvəti-fünun " Tofig Fikret, brought innovations in
content and form, for the first time “art for life” principle has been applied either practice or theory.
The works is widespread in Azerbaijan Tevfik Fikret at the same time influenced of creativity,
imagination of Azerbaijan poets, we can highlight among them Husein Javid. In general, in the life
of Javid study years in Istanbul University is an important stage. These factors play an important
role in promoting and it raised the peak of humanity.
Key words: Turkish literature, Tevfik Fikret, influence, Husein Javid, humanity, poet
Validə Şıxəliyeva
Azərbaycan Dövlət Pedaqoji Universiteti
“Türkaraşdırmaları” ETL, kiçik elmi işçi
v.shikaliyeva@gmail.com
YAHYA KAMAL BAYATLININ “EĞİL DAĞLAR” ƏSƏRİNDƏ MİLLİ
MÜBARİZƏ İDEYASI
XX əsrin ən görkəmli simalarından olan Yahya Kamal Bayatlı müasir türk ədəbiyyatında
özünəməxsus yeri olan yazarlardan biridir. Hər zaman Türk xalqı, Türk dövləti üçün çalışan yazar
türk ədəbiyyatı tarixində “dörd əruzçu” şairdən biri olmaqla yanaşı hər zaman saf şeir anlayışına
sadiq qalan türk şeirinin görkəmli təmsilçilərindən biridir.
Yahya Kamal Bayatlının yaşadığı dönəmdə yazıları bəzi məcmuə və qəzetlərdə dərc
olunmasına baxmayaraq tam bir kitab formasında nəşr olunmamışdır. Ölümündən sonra Yahya
Kamal İnstitutu tərəfindən bütün yazılarından ibarət 13 kitabı nəşr olunmuşdur. Bundan başqa
institut tərəfindən iki dəfə-1959-1968-ci illərdə Yahya Kamal İnstitutu yazara aid məcmua
yayımlamışdır. Bu məcmuada şairə aid xatirələr, təəssüratlar və digər dəyərli yazılar yer alır.
Yahya Kamal Bayatlının İstiqlal Hərbi yazıların ibarət olan “Eğil dağlar” əsəri şairin
yaradıcılığında özünəməxsusluğu seçilir. 88 müstəqil nəsr və 10000 sətirdən ibarət əsərin Qurtuluş
Savaşını dəstəkləməsi tezisinə yaxşı cavab kimi xarakterizə etdiyi bu yazılarında Yahya Kamalın
vətən və millət sevgisini daha yaxşı hiss etmək və görmək olar. Kitabın dili bir az ağır olmasına
baxmayaraq çox böyük önəmə və dəyərə malikdir. Bu kitab həm də özündə Milli Mübarizə
dövründə baş verən prosesləri öyrənmək və bilmək baxımından geniş məlumatları əks edən sənədli
bir tarixi kitabdır. Yazarın o zaman (Milli Mübarizə) haqqında verdiyi məlumatlar, özünün fikirləri
və həmçinin dostların rəylərinin də bu kitabda yer alması əsərə ədəbi qiymət verir. Eyni zamanda
türklərin öz tarixini bilməsi cəhətdən çox böyük önəm daşıyır. Bu kitab eyni zamanda Milli
gəncliyə də yol göstərmiş və Milli Mübarizə illərində Anadolu hərəkətini ruhlandırmışdır. Bu əsər
tarixi baxımda da dəyərli bir kitabdır. Hətta Nihat Sami Banarlı belə deyirdi ki: “Bu əsər İstiqlal
savaşının ən yaxşı tarixini bizə söyləyir”.
Kitabları nəşr olunmadığına görə “əsərsiz şair” olaraq adlandırılan yazar müasir türk
ədəbiyyatı və gəncliyi üçün miras qoyub getdiyi bu zəngin yaradıclıq nümunələri türk ədəbiyyatına
böyük töhvədir.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
462
Aynurə Babayeva, baş laborant,
ADPU, ”Türkaraşdırmaları” ETL
babazade_aynur@mail.ru
TÜRK DÜNYASININ “SİS ŞAİRİ” TOFİQ FİKRƏT VƏ AZƏRBAYCAN
ƏDƏBIYYATI
Tofiq Fikrət 1867-ci ildə İstanbul şəhərində, Ağsarayda anadan olmuşdur. İlk təhsilini
Mahmudiyyə Rüşdiyyəsində alan şair sonralar Qalatasaray Sultanisində oxumuş, oranı birinciliklə
bitirmişdir. Əsl adı Mehmet Tevfik olan ədibin anası yunan mənşəli olmuşdur. Sonradan
müsəlmanlığı qəbul edən Xədicə xanım Fikrətin 12 yaşı olanda Həcc ziyarətinə getmiş, yoluxduğu
xəstəlik nəticəsində vəfat etmişdir. Hələ 14 yaşında baş qaldırmış şeir söyləmə həvəsini getdikcə
şeir yazmaqla əvəz edən T.Fikrət ilk şeirlərini “Tərcümani-həqiqət” qəzetində nəşr etdirmişdir.
1888-ci ildən etibarən Gədikpaşa Ticarət məktəbində fransız, türk və hüsnxət müəllimi vəzifəsində
çalışmışdır.
1890-cı ildə dayısı qızı Nazimə xanımla ailə həyatı quran şairin Haluk adında bir oğlu
olmuşdur. Oğlunun təhsilinə xüsusi diqqət ayıran şair onu Londona, daha sonra Amerikaya
göndərmişdir. Miçiqan Universitetinin mühəndislik fakültəsini bitirən Haluk bu sahədən
uzaqlaşmış, xristianlığı qəbul edərək ruhani olmuşdur. Sonralar rahib və baş rahib vəzifələrinə təyin
olunmuşdur.
1894-cü ildə T.Fikrət “Mirsad” jurnalı ilə əməkdaşlıq edir. 1895-ci ilin sonlarında
Rəcaizadənin dəvəti ilə “Sərvəti-fünun”un baş redaktoru vəzifəsində işləməyə başlayır.
Yaradıcılığının zirvəsi sayılan bu müddətdə onun imzası “Tofiq Fikrət” olur.
1900-1901-ci illərdə sərvəti-fünunçular arasında baş qaldırmış anlaşmazlıqlar nəticəsində
jurnalın ətrafına toplaşmış qüvvələr parçalanır. Bu hadisədən sonra şair 1906-cı ildə Robert
Kollecində müəllimlik etməyə başlayır. Kollecin yanında bir ev tikdirərək ona “Asiya” adını verir,
həyat yoldaşı və oğlu Halukla birlikdə buraya köçür. 1910-cu ildə Qalatasaray liseyinə müdir təyin
olunur. Eyni zamanda şair İstanbul Darülfünununda müəllimlik edirdi. Qalatasaray liseyində
müəyyən təzyiqlərə məruz qalması nəticəsində istefa vermiş, həmçinin İstanbul Darülfünunundakı
vəzifəsindən də ayrılmışdır. Lakin ömrünün sonuna qədər Robert kollecindəki işindən
ayrılmamışdır. Zaman onu yalnız şair olaraq deyil, bir ruh xəstəsi olaraq yetişdirmişdir. Şikayət
etmək, tez incimək və küsmək onun ikinci xasiyyəti olmuşdur.
1908-ci il inqilabından sonra bir müddət bütün pessimist düşüncələrindən əl çəkən şair
hürriyətin qazanılması ilə “Rücu” mənzuməsini yazır. Bu şeirini o, 1908-ci il 19 iyunda Hüseyin
Cahid və Hüseyin Kazımla təsis etdiyi “Tanin” qəzetinin ilk sayında nəşr etdirir. Bu illərdə şair
ikinci hökumətin kəskin müdafiəçilərindən birinə çevrilir. “Tanin” qəzetini “İttihat və tərəqqi”nin
nəşr orqanına çevirməsi təklif olunur, lakin şair buna qarşı çıxır və “Tanin”dən uzaqlaşır. Məktəbi-
Sultanidə müdir vəzifəsinə təyin olunur. 31 mart hadisələrinə etiraz etmək üçün bu vəzifədən də
uzaqlaşır. Lakin şagirdlərin və maarif naziri Naili bəyin təkidiylə vəzifəsinə geri qayıdır. Geri
qayıtmasına baxmayaraq, 8 ay sonra yeni təyin olunmuş maarif naziri Əmrullah Əfəndi ilə yola
getmədiyi üçün bir daha dönməmək üzrə bu vəzifədən imtina edir. Ömrünün sonlarında isə
“Asiya”ya yerləşir. Bu zamanlar şair ağır şəkər xəstəliyinə tutulmuşdu. Qolundan keçirdiyi
əməliyyatdan sonra, 1915-ci il 19 avqustda 48 yaşında həyatını itirir. Və Eyüpdəki ailə
qəbiristanlığında dəfn edilir.
Tofiq Fikrət kiçik yaşlarda şeir yazmağa başlamışdır. Başlanğıcda müəllimi Naci ilə
Mahmud Əkrəm Rəcaizadə şeirləri arasında bir arayış dövrü keçirir. Daha sonra fransız şeiri ilə
tanış olur. Xüsusilə Fransua Coppedən təsirlənərək öz şeirini yaratmağa başlayır. Həddindən artıq
vasvası olması, ən kiçik detallar üzərində diqqətlə durması ilə özünə xas bir üslub yaradan şair
dövrünün sənətkarları içərisində bu xüsusiyyətləri ilə seçilmişdir. T.Fikrət anlaşıqlı dili,
misralarında səs, söz və rəsm sənətlərini birləşdirən incə zövqü, düşüncə tərzi ilə “Sərvəti-fünun”
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
463
şeirinə yeni və təravətli bir nəfəs qazandırmışdır. O, əruz vəzninə ustalıqla hakim olmuş, bu vəzni
türk dilinin doğma vəzni kimi istifadə etməklə yeni bir mərhələyə qədəm qoymuşdur.
T.Fikrət yaşadığı dövrün təzyiqi altında əzilmiş, öz etirazını yalnız şeirlərlə ifadə etməklə
kifayətlənmişdir. “Müharibəsiz bir dünya arzusu Fikrətin insanpərvər görüşünün özəyini, təməl
daşını təşkil edir”. (4, 12)
1900-cü ildə də nəşr olunan “Rübabı-şikəstə”də ictimai problemlərə önəm verən şeirlərlə
yanaşı, gündəlik danışıq dilinə yaxın dillə yazılmış şeirlər də vardı. Oğlu Halukun onun şeirlərinə
böyük təsiri olmuşdur. 1911-ci ildə nəşr olunmuş ikinci şeir kitabı olan “Halukun Dəftəri”ndəki
şeirlər ən ümidli və nikbin şeirləridir. Bu şeirlərdə şair oğluna və gəncliyə çalışqanlıq, yurd sevgisi,
haqq və ədalətdən yana olmaq kimi bəzi məsləhətlər verirdi.
1911-ci ildə nəşr olunan “Rübabın cavabı”ndakı şeirlərdə xalqın ağrılarını, zorbalıqları,
təzyiq və haqsızlıqları təsvir edir. 30 yaşlarından sonra ətrafındakı haqsızlıqlardan təsirlənən şair
sinfi maraqlara söykənən rəhbərlik formasını tənqid etməyə başlayır. Bununla da, müəyyən suveren
siniflərin idarə etdiyi dövlətə və bu dövlətin qoyduğu qanunlara qarşı çıxır. Şəxsi həyatında da qatı
bir əxlaq anlayışı nümayiş etdirən şair insana böyük dəyər verir. Onun fikrincə, bütün sualların
öhdəsindən gələcək, xoşbəxt sabahları hazırlayacaq olan insandır. İnsanın üstünlüyünü təmin edən
isə həssaslıqdan çox düşünmə gücü və ağlıdır. Tofiq Fikrət əsrin ikinci yarısından etibarən tənzimat
ruhuyla yetişən və o ruhun ədəbiyyatımıza qazandırmağa çalışdığı yeni dəyəri türk ədəbiyyatında
eşitdirməyə başlamış bir sənətkardır.
“Sərvəti-fünun” jurnalı ilə yeni bir ədəbi hərəkatın başlanmasında göstərdiyi liderlik
xüsusiyyəti bu dövrdə qələmə aldığı şeirlərində özünü göstərmişdir. Müəllimi Mahmud Əkrəm
Rəcaizadə “Zerratdan Şümusa qədər hər gözəl şey şeirdir” demişdir. T.Fikrət isə bu hökmü bir sənət
prinsipi olaraq götürmüş və buradakı anlayışı yüksəldərək “hər şey şeirə mövzu ola bilər” qanununu
ilə əvəz etmişdir.
Bu dövrdə ədibin qələmə aldığı nəsr əsərləri də diqqəti cəlb edir. Bu yazılar həm öz sənət
anlayışını əks etdirməsi baxımından, həm də “Sərvəti-fünun” hərəkatının ədəbiyyat və sənət
anlayışını dilə gətirməsi baxımından əhəmiyyətlidir.
Tofiq Fikrətin sonrakı dövrdə qələmə aldığı şeirlərində böyük bir dəyişim müşahidə edilir.
“Sərvəti-fünun” illərində daha mülayim, daha yumşaq bir üslubla şeirlər yazan sənətkar birliyin
dağılması və yalnızlığın yaratdığı ruh halı ilə daha sərt və daha yüksək bir pərdədən siyasi şeirlərlə
qarşımıza çıxmışdır. Bunun ilk nümunəsini “Sis” ilə verən şair ölümünə qədər yazdığı şeirlərində
həmişə bu üslubu qorumuşdur. Şair nəzm forması, nəzm texnikası kimi mövzularda yüksək bir
həssaslıq göstərsə də, dil mövzusunda buna əməl etmir. Tədqiqatçılar T.Fikrətin şeirini
canlandıracaq, ona ruh verəcək, hətta yaşadacaq bir türkcənin qayğısını heç vaxt çəkmədiyini tez-
tez dilə gətirmişlər. Bunun nəticəsi olaraq da dildəki əski ifadələrin yaratdığı yeni tərkiblərə
həddindən artıq yönəlmə güclü şəkildə hiss olunur. “Fərda”, “Millət şərqisi”, “Halukun vidai” şairin
aydın bir türkcəyə yönəldiyi məşhur şeirləridir. Ədibin məhəbbət şeirləri olduqca azdır. Ən məşhur
məhəbbət şeiri isə “Təsadüf”dür.
Şeirlərindəki təsvirlərdən də hiss olunduğu kimi T.Fikrət gözəl rəsmlər çəkmiş, dini
mahnılar (mövludlar) ifa etmiş, uzun illər bu istedadını davam etdirmişdir. “Sərvəti-fünun”
məcmuəsinin bağlanmasından sonra ədib türk ədəbiyyatı tarixində mübarizə edən biri kimi daha da
məşhurlaşmışdır. Lakin istibdada qarşı olan ən şiddətli hayqırışlarını 1901-1908-ci illərdə qələmə
aldığı şeirlərində görmək olar.
Məşrutə inqilabı elan edildiyi zaman T.Fikrət yenidən ümid şairi olmuşdu. “Rübabın cavabı”
mənzuməsində və “Halukun dəftəri”ni təşkil edən şeirlərində gənclərə ən xeyirxah duyğularının,
gələcəyə olan ümid dolu baxışlarının əhatələndiyi misralar sıralanmışdır. Bir vətən şairi olaraq
yetişən T.Fikrət N.Kamalın vətən şeirlərilə bəslənərək yetişmişdir.
Toprağın cevher, suyun kevser, baharın bi-hazan,
İşte dünya bir eşin, bir benzerin yoktur inan!
Müşfik evladın bulur koynunda her gün, her zaman
Başka şefkat, başka nimet, başka kuvvet, başka can,
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
464
Can da sen, şah da sen, hepsi sensin yaşa,
Ey vatan, ey mübarek vatan, bin yaşa! (1, 1034)
Təbiət də T.Fikrətin şeirlərində əhəmiyyətli bir yer tutur. “Məktəbi Sultani”də Şəkər
Əhməd Paşadan şəkil dərsi alan şair o dövrdə geniş yayılmış şəkil altına şeir yazma sənətini
mənimsəmiş, bu yolla otuzdan çox əsər meydana gətirmişdir. Ancaq bu şəkillərin hamısı şairin
özünün deyil. Ədibin təbiət şeirlərində rəssamlığının təsiri olduqca güclüdür. “Yapma çiçək”,
“Rəsmini çəkərkən”, “Avengei-şühur”, “Bir yaz lövhəsi”, “Yağmur” əhəmiyyətli təbiət
şeirlərindəndirdir. Tofiq Fikrətin ən məşhur təbiət şeiri “Yağmur”dur.
Əhəmiyyətli bir əsər olan “Avengei-şühur”da ilin hər bir ayı üçün şeirlər yazılmışdır. Bu
şeirlər jurnalda yayımlanan zaman hər şeirin yanına o ayı təmsil edən bir şəkil də qoyulmuşdur.
“Avengei-şühur”dakı ardıcıllıq Fransua Coppenin “Aylar” adlı şeirindən təsirlənilərək qələmə
alınmışdır.
Bu, portret şeir növünün yeni türk ədəbiyyatındakı ilk müvəffəqiyyətli nümunəsidir. Bu
şeirlərdə Tofiq Fikrətin əhəmiyyətli olaraq gördüyü 12 sənətkardan söhbət açılır. Füzuli, Cənab,
Nədim, Həmid, Ustad Əkrəm, Rza Tofiq, İsmail Səfa, Əhməd Mitat ələ alınan sənətçilərdən
bəziləridir. Əhməd Mitat bu şeirlərdə “Timsali cəhalət” başlığı altında verilmişdir.
“Təfəkkür”, “Qayyai-vücud”, “Düyüni-həyat”, “Pərdəi-təsəlli”, T.Fikrətin əhəmiyyətli
fəlsəfi şeirləridir. Tofiq Fikrətin “Tövhid” adlı əsəri İbrahim Şinasinin dini mövzuda yazılmış bir
şeirdir. “Bir Ləhzəi-təahür” ədibin ən çox əks-səda oyandıran və tənqid olunan şeiridir. Bu şeirin
siyasi bir hekayəsi vardır. Şeirdə 1905-ci ildə erməni lobbisinin Əbdülhəmidə qarşı planlaşdırdığı,
lakin müvəffəqiyyətsizliklə nəticələnən sui-qəsd təsvir olunmuşdur.
“Sabah əzanında”, “Əsgər keçərkən”, “Qılınc” şeirlərində şair qəhrəmanlığın bir fəzilət
olduğuna inandığını bildirir. Və məşrutə inqilabından 15 gün öncə yazdığı “Millət Şərqisi”ndə
Dünyada şərəfdir yaşadan milləti, fərdi,
Silkin bu zəlalət tozu uçsun üzərindən. (3, 77)
misralayıyla dəvət etdiyi qiyam şairi çox sevindirirdi.
“Halukun dəftəri” adlı əsər üç hissədən ibarətdir. Əsər Halukun şəxsiyyətində türk
gəncliyinə yol göstərmək üçün qələmə alınmışdır. Kitabın ikinci hissəsinin adı “Həyata qarşı
bəşər”; üçüncü hissəsinin adı isə “Xitabələr”dir. “Halukun dəftəri”ndəki “Doğan Günəşə” adlı əsər
məşrutə üçün yazılmışdır. “Halukun vidai” isə Halukun Avropaya təhsil almaq üçün getməsini
təsvir edir.
Şair pedaqoq dostu Satı bəyin təkidinə dözməyərək onun açdığı məktəbdə dərs demişdir. Bu
dərslər əsnasında uşaqların duyğularına təsir etmək üçün bəzi uşaq şeirləri qələmə almışdır.
Hökumət dağıldıqdan sonra uşaqlar üçün qələmə aldığı şeirlərdə müəyyən ruh düşkünlüyü hiss
olunur. Bu dövrdə qələmə aldığı şeirlər ölkənin içində olduğu çətinliklərin nəticəsində şairdə
oyanan pessimist duyğuların məhsuludur. “Şərmin” ədibin heca vəznində və sadə bir dillə uşaqlar
üçün yazdığı şeirlərini topladığı kitabıdır. Daha sonra bu şeirlər “Şərmin” adı altında kitab şəklində
çap olunmuşdur.
Xəyal və həqiqət qarşıdurmasının diqqətə çarpan şəkildə işləndiyi şeir isə “Süha və
Pərvin”dir. Bu şeirdə bir növ düşüncə və duyğuları incəliklərinə qədər təsvir olunan insanları
görürük: xəyalpərəst Süha və onun tam əleyhdarı Pərvindir.
T.Fikrət türk şeirinə gündəlik həyatın təsvirini deyil, gerçəyi gətirmək istəyirdi. Onun
üslubuna toxunacaq olsaq, şairə görə şeirin dili daha dərin, daha təbii, daha həssas, daha təsirli
olmalıdır. “Rubabi-şikəstə” məhsuldarlıq çağındakı şeirlərini yığdığı kitabıdır.
Oğlu Halukun üzərindəki təsirinin böyük olduğunu bildiyimiz T.Fikrətin bu əsərinə əlavə
edilən şeirlərindən bir qismi: “Haluk Üçün”, “Halukun səsi”, “Halukun bayramı”, “Haluka”, “Yenə
Haluk” adlanır. Bütün bu şeirlər birlikdə “Halukun Dəftəri” adlanmışdır. Lakin sonralar “Halukun
dəftəri” olaraq dəyişdirilmişdir. 1910-ci il tarixli nəşrinə isə “Sis”, “Bir ləhzəi-təəhhur” kimi
şeirlərini əlavə etmişdir.
Şairin satirasından gələn hüzn və pessimizm təması az qala bütün şeirlərinə hopmuşdur.
Oğlu Haluku gələcək gənc, yeni nəsillər üçün bir nümunə görən şair onu hədəf göstərərək idealizmi
əks etdirən bir çox şeirlər yazmışdır. Bu şeirlər kimisində optimist bir külək (“Fərda”), kimisində
Dostları ilə paylaş: |