I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə72/88
tarix31.01.2017
ölçüsü2,74 Mb.
#7272
1   ...   68   69   70   71   72   73   74   75   ...   88

xatirələrində Türkiyəyə etdiyi mühacirətin tarixi ilə bağlı kiçik yanlışlığa yol verdiyi fikrini irəli 

sürərək bu məsələyə belə münasibət bildirmişdi: “O, İstanbula özünün yazdığı kimi, 1908-ci ilin 

sonlarında deyil, 1909-cu ilin ortalarında gəlmişdi. Bunu mühacirətə yola düşənə qədər redaktoru 

olduğu “Tərəqqi” redaksiyasına göndərdiyi 28 iyun 1909-cu il tarixli məktub da təsdiq edir”[1, 17]. 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



376

Hələ Türkiyədə ikən Əhməd bəy Ağaoğlu “İttihad və tərəqqi” partiyasının “Türk ocağı” 

məclisinin və “Türk yurdu” dərgisinin fəaliyyətində də iştirak etmiş, “Xalqa doğru”, “Siratül-

müstəqim” qəzetlərində müəllif, “Tərcümani-həqiqət” adlı mətbu orqanda isə redaktor kimi 

çalışmışdı. Bütün bunlarla yanaşı, Ağaoğlu İstanbul Universitetinin professoru kimi də fəaliyyət 

göstərmiş, Milli Məclisin üzvü seçilmiş, bəzi siyasi məsələlər üzündən Malta adasına sürgün də 

edilmişdi.  

İstanbulda olduğu zaman Əhməd bəy Ağaoğlu 1921-ci ilin mayında Nəriman Nərimanovdan 

Azərbaycanda nazir vəzifəsinə dəvət olunduğuna dair məktub almış, bununla belə, böyük hörmət 

hissi ilə yazdığı cavab məktubunda həmin təklifdən imtina edərək qəbul edə bilməməsinin  

səbəblərini də açıqlamışdı. 

Türkiyədə yaşadaığı dövrdə Ağaoğlu dövlət quruculuğunda fəal iştirak edir, İki dəfə Qars 

vilayətindən millət vəkili seçilir, ölkənin mətbuat və informasiya naziri təyin olunur. Həmçinin, o, 

Ankara Universitetində Ana Yasadan, İstanbul Universitetində hüquq tarixindən dərslər aparır, 

“Hakimiyyəti-Milliyə” qəzetinin redaktoru kimi çalışır, “Akın” qəzetini çıxarmaqla da məşğul olur. 

Əhməd bəy AğaoğluŞərq və türk adət-ənənələrini, düşüncə tərzini, din, dövlətçilik 

məsələlərini əhatə edən, eyni zamanda fəlsəfə, sosiologiya və etikaya aid bir sıra problemləri 

özündə müfəssəl əks etdirən elmi ədəbi və publisistik əsərlərini də qələmə almışdı: “İslam və 

Ayunun”, “İslama görə və islamda qadın”, “Üç mədəniyyət” (1927), “Hindistan və İngiltərə” 

(1929), “Dövlət və fərd” (1936), “Sərbəst insanlar ölkəsində” (1936), “Mən nəyəm?” (1936), “İran 

və inqilabı” (1941-1942), “Könülsüz olmaz” (1941-1942), “İxtilalmı, inqilabmı?”, “Sərbəst firqə 

xatirələri”. 

Həyatı daima yüksək ideallar uğrunda mübarizələrdə, keşməkeşlərin və çarpışmaların 

içərisində keçmiş Əhməd bəy Ağaoğlu 1918-ci ildə Azərbaycana köməyə gəlmiş “Osmanlı Qafqaz 

Ordusu”nun siyasi müşaviri kimi Bakıya gələrək yeni qurulmuş Azərbaycan Demokratik 

Respublikasının Parlamentinin üzvü kimi tarixi xidmətlər göstərmişdi. O, Azərbaycan nümayəndə 

heyətinə Paris Sülh konfransında da rəhbərlik etmişdi. 

Keçən əsrin əvvəllərində Əhməd bəy Ağaoğlunun diqqət mərkəzində saxladığı digər önəmli 

məsələ müsəlman qadınların cəmiyyətdəki rolu, onların hüquq və azadlıqlarının qorunması idi. Heç 

də təsadüfi deyil ki, onun bu xüsusda bir sıra aktual mövzuları əhatə edən, rus dilində qələmə aldığı 

kitabı da 1904-cü ildə Bakıda çap olunmuşdu. Əsər türk alimi Həsən Əli Edizin tərcüməsində 1959-

cu ildə türk dilində İstanbulda nəşr edilmişdi. 

Təqdirolunası haldır ki, 1918-ci ildə Şərqin ilk müstəqil Cümhuriyyəti olan Azərbaycan 

Demokratik Respublikasının qurulmasını hədsiz sevinclə qarşılamış Əhməd bəy Ağaoğlunun 

fəaliyyətinin mühüm bir hissəsi onun möhkəmlənməsi yolunda xidmətə yönəlmiş, vətənpərvər 

ziyalı məhz bu istiqamətdədə öz səylərini əsirgəməmişdi. Həmçinin, Cümhuriyyət dönəmində 

Azərbaycan qadınına seçkilərdə səsvermə hüquqlarının verilməsi ilə qadın azadlığı ideyalarını 

yayan Əhməd bəy Ağaoğlunun daha bir istəyi reallığa çevrilmişdir. 

Əhməd bəy Ağaoğlunun ədəbi fəaliyyəti tədqiqat müstəvisinə gətirilərkən bir fikir xüsusiə 

nəzəri cəlb edir, onun bütövlükdə yaradıcılıq xarakterini dolğun şəkildə əks etdirir: “Ə.Ağaoğlunun 

yaradıcılığı mövzu, janr, problematika etibarilə geniş və çoxcəhətlidir. Yaradıcılığının ilk illərində 

islam və qadın mövzusuna geniş yer verirdisə, sonrakı dövrlərdə dövlət, cəmiyyət, fərd kimi 

məsələlərə daha geniş yer ayırırdı” [2, 99]. 

Sovetlər dönəmində Əhməd bəy Ağaoğlunun ədəbi irsi, ictimai fəaliyyəti haqqında 

çoxsayda tənqidlər deyilmiş, onun barəsində“burjua mühərriri” kimi yanlış düşüncə 

formalaşdırılaraq o adla damğalamağa cəhdlər edilmişdir. Bununla da böyük fikir, qələm sahibinin 

zəngin yaradıcılığı tədqiqatlardan demək olar ki, tamamilə kənarda qalmışdı.  

Görkəmli publisist Ömər Faiq Nemanzadə “Şərqi-Rus” qəzetində dərc etdirdiyi “Əhməd bəy 

Ağayev” adlı məqaləsində bu böyük şəxsiyyətin yaradıcılığına dair düşüncələrinə aşağıdakı 

sətirlərdə hərtərəfli aydınlıq gətirmişdi: 

“Bir az həmiyyəti-milliyəsi, məlumatı-elmiyyəsiolan Qafqaz müsəlmanları içində cənab 

Əhməd bəy Ağayev namını bilməyən yoxdur sanıram. Ancaq pəkuzaqda bulunan qardaşlarımızın 

bu ali zatı lazım olduğu dərəcədə tanımadıqları zənni ilə bu məqaləmlə bir cüzi də olsa nəzər 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



377

diqqətlərini cəlb etmək istərəm. İstərəm ki, hər mömin qardaş fürsət fot etməyərək bu millətpərvər 

mühərrir-aliqədrin yazdıqlarından, əsərlərindən vaxtı ilə istifadə etsin”[6, 48]. 

Əhməd bəy Ağaoğlunun ədəbi-tənqidi yaradıcılığı da özünəməxsusluğu ilə səciyyələnir. O, 

çeşidli məqalələrində yeni düşüncə tərzini, yeni meyilləri əks etdirən fikirlərə üstünlük vermişdi. Bu 

baxımdan demək olar ki, Əhməd bəy “Həyat” qəzetinin 18 noyabr 1906-cı il tarixli sayında yer 

almış yazısındada məhz tarixin ibrət dərslərindən cəsarətlə söz açmışdı:  

“Tarix səhifələri bir məhkəmeyi-ədliyyədir. Heç bir şeydən və heç bir kəsdən çəkinməyib 

hər bir elmi və feli layiqincə və hər tərəfdən axtarıb təftiş edib bu mizanaməl öz hökmünü verərvə 

pəsə pəs düşüb yaxşıya yaxşı diyor, haqqa haqq və nahaqqa nahaqq diyor” [3]. 

Ümumiyyətlə, Əhməd bəy Ağaoğlu fransız, rus, fars, türk, Azərbaycan dillərində qələmə 

alınmış çoxsaylı məqalələrin müəllifidir. 1892-1939-cu illər arasında, təxminən yarım əsrə yaxın bir 

zaman ərzində o, tarix, fəlsəfə, ədəbiyyat, siyasət, gündəlik həyatı, bir sözlə, dövrün aktual 

məsələlərini özündə geniş şəkildə əks etdirən məqalələrini yazmışdı. Yaşadığı dövrün bütün mühüm 

ictimai-siyasi hadisələrinə Əhməd bəy çəkinmədən öz publisistik qələmi ilə münasibət bildirmişdi.  

“Əgər biz irəliləmək və həyati birliyə malik bir millət olmaq istəyiriksə, biz hər şeydən öncə 

müsəlman olaraq qalmalıyıq. Bizim irəliləmək istəyimiz, həyat şərtlərinin yaxşılaşdırılması 

istiqamətində olan səylərimiz islam qanunlarına vabəstə olaraq əldə edilə bilər” – deyən Əhməd bəy 

Ağaoğlu azərbaycanlıların etnik mənsubiyyətlərini dərindən dərk edərək milli dəyərlərinə sahib 

olmalarını “Həyat” qəzetinin birinci sayında dərc olunmuş proqram xarakterli məqaləsindən 

başlayaraq yazılarında ardıcıl şəkildə bəyan etmişdi.  

İctimai-mədəni, elmi fikri məşğul edən bir sıra məsələləri yaradıcılığında ustalıqla 

işıqlandırmışensiklopedik şəxsiyyət Əhməd bəy Ağaoğlu 1927-ci ildə İstanbulda çap etdirdiyi “Üç 

mədəniyyət” adlı kitabında İslam, Budda və Qərb mədəniyyətlərinə istinad etməklə mədəniyyət 

anlayışını, onun xarakterik cəhətlərini, əsl mahiyyətini tədqiqata cəlb etmişdi. O, burada mücərrəd 

məzmunlu həmin anlayışın konkret təfsirini vermişdir.  

“Üç mədəniyyət” Ağaoğlunun ən qiymətli nəzəri əsəri hesab edilir. Bəllidir ki, zaman-

zaman mədəniyyətə fərqli təriflər verilmiş, onun məzmununa müxtəlif rakurslardan yanaşılmışdır. 

Əhməd bəy Ağaoğluisə ondan bəhs edərkən məhz bu amili nəzərdən qaçırmamışdı ki, əslində 

mədəniyyət öz ifadəsini “həyat tərzi” anlayışında tapır. 

Əhməd bəy Ağaoğlu XX əsrdə mədəniyyətlərin yaxınlaşması məsələsinə alim-mütəfəkkir 

məharətilə münasibət bildirmiş, mədəniyyətin müasir mənasına dair qənaətlərini bölüşmüşdür. 

Həyat yolu Şuşadan başlayan, Sankt-Peterburq, Paris, Bakı, İstanbul, Ankara kimi böyük 

şəhərlərdə, gərginictimai-siyasi hadisələrin baş verdiyi şəraitdə mübarizələrlə dolu şərəfli ömür 

yaşamış, taleyinə çoxsaylı əzablar, məşəqqətlərlə üz-üzə qalmaq yazılmış Əhməd bəy yüksək 

mənəviyyatı, inam və cəsarəti sayəsində önünə çıxan bütün maneələri dəf edərək əqidəsinə, amalına 

daima sadiq qalmışdı.  

“Əhməd bəy Ağaoğlu təpədən dırnağa qədər bir azəri türkü olaraq yaşamış, düşünmüş və 

söyləmişdir” deyərkən görkəmli publisist Mirzə Bala Məhəmmədzadə bununla həm də onun 

haqqında ümumun fikrini ifadə edirdi. Əhməd bəy Aöaoğlunun təxminən yarıməsrlik dövrü əhatə 

edən zəngin, məhsuldar yaradıcılığı XX əsr Azərbaycan ədəbi-bədii, ictimai-siyasi fikrinin ayrılmaz 

tərkib hissəsidir. 

 

ƏDƏBIYYAT: 



 

1.

  Ağaoğlu Ə. Seçilmiş əsərləri. Ön sözün, izah və şərhlərin müəllifi: Vilayət Quliyev. Bakı: 



Şərq-Qərb, 2007 

2.

  Əhmədov B. XX əsr Azərbaycan ədəbiyyatı tarixi. 3 cilddə, I cild, Bakı: Elm və təhsil, 



2011 

3.

  “Həyat” qəzeti. 18 noyabr 1906 



4.

  Qarayev Y. Azərbaycan ədəbiyyatı XIX və XX yüzillər. Bakı: Elm, 2002 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



378

5.

  Məhəmmədzadə M. Azərbaycan türk mətbuatı. Ərəb əlifbasından çevirib tərtib edən, ön 



söz, lüğət və qeydlərin müəllifi: filologiya elmləri doktoru Alxan Bayram oğlu 

Məmmədov. Bakı, BakıUniversitetinəşriyyatı, 2004 

6.

  Nemanzadə Ö. F. Seçilmiş əsərləri. Bakı: Yazıçı, 1992 



 

Saba Namazova, Phd in philology  

Sign of Ahmet Agaoglu in Turkish literary,  journalistic thinking 

Summary 


Ahmet Agaoglu the end of the nineteenth century and early twentieth century not only 

Azerbaijani people, all Turkic world, which holds a special place in the history of literature and 

social thought of himself as an example. He has done great things for Azerbaijan and Turkey, the 

unparalleled sacrifices for the people left behind a rich scientific and political heritage lends 

credence to this idea. Life is always social and political struggles of the past Ahmet Agaoglu, 

scientific activities, as well as productive worked in the field of journalism, as well as the role of 

Muslim women in society, their rights and freedoms given to the issue of special importance to its 

operations. 

Key words: Ahmet Agaoglu, journalistic activities, national awakening, a model 

personality, social life 

 

 

 



Sədaqət Əsgərova, fil.ü.f.d. 

Bakı Slavyan Universiteti 

Azərbaycan ədəbiyyatı kafedrası, baş müəllim 

filoloq2010@rambler.ru 

 

XX ƏSR AZƏRBAYCAN ƏDƏBIYYATINDA QADIN OBRAZLARININ 



YARANMASINDA TÜRK ƏDƏBIYYATI ƏNƏNƏLƏRİ 

Klassik  Azərbaycan  poeziyasında  qadın çoxçalarlı  rəmzi  bir  məxluq  kimi  tərənnüm 

olunsa  da, qadın  problemi  əsasən  yeni  ədəbiyyatda,  nəsr  və  dramaturgiyada   özünü  biruzə  

verir. Bu  problemin  təşəkkül  dövrü  XIX  əsrə  düşdüyü  halda, hərtərəfli  inkişafı  XX  əsrin  

başlanğıcına  aiddir. 

XX  əsrin  ilk  onilliklərinin  ədəbiyyatının qadın  obrazları  üzərində   araşdırma  apararkən   

çox  maraqlı  bir  vəziyyətlə  rastlaşırıq. Ədəbi-nəzəri  düşüncədə  belə  bir  fikir  formalaşmışdır  

ki, realist  ədəbiyyata  aid  obrazlar  həyata, gerçəkliyə  daha  yaxındır, romantik  ədəbiyyatın  

obrazları  isə  gerçəkdən  artıq  idealla  bağlıdır. XX  əsrin  romantik  və  realist  dramaturgiyasını  

müqayisə  edərkən  şahid  olduq  ki, tənqidi  realist  dramaturgiyada qadın  obrazı  gerçək  

həyatdakı qadından  daha  artıq  cəmiyyətin  problemlərinin  yükünü  özündə  daşıyan  işarəvi  bədii  

komponentdir. Romantik  dramaturgiyanın  qadın  obrazları  isə    öz  psixoloji  məzmununa  görə    

həyatdakı  gerçək  qadına  daha  yaxındır. 

XX  əsr  bütün  dünyada, eləcə də qədim Şərqdə  haqsızlığa, ictimai  bərabərsizliyə, 

imperializm  əsarətinə  qarşı   qanlı  mübarizələr  dövrü  olmuşdur. Bu  mübarizədən  faydalanan   

Qərb  öz  mədəniyyətini yaymaq  üçün  də  əlverişli  şərait  qazandı. Fransız  hüquq  bəyannamələri 

və  daha  sonra  Rusiyada  sürətlənən  inqilabi mübarizə   qərbi  ucqarlar  üçün    ədalət  məkanı 

kimi  tanıtmaqla  bərabər, həm  də  yeni  müstəmləkələr  üçün  şərait  yaradırdı. Fərdi  və  sosial  

azadlığa  meylli  olduğu  üçün  qərb  mədəniyyəti, həyat  tərzi, təhsil  sistemi  şərqlilər  üçün  

cəlbedici  idi. Belə  bir  zamanda  Qərb  ənənələri  Azərbaycan  ədəbiyyatında  da  sürətlə 

yayılmağa başladı. Azərbaycan  ədəbiyyatında   Qərbə   meyllilik, qərb  ədəbiyyatından  təsirlənmə  

XIX  əsrin  əvvəllərindən  başlanıb, 50-ci  illərindən  sürətlənsə  də  onun  özünə  aid  nümunələrin  

Azərbaycan  dilli  oxucular  arasında  geniş  yayılması  XIX  əsrin  sonu,  XX  əsrin  ilk  


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



379

onilliklərindən  başlandı. “Rus  və  Avropa  dramaturgiyası  haqda  verilən   məlumatlar  hələ  

M.F.Axundovdan  başlasa  da, onun  ilk  nümunələrinin  Azərbaycan  dilinə  tərcüməsi  XIX  əsrin  

sonlarına  aiddir” (76, 201). Professor  T. Məmməd  özünün “XX  əsr  Azərbaycan 

dramaturgiyasının  poetikası” adlı  doktorluq  dissertasiyasında Azərbaycan  ədəbiyyatının  Qərb  

ilə  fəal  münasibətlərinin  tarixinin  XIX  əsrdən  başlanmasını  qeyd  edir. Hələ  vaxtilə  Ə. 

Hüseynzadə “Füyuzat” jurnalında  “Tolstoyçuluq  nədir?”  adlı  məqaləsində  XIX  əsr  Rus  

mədəniyyətinin  yüksəliş  səbəblərinin  mahiyyətini  izah  edərkən, bunu  qərb  mədəniyyətinin  

təsiri  ilə  əlaqələndirir  və  qabaqcıl   avropalıların  mədəniyyətini  mənimsəməyin  tərəfdarı  kimi  

çıxış  edir(4, 252).  

XX  əsr  Azərbaycan  dramaturgiyası  elə  bir  dövrdə  yaranmışdır  ki, artıq  dünya  

ədəbiyyatı  ilə  inteqrasiyanın    müəyyən  bir  mərhələsi  yaşanmışdı. 

XX  əsrdə  Azərbaycan  ədəbiyyatının  dünya  ədəbiyyatı  ənənələrini  mənimsəməsi  

birbaşa  səviyyədən  daha  çox  Rusiya  və  Türkiyə  ədəbiyyatından  keçib  gələn  ənənə  şəklində  

özünü  göstərməkdəydi. Maraqlıdır ki, realist  ədəbiyyatın qadın  obrazlarının  yaranmasında  kənar  

təsir  hiss  olunmayacaq  dərəcədədir. Lakin  romantik  qadın  obrazlarının  məzmununda  türk  

ədəbiyyat  ənənələri  özünü  göstərir. Romantik  və  realist  dramaturgiyada  qadın  problemindən  

bəhs  edərkən  bu  problemə  də  aydınlıq  gətirməyi  lazım  bildik. Məqalədə Qərb  həyat  tərzinin  

Şərqə  daxil  olmasının  ilkin  mərhələlərində  yaşanan  ağrıların  ədəbiyyatda  necə  əks  olunmasını  

müqayisəyə  cəlb  etmək  istədik. “Bütövlükdə  XX  əsrin  milli-mədəni  dirçəlişimizdə,  

demokratik  ədəbi  fikrin  formalaşmasında  və  yeni  ideya-estetik  dünyagörüşünün  inkişafında 

Türkiyənin   böyük  rolu  olmuşdur” (9, 103). Azərbaycan  yazıçılarının  IX  qurultayında  yazıçı  

Anarın  çox  haqlı  olaraq  qeyd  etdiyi  kimi: “Türkiyəylə  sıx  mədəni  əlaqələr  bizim  

müasirləşməyimizə, dünyanın  qabaqcıl  millətləri  sırasında,  demokratik, maariflənmiş, müasir  

çağdaş  bir  cəmiyyət  kimi  tanınmağımıza  yardım  etməlidir. Keçmişdə  bizim  pəncərəmiz  yalnız  

rus  mətbuatı  vasitəsiyləydirsə,  bu  gün  daha  bir  pəncərə – Türkiyə  pəncərəsi  dünyanı  

tanımaqda  və  özümüzü  dünyaya  tanıtmaqda  əhəmiyyətli  rol  oynaya  bilər (2). Faktlar  göstərir  

ki, dünyanı  tanımaqda  Türkiyə  “pəncərəsinin”  tarixi  əsrdən  uzun  vaxtı  əhatə  edir. 

Azərbaycan  dramaturgiyasında  Türkiyə  mövzusu  ayrıca  tədqiqat işi  kimi  Rəsuli  İradə  

Qafur  qızının  “XX  əsr  Azərbaycan  dramaturgiyasında  Türkiyə  mövzusu”  adlı  

dissertasiyasında işlənib. Həmin dissertasiyada  mövzu  istiqamətində   H. Cavidin “Afət”, 

“Uçurum”, C. Cabbarlının  “Trablis  müharibəsi”, “Ədrinə  fəthi”  və İ.Əfəbdiyevin “Tənha  iydə  

ağacı” pyesləri təhlil olunmuşdur. Bizim  tədqiqatımızın  məqsədi  isə Türkiyə  mövzusunu  təkcə  

təsvir  obyekti  kimi  götürmək  deyil, dramaturgiyamızın inkişafına qadın  obrazları və Şərq  

qadınının  problemləri  baxımından etdiyi təsiri araşdırmaqdır. Azərbaycan  ədəbiyyatşünaslığında   

romantik  ədəbiyyatda  qadın  obrazlarının  daxili  konfliktlərində   yaşanan   faciəvilik ənənəsinin  

Türkiyə  ədəbiyyatından  gəlməsi  ilk  dəfə  olaraq  “Azərbaycan  tənqidi  realist  ədəbiyyatında  

qadın  obrazı” adlı  dissertasiyada araşdırılıb. Bu  problemə  aydınlıq  gətirmək   üçün  məhz  

Türkiyə  ədəbiyyatında  Sərvəti-fünun  və  Tənzimatçıların əsərləri  ilə  H. Cavidin  Türkiyədə  

təhsil  alarkən  ideyasını  türk  həyatından  almış  “Afət” əsərində də görə bilərik. 

Bədii  yaradıcılığın  spesifik  cəhətlərinə  münasibət  məsələsində  romantik  və  realist  

tənqid  arasında  müəyyən  fərqlər  mövcuddur. Bu  fərq  həyatı  dərk  və  təhlil  etmədə  önə  çıxır. 

Realist  ədəbiyyat  həyatı  olduğu  kimi, bütün  əlvanlığı  və  ziddiyyətləri  ilə  vermək  tələbi  irəli  

sürürsə, romantik  ədəbiyyat  hadisələri  ideallar  prizmasından  təqdim  etməyi  nəzərdə  tutur. XX  

əsrin başlanğıcı  mərhələsində   Azərbaycan  ədəbiyyatında  qadın  obrazlarına  realist  və  romantik  

yaradıcılıq  istiqamətində  nəzər  saldıqda, realist  ədəbiyyatda  qadının  mübarizə  aparmasını  

görmürük. Daha  doğrusu, realist  ədəbiyyatda  qadının  mübarizə  aparması  üçün  konkret  şəraitin  

olmaması  bu  dövrdə  tənqid  hədəfi  seçilir. Romantik  ədəbiyyatda  isə  biz  qadının  mübarizliyini  

görürük, lakin romantik  ədəbiyyatda  gördüyümüz  mübariz  qadınlar  faciə  ilə  üzbəüz   qalırlar.  

1873-1875-ci  illərdə  yazılmış   N. Kamalın  əvvəllər  “Son  peşmanlıq” adı  ilə  tanınan 

“İntibah”  romanı   qərb  tipli  janrlardan   olan  romanın  türk  ədəbiyyatında  ilk  nümunələrindən  

biri  kimi (bir  çox  tədqiqatçılara  görə  birincisi) oxuculara   təqdim  olunur. Bu  romanda  cərəyan  



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



380

edən  hadisələr  bizə  imkan verir ki, qadın  obrazlarını  Qərbdən  gələn  janrlar  kontekstində  

nəzərdən  keçirək.(Qeyd edək ki, X.Z.Uşaqlıgilin” Aşkı Məmnu”, M.Raufun “Eylül”,və H.Cavidin 

“Afət” əsərləri də həmin kontekstdə təhlil oluna bilir).Əsərdə   hadisələr  Əli  bəyin  üzərində 

cəmləşir və onunla  əlaqələndirilən   iki  qadın  obrazı   ilə   bir  eşq  üçbucağı  formalaşır. Əsər  

boyu  üç  qadınla  rastlaşırıq. Əli  bəyin  anası, Mahpeykər  və  Dilaşup. Bu  üç  qadından  biri – Əli  

bəyin  anası  əsərdə  öz  missiyasını  layiqincə  yerinə   yetirən  ana  obrazıdır. Roman  Qərb 

xüsusiyyətlərinin daxil olmağa başladığı Şərq  həyatı  və  sırf  Şərq  həyat  tərzləri  arasında   

müxtəlifliyi, təzadı  nəinki  duymuş,  bəlkə  də  daha  artıq  bu  təzaddan  yaranmışdır. Əslində  XIX 

əsr Azərbaycan  ədəbiyyatında da  “İntibah”da cərəyan  edən  hadisələrin  qarşılığı  ilə  rastlaşırıq. 

Buna  misal  olaraq,  Azərbaycan  ədəbiyyatının  aparıcı  maarifçi  simalarından  biri  olan və  

yaradıcılığı  XIX əsrin  birinci  yarısına  təsadüf  edən A. Bakıxanovun  “Xəyalın  uçuşu”  və 

“Firəng  məclisi” əsərlərində bunu  görmək  olar. Məsələn, Bakıxanovun  “Xəyalın  uçuşu” əsərində  

belə  bir  beyt  var:  

Heyrət  etmə  cəhalətlə  sən  buna, 

İp  bağlamış  nəfsin bil  öz  boynuna (1, 74).  

Klassik  ədəbiyyatda  çox  zaman  nəfs  əql  və  ya  ruh  ilə  qarşı-qarşıya  qoyulur. Nəfsə  

tabe  olanlar  həmişə  dünyada  uduzurlar. Buna  görə də   Bakıxanov  öz-özünə  deyir  ki, sən  öz  

nəfsinə  tabe  olmuşsan, o  sənin  boynuna  ip  bağlayıb istədiyi  tərəfə  aparır. Əqlə  arxalanan  

özünü   bu  bəladan  qurtarar. Bu, Azərbaycan  maarifçilərinin  düşüncəsində  önəmli  idi. Çünki, 

ağıl  maarifçilərin  nəzərində  ən  böyük  qüvvə  idi. “Maarifçiliyin  əsas  xüsusiyyətlərindən  biri  

ağıla, idraka  istinad  etmək  və  hər  şeyi  ona  tabe  tutmaqdır” (5, 125). “ Maarifçi  realizmin  

əsasında  ağıla uyğun  cəmiyyət  durur. Ağlın  və  dünyəvi  elmin  qanunları  əsasdır. Burada  

humanizm  prinsipləri   insan  hüquqlarının  qorunması  əsasında  gündəmə  gəlir” (6., 124). A. 

Bakıxanov  nəfs  və  ağıl  qarşıdurmasından  başqa, həm  də  Şərq  və  Qərb  qarşıdurmasını  

yaradır, hər  ikisinin  dəyərli  və  mənfi  cəhətlərini  də  göstərir. “İntibah”  romanındakı  

qəhrəmanların  xarakterində  də  nəfsə  uyub, ağıldan  uzaqlaşmaq  var. Bu  baxımdan  “İntibah” 

romanı  ilə  Bakıxanovun  “Xəyalın  uçuşu”  və  “Firəng  məclisi”  əsərlərində  eyni  xətt  üzrə  

inkişafla  rastlaşırıq.   Şərq  və  Qərb tipli Şərq  qadınını  müqayisə  etdikdə  Əli  bəyin  anası, 

demək  olar  ki,  sırf Şərq  qadınlarının  xarakterini  tamlıqla  xatırladır. Digər  bir  tərəfdən  isə  

roman  Qərb  ədəbi  cərəyanlarının, maarifçiliyinin  təsiri ilə  qələmə  alınmışdır. Bu  təsirə  

istinadən,  Əli  bəyin  anasının  xarakteri   müqayisədə   öz  fərqliliyini  sərgiləyir. O, özündə  Şərq  

xarakterinə  malik  bir  qadının  cizgilərini  biruzə  verir. Biz  burada   A. Hüseynovun  təbirincə  

desək,  “gerçəkliyə  baxış, yanaşmada  başqalaşma” (3, 153) görürük. Ənənəvi  qadın  qeyri-

ənənəvi   janrda, qeyri-ənənəvi  tərzdə  təqdim  olunur. Bu, artıq   ədəbiyyamızda  əsrlərcə  davam   

edən  təqdimat  üsulu  deyildi. Yəni  Qərbdən  gələn  prinsiplə – gerçəkliklərin  təsviri  anında  Şərq  

qadınının  xüsusiyyətlərini  daşıyan  bir  obrazın  yaranmasının  şahidi  oluruq. Çünki, N. Kamal  

tənzimat  ədəbiyyatının  aparıcı  nümayəndəsi  olmuşdur. Bu  baxımdan  da  o, “İntibah” romanında 

– yazıçı  üçün  maraq  kəsb  edən  Qərb  qayda  qanunlarını, Qərbin  insanlararası  münasibətlərini, 

Şərq  üçün  yeni  olan  həyat  tərzini  təsvir  etmiş, lakin rəğbətlə  yanaşdığı  tamamilə  fərqli  bir  

obraz  (yəni  Əli  bəyin  anası)  şərqli  xüsusiyyətlərinin  daşıyıcısı  olan   ana  obrazını  da  

yaratmışdır. Əslində, “İntibah” romanının  müəllifi  şərqlidir  və  o, bu  əsərdə  Şərq  və  Qərb  


Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin