ədəbiyyatı xəzinəsinə daxil olmuşdur. Türk xalqlarının folklor nümunələrinə verilən yüksək qiymət
ilk öncə onun bir hikmət xəzinəsi olmasından, əxlaqi dəyərləri, mənəvi ucalığı tərənnüm edən,
xüsusilə insanın daxili təkümülünə aparıb çıxaran keyfiyyətləri aşılayan dərin məzmun özəllikləri
ilə seçilməsindən irəli gəlir.
Türk xalqlarının əski inanclarının, kult anlayışının, şamanizmin izlərini hələ islamiyyətdən
öncə yaranmış ədəbi nümunələrdə, yəni daha çox şifahi xalq ədəbiyyatı örnəklərində, xüsusilə də
qədim dastanlarda çox aydın şəkildə görmək olur. Qədim türk dastanlarının əsas qaynağı olan xalq
hikməti, bu dastanlarda sabitləşib möhkəmlənmiş şifahi yaradıcılıq nümunələrinin mövzu, motiv və
ideya istiqamətləri təbii olaraq, ədəbiyyatın sonrakı inkişaf mərhələlərində də bu və ya digər şəkildə
təcəssümünü tapmış, yazılı ədəbi nümunələrimizin istinad etdiyi zəngin mənbələrdən biri olmuşdur.
Bunu XIII əsr türk şeirinin aparıcı simalarından olan Hacı Vəli Bektaşi yaradıcılığında da izləyə
bilərik. Hacı Vəli Bektaşi “Vilayətnamə”sindəki hekayət və rəvayətlər, eləcə də sufi şairin öz qələm
məhsullarının araşdırılması bir daha göstərir ki, XIII əsr türk şeirində həm islamdan öncəki əski türk
inancları öz izlərini qoruyub saxlamış, həm də şifahi xalq ədəbiyyatının güclü təsiri olmuşdur.
Xalidə Quliyeva-Qafqazlı, fil.ü.f.d.
AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu
Türk xalqlarının ədəbiyyatı və folkloru şöbəsinin müdiri
mehivaqo@mail.ru
PROF. M.FAHRETTİN KIRZIOĞLUNUN MUSTAFA KAMAL PAŞANIN
QARS SƏFƏRİ HAQQINDA BƏZİ XATİRƏLƏRİ
Türkiyənin paytaxtı Ankara şəhərində “Türk Dili” adlı aylıq Dil və Ədəbiyyat” jurnalı nəşr
olunur. Jurnalın 1 noyabr 1965-ci il, XV cild, 170-ci nömrəsindəki dərc olunmuş məqalələr məhz
Atatürkün şəxsiyyəti, fəaliyyəti ilə əlaqədar olan çox maraqlı, dəyərli mövzulara həsr olunmuşdur.
Məqalələr toplusu “Atatürkün gəncliyə səslənişi”, “Atatürkün öyrətmənlərə səslənişi”
1
, “Milli
Təhsil qurultayını açarkən”
2
, “Konyada öyrətmənlərlə bir görüş”
3
adlı məruzə və çıxışların mətni ilə
başlayır.
Atatürkün fəaliyyətilə əlaqədar olan yazılardan sonra jurnalda o dövrdə Türkiyə
respublikasının Prezidenti olan Camal Gurselin təbrik məktubu çap olunmuşdu. O, təbrik
məktubunda yazmışdır: “Türk Dil Qurumunun nəşr etməkdə olduğu “Türk Dili Dərgisi”nin noyabr
nömrəsini qurucusu Atatürkə ayırmış olduğunu böyük məmnunluqla öyrəndim. Dillərin ən
zənginlərindən biri olan Türk dilinin əsl gözəlliyinə qovuşması… əziz Atatürkün dil islahatında nail
olduğu əsas məqsədlərindəndir. Türk Dil Qurumunun 33 ildən bəri bu yolda gördüyü işlər tərifə
layiqdir. Fəqət əsla kafi deyildir. Ziyalılarımızın, mətbuatımızın, yazıçılarımızın və bütün dövlət
təşkilatlarımızın … böyük bir sürətlə müvəffəqiyyətə çatacaqlarına inanıram. Camal Gursel
4
.
Jurnalda çap olunan Ənvər Ziya Karalın “Atatürk və tarix”, Məlahat Özgünün “Atatürk
varlığı qarşısında”, Enver Nacı Gökşenin “Qazinin səltənətə ilk zərbəsi” və bir çox başqa maraqlı
yazılarla yanaşı Professor M.Fahrettin Kırzıoğlunun “Atatürkün Qarsa gəlişi və Kamalpaşa oyunu”
1
“Hakimiyyəti Milliyyə”, 21 iyul 1921.
2
Yenə orada.
3
Yenə orada, 20 oktyabr 1925.
4
“Türk Dili ve edebiyat dergisi” sayı 170, 1 noyabr 1965, səh. 67.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
356
adlı məqaləsi də çap olunmuşdu. Atatürkün Qarsa səfərilə əlaqədar olan bu yazıdan bəhs edərkən
qeyd edək ki, bu maraqlı məqalənin müəllifi M.Fəxrəddin Kırzıoğlunun özü də Qarslıdır. O, 1917-
ci ilin martında Qarsın Susuz bölgəsinin Mamaş (yeni adı Kırçiçəyi) kəndində anadan olmuşdur.
Qarsdan bəhs edərkən M.Fəxrəddin Kırzıoğlu yazıb ki bir ucu İran Azərbaycanı Maku
sancağına bağlı olan Axıska və Acar sərhəddinə çatan bugünkü Qars Vilayəti bölgəmiz, çox zəngin
bir milli folklor ocağımızdır.
Atatürkün Qarsa səfərindən bəhs edən M.Fəxrəddin Kırzıoğlu yazır ki, yeni Türkiyənin
təməlini qoyan “Yurd-Qurtaran” Atatürkün həyat yoldaşı Lətifə xanımla Qarsa gəlişi Qalanın
qurtuluşunun dördüncü ilinə təsadüf edirdi. Bütün xalq Qarsın milli bayramını böyük sevinclə,
təmtəraqla keçirməyə hazırlaşırdı. 1924-cü ilin oktyabr ayı demək olar ki, hamı tərəfindən əsl milli
bayram, sevincli günlər kimi qeyd edilirdi.
Prof. M.Fəxrəddin Kırzıoğlu Qarsın təmtəraqlı günlərini xatırlayaraq məqaləsində yazır ki, o
vaxt biz şəhərdəki yeganə məktəb olaraq fəaliyyətə başlayan və qızlar bölümü ayrı olan “Nümunəvi
ilk Məktəb”in ikinci sinifinə gedirdik. Bu məktəb 6 sinifli idi və hələ məzun verməmişdi. Bizim
sinfi də indiki Kars Stadionu ilə əvvəlki Ziraət bankı binasının önündəki İnönü meydanında təşkil
olunmuş təntənəli keçirilən qarşılama mərasiminə apardılar” (səh. 110).
“Yurd Qurtaran” Atatürkün Qarsda təntənəli qarşılanmasından bəhs edən M.Fəxrəddin
Kırzıoğlu yazır ki, İzmir-Aydından gəlmə “Aydınoğulları” nəslindən olan Cahangiroğlu İbrahim
Aydın Bəy, 1921 inqilabından dönərək Qars Bələdiyyə Başqanlığına gətirilmişdir. Onun həyat
yoldaşı Ədirnəli Mələk Aydın xanım İstanbul ləhcəsilə danışan, İstanbul xanımları kimi geyinən
nümunəvi bir qadın idi. Qatarla Sarıqamışdan Qarsa gələcək Prezident Mustafa Kamal Paşa ilə
həyat yoldaşı Lətifə xanımı şəhər əhalisi adından Bələdiyyə Başqanı İbrahim Aydın ilə həyat
yoldaşı Mələk xanım qarşılayacaqdı. Qız məktəbinin xanım müəllimləriilə qız məktəblilər də, oğlan
uşaqların oxuduğu nümunəvi Məktəbin qarşısında Şərəfli Qonaqlara çiçək dəstələri təqdim etməyə
hazırlaşırdılar.
Qars Valisi ilə Bələdiyyə Başqanının hazırladığı qarşılama proqramına görə bütün ətraf
qəzadan gələn hörmətli şəxslər və türk Ocağı üzvləri də atlı, arabalı və piyada olaraq tədbirə
qatılırdılar. Yerli xalı və kilimlərlə bəzədilmiş at və öküz arabaları, al-əlvan rəngli ipək baş örtüsü,
çiçəklərlə bəzənmiş atlar, hətta öküzlər tədbirə xüsusi gözəllik verirdi.
3 oktyabr 1924-cü ildə qatarla Ərzurumdan yola çıxıb, ertəsi gün Sarıqamışaçatan Gazi ilə
Lətifə xanım hərbçi Ali Sait Paşa və onun həyat yoldaşının müşayiəti ilə 4 oktyabr günortaya doğru
Qars stansiyasına çatdılar. Oradan İnönü Meydanına, tədbirin keçiriləcəyi məkana buyurdular.
Yollara xalılar döşənmişdi.
Prof. M.Fəxrəddin Kırzıoğlu yazır ki, yeni türkiyənin təməlini qoyan “Yurd Qurtaran”
Atatürkün Qarsa gəlişi Qalanın Qurtuluşunun IV ilinə təsadüf edirdi. Bütün xalq Qarsın milli
bayramını böyük sevinc və təmtəraqla, əsl bayram kimi qeyd edirdilər. Qazi Mustafa Kamal Paşa 4
oktyabr1924-cü il axşam ziyafəti yerli Qarslılar və Köçəri Qarslıların nümayəndələrilə birlikdə
keçirildi. Yerli qadınlar məclisdə başörtüsü və yaşmaqlı durarak, bununla Qazi Paşaya hörmət
bəslədiklərini sanırdılar. Onların saçları alından yuxarı ikiyə ayrılmış və hörülmüşdü. İrəvan və
Gümrüdən gəlmə xanımlar isə alınları kaküllü (telli) və sərbəst oturub görüşürdülər. Bələdiyyə
sədrinin həyat yoldaşı Mələk xanımda Lətifə xanım əfəndinin yanında “Lətifeyi Qazi”yə uyğun
olan kübar davranışlı idi.
Həmin gecə Ali Said Paşa ilə qatara oturub Sarıqamışa qayıdan Qazi Paşa ilə həyat yoldaşı
Bəbəkgölü Köşkündə gecələdilər. 5 oktyabrda Ərzuruma doğru yola çıxdılar. “Yurd Qurtaran
Atatürk”ün Qarsa gəlişi, oranın ehtiyac və dərdlərini yaxından görməsi, çatışmayan cəhətlərin
ortadan qaldırılmasilə nəticələndi.
O dövrdə Rəvanla (Yerevan) Gümrüdən gəlmə köçkün Türklər arasında xeyli sayda
talanmış, yoxsullaşmış, şəhidlər vermiş insan var idi. Buna baxmayaraq əhali ruhdan düşmürdü.
Onlarda haradasa musiqiyə, çalğıya, musiqili teatra bir həvəs var idi. Azərbaycan operettalarından
“Arşın Mal Alan” başda olmaqla tamaşalar göstərirdilər.
Həmin illərdə hər hansı bir şeir, bir musiqi üzərində cüzi dəyişiklik aparmaqla həmin
musiqini başqasının adı ilə ifa etmək bir dəb halını almışdı. Hətta, hələ 1918-ci ilin yayında
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
357
“Yavuz” Zirehli gəmisi ilə Ənvər Paşanın Batuma çıxışı ərəfəsində sözləri Azərbaycan şairi Əhməd
Cavada aid olan,
Çırpınırdı Qara Dəniz,
Baxıb Türkün bayrağına
misraları ilə başlayan marşını Azərbaycanlı Türklər “Ənvər Paşa Marşı” kimi ifa etmişdilər.
O dövrdə Rəvan ilə Gümrüdən gəlmə Köçəri Türklər yoxsullaşmış, talanmış və şəhidlər
vermiş olmalarına baxmayaraq insanlar arasında musiqiyə, musiqili teatra böyük həvəs vardı. Hətta
evlərdə belə Azərbaycan operettalarından Üzeyir Hacıbəyovun əsərləri başda olmaqla tamaşalar
oynanırdı. Bütün bu əyləncələrin təşkilatçısı, həvəskarı Gümrünün Molla Musa kəndinin
bəylərindən olan Molla Qasım oğlu “Çalğıçı Takî” idi. Öz sənətinin vurğunu olan Takî müxtəlif
improvizasiyalar edir, güldürücü tamaşalar göstərirdi. Onun Azərbaycan dilində təşkil etdiyi
tamaşalar çoxları tərəfindən böyük maraqla qarşılanırdı. O, 4 oktyabr 1924-cü ildə Kamal Paşanın
Qarsa gəlişinə bir marş və tamaşa adapte-improvizə etmişdi.
Məqalənin sonunda Prof. M.Fəxrəddin Kırzıoğlu yazır: “Alparslanı, Məlikşahı, Harəzmşah
Cəlaləddini, Alaeddin Keyqubadı, Qaraqoyunlu Yusif, Uzun Həsən, Şah İsmayıl, Yavuz, Qanuni və
IV Murad kimi “Yurd Quran” və “Yurd Qoruyan” ulu Türk Dövlət Başçılarını zamanında bağrına
basan Qars eli, “Yurd Qurtaran” Atatürklə, yeni bir çağın başladığını anlamaqda gecikmədi”... 41 il
əvvəl “Lətifə-yi Qazi”nin yanında belə başörtülü, yaşmaqlı duran Yerli Qars Qadınları, bugün
qızlarını həkim, müəllim, hüquqşünas... olaraq hər məsləkdə yetişmiş görərək, yanlarında gəzir və
artıq çəkinmirlər!” (s. 115)
“Yurdu azad edən Atatürk”ün Qarsa gəlişi oranın ehtiyacı və dərdlərini yaxından görməsi,
çatışmazlıqların aradan qaldırılması üçün lazımi tədbirlərin görülməsi ilə nəticələndi. Belə ki, bir
çox başqa tədbirlərlə yanaşı sahibsiz, yiyəsiz evlər qaçqınlara, köçgünlərə paylandı, ehtiyacı olan
əhalinin təhsili, savadlanması üçün görüləcək işlər tezləşdirildi. “Yurd Qurataran” Atatürk əhalinin
ehtiyaclarını anlamaqda, yeni bir dövrün başladığını başa düşməkdə gecikmədi.
Xanımzər Kərimova, fil.ü.f.d.
AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu
Ərəb filologiyası şöbəsi
x.asadova@hotmail.com
ƏT-TƏNUXİNİN “NİŞVAR ƏL-MUHADARA” ƏSƏRIİDƏ TÜRKLƏR BARƏDƏ
HEKAYƏTLƏR
Orta yüzilliklərdə ərəb-müsəlman imperiyasında mərkəzi hakimiyyət artıq zəifləməyə baş-
lamışdı. Xəlifələr saray çevrilişlərindən özlərini qorumaq, dövlətin təhlükəsizliyini təmin etmək
məqsədilə o zaman bölgədə öz əsgəri nizam-intizamı, mütəşəkkilliyi, fiziki dözümü, dəyanəti,
şücaəti, fədakarlığı və müdrikliyi ilə seçilən türklərin xidmətindən geniş istifadə etməyə başladılar.
Məlum olduğu kimi, əməvilərin süqutundan sonra hakimiyyətə gələn abbasilər dövründə (750-
1258) türk-ərəb münasibətləri özünün ən yüksək mərhələsinə qədəm qoymuşdu. Türklərin hərb və
siyasət sahəsində qüdrəti özünü açıq şəkildə göstərdi. Məlum olduğu kimi, türklərin İraqa gəlməsi
islamın yayıldığı ilk illərə təsadüf edir. Onların ilk dəstələri dörd min gənc döyüşçüdən ibarət idisə,
sonralar sayları artaraq böyük rəqəmə çatdı.
Əməvilər devrildikdən sonra iranlıların köməyi ilə hakimiyyətə abbasilər gəldilər. Onlar
dövlətin formalaşmasında fəal iştirak etdilər. Dövlətin idarə olunmasında ərəblərin rolu zəiflədi.
Xəlifə əl-Mötəsimin (xəl.döv. 833-842) hakimiyyəti dövründə farsların güclənməsindən və Bağdad
sakinlərinin bir çox dövlət vəzifələrini tutmalarından şikayətçi olmaları ilə bağlı idi. Ərəb olmayan
hərbiçilərin onların şəhərində qayda-qanun yaratmaları, şübhəsiz, qürurlarına toxunur
narazılıqlarına səbəb olurdu.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
358
Xəlifə 160 minlik böyük bir nizami ordu saxlayırdı, onların əksəriyyəti müxtəlif bərbər
tayfalarından, IX yüzilliyin II yarısından sonra isə bölgədə öz qorxmazlığı, cəsurluğu və
döyüşkənliyi ilə seçilən türk tayfalarından ibarət idi. Xəlifə əl-Mötəsim türklərdən “təşkil“ olunmuş
ordusunu güclü saxlamaq, onları təsirlərdən qorumaq məqsədilə yerli qadınlarla evlənməyə
qoymurdu. O, türklərin evlənmələri üçün pul müqabilində Türküstandan türk qızları alıb gətirmək
barədə xüsusi fərman vermişdi”.
Qeyd edək ki, Ət-Tənuxinin“Nişvar əl-muhadara” əsərinə daxil olan hekayətlərin bəzisində
baş verən əhvalatlarda türklərin adları tez-tez hallanır. Hekayətin birində deyilir: Bu əhvalatı mənə
əl-Əhvaz məhkəməsində qapıçı işləyən Əbu-t-Tayyib Məhəmməd ibn Əhməd ibn Abd əl-Mumin
danışıbdır.
Onun dediyinə görə, bunu da bir Bağdad dilənçisi söyləyib. Onların başçıları həddindən
artıq varlandığı üçün dilənçilikdən əl çəksə də, bu vərdişin incəliklərini başqalarına öyrətməklə
məşğul idi. Dilənçi ondan bu var-dövlətin haradan əlinə keçdiyini soruşduqda o, belə cavab verir:
−
Mən Suriya dini kitablarını oxumaq üçün bu dili öyrəndim. Sonra rahib paltarı geyinərək
saysız türk sərkərdələrinin olduğu Səmərraya getdim. Onlardan biri ilə görüşdüm... Və Suriyadakı
məşhur monastrın adını çəkərək orada otuz il rahib olduğumu dedim: − Gecə yatmışdım, yuxumda
Peyğəmbəri gördüm. O, bizim monastra daxil olaraq məni İslam dinini qəbul etməyə çağırdı. Sonra
dedi: − Get filan sərkərdənin yanına, yalnız o Cənnət əhli olduğu üçün İslamı da onun məsləhəti ilə
qəbul eylə! Ona görə də İslamı sənin məsləhətinlə qəbul etməyə gəldim.
Türk vəcdə gəldi, mən onun qarşısında kəlimeyi-şəhadətimi söylədim. O mənə beş min di-
narlıq paltar və pul hədiyyə verdi. Səhəri gün rahib paltarında başqa bir türk sərkərdəsinin yanına
gedərək, əvvəlcə, dediklərimi ona da təkrar etdim. Bu türk mənə daha çox hədiyyələr bağışladı. Bu
yolla bütün türk sərkərdələrini ziyarət etdim, onlardan əlli min dirhəmdən çox pul toplaya bildim.
Bir dəfə növbəti türkü ziyarət etdiyim zaman o, bütün baş sərkərdələri qonaq çağırmışdı.
Mən ona öz yuxumu danışdım. Otaqdakıları nəzərdən keçirərkən əvvəllər artıq ziyarət etdiyim türk-
ləri orada gördüm. Mən hədiyyəmi aldıqdan sonra çıxdım... Onun qulu məni tutub, birinci ziyarət
etdiyim türkün evinə apardı...
Bir müddət sonra sərxoş türk gəldi və dedi: − Sən növbə ilə bütün türkləri ələ salıb, onlardan
pul toplamaq qərarına gəldin?
Məni qorxu hissi götürdü və dedim: − Cənab, mən yalnız kasıb bir dilənçiyəm, bu yolla nə
isə bir şey əldə etməyə çalışıram...
Nəhayət, çoxlu türk sərkərdələrini evinə dəvət etdi... Ev sahibi – bu məsələni bütünlüklə on-
lara danışdı, onlar bir qədər əyləndilər. Mən yenə onlardan xeyli pul əldə etdim. Sonra Bağdada
gələrək bu yolla əldə etdiyim bütün pullara torpaq aldım. Bu gün də ondan əldə etdiyim qazancla
dolanıram”.
Ət-Tənuxinin“Nişvar əl-muhadara” əsərindəki bu hekayətə nəzər yetirdikcə, bir daha
türklərin xeyirxah millət olduğunun şahidi oluruq.
Leyla Kərimova, fil.ü.f.d.
ADPU, “Türk araşdırmaları” ETL, elmi işçi
leylafaiqqizi@box.az
MEHMET AKIF ERSOYUN YARADICILIĞINDA ŞƏRQ VƏ QƏRB
QARŞIDURMASININ TƏZAHÜR FORMALARI
Mehmet Akif Ersoy Turan dünyasının görkəmli nümayəndələrindən biridir. Onun
əsərlərində vətən sevgisi, xalqın problemləri ilə mübarizə, istiqlal duyğuları, milli keçmişə bağlılıq,
dini və irqi ayrı-seçkiliyin gətirdiyi ictimai və siyasi çətinliklər və s. məsələlərin əks olunduğunu
görmək mümkündür. “İstiqlal marşı şairi” adı ilə anılan Mehmet Akif Ersoyun bədii külliyyatı
“Safahat” adlı yedii cildlik kitabda toplanmışdır. Burada şairi narahat edən ictimai-siyasi və milli-
mənəvi problemlər öz bədii təzahürünü tapmışdır.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
359
Mehmet Akif Ersoyu narahat edən məsələlər çoxdur. O dövrdə yaşanan çoxsaylı müharibə
və qətliyamlara kəskin münasibət şairin əsərlərində nəzmə çəkilirdi. Şairi narahat edən ən mühüm
problem isə Şərq və Qərb qarşıdurması idi. Türk gənclərinin əcnəbi dəyərlərə olan meyli, keçmişin
unudulması, Avropa dövlətlərinin Türkiyə Cümhuriyyətinə olan marağı Ersoyu olduqca narahat
edirdi. Yaşanan Van, Ərzurum qətliyamları, Balkan müharibələri, Çanaqqala müharibəsi, Osmanlı
İmperatorluğunun dağılması, Qurtuluş savaşı, Türkiyə Cümhuriyyətinin qurulması onun şahidinə
çevrildiyi tarixi hadisələrdir. Bir vətənpərvər şair, mühərrir olaraq, Ersoy vətənin çətin günlərində
hər zaman xalqın yanında olmuşdur. Qərb dövlətlərinin məngənəsi altında Şərq dünyasının
tənəzzülə dorğu sürüklənməsi, müsəlman birliyinin olmaması, Turan dünyasının məhv olunmasına
Avropa dövlətlərinin marağının artması Ersoyun qələmə aldığı mühüm mövzular sırasındadır.
Ersoy bəzən bir jurnalist kimi mətbuat səhifələrində, bəzən bədii yaradıcılığında bu problemləri
qabardır, müəyyən məqamlarda isə məscid minbərlərində moizə şəklində xalqa çatdırmağa çalışırdı.
M.A.Ersoy “İstiqlal marşı” şeiri şeirində yazırdı:
Garbın afakını sarmışsa çelik zırhlı duvar,
Benim iman dolu göğsüm gibi serhaddim var.
Ulusum, korkma! Nasıl böyle bir imanı boğar.
“Medeniyyet!” dediğin tek dişi kalmış canavar.
Ersoy Qərb dövlətlərinin Türkiyəyə olan marağını qətiyyətlə pisləyirdi. Şairin qənaətinə
görə belə məqamlarda xalq birlik olub yadelli işğalçılara qarşı mübarizə aparmalı, vətənin istiqlalı
yolunda lazım gələrsə canından və qanından belə keçməyə hazır olmalıdır. Xüsusilə Çanaqqala
müharibəsi zamanı birlik və şücaət göstərən qəhrəmanları Ersoy təqdir edirdi. Bununla yanaşı Şərq
və türk dövlətlərini yadelli işğalçılara qarşı birlik olmağa çağıran Ersoy insanları vətənpərvər
olmağa, əncəbi dəyərlərə üstünlük verməməyə, elm-ürfan sahibi olub Qərb dünyasına qarşı
mübarizə aparmağa səslənirdi. Şərq dünyasını bütün zamanlarda mədəniyyətin və elmin beşiyi
hesab edən M.A.Ersoy bir gün Şərq dünyasının Qərb dünyası qarşısında mütləq şəkildə qalib
olacağına inanırdı.
Maral Yaqubova, fil.ü.f.d.
AMEA Nizami adına Ədəbiyyat İnstitutu
Ədəbiyyat nəzəriyyəsi şöbəsi, böyük elmi işçi
yaqubova.maral@mail.ru
İSLAMİYYƏTƏ QƏDƏR TÜRK BƏDİİ NƏSRİ
Müasir bədii nəsr strukturu ilə islam öncəsi türk bədii nəsri arasındakı arxitekstual
münasibətləri aşkarlamaq nəsrin dinamik janr-forma təkamülündə genetik yaddaşın rolunu təsbit
etməkdə, qədim sivilizasiyalar kontekstində türk nəsri anlayışının formalaşa bilmə mexanizmini
mahiyyətini anlamaqda xüsusi əhəmiyyətə malikdir. Türk bədii-estetik düşüncəsinin ilk və sadə
ifadə forması olan islam öncəsi ədəbiyyatının bətnində formalaşan nəsrin şifahı və yazılı ədəbiyyat
arasında tutduğu mövqeyə münasibət bildirmək, ortaq türk nəsrinin struktur-semantik izahında
başlanğıcı müəyyən etmək funksional xarakter daşıyır.Türk bədii nəsrinin mənşəyi və təkamülü ilə
bağlı fikirlər mübahisəli xarakter daşıyır. Bugün müasir nəsrin bədii strukturunu ədəbiyyatımızın
genetik yaddaşını bilmədən öyrənmək, təhlilə cəlb etmək natamam səciyyə daşıyar. Azərbaycan
bədii nəsrinin tarixi başlanğıcını, ilk örnəklərini, struktur elementlərini, ifadə xüsusiyyətlərini
öyrənmək ortaq türk dünyagörüşünün kontekstində baş tuta bilər.
İslamiyyətə qədər Türk ədəbiyyatı e.ə.IV-III minilliklərdən başlayaraq türklərin islam dinini
qəbul etdiyi zamana, yəni XI əsrin ortalarına qədər davam edir. Göytürk yazılı abidələri bu uzun
zaman xəttini ədəbiyyat nöqteyi-nəzərindən iki yerə bölür. Abidələrin yaranmasına qədərki dövr
şifahi ədəbiyyat mərhələsi kimi xarakterizə edilir. Abidələrdə fikrin yazıya köçürülməsi, maddi hal
alması ilə Türk yazılı ədəbiyyatının başlanğıcı qoyulur. Söz yazıda yaşamaq hüququ qazanır, yazı
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
360
sözün daşıyıcısına çevrilir. Yazı sözün yaddaşına dönür, özünəqədərki şifahi sözün “tərzini”
müəyyən dərəcədə qoruyub, günümüzə qədər gətirə bilir. İlk yazılı mətnlər, qədim çağlara dair
gözümüzlə görmədiyimiz, qulağımızla eşitmədiyimiz hadisələrin yaddaşda yaşamasına zəmanət
verdiyi qədər, şifahi nitqdən yazılı nitqə keçidin prinsip və ölçülərini də qoruma potensialına
malikdir. Şifahi yolla nəsildən-nəsilə, dönəmdən-dönəmə ötürülən informasiyanın dəyişimə
uğraması normal və tez-tez baş verən haldır. Bu yolla yayılan ədəbiyyat da, başlanğıcda ehtiva
etdiyi məzmun və formanı dəyişə, yeniləyə, əlavə rəng qata, çəkisini azalda və çoxalda bilir. Yazılar
isə daşlaşır, dəyişməz qalır, mənsub olduğu dövrün əsas əlamətlərini, bütövlükdə yazılı nitqin
fonetik, leksik, morfoloji-qrammatik, sintaktik-üslubi başlanğıclarının keyfiyyət və kəmiyyət
xüsusiyyətlərini günümüzə qədər qoruyub saxlama potensialına malikdir. Elmdə belə bir qənaət
formalaşmışdır ki, ilk bədii ifadə forması şeir şəklində olmuşdur.İlkin mərhələdə ədəbiyyat və
incəsənət nümunələrində ədəbi növ və janr differensiyasına zəmin yaradacaq fərqlər yox
dərəcəsindədir. İbtidai incəsənət konkret ölçü və meyarları olan bədii əsərlərlə təmsil olunmurdu,
həmin dövrün əsərlərinin spesifikasını magik, mifoloji, əxlaqi və fantastik elementlər müəyyən
edirdi. İncəsənət sinkretik xarakter daşıyırdı. Tədricən sinkretizm zəifləyir, rituallara söykənən,
emosiyalar, söz, melodiya və taktların ritmik düzümü ədəbi növ və janr təkamülünün ilkin mənbəyi
kimi çıxış edir.
Azərbaycan ədəbiyyatında da nəzm və nəsr müqayisəsində nəzmin yaşı və həcmi daha
Dostları ilə paylaş: |