Bu nümunələrin Azərbaycanda tərcüməsinə XIX yüzilliyin son illərindən başlanmış, XX yüzildə
daha da genişləndirilmişdir. Həmin tərcümələrdən məlum olur ki, eyni dil qrupuna aid dillərdən
çevrilmələrinin özəlliyi var. Xüsusən, klassik şeir mətnlərində, qafiyə sistemində bu özünü daha
aydın göstərir.
Ünlü türkmən şairi Məhtimqulunun şeirləri Azərbaycan türkcəsinə çevrilmiş, onun əsərləri
və tərcümələri barədə mütəxəssislər də, gənc tədqiqatçılar da elmi araşdırmaları ilə öz sözlərini
demişlər. Lakin Məhtimqulunun elə şeirləri var ki, bir neçə dəfə ayrı-ayrı şairlər tərəfindən tərcümə
olunsa da, ana mətndən xeyli fərqlidir ki, bu da ədəbi mətnlərinin, yazılı abidələrinin, müxtəlif
ədəbi nümunələrin nəşrə hazırlanması prosesində tərcümə ilə bağlı ortaya çıxan “çətinliklər”dir.
Düzdür, tərcümə işində qarşıya çıxan həmin problemlər zaman-zaman müəyyən “həllini” tapsa da,
əsas vəzifə – ortaq türk dilinin köməyi ilə tərcümə işində də bir çox problemi həqiqi mənada həll
etməkdir.
Orta yüzilliklərdə türk xalqları ədəbiyyatı son dövrlərin sərhədləri ilə sınırlanmadığına görə
daha geniş coğrafi məkanı və arealı əhatə etmişdir. Bu baxımdan həmin dövr ədəbiyyatını türk
xalqlarının müştərək, ortaq ədəbiyyatı kimi qəbul edənlərlə razılaşmaq olar. Bünövrəsi əski türk
düşüncəsinə və söz sənətinə söykənərək yaranan, sonradan Mahmud Kaşğarlı, Yusif Balasaqunlu
kimi ədiblərin yaradıcılığında genişlənən, Nəsimi, Nəvai, Füzuli kimi şairlərin əsərləri ilə
zənginləşən türkmən ədəbiyyatı sonrakı mərhələdə özünəməxsus inkişaf yolu keçmişdir. Yaranması
və inkişafı dövründə türkmən ədəbiyyatı həmişə Azərbaycan mədəni mühiti ilə əlaqəli olmuşdur.
Folklor materialları və şairlərin yaradıcılığı bu qarşılıqlı əlaqələri özündə əks etdirmişdir.
Görkəmli Azərbaycan alimləri: akademik Həmid Araslı, prof. Pənah Xəlilov monoqrafik
tədqiqatlarında və dərsliklərində türkmən şairləri Məhtimqulu, Zəlili, Seyidi, Kəminə və Molla
Nəpəs kimi şairlərin əsərlərini təhlil etmiş, onların bədii irsinə yüksək qiymət vermişlər.
Böyük türkmən şairi Məhtimqulu Fəraqi (1730-1780) zəmanəsinin qabaqcıl insanı olmaqla
yanaşı, türkmən tayfalarını birləşdirməyə, xalqların və tayfaların mənəvi birliyinin qorunub
saxlanmasına çalışan ictimai xadimlərdən biri olmuşdur. Onun Orta Asiya, Azərbaycan, İran,
Hindistan səfərləri də bu yerlərin mədəniyyətini öyrənmək və əsərlərində onlardan istifadə etməklə,
əhalinin mədəni səviyyəsini artırmaq niyyətinin olduğunu göstərir. Klassik Şərq, o cümlədən
Azərbaycan ədəbiyyatına bələdliyi onun əsərlərinin burada da sevilməsinə və yayılmasına şərait
yaratmışdır. Məhtimqulunun əsərlərində Azərbaycan şairlərinin əsərləri ilə səsləşən bir çox motiv,
oxşar fikir və bənzətmələr var.
Türkmən ədəbiyyatı tarixində yeni bir dövr açmış, tükənməz iradəyə və parlaq istedada
malik mütəfəkkir şairin yaradıcılığı Azərbaycan ziyalılarının – şair və yazıçıların, görkəmli
alimlərin həmişə diqqət mərkəzində olmuşdur. Zaman-zaman onun əsərlərinin əlyazmalarının üzü
köçürülərək, ölkəmizə gətirilmiş, şeirlərinin çox hissəsi tərcümə olunaraq nəşr olunmuşdur. Hazırda
Azərbaycan MEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əlyazmalar fondunda böyük
şairin ədəbi irsindən iki əlyazma nüsxəsi (№ A-170/10538; № B-1558/9590) saxlanılır. Bu əlyazma
nüsxələrindən başqa İnstitutun kitabxanasında Məhtimqulu Fəraqinin daşbasma üsulu ilə çap
edilmiş bir kitabının da qorunub saxlanıldığı məlum olmuşdur. Qeyd etmək istərdik ki, əlyazma
nüsxələri natamam olsa da, daşbasma nüsxəsi bütövdür.
Şairin daşbasma kitabı haqqında ilk dəfə tanınmış Azərbaycan alimi Ramazan Qurbanov
1965-ci ildə yazdığı “Maqtımqulu Pırağı” adlı məqaləsində məlumat vermişdir (2,40). Çox
maraqlıdır ki, indiyə kimi Məhtimqulu Fəraqinin yaradıcılığı ilə məşğul olan tədqiqatçıların
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
419
əksəriyyəti görkəmli alimin bu yazısından istifadə etmələrinə baxmayaraq, onun buradakı
məlumatına fikir verməmişlər. İndiyə kimi heç kimin əhəmiyyət vermədiyi olduqca mühüm bu
məlumat tədqiqatçı-alim İsmixan Osmanlının diqqətindən yayınmamışdır.
Məhtimqulunun Daşkənd, Sankt-Peterburq Berlin, London, Budapeşt, Bakı şəhərlərində
saxlanılan onlarca divanları məlumdur. Bu divanların əlyazmalarının da bir çoxunun surətləri
çıxarılaraq Türkmənistana gətirilmişdir. Məhtimqulu Fəraqinin Aşqabatda və dünyanın müxtəlif
muzey və əlyazma fondlarında saxlanılan bütün əlyazma nüsxələri görkəmli Türkmənistan alimi,
Türkmənistan EA-nın müxbir üzvü, professor Annaqurban Aşırov tərəfindən ozünün 1984-cü ildə
nəşrə hazırladığı əsərində və son illərdə onun rəhbərliyi ilə hazırlanaraq çap edilən bir neçə əsərdə
geniş təsvir edilmişdir.
Azərbaycanlı tədqiqatçı-alim Ramazan Qurbanov Türkmənistan alimlərinin araşdırmalarına
istinadən 1965-ci ildə yazdığı “Maqtımqulu Pırağa” adlı məqaləsində yazır ki, mütəfəkkir şairin
kitablarının əksəriyyəti dünyanın müxtəlif ölkələrinin kitabxanalarında əlyazma şəklində saxlanılır.
Onun bildirdiyinə görə, Türkmənistan EA Ədəbiyyat İnstitutunun “Əlyazmalar şöbəsi”ndə (hazırda
Türkmənistan EA Milli Əlyazmalar İnstitutunun “Əlyazmalar fondu”nda) görkəmli şairin 120-yə
yaxın qovluqda ədəbi irsi qorunub saxlanılır. Bunlardan 50-dən çoxu əlyazma 20-yə qədəri
daşbasma və 45-dən çoxu şairin kiçik əsərləri və həyatına aid materiallardır. Bu əlyazmalarından ən
əhəmiyyətliləri “Qarrıqala”, “Gümüştəpə”, “Marı”, “Tecən”, “Daşoğuz”, “Aşqabad”, “Cərcev” və
“Stavropol” əlyazmaları, eyni zamanda Daşkənd daşbasması və Britaniya muzeyində mühafizə
olunan əlyazmaların fotosurətləridir.
Araşdırmalar nəticəsində müəyyən etdik ki, bu əlyazma nüsxələrindən başqa Məhtimqulu
Fəraqinin Azərbaycan MEA M.Füzuli adına Əlyazmalar İnstitutunun kitabxanasında daşbasma
üsulu ilə basılmış bir kitabı da qorunub saxlanılır. Bu kitab haqqında da ilk dəfə R.Qurbanov
“Maqtımqulu Pırağı” adlı məqaləsində məlumat vermişdir. İndiyə kimi heç kimin diqqət yetirmə-
diyi olduqca mühüm bu məlumat alimin bu məqaləsi ilə tanışlıq zamanı diqqətimizdən qaçmadı.
Həmin kitabın Azərbaycan MEA M.Füzuli adına Əlyazmalar İnstitutunun kitabxanasında olub-
olmamasını yoxladıq. Xoşbəxtlikdən həmin kitabı oradan tapa bildik. Hazırda həmin kitab M.Füzuli
adına Əlyazmalar İnstitutunun kitabxanasında saxlanılır.
Məhtimqulunun şeirlərinin poetik xüsusiyyətləri, mövzularının bədii təqdimi, klassik və
xalq şeiri ənənələrindən bəhrələnməsi və sadəliyi Azərbaycanda da yayılmasına və sevilməsinə
səbəb olmuşdur. Kök və ruh eyniliyi, fikir və amal yaxınlığı Məhtimqulunu Azərbaycan mühitinə
doğma və yaxın hesab etməyə əsas verir. Haqlı olaraq belə qənaətə gəlinir ki, “Məhtimqulu və
ondan sonra gələn realist türkmən şairləri qədim fars-tacik, Azərbaycan, özbək klassik
ədəbiyyatından saf mənbə kimi istifadə etmişlər. Lakin onlar klassik ədəbi məktəbdən fərqli olan
şeir cərəyanı yaratmışlar. Bu yeni şeir cərəyanının nümayəndələri qəzəl, müxəmməs, müstəzad
janrında əsərlər də yaratmışlar.”
Məhtimqulunun şeirlərinin quruluşu, janrları, qafiyə sistemi, vəzni, emosional təsir gücü və
estetik xüsusiyyətləri onu Azərbaycan xalq və aşıq şeir yaradıcılığı ilə eyniləşdirməyə əsas verir.
Prof. P. Xəlilov bu xüsusiyyətə diqqət yetirərək, şairin istifadə etdiyi müxəmməs şeir formasına
xüsusi qiymət vermişdir. O, haqlı olaraq baxşıların daha çox müraciət etdikləri müxəmməslərin
Azərbaycan aşıq şeirinə uyğunluğuna diqqət çəkir və onların təcnis və cığalı təcnisə oxşar
xüsusiyyətlərini qeyd edir və bu şeirlərin əsas özəlliyi kimi onların heca vəznində olmasını göstərir.
Müxtəlif illərdə – 1984, 2010 və 2014-cü illərdə Məhtimqulu Fəraqinin əsərləri Azərbaycan-
da kitab halında nəşr edilmişdir. Azərbaycan alimləri Qəzənfər Əliyev, Pənah Xəlilov, Fəxrəddin
Əliyev, Ramiz Əskər, Məmməd Əliyev, Əbülfəz Quliyev, Firuzə Ağayeva, Abbas Abdulla, İsmixan
Osmanlı, Töhfə Talıbova və başqaları Məhtimqulu Fəraqinin həyatı və yaradıcılığı haqqında
tədqiqatlar aparmış, tərcümə və nəşr işləri ilə məşğul olmuşlar.
Məhtimqulu şeirlərinin dili sadə, oynaq, qafiyələri uyarlı, alleterativ xüsusiyyətlərlə zəngin,
bənzətmə və obrazları canlı, ifadələri dolğun və xəlqidir. Bu da şairin klassik ədəbiyyata, onun
təşbehlər sisteminə və folklorun incəliklərinə bələdliyi ilə əlaqədardır:
Məhtimqulu, söz cuş edər dilindən,
Müxənnəsə boy vermədin yelindən,
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
420
Bu hünərlər gələr, gəlməz əlindən,
Dildən gələn bu cürətli söz nədir?! (3, 116)
Dünyəvi düşüncəyə malik olan Məhtimqulu Fəraqi ilk növbədə türkmən xalqının, geniş
mənada isə dünya ədəbiyyatının böyük klassiklərindəndir. Onun “Varmı dostlar?”, “Keçib gedecək”
adlı şeirlərinin tərcüməsi maraq doğurur:
Olmuşam məsti-şeyda,
Min peşə, yüz sevda,
Aləmdə mən tək rüsva
Olan varmı, dostlar?
Çölüm dərd, içim biryan,
Edərəm nalə-giryan,
Mənim tək məsti-heyran
Olan varmı, dostlar?(3, 207)
***
Bu dünya fanidir, tutmaz binanı,
Bu dünyaya gələn keçib gedəcək.
Kimdir bu dünyada tutan cahanı,
Tutanın əllərin açıb gedəcək.
Dövrlər dolanar, gərdişlər dönər,
Neçələr köçərlər, neçələr qonar,
Neçənin məşəli təzədən yanar,
Neçənin çırağı öçüb gedəcək. (3,145)
Məhtimqulunun yaşayıb-yaratdığı zamanla çağdaş dünya arasında xeyli məsafə var. Buna
baxmayaraq elmi-bədii və dünyəvi-fəlsəfi şeirlər yaradan şair də, onun idrakı, təfəkkürü və fərdi
düşüncələri də bu gün üçün zəngin, dolğun və maraqlıdır. Məhtimqulunun bədii-poetik qənaətləri
islam aləmi və türk dünyası üçün mühüm və əhəmiyyətlidir. Bu baxımdan şairin əsərlərinin və
həyatının hər zaman öyrənilməsi, izlənməsi, oxunması, nəsillərin tərbiyəli, əxlaqlı yetişməsi və
yaşaması üçün əhəmiyyətli və çox gərəklidir.
Böyük türkmən şairi Məhtimqulu Fəraqinin Bakıda yeni tapılan əlyazma "Divan”ı
Azərbaycan Milli Elmlər Aklademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun Elmi
Şurasının qərarı ilə “Elm və təhsil” nəşriyyatı tərəfindən nəşr olunub. Bu, Məhtimqulu Fəraqinin
1913-cü ildə Buxara şəhərində daşbasması üsulu ilə çap edilmiş və indiyədək naməlum qalan
yeganə nüsxəsi Azərbaycan Milli Elmlər Akademiyasında saxlanılan nadir kitabın yeni nəşridir.
Əsəri Azərbaycan Milli Elmlər Akademiyasının alimləri aşkar edib üzə çıxarmışlar.
Əsər elmi redaktor AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru,
akademik İsa Həbibbəylinin “Böyük türkmən şairi Məhtimqulu Fəraqi və Azərbaycan ədəbiyyatı”
adlı geniş həcmli ön sözü ilə başlanır. Böyük mütəfəkkir şairin yaradıcılığını və onun Azərbaycan
ədəbiyyatı ilə əlaqələrini ətraflı təhlil edən akademik İsa Həbibbəyli qədim və zəngin ənənələrə
malik olan türkmən xalqının qüdrəti söz ustadı Məhtimqulu Fəraqini türk dünyasının və ümumən
bəşəriyyətin yetişdirdiyi görkəmli sənətkar kimi səciyyələndirib. Akademik İsa Həbibbəyli böyük
türkmən şairi Məhtimqulu Fəraqinin köçəriliyin etnoqrafik çalarlarını deyil, məşəqqətlərini yazan
və öz xalqı üçün çətinliklərlə dolu birlik dastanı yaradan, bu yolla ilk növbədə vətəni
Türkmənistana, bütövlükdə isə türk dünyasına və insanlığa xidmət edən qüdrətli sənətkar olduğunu
qeyd edib. Məhtimqulu Fəraqini “türkmən xalqının rəmzi”, “türkmən ədəbiyyatının görkəmli
klassiki”, “Türkmənistanda müstəqil dövlətçiliyin qüdrətli carçısı”, “türkmən xalqının dünya
ədəbiyyatına bəxş etdiyi qüdrətli sənətkar” kimi xarakterizə edən akademik İsa Həbibbəyli yazır:
“Müasir türkmən şeiri, yəni Türkmən ədəbiyyatı Məhtimqulu Fəraqi ilə başlamışdır. Məhtimqulu
Fəraqi Dədə Qorqudla əsası qoyulan, Yunus Əmrə ilə davam edən, Dirili Qurbanla el-oba içində
geniş yayılan, Molla Pənah Vaqiflə kamala çatan çoxəsrlik türk xalq şeirinin XVIII-XIX əsr
türkmən yazılı ədəbiyyatındakı ən görkəmli nümayəndəsidir. Onun yaradıcılığı xalq şeiri ilə xalqın
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
421
həyatı və mübarizəsinin birlik çələngidir. Məhtimqulu Fəraqi Türkmənistanın milli istiqlal
ədəbiyyatının banisidir.”
Şairin adının yazılışı barəsində vaxtilə professor P.Xəliov yazmışdır: “Gərkəz göklən
tayfalarının bir qoludur, onların içərisində məxtumlar olmuşdur. Şairin babası da Məxtumqulu adı
daşımışdır. Babanın adı nəvəyə keçmiş və o da bir şair kimi adla şöhrətlənmişdir. Türkmənlər
şairin adını müasir əlifbada Maqtumqulu yazırlar. Ərəb əlifbası ilə nəşr olunmuş əsərlərində
Məxtumqulu yazılır. Azərbaycan dilində nəşr edilmiş əsərlərində onun adı Məxdumqulu,
Maxtımqulu, Məxdumqulu getmişdir. “Məxtum” və “Məxdum” sözü başqa- başqa məna daşıyır.
“Məxtum”un mənalarından biri “bitkin, kamil” deməkdir. “Məxdum” sözünün isə iki mənası vardır:
“ağa, sahib”, yaxud “xidmət olunan”. Beləliklə, “məxtumqulu” sözünü kamillər qulu,
“məxdumqulu” sözünü isə hakimlər, ağalar qulu, xidmətində az durulan adamların qulu mənasında
götürmək olar. Böyük türkmən şairinin adını əlbəttə, Məxtumqulu yazmaq lazımdır, çünki, o,
gərkəzlər arasında övliya sayılan məxtumların içərisindən çıxmış, seçdiyi adı da şərəflə
doğrultmuşdur”.
Göründüyü kimi, professor P.Xəlilov şairin adını “məxtum” sözü ilə əlaqələndirir və bu
sözün “bitkin, kamil” kimi mənalarını verir. Amma müəllif hansı mənbəyə istinad etdiyini
göstərmir. Çox güman ki, ərəb dilində “ağa və ya xanım, xidmət olunan, iş buyuran”, “sahibkar, iş
sahibi”, ümumiyyətlə “xidmətlərində durulan şəxslər” mənalarında “məxdum” sözü “müqəddəs”,
“nəcib tayfa”ların özlərini adlandırdıqları “məxdum” ilə əlaqədardır. Böyük şairin mənsub olduğu
tirənin adı sonuncu sözlə bağlıdır. Fikrimizcə, Məhtimqulunun adının mənasını və düzgün yazılışını
məhz onun mənsub olduğu tirənin adında axtarmaq lazımdır. Yəqin ki, böyük şairin adını daşıdığı
babası Məhtimquludan əvvəl onun mənsub olduğu türkmən tirəsində çoxlu mötəbər dini insanlar –
övliyalar, pirlər, mürşidlər olmuşdur. Bu cür insanlar türklər arasında “məxdumlar” adlanmışlar.
Şübhəsiz ki, soyadın mənşəyi, daşıdığı məna yükü Məhtimqulu şeirlərinin mövzusunda da
öz əksini tapmışdır. Şairin yaşayıb-yaratdığı dövr əhatə etsə də, irfani düşüncə, təsəvvüfi baxış,
dünya dərkini özünəməxsus şəkildə ifadə edən şairin “Təpə nədir, düz nədir?” və “Nələr görünər?”
adlı şeirləri xüsusilə maraq doğurur:
Yeddi yaşlı ərəb atın şanında,
Məlum olmaz, təpə nədir, düz nədir.
Yaşa dolmuş qoç igidin yanında,
Altmış nədir, yetmiş nədir, yüz nədir.
Yəhərləyib minən atın bilməyən,
Arif olub, öz izzətin bilməyən,
Söhbət içrə söz ləzzətin bilməyən,
Qana bilməz - məclis nədir, saz nədir. (3, 116)
***
Yaradan var etdi yoxdan,
Dağlar dünyada var çoxdan,
Sorsan xəbər verər Nuhdan,
Qocalan ovlar görünər. (3, 157)
Məhtimqulu Fəraqinin oğuz türk ləhcəsindəki şeirləri ortaq türk dilində yazılmış ədəbiyyata
parlaq nümunədir. Məlum olduğu kimi, Azərbaycan türkləri təkcə öz ədəbiyyatlarının tarixi ilə
maraqlanmaqla kifayətlənmir, digər türk xalqlarının ədəbi yaradıcılığının tədqiqinə də böyük
diqqət yetirirlər. İsmayıl Hikmətin “Anadolu türkləri ədəbiyyatının tarixinə dair” iri tədqiqat
əsəri buna sübut ola bilər. Hikmətin həmin əsəri bu sahədə ilk sistemli və ümumiləşdirici
tədqiqatdır...
...Nəvainin 500 illiyinə həsr olunmuş toplu istisna edilərsə, ən yeni osmanlı-türk
ədəbiyyatı tarixi üzrə nəinki rus dilində, hətta osmanlı türkcəsində də başqa bir əsər olmayıb.
Nəhayət, Nəvainin “Mənşəat” əsərinin çapı bu məşhur şairin, türk söz ustadının tədqiqi üçün
imkan yaratdı. Professor Çobanzadənin rus və Avropa elmində çox az tədqiq olunan kumık tarixi
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
422
və ədəbiyyatı haqqında bizə mühüm bilgilər verən kumık dili və ədəbiyyatı haqqında tədqiqatları
da eyni dərəcədə dəyərlidir (5,59).
Möhtəşəm Orta Asiya mədəniyyətinin varisi olan özbək xalqının dili ilə Azərbaycan
dilləri bir-birinə yaxın olsa da, türk dilləri qrupuna daxil bu iki dilin istər lüğət tərkibi, istərsə də
yazılışı, tələffüzündə xeyli fərq var. Keçən əsrin 70-80-cı illərində özbək yazarlarının əsərləri Azər-
baycan türkcəsinə çevriləndə tərcüməçilər ruscadan, ingiliscədən çevirmələr qədər olmasa da,
kifayət qədər zəhmət tələb edən gərgin bir işin öhdəsindən gəldilər. Azərbaycanda və Özbəkistanda
iki respublikanın ədəbiyyat və incəsənət günləri keçirilən vaxtlarda bu işin əhəmiyyətli bir hissəsi
də şair-tərcüməçi Əhəd Muxtarın üzərinə düşdü. Onun özbək şairlərindən çevirdiyi şeir və
poemaların həcmi 11 min misradan artıqdır. Həmin tərcümələrin bir hissəsi ayrıca kitab şəklində
çap olundu: Normurad Nərzullayev, “Məhəbbətdən doğulmuşam” (6); Həmid Alimcan “Sən
doğulan gün” (7).
Özbəkistanın ən tanınan şairlərindən olan Camal Kamalı da Azərbaycan dilinə ən çox Əhəd
Muxtar tərcümə edib. Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadə C.Kamalın 1989-cu ildə Bakıda
nəşr olunan “Günəş çeşməsi” adlı kitabına ön sözdə yazır: “...Mən C.Kamalın əsərlərini imkan
olduqca dilimizə çevirmək və bu əsərlərdən ibarət kitab buraxmaq fikrinə düşdüm. Bu arzunu
özbək dilini yaxşı bilən qələm yoldaşlarımdan Xəlil Rza və Əhəd Muxtara bildirdim və biz bu
çətin, lakin səriştəli işə başladıq. Bu gün Azərbaycan oxucularına təqdim etdiyimiz bu toplu həmin
arzuların nəticəsidir” (8, 3).
Qohum dillərə tərcümənin də özəllikləri var. Aşıq Ələsgərin türkməncəyə tərcüməsində
bəzən bütün şeir eynilə qalır. Bəzən də qafiyə sistemi tamamilə dəyişir. Qoşqu qanunlarına görə
bəzən əsas, aparıcı, şah bəndin və qafiyənin xətrinə o biri bəndlər və misralar əsas fikri saxlamaqla
dəyişdirilir. Ona görə də gələcəkdə oxşarlıqlara və dəyişikliklərə görə tərcüməçiləri qınamamalı,
tələskənliyə yol verib yanlış sonuclar çıxarmamalıyıq. Türk xalqları bir-birlərinə nə qədər qohum,
yaxın olsalar da, zaman, siyasi ayrılıqlar, coğrafi bölgülər öz işini görüb. Bu ilişkilərimizi
genişləndirmək, qohumluğumuzu möhkəmləndirmək istəyiriksə, adamları ruhdan salmamalı, daha
da işə ruhlandırmalıyıq. İşin üz tərəflərinə yox, mahiyyətinə, xalqa verdiyi xeyirə daha çox diqqət
yetirməliyik. Bu mənada əsərlərinin XX yüzildə Azərbaycanda tərcümələri və nəşri haqqında
tədqiqat əsərlərinin yazılması Məhtimqulunun Azərbaycanda daha geniş tanınmasına şərait
yaratmışdır. Bu işin davamlı şəkildə inkişaf etməsi mədəniyyətlər arasında əlaqə və inteqrasiyanın
güclənməsinə daha böyük təsir göstərir.
ƏDƏBIYYAT
1.
Xəlilov P. SSRİ xalqları ədəbiyyatı, II c., Bakı, Maarif, 1977.
2.
Qurban R. Maqtımqulu Pırağa. Azərbaycan SSR EA-nın Xəbərləri, № 2. İctimai elmlər
seriyası, 1965.
3.
Məhtimqulu Fəraqi. Divan. Bakı, “Elm və təhsil”, 2015.
4.
Seyfəddin Hüseynli. Türkdilli ədəbiyyatlar arasında Əhəd Muxtar körpüsü. “525-ci
qəzet, 27 noyabr 2009-cu il.
5.
Nərimanoğlu K. 1926-cı ilin I Bakı türkoloji Qurultayı. Bakı, “Çinar-Çap”, 2006
6.
Nərzullayev N. Məhəbbətdən doğulmuşam. Bakı, “Gənclik”, 1979.
7.
Alimcan H. Sən doğulan gün. Bakı, “Yazıçı”, 1989.
8.
Kamal C. Günəş çeşməsi. Bakı, 1989.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
423
Jamila Fatiyeva
The Literary Relations of Turkic Peoples and Their Work of Translation
Summary
Besides being an enlightening thinker of his time, the great Turkmen poet Mahtimgulu
Faragi (1730 – 1780) was a statesman who always tried to preserve the people’s moral union. His
visits to the Middle Asia, Azerbaijan, Iran and India were inclined to learn these peoples’ cultures
and to use them in his works in order to develop the cultural level of the population. His being very
well-aware of the Classical East, especially, of Azerbaijani Literature, gave all his works a good
opportunity to be loved and spread here, too. There are a lot of familiar motives, ideas and
similarities between Mahtimgulu’s and Azerbaijani poets’ works. Translations and publications of
his works in the XX c. in Azerbaijan, as well as, research works about him, made Mahtimgulu more
widely-known in Azerbaijan. The continuous development of this work shows a greater influence
on intercultural relations and strengthening integration.
Key words: Mahtimgulu, translation, Turkic literature, common Turkic language.
Elnurə Babayeva
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu
“Multidissiplinar əlyazmalar və çap kitabları” şöbəsi, elmi işçisi
elnure1430@gmail.com
TÜRK VƏ FARS MƏNBƏLƏRİ ƏRUZ HAQQINDA
Əruz uzun və qısa hecaların müəyyən kombinasiyalarda gözəl oxunuş ritmi yaradan,
ardıcıllığının bütün misralarda dəqiqliklə gözlənilməsi ilə müşahidə olunan şeir vəznidir.
Mənşəyini ərəbdilli xalqların poeziyasından götürən bu vəznə, islamiyyətdən əvvəl ərəb
folklorunun nümunələrində, müharibələr zamanı söylənən rəcəzlərdə, məzmunu xalq məişətindən
alınan şeirlərdə rast gəlmək olardı. Son əsrlərə qədər Azərbaycan, türk və farslar arasında elə
məşhur klassik şair yoxdur ki, əruza müraciət etməsin, hətta onu üstün tutmasın. Bu nəzm şəkli
ərəblər arasında yaranıb şöhrət tapmış, bütün müsəlman şərqinə yayılmışdır.
Dostları ilə paylaş: |