I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə74/88
tarix31.01.2017
ölçüsü2,74 Mb.
#7272
1   ...   70   71   72   73   74   75   76   77   ...   88

“füyuzat”çı ənənənin, “modern ədəbiyyatı” yaradıcılarının nümayəndələri kimi çıxış edirdilər. 

Ədəbi əlaqələrin qurulmasını bu şəkildə həyata keçirən şəlaləçilər Türkiyə və onun vasitəsilə 

Avropaya çıxış yolunu daha səmərəli sayırdılar. Elə buna görədir ki, klassik Anadolu-türk 

ədəbiyyatı ilə yanaşı, çağdaş türk və Anadolu üslubunda yetişən sənətkar və sənət örnəkləri ciddi 

maraq doğururdu. Onların tərcümə, təbliği və nəşri ön plana çəkilirdi. Türkiyədəki yenilikçi-

modernist ədəbi xətlə yanaşı milli ədəbiyyat tarixinə və qanunlara da diqqət yetirirdilər. Bu 

baxımdan “bən türküm, dinim, cinsim uludur” fikrini məramına çevirmiş Məhəmməd Əmin 

Yurdoğlunun rəhbərliyi ilə çıxan “Türk yurdu” dərgisi və onun ətrafına toplanan müəlliflərin 

yaradıcılığı daha çox öyrənilir və təbliğ edilirdi. Xüsusilə 1913-cü ildə nəşrə başlamış “Şəlalə” 

jurnalı bu işə yeni bir təkan verdi. Təsadüfi deyil ki, şəlaləçi mətbuat orqanlarının demək olar ki, 

hamısında bu tələbləri ödəyən ədəbi-bədii parçalar nəşr olunur, onların bədii məziyyətləri ilə yanaşı, 

daşıyıcı ideya-əxlaqi xüsusiyyətlər də nəzərə çatdırılırdı. 

Türk ədəbiyyatına bu baxımdan tənqidi baxışla yanaşı Ş.Süleyman konkret poetik örnəklərə 

əsaslanaraq yazırdı: “Etiraf etməliyik ki, biz bu qüvvətdə, bu hüsndə, bu qədər həyəcankar və 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



386

həyəcanavər bir mənzumə yazmadıq. Böylə bir əsər – sənət vücudə gətirmədik. Böyük mənzumət 

yazmadan əvvəl kini, yaxud eşqi öyrənəlim. Yoxsa sünilikdən qurtulmayız. Fikrimizdəki məqsəd nə 

qədər ali olursa olsun, nəticə məkuziyyətə iqtiran edər”. Təsadüfi deyil ki, şəlaləçi mətbuat 

orqanlarının demək olar ki, hamısında bu tələbləri ödəyən ədəbi-bədii parçalara rast gəlinir və 

onların bədii sənətkarlığı ilə yanaşı ideya-əxlaqi xüsusiyyətləri də nəzərə çatdırılırdı. 

Bu baxımdan çağdaş ədəbiyyatın, ədəbiyyatı cədidə normalarının Azərbaycan gerçəkliyinə 

gətirilməsinə çalışan şəlaləçilər ümumtürk milli hiss, duyğu, düşüncə ortaqlığının yaradılması əsas 

ədəbi-bədii vəzifə sayır, bütövlükdə Azərbaycan mentalitetində türklüyün tarixi və indisi haqqında 

aydın təsəvvür formalaşdırmağı vacib bilirdilər. Odur ki, türklük xarakterini, onun tarixi və çağdaş 

yaşantısını açan nümunələrə üstünlük verilirdi. “Şəlalə” M.Camalın torpaq, vətən, yurd sevgisi, 

türkə layiq cəsurluq ifadə edən şeirini həmin məqsədlə nəşr edirdi. 

Şeirdə deyilir: 

Altında yatarkən də bizimdir yerin üstü, 

Hər zirvəsinə qanilə xüruşan oluruz da. 

Dağlar, qayalar cismimizə hail olursa, 

Cari oluruz düşmənə biz qan oluruz da (17, 4). 

Buna oxşar örnəklərin meydana çıxması elə-belə təbliğat xarakteri daşımır. Bunların təsiri ilə 

Azərbaycan ədəbiyyatında orijinal əsərlər də yaranır. 

Xatırlatmalıyıq ki, həmin istiqamətdə ardıcıl çalışmağın nəticəsində vətəndaşlıq duyğuları ilə 

süsləşən Azərbaycan romantizmi çoxşaxəli inkişaf yolu keçə bildi, qan-gen yaddaşımıza söykənən 

H.Cavid, M.Hadi, A.Səhhət, A.Şaiq və  başqalarının çoxsaylı, çoxjanrlı irsi yeni dövr 

ədəbiyyatımızın əsas göstəriciləri oldu. Bu müəlliflər  hər hansı bir Anadolu-türk sənətkarın təsirinə 

qapılmır, onlar sadəcə ümumtürk ədəbiyyatının ortaq ənənələrini uğurla davam etdirir, türklüyün 

ulu tarixinə sadiq qalaraq və çağdaş yaşam stixiyasına əməl edərək bəşəri dəyərlərin qorunmasına 

çalışırdılar. Bu zaman milli bəşəri duyğular, düşüncə tərzi eyni mövqedən yüksək qiymətləndirilir, 

çağdaş ədəbi-bədii yaradıcılığın, milli tərbiyə irsinin istinad nöqtəsi sayılırdı. 

“Şəlalə” jurnalının redaktoru olan X.X.Səbribəyzadə eyni bədii normalardan çıxış edərək 

“Heyhat” şerində yazır: 

Gəzməkdə idim dün gecə yalnızca çəməndə 

Hər şey idi sakit. 

Bir başqa lətafət var idi virdü-səməndə, 

Bülbül belə sakit. 

A1 idi sədasızdı, müttərdi o gülşən, 

dərya isə rakit. 

Əşcarü-çəmən, yer və səma, cümləsi rövşən, 

Həp x a l i q ə  sacid (8, 9). 

Göründüyü kimi bu şeirdə X.X.Səbribəyzadə dünya romantizmində özünü göstərən yalqızlıq, 

tənhalıq, ənbar-ay, uzaqlıq, xülya, fanilik kimi təyinedici terminləri işlədir. Onun bu şeiri 

A.Səhhətin, H.Cavidin, M.Füzulinin, A.Şaiqin təbiət təsvirlərinə, lirik psixoloji yaşantılara həsr 

olunmuş şeirlərə daha yaxındır və bədii-estetik əsaslara görə qətiyyən seçilmir! 

X.X.Səbribəyzadə gözəllik aşiqi, təmizlik vurğunu, nəcib insani hisslər, yüksək bəşəri fikirlər 

tərənnümçüsü idi. Bu incə ruhlu, böyük amallı sənətkarın estetik idealını öyrənmək üçün onun 

gözələ, insan əxlaqına, aşiqə, sənətkara və nəhayət, yaşadığı dövrə, mühitə münasibətinə dair 

əsərləri çox qiymətli mənbədir. Onun “O və bən” şeiri bunun bais nümunəsidir: 

Gəl-gəl gözəlim, gəl mələyim! Ol bana Hadi, 

Sən gəl ki, gələ bəxtə də, əfkarə da şadi. 

Sənsən dili-möhnətzədənin, peyki-ümidi, 

Sənsən əbədi eşqimə, əşvaqimə badi (8, 30). 

Aşıqın mənəviyyat kodeksinə görə, əsil məhəbbəti, pak sevgisi, dəmiri əritməyə, daşı 

yandırmağa qadir olan bir qüvvədir. Onun qənaəti belədir ki, bu böyük məhəbbətin obyekti olan 

şəxsiyyət təkcə zahiri gözəlliyi ilə öyünə bilməz. Onun da kamalı dərin, sözü mənalı olmalıdır. 

Gözəl olan gərək öz əxlaqı ilə  adamlarda fərəh hissi oyatsın, ürəklərə sevinc gətirsin. Ümumiyyətlə 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



387

əxlaq və rəftarda incəlik, həssaslıq X.Xürrəmin  yalnız gözəllər qarşısında qoyduğu tələblərdən 

biridir: 

Göstərdi təbəssüm, yenə məsti-ləbi qaldım, 

Bir xəndəyə qarşı, yenə heyrətlərə daldım. 

 

Pişində əgildim, onu təqdis edərəkdən, 



Dəstanını təqbili-əməlilə ələ aldım. 

Bu sətirlər həyatda bir ahəngdarlıq axtaran sənətkarın idealını son dərəcə yığcam ifadə 

etməkdədir. 

Eşqim kimi nəhayət yox nazına vəfasız, 

Hüsnündə çoxdur amma, covrində intəhəsız. 

X.Xürrəm qələmindən çıxan bu gözəl poetik lövhə, əsl poeziya nümunəsidir. Bu poeziya 

nümunəsi ilə məhəbbətin heyrətamiz gözəlliyini, bu əbədi-əzəli mizanını təkcə sevgilisinə deyil, 

sanki bütün Türk dünyasına göstərmək istəyir. 

 

Tək bivəfa imişsən xuban içində heyfa, 



Qan ağladın onun da, sən olmadın əzasız. 

 

Bilməm nə zövq alırsan, bivari dağlamaqdan, 



Heç olmamaqmı fıkrin Xürrəm için cəfasız (5,1). 

Elinə-gününə bu qədər bağlı olan, sevdiklərinin ruhunu qoruyub saxlayan, qəlbən yanan, 

yaşadığı yeri müqəddəs bilən bir insan tərki-dünya ola bilərmi? Əsla yox. Elə ona görə də şairin 

qəlbi məhəbbətlə döyünəndə, eşqi ona vəfasızlıq edəndə 

o qəlbinin fəryadını gizlətmir və ona 

müraciət edir. 

XIX əsrin realist və romatik şeir cərəyanları, iki müxtəlif istiqamətli poeziya cəbhəsi: bir 

tərəfdən Şəmsi, Müşkat, Dilsuz, Ruhi, Mirzə Nəsib, Qüdsi, Cakər kimi şairlərin müasirlikdən və 

ictimai məzmundan kənar olan şeirlərində, digər tərəfdən isə C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, 

Ə.Nəzmi, A.Səhhət, R.Əfəndiyev, Rza Tofiq, Namiq Kamal, Tofiq Fikrət, M.Rəcaizadə, M.Əkrəm, 

Kamal Bəyzadə, Əbdül Həlim Məmduh, Cənab Şəhabəddin, Əli Əkrəm, Arif Hikmət bəy və 

başqaları dövrün tələbləri ilə sıx bağlı əsərlərində nəzərə çarpırdı. Gələcək şəlaləçilərin arabir dərc 

etdirdikləri əsərlərdə diqqəti cəlb edən bir sıra cəhətlər var idi, bunlar həmin şairləri köhnə şeir 

nümayəndələrindən tamamilə fərqləndirirdi, onların “Şəlalə” jurnalı səhifələrində dönə-dönə 

müraciət etdikləri ictimai problemlərin ilk qığılcımlarını bu şeirlərdə görmək mümkündür. 

“Şəlalə” jurnalında tez-tez şeirləri ilə çıxış edən Arif Hikmət bəyin şeirləri bu baxımdan çox 

maraq kəsb edir: 

Olur xülus 

ilə hər kəs müqarin tofıq 

Hərim var ki, haqqa istinadi qədər. 

Təsəvvürat bəşərdən xuda münzu hədər, 

Bəlayi cahilə düşər ğafıl etiqadi qədər (4, 9). 

Və yaxud Əli Əkrəm və Kamal Bəyzadənin birlikdə yazdıqları Yavuz Sultan Səlimin bir 

misranın təqdimində xalqa müraciətlə yazdığı şeirdə deyilirdi: 

“Fəryad! Bu söz tərcümeyi-hal fələkdir, 

Hər an cahan bir əbədi ah deməkdir. 

Madam ki, insanlar için nuha kər-kədər, 

Madam ki, fəryad ilə aləm  bitəcəkdir 

Bilməm ki, yaratmaqda nədir şuyuye məbud? 

Fəryad için nuyi vücud aləm alud!” (5, 30) 

Göründüyü kimi, həm türk mütəfəkkiri, həm də dünyanın məşhur ədəbiyyat və ictimai fikir 

xadimləri eyni yöndə diqqət mərkəzinə çəkilir, eyni çağdaş marağı ödədikləri üçün öyrənilirdi. 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



388

Məşhur türk şairlərindən Namiq Kamalın “Şəlalə” jurnalında ürək ağrısı ilə dərc etdiyi “Bir 

mühacir qızının istimdadı” şerinin məzmunu da yuxarıda söylədiklərimizi bir daha təsdiq edir: 

İştə şu məzlumun təni, 

Bak ləkələnmiş damına. 

İnsanmı sandık düşməni? 

Allah için öldür bəni 

Allah hifz etsin səni! 

 

Artıq girişmə çarama, 



Düşmənlə gəl gir arama. 

Bir qurşun at da yarama, 

Allah için öldür bəni! 

Allah hifz etsin səni! (6, 30) 

Öz zəngin daxili aləmlərini, sevinc və kədərlərinin, qayğı və düşüncələrini əks etdirmək üçün 

şeir həmişə şairlərin yardımçısı olmuşdur. Qısa sözlə böyük fıkirlər ifadə edən şairlər həmişə 

“Şəlalə” və  başqa jurnallara yardımçı olmuş və bu baxımdan jurnalla onlar arasında və sonrakı 

nəsillər arasında bir mənəviyyat körpüsünə çevrilmişdir. 

XX əsr romantik poeziyasının qəhrəman problemi, demək olar ki, hələlik işlənməmiş elmi 

mövzudur. Əlbəttə, biz belə deyərkən heç də bu dövr romantik poeziyasının öyrənilməsi sahəsində 

mövcud təcrübəni qətiyyən danmırıq. Əksinə ədəbiyyatşünaslıq romantik poeziyanın ardıcıl 

öyrənərək bu sahədə həm tədqiqat ideyası, həm romantik ədəbiyyatın tədqiqinin metodologiyası 

baxımından xeyli irəliləmişdir. Romantizm ədəbiyyatşünaslığın mürəkkəb nəzəri kateqoriyasıdır. 

Məhz buna görə ədəbiyyatşünaslığın bu problemə hər yeni müraciəti əhəmiyyətli və 

diqqətəlayiqdir.  M.Arif, M.Cəfər, Ə.Mirəhmədov, R.Zəka, İ.Həbibbəyli, V.Osmanlı və b. 

Tədqiqatçıların kitab və monoqrafiyalarının milli romantizmin ideya-estetik xüsusiyyətlərinin 

aydınlaşdırılmasında oynadığı rolu qiymətləndirməmək qeyri-mümkündür. 

Toifq Fikrətin poetik yozumunda bu xüsusiyyət  siyasi-ictimai rəng alır, insanın, xalqın 

azadlıq həsrətinin rəmzinə çevrilir. “Gözəlsən” şeirində biz bu surətin ənənəvi təzahürü ilə üzləşirik. 

Azadlıq pərisi – uzaq, ideal gözəldir, ona qovuşmaq üçün insan, bəşəriyyət böyük səy və iradə 

nümayiş etməlidir. Onun qəlbində azadlıq pərisinə qovuşmaq odunu alovlandırmalıdır: 

Gözəlsən əvvəlin gülbusə eşqimlə hüsnündə 

Sabah ismətin bidar olan ənvar olandan 

Gözəlsən, bir xəzn pərvarda mehr məğrib aranın 

Onu meydana sevdadan gözəl hal zavalından 

Gözəlsən bunların həpsindən əlbət bəlkə ey canan 

Gözəlsən hüsnün kəlmədə nəqş olunmuş xəyalından (7, 8). 

Tofıq Fikrətin lirikasında hüriyyəti şair öz şəxsi acı hisslər və düşüncələr prizmasından 

keçirərək oxucuya təqdim etdiyi sosial sərvəti idi. 

Mütəfəkkir şair Rza Tofıqi düşündürən, məşğul edən məsələlər insan və onun cəmiyyətdəki 

mövqeyi, ziddiyyətlər üzəyində qurulan və ədalətsiz qanunlarla idarə olunan dünyadakı qarşılığın 

səbəblərin axtarılması problemləridir. Rza Toflqin “Issız gecələr” şeiri də məhz bu baxımdan 

maraqlıdır və sətiraltı dediyi fikirləbr oxucuda bir fikir dəryasına baş vurmağı sövq edir: 

Düşürür zehnini bir nəşəyə sevdayi ləyal, 

O məhəbbətli qaranlıqlar bən pək sevərəm 

Uçurur fıkrimi ənginlərə əndaye xəyal, 

Bənzər əşara o halətdə məlalu kədərim. 

Düşünür mabədi viranədə bir rəvayi qəmin 

Nə duyursan dar və divarda mübhəmdir həp 

 

O sükunun zülmətində nidalar duyaram, 



O qonur əqlimi heyrətdə qoyan bilməcələr. 

Soraram fikrimi səyyarələrin, zəralərin, 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



389

Sevərəm səmt ilə pərvazım səyyarələrin. 

Bana sevayi təfəkkür verir ıssız gecələr. (Rza Tofiq) (8, 8) 

Demək lazımdır ki, T.Fikrətin XX əsr romantik poeziyasında mövqeyi onun lirik 

qəhrəmanının şəxsiyyəti ilə müəyyən olunur. Bu şəxsiyyəti yalnız milli gerçəkliyin problemləri 

yox, dünyanın, bəşərin problemləri 

VƏ 

faciələri düşündürür, kədər və qüssələrinə səbəb olurdu. 



“Şəlalə” jurnalında çıxış edən və yazıçılar gələcəyi doğru – elm 

VƏ 


maarif, mədəniyyət 

yolunda görürdülər. Azadlıq, istiqbal mövzusunda yazdığı şeirlərində bu əsas və konseptual 

fıkirlərdən biri idi. Çünki inanırdılar ki, biliksiz, elmsiz  hüriyyət yoxdur, hürriyyət yoxsa, deməli, 

istiqbalda yoxdur. Hürriyyət insanı təhsil və elmə çatdırır. X.X.Səbribəyzadənin “Biz” adlı şeirində 

söylədiyimiz fıkirlər öz əlvanlığı ilə əksini tapır: 

Elm ilə aləm bütün nail bu gün ülviyyətə, 

Bizsə düşmüş, batmışız, saplanmışız sufliyyətə. 

Qarnımız ac, sirətimiz çıplaq, zəbunuz, titrəriz, 

Tənbəliz, tənpərvəriz, ciddən əsiriz rahətə. 

Bilməyiz bir şey, fəqət hər şeydə yüksək bir vüquf, 

Göstərir, söz söyləriz, həp aşnayız hikmətə (10, 9). 

Şair inanır ki, belə bir dünya, belə bir istiqbal qurulacaqdır və bu inam şeirdə belə bir gələcək 

uğrunda mübarizə etmiş, əzab çəkmiş, iztirab və məhrumiyyətlər görmüş nəslin taleyindən ayrı 

düşünülmür. Şeirdə mövzu əsas və müfəssəl bir mövzudur. Təsadüfı deyil 

ki, bu mövzu şeirdə ötəri 

deyil, çox müfəssəl yerlərdən birini tutur. 

 

ƏDƏBIYYAT 



1.

  Əli bəy Hüseynzadə. Türklük, əsgərlik və İstanbulda 31 mart vəqəsi. “Tərəqqi” qəzeti, 10 

aprel 1909, №75. 

2.

  Xəlil Rza Ulutürk. Mənə bənzə. Bakı, “Gənclik” nəşriyyatı, 2000. 



3.

   “Şəlalə” jurnalı, 1913, № 3 

4.

  “Şəlalə” jurnalı, 1913, № 5 



5.

  “Şəlalə” jurnalı, 1913, № 8 

6.

  “Şəlalə” jurnalı, 1913, № 12 



7.

  “Şəlalə” jurnalı, 1913, № 13 

8.

  “Şəlalə” jurnalı, 1913, № 14 



9.

  “Şəlalə” jurnalı, 1913, № 15 

10.

 “Şəlalə” jurnalı, 1913, № 16 



11.

 “Şəlalə” jurnalı, 1913, № 17 

12.

 “Şəlalə” jurnalı, 1913, № 18 



13.

 “Şəlalə” jurnalı, 1913, № 19 

14.

 “Şəlalə” jurnalı, 1913, № 20.  



15.

 “Şəlalə” jurnalı, 1913, № 22.  

16.

 “Şəlalə” jurnalı, 1913, № 39.  



17.

 “Şəlalə” jurnalı, 1913, № 40 

 

Hayatova Solmaz 



Works of the Turkey poets in the magazine “SHALALA” 

Summary 


At the beginning of the 20-th century the poetry created in Turkey and Azerbaijan steps on the 

rapid development period both from ideological and stylistic point of view. In addition to all this, 

the literature of the world nations plays an important role as regards the assistance. I.e.  the way of 

experience passed by the other nations is chosen as an example, so, there was required to step 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



390

decisively on the novelty. o this end, the authors of the magazine “Shalala” take radical position and 

appear as the representatives of the creators of the modern literature from the standpoint of 

“Fyuzat” group. That’s why, the masters and the masterpieces created in the Turkish and Anatolian 

style attracted interest.  So, translation, propaganda and publication of these samples were in the 

center of attention. They paid attention to the national history of literature and regularities other 

than the innovator-modernist line of development. From this point of view the works published in 

the magazine “Turk Yurdu” under the leadership of Mahammad Amin Yurdagul  by the various 

authors are distinguished and propagandized.  Especially the magazine “Shalala” started to be 

published since 1913 has stimulated this work. 

Key words: Kh.Khurram,  lover, love, beautiful,  master, ethics, environment 

 

 



 

Tahir Nəsib, fil.ü.f.d. 

AMEA Folklor İnstitutu 

Türk xalqları folkloru şöbəsi, böyük elmi işçi 

tahirnesibli@yahoo.com 

 

URAL-ALTAY, ŞUMER-HURRİT DİLLƏRİNDƏ MƏNANIN GÜCLƏNDİRİLMƏSİ 



ÜSULLARININ MİFOLOJİ ƏSASLARI 

Müasir folklorşünaslıq nəzəriyyəsində belə bir köklü fikir hakimdir ki, qədim dövrdə  türk  

xalqlarının mifoloji görüşləri, inancları, mifopoetik yaradıcılıqları və ictimai-mədəni həyatları bir-

biriləri iləsıx əlaqədə olub(5,30).Həmin cəhət bütünlüklə  ural-altay xalqlarının hər birinin  maddi-

mənəvi həyatlarının həm müstəqil, həm də  ortaq tarixindəeyni inkişaf mərhələlərindən keçməklə 

təkrarlanmışdır. Ural-altay xalqlarına aid mifoloji görüşlər, mifopoetika, epik yaradıcılıq 

 

xüsusiyyətlərinin müqayisəsi göstərir ki, bu yaxınlıqlar genetik-tipoloji səviyyədədir. Belə bağlılıq 



həmin dövrdə  onların dil xüsusiyyətlərinə dətəsir edərək özünü bu sahədə də qoruyub saxlamışdır. 

Bu cəhətdən aqlyutinativmənşəli ural-altay və şumer-hurrit dillərinə aidqrammatika qanunlarında 

mənanın gücləndirməsinin keçdiyi inkişaf mərhələləri xüsusi ilə diqqət çəkir.Həmin 

inkişafardıcıllığısonrakı mərhələlərdəbir çox qrammatik normaların şəkilləşməsinə də öz təsirini 

göstərmişdir. 

Mifoloji düşüncədə təbiətlə insan arasındakı münasibətlərin əksindən yaranmış arxaik 

folklor janrlarından: alqış, qarğış, sehr, ovsun, ayin, oyun, tamaşa və s. ortaq xüsusiyyətlərdən biri 

fikrin, məqsədin istəklərdə, dualarda dəfələrlə təkrarlanmasıdır.Əfsanələrdə, nağıllarda və 

şamançılıq mifologiyasını, inanclarını,  qədim ənənələri özündə qoruyan digər  epik yaradıcılıq  

mətnlərində də həmin xüsusiyyət özünü köklü səviyyədə göstərir. Avropa, rus folklorşünaslarından 

bəzilərinin düşüncələrində həmin cəhət yersiz, əhəmiyyətsiz, bezikdirici cəhət sayılır(17,45).Türk 

mədəni-mənəvi tarixinin, mifologiyasının şah əsəri sayılan oğuznamələr haqda daorta əsrlər 

salnamələrində oxşar haqsız qiymətlər verilmişdir. (4,471). Tarixi mənbələrdə uyğun genetik-

tipoloji cəhət kimişumer mifik, epik mətnlərinin oxunması  zamanı   seçilmiş parçaların üç, doqquz 

dəfəsöyləyicilər və dinləyicilər tərəfindən mnemonik üsulla təkrarlanması haqda məlumatlar 

var.(14,121).  Həmin təkrarsız xüsusiyyət- eyni mənanın, fikrin çoxsaylı təkrarı, uzun tarixi zaman 

ərzində ural-altay dillərinə aid qrammatik qanunlarda da əks olunub.  Bu araşdırmada həmin məsələ 

türk, monqol, fin, eston, şumer-urartu dillərinə aid sözlərin müqayisəsi yolu ilə izah edilib 

aydınlaşdırılır. Problemə aydınlıq gətirmək üçün, eyni zamanda, mifologiyaya, inanclara, şifahi 

xalq yaradıcılığına aid bəzi arxetip əlamətləri müqayisəyə cəlb etməyə ehtiyac yaranır. 

Mifoloji düşüncənin, mifopoetik yaradıcılığın hakim olduğu qədim ictimai-mədəni həyatda 

ural-altay, çin, tibet xalqları ortaq  tək tanrı inancına görə ən ali, yüksək varlıq saydıqlarıGöyüvəsf 

məqsədi üçün  onun ayrı-ayrı müsbət yüksək xüsusiyyətlərinin yanına “tenqri” əlavə edirdilər. 

Uqan-Tanrı-qüdrətli, güclü, hər şeyə qadir, hamıdan əvvəl; Kayraqan-Tanrı-bütün aləmi 

yaradan(kayran), qoruyucu güc, hifz edən qüdrət; Ulu-Tanrı-ən uca, müqəddəs; Ülgen-Tanrı- ulu 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



391

günəş və s. Həmin cəhətə görə də  monqol-buryat şamançılıq inanclarında 99 xeyirxah xüsusiyyətli 

tanrı adı vardır. 

Tanınmış buryat folklorşünası Xanqalov qeyd edirdi ki, tenqrinin 99 müxtəlif mənalı, 

xüsusiyyətli, keyfiyyətli adı qədim dövrlərdə ancaq bir xeyirxahlıq, müqəddəslik məqsədi güdüb. 

“Əvvəlki zamanlarda Qərb, Şərq tərəfdəki 99 tenqri yaxşı, ağ idi, yerdəki insanlar üçün onlar birgə 

fəaliyyət göstərirdi.” (17,315).Avropalı, rus folklorşünaslar yanlış olaraq bu xüsusiyyətiçoxtanrılıq 

kimi qəbul ediblər (21,50). Bu baxış islam dinində allahın 99 gözəl adının olması inancına da öz 

təsirini göstərmişdir.   

 Qədim türk və monqol şeir üslubunun tarixi poetik xüsusiyyətlərində də bu cəhət özünü 

qoruyub saxlayıb. IX əsrdə aidmanixeyçi uyqurlara aid olan türkcə yazılmış şeir “Tan Tanrı” da 

(Tanq Tenqri) deyilir: 

Tanq Tenrı kelti,                                    Tan Tanrı gəldi 

Tanq Tenri                                             Tan Tanrı özü gəldi, 

Tanq Tenrı kelti,                                    Tan Tanrı gəldi, 

Tanq Tenrı özü kelti.                             Tan Tanrı özü gəldi. 

Turunqlar kamağ bəylər, kardeşlər,       Qalxın, bütün bəylər, qardaşlar,  

Tanq Tenqrik öqelim.                            Tan Tanrıyı öyəyin. 

Körüqme Kün Tenqri,                           Görən Günəş Tanrı, 

Siz bizni kurtqarınq!                              Siz bizi qoruyun! 

Körünüqme Ay Tenqri,                         Görünən Ay Tanrı, 

Siz bizni kurtqarınq!                              Siz bizi qoruyun! 

Tanq Tenqri!                                          Tan Tanrı! 

Yıdlığ yıpralığ,                                       Gözəl qoxulu, müşk-ənbər qoxulu, 

Yarukluğ yaşukluğ                                 Parıltılı, işıltılı, 

Tanq Tenqri!                                          Tan Tanrı! 

Tanq Tenqri!                          

       TanTanrı (6,90). 

Burada Tanq Tenqri, Kün Tenqri, Ay Tenqri, Görünən Tenqri, Görən Tenqri,  gözəl qoxulu, 

müşk-ənbər qoxulu, parıltılı, işıltılı Tanq Tanrı müstəqil adlar mənasında işlədilməyib; Tanrını vəsf 

üçün ifadələr, mənanı gücləndirən eyni səviyyəli təkrarlardır. Qədim türk, monqol şeirinin 


Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin