ulusal bilince dayalı bir bağımsızlık anlayışının gelişmesine neden olmuştur. 1917 Bolşevik İhtilali
ile birlikte Rusların Türk coğrafyasındaki etkisi daha planlı bir şekilde gelişmeye başlar. Ruslar,
bölgenin hakim gücü haline gelirler. Lenin’in yönetimi yıllarında belirli bir rahatlama yaşayan Türk
halkları, Stalin döneminde her alanda büyük baskı, sürgün ve ölümlerle karşılaşmışlar. Lenin’in
Türk toplulukları ile ilgili yürüttüğü politikanın temelinde, Türk lehçelerinin ayrı diller, Türk
boylarının farklı milletler olduğu düşüncesiyle yetişmiş ve bu bilinçte yeni “mikro milletçi”
zihniyette bir toplum oluşturmak hedefleniyordu. Bu politikayı uygularken 1920- 1950 yılları
arasında Sovyetler Birliğinde kanlı yıllar yaşandı. Bu yıllarda binlerce insan kurşuna dizilmiş, baskı
ve şiddete maruz kalmıştır. Stalin dönemi Türk aydınlarının kanıyla yazılmış kanlı bir dönemdir.
Türk aydınları Rusya’nın kendilerini tarihlerinden, kültürel kaynaklarından kopararak yeni ve farklı
5 kimliklere dönüştürmek istediklerini anlarlar ve buna karşı çıkarlar. 1924 yılında Türk
coğrafyasında meydana gelen direniş hareketleri sırasında binlerce aydın ve sivil öldürülmüştür.
Özgürlüklerin kısıtlanması yönünde uygulamalar başlatılmıştır. 1924 yılında Sovyet yönetimine
karşı Özbekistan’da başlayan olaylar “Basmacılık” hareketi olarak adlandırıldı, bu direnişin
yatırılmasından sonra “Basmacılar” ve “Ceditçiler”in ortadan kaldırılması ve yok edilmesi politikası
devreye girdi. Türk dilinin birliğini savunan ve Kiril alfabesine karşı çıkan aydınlar “ sistem karşıtı,
halk düşmanı, pantürkist” olarak suçlanmış ve büyük bir bölümü 1937-1938 Repressiya yıllarında
kurşunlanarak öldürülmüşlerdir. Bunun sonrasında da Birinci Dünya Savaşının başlaması toplumsal
ve siyasal hareketlerin tamamen durması sonucunu doğurmuştur. Gaspıralı, "Rusyadaki
Müslümanlar" makalesi ile, Türklerin geri kalma nedenlerini araştırmış ve dil birliğinin gelişme için
gerekli olduğunu vurgulamıştır. Gaspıralı, Rusya dışında, Müslümanların ve Türklerin birliğini ve
gelişmesini sağlamaya yönelik konferanslar vermiş, Müslümanların bulundukları ülkelerin
ekonomik hayatına katılması yoluyla ancak gerilikten kurtulacaklarını ve güçlü birer topluluk
olacaklarını söylemiştir. Rusya'da toplanan kongrelerden sonra, Gaspıralı'nın Mısır'da uluslararası
bir Müslüman Kongresi düzenleme girişimleri ise sonuçsuz kalmıştır. Özetle vermeye çalıştığımız
Türk halklarının tarihinde önemli olan bu dönem geniş kapsamlı bir araştırma konusudur. Sonuç
olarak haleflerimizin milli kimlikleri ve milli kimlikleri ile var olma uğruna verdikleri bu yaşam
mücadelesinde gördüğümüz şu ki, onlar eğitimle, milli ve kültürel varlıklarına sıkıca sarılarak,
köklerine ve müşterek varlıkları olan “Türk dili” etrafında birleşip ortak Türkçeyle makaleler,
eserler, şiirler yazarak bir mücadele yolu seçmişlerdi. 20. yüzyıl İsmail Gaspıralı’nın “dilde, fikirde,
işte birlik” sloganıyla özdeşleşmiş aydınlarımızın son damla kanlarına kadar geri çekilmeden
sürdürdükleri ideolojik savaşıdır. XIX. yüzyılın sonunda yetişen ve modern Türk dünyası
edebiyatının doğuşunda etkin olan aydınların karakteristik özelliği hürriyetçi ve halkçı düşüncelere
sahip olmaları idi.
KAYNAKLAR
1.
Kanlıdere, Ahmet "Kazan Tatarları Arasında Tecdid ve Cedit Hareketi (1809-1917)",
Türkiye Günlüğü Dergisi, Sayı:46, Yaz- 1997.
2.
Kırımlı, Hakan Kırım Tatarlarında Milli Kimlik ve Milli Hareketler (1905-1916), Türk
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
402
Tarih Kurumu Yayınları, Ankara, 1996.
3.
Ilgar, İhsan Rusya'da Birinci Müslüman Kongresi, Kültür Bakanlığı Yayınları, Ankara,
1990.
4.
Ortaylı,İlber Çarlık Rusyasında Türkçülük Hareketleri ve Gaspıralı İsmail Bey, Ankara,
1968.
5.
Akar, M.-Deniz, S.-Bilecik, F, Türk Dünyası Çağdaş Edebiyatı, Yesevi Yayınları, İstanbul,
1994.
Aysel Qəribli, doktorant
AMEA Nəsimi adına Dilçilik İnstitutu
Terminologiya şöbəsi, kiçik elmi işçisi
aysel-qerib@hotmail.com
AZƏRBAYCAN FOLKLORUNDA KƏRBƏLA MÖVZUSU
Müşahidələr göstərir ki, XVII-XVIII əsrlərdə Azərbaycan poeziyasında “Kərbəla müsibəti”
mövzusu demək olar ki, unudulur (bu barədə bax: 1,2,3,4). Və bu möhtəşəm mövzuya bütünlükdə
deyil, yalnız müəyyən söz və ya ifadə-obrazlar səviyyəsində müraciət edilir, yaxud “Kərbəla
müsibəti” qəhrəmanlarının adları ehtiramla yad olunur. Məsələn, XVIII əsr Azərbaycan şairi
Telimxan yazır:
Dedim, Allah rəbbim, nəbim Məhəmməd,
İmamım Əlidir, damadi-Əhməd.
Zövci-bətul olan şəfəi-ümmət
Həsən, Hüseyn şəhidanə yetişdim (5, s.260).
Türk (Osmanlı) ədəbiyyatında da XVII-XVIII əsrlərdə mərsiyə yazmış bir neçə şair –
Nəqçiv Ağkirmani, Kəlim, Xoca Nəşət, Zəkayi məlumdur (6,s.190).
Bununla belə Azərbaycan folklor poeziyasında həmin mövzuya müraciət, görünür, az və ya
çox dərəcədə həmişə mövcud olmuşdur. “Kərbəla folkloru” kitabının müəllifi Füzuli Bayat göstərir
ki, “dini folklorumuzun ən böyük qolu olan Kərbəla folkloru tarixin yaddaşlarda yaşamasıdır.
Olmuş hadisələrin qiyamətə qədər söylənəcəyi inanc təməlli özəl mətnlərdir. Kərbəla ağıları,
mərsiyələri, məktəlləri, rəvayətləri, əfsanələri, mənkəbələri, ritualları, meydan tamaşaları ilə,
qısacası, bütünüylə folklordur” (7,s.6).
Füzuli Bayat Azərbaycan aşıq ədəbiyyatından “Kərbəla müsibəti” mövzusuna dair aşağıdakı
klassik nümunələri misal çəkir:
“Koroğlu” dastanından:
Qoç Koroğlu, sizdən qorxmaz ürəyi,
Hax yanında qəbul olsun diləyi.
Həsən, Hüseyn ərş kürsüsü, dirəyi,
Kərbəlada şəhid etmədün, dünya !? (7, s. 73).
Aşıq Alıdan:
İmam Həsən gözəllərin gözüdü,
İmam Hüseyn şəfaətçi özüdü,
Zeynəlabdin zindan çəkdi düzüdü,
Yezidə Müreyyib talan yaratdı (7, s.71).
Aşıq Ələsgərdən:
Həsən Əl-Müctəba aləmə rəhbər,
Hüseyni-şəhiddi şafeyi-məhşər.
İmam Zeynalabdin dilimdə əzbər,
Qoyma darda mən zəlilü müztəri! (7,s.71).
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
403
Göründüyü kimi, xalq poeziyasının bu mükəmməl nümunələrində də Kərbəla
mövzusundan daha çox “sitat” kimi istifadə olunur. Və “müsibət”in mahiyyətinə yaxud fəlsəfəsinə
gedilmir.
“Kərbəla folkloru” müəllifinin son zamanlar toplanmış folklor poeziyasından (məsələn,
Masallı folklorundan) verdiyi maraqlı örnəklərə gəldikdə (7,s.62-64) isə , şübhə etmirik ki, onlar
ən geci XIX əsrdə yaranmışdır. Yəni o zaman yaranmışdır ki, artıq yazılı poeziyada “Kərbəla
müsibəti” mövzusu özünün “intibah dövrü” nü yaşamağa başlamışdı.
Və “Kərbəla müsibəti” bütün tərəfləri (hətta teatral təcəssümü) ilə ələ alınırdı.
Mövzunun Azərbaycan xalq təfəkküründə, ilk növbədə, təbii ki, şiə mühitində möhkəm yer
tutmasını da müəyyən mənada folklor hadisəsi hesab etmək mümkündür. Yüz illər boyu keçirilmiş
şəbih tamaşalarında Kərbəla faciəsinin məzmunu geniş xalq kütlələrinə özünəməxsus bir şəkildə
anladılmışdır ki, bu da XIX əsr Azərbaycan təriqət (mərsiyə) şeirinin sosial bazasının
formalaşmasına təsir göstərmişdir. Xüsusilə o mənada ki, əsasən, xalq içərisindən çıxmış mərsiyə
şairləri çalışmışlar ki, Kərbəla müsibətini elə bir dillə anlatsınlar ki, həm mövzunun ideoloji
məzmunu zədələnməsin, olduğu kimi çatdırılsın, həm də geniş xalq kütlələri üçün aydın, asan dərk
edilən və təsirli olsun.
Summary
It’s possible to consider the firm position of the theme in a certain sense as folklore event in
the thought of the Azerbaijan people, in the first place in Shiite environment. The content of the
Tragedy of Karbala which had been held for hundred years was explained to the vast masses in their
own ways in Shabih performances. And it had exerted influence on the formation of social base of
the Azerbaijan sect (tarigat) poem of the 19th century. Especially while explaining the Tragedy of
Karbala the sect poets born among people did their best not to damage the ideological content of the
theme, to bring to the notice of the vast masses in a lucid style and touching manner.
Key words: Azerbaijan people, Tragedy of Karbala, Ideological content, Shabih
performances.
ƏDƏBIYYAT
1.
Araslı Həmid. XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı tarixi. Bakı, ADU nəş., 1956.
2.
Dadaşzadə A. XVIII əsr Azərbaycan lirikası. Bakı, “Elm” nəş., 1980.
3.
Kərimov P. XVII əsr anadilli Azərbaycan lirikası. Bakı, “Nurlan” nəş.,2011.
4.
Gölpınarlı A. Tarih boyunca İslam mezhepleri ve Şiilik, İstanbul, Dergah Yayınları,1987.
5.
Həkim Tilimxan Divanı, I c., Qum, 2007, 281 s. Toplayanı Əsədullah Əmiri.
6.
Erdoğan M. Türk Edebiyatında Muhammes, Ankara, T.C.Kültür Bakanlığl Yayınları,
2002.
7.
Bayat F. Kərbəla folkloru. Məhərrəmlik rituallarından şəbih meydan tamaşalarına. Bakı,
“Elm və təhsil” nəş., 2014.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
404
Humay Məmmədova, doktorant
Qafqaz Universiteti
humaynew@yahoo.com
XIX ƏSRİN SONU XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ TÜRK QADIN YAZIÇILARININ
YARADICILIĞINDA AİLƏ VƏ QADIN PROBLEMİ
Giriş. XIX əsrin sonu? XX əsrin əvvəlləri tarixi, ictimai həm də ədəbi nöqteyi-nəzərdən
bütün dünyada olduğu kimi Türk ədəbiyyatı tarixində də mühüm əhəmiyyətə malikdir. XX əsrin
başlarında Türkiyədə ədəbiyyatın bütün sahələrində, o cümlədən, nəsr sahəsində, xüsusilə də
roman janrının inkişafına imkan yaratmışdır.
II Məşrütiyyət dövründə başlayan demokratik proses qadının cəmiyyətdəki rolunu artırmış
və qadın haqları məsələsi ön plana çıxmışdır. Məhz II məşrutiyyətin elan olunması ilə bərabər
Osmanlı qadını da buna laqeyd qalmamış, cəmiyyətin bir çox sahələrində olduğu kimi, ədəbiyyat
sahəsində də fəaliyyət göstərmiş, qəzet və jurnallarda yazılar nəşr etdirmişlər. Bunun nəticəsi olaraq
da Osmanlı qadınları tərəfindən ortaq “qadın məfkurəsi” hərəkatı yaranmış oldu.
Bu dövrdə türk ədəbiyyatının əsas qadın nasirləri Zəfər Xanım, Fatma Aliyə Xanım və
Əminə Səmiyə Xanım olmuşdur. Hər üç yazıçı eyni dövrdə yaradıcılıq fəaliyyətinə başlasa da,
bunlar arasında ilk əsər müəllifinin kim olması bir qədər mübahisəli məsələdir.
Son dövr tədqiqatçı alimlərindən olan Zəhra Toska ilk əsər müəllifinin məhz Zəfər xanım
olduğunu iddia etmişdir. Zəfər Xanım İslam dünyasında ilk qadın yazıçı olaraq “Vətən eşqi” adlı
romanını yazmışdır. Zəfər Xanım qələmə aldığı “Vətən eşqi” adlı əsəri ilə İslam dünyasında bir
qadın tərəfindən yazılmış ilk roman müəllifidir. Əsər 1877-ci ildə osmanlıca çap olunmuşdur. İlk
türkcə roman “Vətən eşqi” 1994-cü ildə Zəhra Toska tərəfindən ərəb əlifbasından latın əlifbasına
transliterasiya edilmiş və sadələşdirilmiş mətn orijinal mətnlə birgə yenidən nəşr olunmuşdur (2-1).
Zəfər Xanımın həyatı haqqında bir neçə sətirlik məlumat var. Muasiri olmuş Mustafa Zihni
Əfəndinin “Məşahirün-Nisa” adlı əsərində Zəfər Xanımın 19-cu əsrin ən güclü sədrəzəmlərindən və
dövlət adamlarından olan Fuat Paşanın yaxın qohumu və Osmanlı səfirlərindən Kabuli Paşanın
zövcəsi olması haqqında məlumatdan savayı bioqrafiyası tamamilə naməlumdur.(2-1)
Lakin əsər bir yaradıcılıq məhsulu olaraq qəbul edilməmiş və ilk qadın yazıçı olaraq Zəfər
Xanım deyil, məhz Fatma Aliyə xanım hesab olunmuşdur. Bunun əsas səbəblərindən biri də Fatma
Aliyə xanımın dövrünün görkəmli şəxsiyyətlərindən olan Əhməd Cevdət paşanın qızı olması və
yaradıcılığının daha məhsuldar olması idi.
Eyni zamanda Zəhra xanımın romanının bədii və texniki yöndən daha zəif olması Fatma
Aliyə xanımın adını ön plana çıxarmışdır.
Fatma Aliyə xanım türk ədəbiyyatının ilk qadın yazıçısı olmaqla yanaşı, həm də ilk qadın
filosof, ilk qadın tərcüməçi, qadın haqlarından, gender bərabərliyindən bəhs edən və haqqında ilk
monoqrafiya yazılmış qadın ədib olmuşdur.
Fatma Aliyə xanım ədəbi yaradıcılığa ilk olaraq tərcümə əsəri olan “Məram” adlı romanla
başlamış və bir- birinin ardınca “Xəyal və həqiqət”, “Muhadarat”, “Udi”, “Refet”, “Enin”,
“Levayihi-həyat”, “Əhməd Cevdət Paşa və zaman” və s. kimi əsərləri qələmə almışdır.
Türk ədəbiyyatının ilk qadın simalarından biri də Əminə Səmiyə xanımdır. Əhməd Cevdət
Paşanın qızı və Fatma Aliyə xanımın bacısı olmuş Əminə xanım türk ədəbiyyat tarixində yazıçı,
publisist, siyasətçi və müəllim kimi tanınmışdır.
Ədibin beş romanı, dörd hekayə kitabı, üç məqalə kitabı, bir elmi kitabı, bir çox sayda
məqalə və məktubları məlumdur.
“Muallime”, “Bikes”, “Səfalət”, “Mükafat-ı İlahiyə” və “Gayya Quyusu” əsərləri roman
janrında yazılmışdır. Hekayə kitablarına Terbiye-i Etfâle aid Üç Hekâyə” və “Hissi Rəqabət”,
“Əmir Çoban Qızları”, “Dilşad Xatun”məqalə kitablarına “Selanik Xatirələri”, “Hürriyyət
Kokuları“ daxildir (4-25).
Zəfər xanım, Fatma Aliyə və Əminə Səmiyə yaradıcılıqlarında olan əsərlərin əsas
mövzularından biri ailə və qadın problemləridir.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
405
Zəfər xanım yaradıcılığının ən əsas əsəri “Vətən eşqi” romanıdır. Əsərin adı “Vətən eşqi”
olmasına baxmayaraq, əsərdə tamamilə vətən eşqindən bəhs edilməsini və vətənpərvər hisslərin
aşılandığını söyləmək mümkün deyildir. “Vətən eşqi” əsərini “ayrılıq hekayəsi” adlandırmaq daha
doğrudur. Əsərdə Tənzimat ədəbiyyatının xüsusiyyətinə uyğun olaraq Şərq və Qərb mədəniyyətinin
qarşılaşdırılması verilmişdir. Romanın yazılma səbəbi vətən sevgisi olsa da, əsərin əsas mövzusu
qadın həyatı və qadın taleyidir. Yazıçının hər iki mühitdə qadın və qadın həyatının müqayisə
etdiyini və qarşılaşdırdığını görürük. Lakin Zəfər xanım hər iki mühitə qarşı tənqidi yanaşaraq,
qadının hər iki mühitdə müstəqil həyatının olmadığını, öz haqq və hüquqlarını tələb etməkdə aciz
olduqlarını, həyatları ilə bağlı qərar qəbul edə bilmədiklərini qeyd edir.
Fatma Aliyə xanımın ilk tərcümə əsəri George Ohnetin “Volonte” adlı əsəri olmuşdur.
“Məram” adlanan əsər “Bir qadın” imzasıyla nəşr olunmuşdur (3-9).
Əsər türk cəmiyyətində böyük bir əks-sədaya səbəb oldu. Belə ki, o dövr Osmanlı
cəmiyyətində “Volonte” əsərinin bir qadın tərəfindən tərcümə olunması, qadının fransız dilinə
mükəmməl səviyyədə hakim olması mümkünsüz bir hal kimi qəbul olunurdu.
Fatma Aliyə həyatında XIX əsrin sonlarında Osmanlıda qadına olan münasibəti görmək
mümkündür. Yazdığı əsərləri “Bir qadın” imzasıyla nəşr etdirən yazıç,ı cəmiyyətdən gələ biləcək
mənfi rəy və tənqidlərdən qaçmaq və özünü gizlətmək üçün məhz bu addımı atmışdır.
Fatma Aliyə xanım həm də Tənzimat dövrünün ilk və yeganə qadın filosofu olmuşdur.
Yazıçının fəlsəfi düşüncələri daha çox “Tetkîk-i Ecsâm” və “Terâcim-i Ahvâli Felâsife” adlı iki
əsərində cəmləşib.
Yazıçının romanları daha çox ailə, evlilik, uşaq tərbiyəsi, təhsil, qadının cəmiyyətdə rolu,
Osmanlı konak həyatı kimi mövzuları əhatə edir.
Yaradıcılığının şah əsəri hesab olunan “Muhadarat” əsəri Türkiyə Cümhuriyyətinin Təhsil
Nazirliyi tərəfindən “100 təməl əsər” arasına daxil edilmişdir (3-5).
Romanda, əsasən, evlilik haqqında gənclərin söz sahibi olmağı, ögey ananın uşaqlara mənfi
təsiri, uşaq tərbiyəsi, yaxın qohumların ailədə yaratdığı problemlər, oxumuş qadınların fərqi və s.
mövzulardan bəhs olunur.
Fatma Aliyənin digər romanlarında biri də “Udi” romanıdır. Atası Cevdet Paşanın Suriya
Valisi olduğu zamanlarda Fatma Aliyə də atası ilə birgə Şam şəhərində yaşamışdır. Bu illərdə əldə
etdiyi həyat təcrübələrini məhz “Udi” əsərində qələmə almışdır.
Yazıçının “Enin”, “Refet”, “Levayih-i həyat” adlı romanlarında azadlığa can atan, öz
zəhmətiylə pul qazanan, heç kimə möhtac olmayan qadın qəhrəmanlar canlandırılmışdır.
Romanlarla yanaşı, Fatma Aliyə həm də “Qadınlara məxsus qəzet”də dərc olunan
məqalələrində mühafizəkar düşüncələrdən çox uzaqlaşmadan qadın problemlərini işiqlandırmışdır.
Fatma Aliyə Topuz türk ədəbiyyat tarixində ilk qadın mütərcim, qadın problemlərini
sistematik şəkildə ələ alan ilk qadın romançı, Hilali-Ahmer Cəmiyyətinin ilk qadın üzvü, ilk yardım
dərnəyini quran, haqqında ilk dəfə monoqrafiya yazılmış ilk qadın yazıçı olaraq tanınır.
Əminə Səmiyə xanımın ədəbi və siyasi şəxsiyyətini formalaşdıran ən əsas ünsür “Qadınlıq
məfkürəsi”dir. “Qadınlıq məfkürəsi” anlayışı bütün qadınların varlığını düşünmək və qadın
problemlərinin həllinə dair xidmətlər göstərməyə çalışmaqdır.
Mükəmməl təhsil və tərbiyə almış Əminə Səmiyə dövrünün bir çox tanınmış alimləri
tərəfindən bir sıra elmlərə yiyələnmişdir.
Əminə Səmiyə xanım da bacısı Fatma Aliyə kimi Osmanlı qadın hərəkatında çox önəmli
yerə sahibdir.
Lakin düşüncə tərzinə görə Əminə xanım bacısından fərqlənirdi. Belə ki, daha mühafizəkar
düşüncəyə məxsus Fatma Aliyə daha çox atası Əhməd Cevdət Paşanın izindən getmişdir. Əminə
Səmiyə isə adət-ənənlərdən daha uzaq, daha yenilikçi düşüncələrə malik idi.
Yaradıcılığında daha çox roman janrı təşkil edən yazıçının müraciət etdiyi əsas mövzular
qadın problemləri, ailə,evlilik, cəmiyyətin islahı, uşaq tərbiyəsi kimi mövzular olmuşdur.
Əminə Səmiyə xanım roman, hekayə, memuar janrında bir çox əsər yazmışdır. Lakin yazıçı
daha çox “Səfalət” adlı romanı ilə tanınmışdır.
Yazıçının əsərləri içərisində yalnız” Hulasa-i İlm-i Hesab” ilə “Səfalət” nəşr olunmuşdur.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
406
Tədqiqatçıların fikrinə görə, Əminə Səmiyə romanlarının Fatma Aliyənin romanlarından
daha zəifdir. Elə müəllif özü də dövrün ədibləriylə yarışmaq niyyətində olmadığını və əsərlərində
xətaların ola biləcəyini qeyd edir.
Əminə Səmiyənin roman və hekayə janrında yazdığı əsərlərlə yanaşı publisistik əsərləri də
mövcuddur. Yazıçının publisistik fəaliyyəti əsasən “ Xanımlara məxsus qəzet”lə bağlıdır.
Əminə Səmiyə “Hürriyet Kokuları”əsərində 1908-1909 illərində Selanikdə müxtəlif
qəzetlərdə siyasi və qadın problemləri ilə bağlı yazılarını cəmləşdirmişdir (4-15).
Yazıçının fikrincə, qadına önəm verən millətlər ən üst səviyyəyə çatmış millətlərdir. Əminə
Səmiyə qadının müasirləşməsiylə Osmanlı dövlətinin müasirləşməsini biri-birini tamamlayan
ünsürlər kimi görmüş, qadını ailə və cəmiyyətin mərkəzinə qoymuşdur (4-23).
Qadın mövzusunda yazılan əsərlərinin çoxluğu səbəbindən “feminist yazıçı” adlanan Əminə
Səmiyənin əslində qadın məsələrinə dair fikirləri qərb feminizmindən çox fərqlənir.
Nəticə. Hər üç qadın yazıçı türk ədəbiyyatının ilk maarifpərvər qadınlarındandır. Eyni
dövrdə yaşamaqla yanaşı, həm də eyni sosial fəaliyyətlər göstərmiş, həyatları boyunca “qadınlıq
məfkurəsi” uğrunda çalışmış və çox önəmli xidmətlər göstərmişlər.
Yaradıcılıqlarında müraciət etdikləri mövzu baxımından da oxşarlıqlar vardır. Ailə, evlilik,
qadın problemləri, konak həyatı, uşaq tərbiyəsi, qadının cəmiyyətdə rolu, təhsil kimi mövzular hər
üç yazıçının yaradıcılığında olan ortaq mövzulardır.
Qadın problemləri hər üç yazıçının yaradıcılığının ən əsas mövzularındandır. Qadınların
savadlanması, inkişafı qarşısında dayanan ən böyük əngəl olan cahilliyin qarşısını almaq üçün
təhsilin vacibliyini müdafiə edən yazıçılar əsərlərinin bir çoxunu bu istiqamətdə qələmə almışlar.
Qadının cəmiyyətdə ən önəmli və ən məsuliyyətli işi analıqdır. Bu səbəbdən də anaların
savadlanması cəmiyyət adına çox vacib məsələlərdəndir. Əsərlərində israrla anaların və uşaqların
təhsil alması üzərində dayanan yazıçılar, bunun cəmiyyət adına nə qədər faydalı olacaqlarını əks
etdirməyə çalışmışlar.
Romanlarında Şərq və Qərb qadınlarının müqayisəsi də hər üç yazıçı yaradıcılığının ortaq
xüsusiyyətlərindəndir. Şərq qadınlarını haqlarını öyrənərək müdafiə etməyə, elmə, təhsilə maraq
göstərməyə, ictimai həyatda özlərini fərd kimi doğrultmağa çağırmışlar.
Qeyd etdiyimiz kimi, Osmanlı konak həyatının təsviri hər üç yazıçı romanlarında
mövcuddur. Məhz konak qadınlarının həyatını təsvir etməklə XIX əsr türk qadınının həyat tərzini,
cəmiyyətdə qadına olan münasibəti göstərə bilmişlər.
Romanlarının ortaq mövzularından biri də ailə və evlilik məsələrinin əks olunmasıdır.
Yazıçılar evlilik məsələsində gənclərin azad düşünmələrini və azad seçim etmələrini istəyirlər.
Onların fikrincə, cəmiyyətin ən kiçik dövlət modeli hesab olunan ailə həyatı gənclərin öz istəyi ilə
azad seçim vasitəsilə qurularsa, belə ailələrin bünövrəsi də möhkəm olar.
Hər üç qadın müəllif olduqca ağır bir dövrdə yaşamış və yaratmışlar. Ədəbiyyatın
senzuranın yumruqları altında olduğu bir dövrdə qadın kimliyi ilə ortaya çıxıb yazmaq böyük
cəsarət idi. Əsərlərinin forma və məzmun, ideya və bədii xüsusiyyətlərinin zəif və ya güclü
olmağından asılı olmayaraq, bu yazıçıların qadınların savadlanması, inkişafı, cəmiyyətdə bir fərd
olaraq özünü doğrultması uğrunda əvəzsiz xidmətləri olmuşdur.
ƏDƏBIYYAT
1.
Ahmet Hamdi Tanpınar “19-cu Asır Türk Edebiyyat Tarihi”. İstanbul, Yapı Kredi
Yayınları, 2006.
2.
Ayşe
Çamkara
“Zafer
Hanımın Aşk-ı Vatan Romanı Bağlamında Kadın”
htm.edebiyyatokyanus.tr.
3.
Fatma Aliye Hanım “Muhadarat”, Bilge Kültür Sanat, 2015.
4.
Kadriye Kaymaz “İlk türk kadın yazarlarından Emine Semiye Hanım, hayatı ve eserleri”. Dostları ilə paylaş: |