əvvəllər önəm vermədiyi, lakin yeni təəssüratlar nəticəsində keçirdiyi qeyri-adi milli hisslərin özünü
fəal şəkildə büruzə verməsi sanki onun şeir dilinə də təsir edir, burada yeni keyfiyyətlər
formalaşmağa başlayır. A.Axmatova ona məxsus lakoniklik və musiqiliklə öz təlim-tərbiyəsinə,
dünyagörüşünə yad və eyni zamanda doğma təəssüratlarını oxucuya çatdırmağa müvəffəq ola bilir:
Над Азией – весенние туманы,
И яркие до ужаса тюльпаны
Ковром заткали много сотен миль.
О, что мне делать с этой чистотою,
Что делать с неподкупностью простою?
О, что мне делать с этими людьми (3, 216).
Asiyanın üzərində yaz dumanları
Və dəhşətli dərəcədə parlaq zambaqlar
Xalı kimi toxunub yüzlərlə mil əraziyə.
Ah mən nə edim bu təmizliklə,
Nə edim bu satınalınmaz sadəliklə?
Ah mən nə edim bu insanlarla (Sətri tərcümə – A.N.).
Məsələn, bu dövr şeiriyyatında şairin yeni öyrəndiyi bənzətmələrin Şərq və adət etdiyi Qərb
elementləri onun yeni tip təşbeh çalarlarının meydana çıxmasına səbəb olur. Şərqdə artıq çeynənmiş
bədirlənmiş ay gecəsi özünün yeni şərhində orijinal musiqili ahəngini tapır:
Из перламутра и агата,
Из задымленного стекла,
Так неожиданно покато
И так торжественна плыла, –
Как будто “Лунная соната”
Нам сразу путь пересекла.
Как в трапезной – скамейки, стол, окно
С огромною серебряной луною.
Мы кофе пьем и черное вино,
Мы музыкою бредим…
Все равно …
И зацветает ветка над стеною (3, 215).
Sədəf və əqiqdən,
Hisli-tüstülü şüşədən,
Elə gözlənilmədən yuvarlanır
Və elə təmtəraqla üzürdü, –
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
350
Sanki “Ay sonatası”
Dərhal yolumuzu kəsdi.
Beləcə ziyafət skamyasında, masasında, pəncərəsində
Nəhəng gümüşü ayla,
Biz qəhvə və qara şərab içir,
Musiqi sayıqlayaraq...
Hər halda...
Və çiçək açır budaq divarın üstə (Sətri tərcümə – A.N.).
Ayın hisli pəncərədə axmasını sədəf və əqiqə bənzədən A.Axmatova, əsasən, Şərq şeirində
məşuqənin dişlərinə bənzədilən sədəfdən və gözəlin dodaqları ilə müqayisə olunan əqiqdən yeni
məqsədlə istifadə edir. Burada əqiqin Şərqdə aktiv istifadə olunan qırmızı rəngi deyil, digər çaları
təşbeh materialına çevrilir və gözəl sinekdoxa nümunəsi yaradılır. Maraqlıdır ki, istər “Ərəb və fars
sözləri lüğəti”ndə, istərsə də Qazi Bürhanəddin, İ.Nəsimi kimi Azərbaycan klassiklərinin
divanlarına yazılan lüğətlərdə əqiq – qırmızı rəngdə qiymətli daş kimi xarakterizə olunur.
Zərgərliyə dair elmi mənbələrdə isə bu daşın rəng çalarları fərqli izah olunur. Məlumatımızı
genişləndirmək üçün Sübhi Bəktaşinin qiymətli daşlar haqqında rəvayət, nağıl və tarixi həqiqətlər
açıqladığı “Yüz bir hekayət” adlı kitabına nəzər yetirək. Müəllif Şərqdə, o cümlədən, Azərbaycanda
zərgərlərin zinət əşyaları hazırlayarkən istifadə etdikləri əqiqin rəng çaları haqqında yazır:
“Azərbaycan əqiqləri başlıca olaraq altı rəngdədirlər; – açıq rəngli, demək olar ki, ağ, mavi və süd
rəngli zolaqların növbələşməsi, bənövşəyi rəngə çalan boz, maviyə çalan ağ, sarımtıl-boz və qaraya
çalan tünd boz” (5, 286). Yəqin ki, Anna Axmatova da ayın hisli pəncərədən axan rəngini ağ rəngin
maviyə çalan boz çalarını nəzərdə tuturdu. Bu isə Şərq şeir ənənəsinə yeni yanaşma idi.
Anna Axmatova Asiyanın öz yaradıcılığında yeni mərhələ açmasını, onda “şüuraltı yaddaşı”
oyatmaqla yeni – həm tanış, həm də yad hisslər oyatdığını təsdiq edirdi:
Это рысьи глаза твои, Азия,
Что-то высмотрели во мне,
Что-то выдразнили подспудное
И рожденное тишиной,
И томительное, и трудное,
Как полдневный термезский зной.
Словно вся прапамять в сознание
Раскаленной лавой текла,
Словно я свои же рыдания
Из чужих ладоней пила… (3, 217).
Bu sənin yırtıcı gözlərindir, Asiya,
Məndə nə isə görə bildilər,
Dərinliklərdə qalmış nəyi isə üzə çıxardılar.
Və sakitlikdən doğan,
Həm darıxdırıcı, həm çətin
Termez bürküsü tək.
Sanki bütün şüurdakı ulu yaddaşım
Qaynar lava kimi axdı,
Elə bil ki, öz göz yaşlarımı
Başqasının ovucundan içdim... (Sətri tərcümə – A.N.)
Anna Axmatovanın bu hisslərə hakim kəsilən qüdrətli təəssüratını əyani müşahidə etmiş
N.Tatarinova “Anna Axmatova Daşkənddə” adlı xatirə-məqaləsində həmin günləri belə yada salır:
“Anna Axmatova Şərq əlamətlərini xüsusi diqqətlə qeyd edirdi. Suların şırıltısında rübabi tellərin
musiqi ahəngini yadda saxlayır, qızılgüllərin rayihəsini içinə çəkir, sanki səmanın qeyri-adi
yüksəkliyinə uyuşa bilib-bilməyəcəyini yoxlayırdı. O, geniş açılmış gözlərinin baxışları ilə qovaq
ağacının pambıqlarının uçuşunu, böyük və sıx qarağacların yumru çətirlərini izləyirdi” (4, 98).
A.Axmatova Şərq ədəbi və fiziki-bioloji mühitindən bəhrələndiyi kimi, Şərq ədəbiyyatı, xüsusilə
də Daşkəndin o zamankı ədəbi gəncliyi də Anna Andreyevnanın ədəbi irsindən, bənzərsiz
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
351
şəxsiyyətindən örnək alıb ruhlanırdı. A.Axmatovanın təxliyyə həyatı zamanı Daşkənddə məskunlaş-
dığı müvəqqəti sığınacaq isə bir şair ocağına çevrilmişdi. A.Axmatova ardıcıllarından məşhur özbək
şairi, xalq yazıçısı və akademik Aybək (Əsl adı Musa Daşməhəmmədovdur.) bir neçə şeirində
Sovet ədəbiyyatında ötəri meh kimi keçsə də, güclü tufan kimi iz qoyan bu rus şairini vəsf etmiş və
onu əbədi yaddaşlara köçürmüşdür.
ƏDƏBIYYAT
1. Гусейнов Гафар Г. “Ты Азия – родина родин” (Перелистывая “Ташкентские
страницы” Анны Ахматовой), СПб: 2002, 165 с.
2. Ахматова Анна Андреевна. Сочинения, В 2-х т., Т. 2 / Проза, переводы, М.:
Художественная литература, 1986, 463 с.
3. Ахматова Анна Андреевна. Собрание сочинений в 2-х т., Т. 1, М.: Издательство
“Правда”. “Огонек”. 1990, 448 с.
4. Татаринова Н. Анна Ахматова в Ташкенте // Простор, 1971, № 2, с. 97-100.
5. Bəktaşi Sübhi. Yüz bir hekayət. Bakı: Yazıçı, 1990, 352 s
Barat Osmanova, fil.ü.f.d.
AMEA akad.Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu
“Türk filologiyası” şöbəsi, aparıcı elmi işçi
mehivaqo@mail.ru
ANDAYIN POEZİYASI
Melih Cevdet Anday Türk poeziyasında çevriliş yaradan «Garip» cərəyanının üç şairindən
biridir. O, Orxan Vəli, Oktay Rıfatla birlikdə türk şeirində əsrlərlə davam edən divan şeiri
ənənələrini kökündən dəyişərək, poeziyaya yeni forma, yeni ifadə tərzi ilə yanaşı yeni ideyalar da
daxil etmişdir. Melih Cevdet Anday bütün yaradıcılığı boyu şeirini daima yeniləmişdir.
Hələ «Garip» cərəyanı daxilində şairin özünə məxsus şeir tərzi olmuşdur.
«Garip» cərəyanı tərzində yazılmış «Toxum» şeiri ilə Anday «düşüncə» şeirinin ilk
nümunəsini yaratmışdır. İngilis metafizik şeir cərəyanının təsirilə şeirlərində ələ aldığı «biliyin
insana xoşbəxtlik gətirmədiyi» fikri, daha sonra şairin yaradıcılığının əsas motivi olan «düşüncə»
şeirinə çevrilmişdir. Bu cəhətdən Anday Türk poeziyasında bəlkə də ilk olan və özünə məxsus bir
şeir tərzi yaratmışdır, deyə bilərik. 1962-ci ildə nəşr etdirdiyi «Kolları Bağlı Odysseus» kitabında
şair Homerin «Odysseus» əsərindən istifadə edərək, düşüncələrini yeni bir formada işləmişdir. Bu
dövrdə yazdığı şeirlərində şair, özünün dediyi kimi «İnsan davranışlarının hekayəsi»ni şeir dili ilə
anlatmışdır. Yaradıcılığının bu yeni mərhələsində şairi düşündürən bir şeydir: insan təbiətə qarşı
mübarizəyə başlayır və bu mübarizədə özünün yaratdığı maneələri dəf etmə gücünü kənarda deyil,
özündə axtarır və bunun üçün ən yaxşı ifadə vasitəsi kimi qədim qəhrəmanlıq dastanlarına,
mifologiyaya müraciət edir.
1970-ci ildə çap olunan «Göçebe Denizin üstünde» kitabında Melih Cevdetin topladığı
şeirlərdə təsvir etdiyi dünya gündəlik qayğılardan hadisələrdən kənardadır.
«Özgür insan isteğini istemekle beslenir» deyən şair müasir şeirin cəmiyyəti əks etdirməsini
gərəksiz görür və bunu əsərlərində göstərməyə çalışır.
Anday istər «Troya Önünde Atlar»da olsun, istər «Kolları Bağlı Odysseus»da və istərsə də
«Ölümsüzlük Ardında Gılgamış» da olsun, mifoloji motivlərin içərisində insanın azadlığını dilə
gətirir. Fərd ilə cəmiyyət arasında əlaqə yaratmağa çalışır. Haqsızlığa qarşı olan şair insanın özünü
və öz dünyasını yaratmasını istəyir.
-
Yox, o, məni yandırmaz.
-
O yüksəkliyə qalxmaq istəyənlərin çoxu yanıb, oğul.
-
Məni yandırmaz. Böyüyəndə çıxacam, görüm o niyə belə qırmızıdı...
-
Ana, Savalana qədər belə gömgöy görünən o dağlar, dərələr, düzənlər ki, var, ora nədir?
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
352
-
Ərdəbil mahalı.
-
Yox.
-
Bəs nədi?
-
Vətən!” (2, 67).
Göründüyü kimi, qəhrəmanda mənəvi-assosiativ düşüncələr yaradan Savalan dağı burada
təbiət atributu olmaqdan daha çox mübarizə, qurtuluş və azadlıq simvolu kimi alınmışdır. Onun
obrazda yaratdığı hissi-emosional təsir də məhz sözügedən məzmunla bağlıdır. Zaman keçəcək,
İsmayıl Şah İsmayıl kimi Savalanın zirvəsini fəth edəcək, Savalanla Ağrını müqayisə edəcəkdi: “Bu
dağlar heç bir-birinə bənzəmir. Amma hər ikisində necə də ilahi əzəmət var, qürur var.
Aşağıdakı bağçadakı ağacın üstünə elə bil qızıl səpmişdilər... Axşam sərinliyi düşürdü.
Amma Ağrı dağının zirvəsi qızarmır, göyərirdi. Qar örtüyü göy rəngə çalır, buludlar qızarırdı. Qara
Quzeyin üstündə isə işıqsız ay ağ ləkə kimi səmaya yapışmışdı.
Əbdi bəy onun fikrə getdiyini görüb Hüseyn bəy Lələyə işarə elədi və yaxınlaşdı:
- Mürşidi-kamilim, bizim bu mahalda sizi qəmləndirən nədi?
-
Heç. - Şah İsmayıl gec cavab verdi. Sonra aram-aram danışmağa başladı: - Əbdi bəy, insan
xilqəti qəribədi. Bütün əzablara dözür. Hər dərdi yadından çıxarır. Amma dağ dözmür.
Adına Ağrı deyirlər. Dağ da ağrı çəkərmiş.
-
Bu fani dünyada hər şey müvəqqətidi. İnsan da, dağ-daş da.
-
Yox, ağrı çəkən dağ müvəqqəti ola bilməz... Əbdi bəy, bu mahallar gözəldir,
bərəkətlidir. Amma başıbəlalı torpağa oxşayır. Möhkəm dayanın. Bir qala da tikdirirəm.
Adını Rəvan qoymuşam. Qoy bu mahalda işlər rəvan getsin” (3, 130).
Əsərdən gətirilən bu nümunədə müəllif mətnaltı olaraq çox şeyləri vurğulayır. F.Kərimzadə
dənizdən-dənizə böyük imperiya yaratmaq xülyası ilə yaşayan, özgə torpaqlarından özlərinə
sığınacaq düzəltmələri azmış kimi, onu daha da genişləndirmək istəyilə tarix boyu dəfələrlə
torpaqlarımıza soxulub onu işğal edən, insanlığa sığmayan faciələr törədən ermənilərin bu qara
niyyətlərindən heç vaxt əl çəkməyəcəklərini, tarixin yaxın zamanlarda təkrarlanacağını sanki
əvvəlcədən hiss etmişdi. Odur ki, Şah İsmayılın dili ilə bu “başıbəlalı torpaq”da möhkəm
dayanmağa, ona sahib çıxmağa çağırırdı.
Ağrı dağının Şah İsmayılın daxilində doğurduğu assosiasiya bir tərəfdən vaxtilə qalada
keçirdikləri məhbus həyatının, çəkdikləri ağrı-acıların yadına düşməsi idisə, digər tərəfdən məhz
Ağrının ifadə etdiyi məzmunla bağlı idi. Şah İsmayıl toponimik vahid kimi Ağrının adına izah
verərək, onu adı ilə daşıdığı məzmun yükü baxımından obrazlı şəkildə uzlaşdırır.
“Xudafərin körpüsü”ndə dağ və rəng simvolikası əlaqəli şəkildə alınmışdır. Epik təsvir
zamanı rənglər simvolika baxımından düzgün seçilərək dağ simvolikası ilə vəhdətdə mövzunun
məna yükünün və əsas məramın aşkarlanmasını şərtləndirmişdir. Burada əski türk mifoloji
sisteminin atributlarının və ya atributlaşmış obrazlarının təsvir elementi kimi rənglərin simvolizə
etdiyi semantik tutumdan uyğun kontekstdə istifadə olunmuşdur. Bu baxımdan dilogiyada dağ və
rəng simvolikasının əlaqəli inikası ilə qurulan epik təsvirlər konkret semantik tutumları ifadə edir.
Təqdim edilən nümunələrin müqayisəsindən görürük ki, Savalanın zirvəsi qırmızı, Ağrının
zirvəsi isə göy rəngdə təsvir olunmuşdur. Türk etnosunun əski çağlardan bu günümüzə qədər
formalaşıb oturuşmuş inancına görə günəşin, odun, alovun rəmzi olan qırmızı rəng semantik tutum
baxımından xoşbəxtlik, xeyir, bərəkət, şadlıq, firavanlıq və başqa bu kimi sevincli yaşantıları ifadə
edir. Qırmızı rəng, eyni zamanda, mübarizə və azadlıq rəmzi kimi də simvolizə olunur.
Başqa bir maraqlı məqama da diqqət yetirək. Bəzən dilimizdə qırmızı sözü qızılı və ya
qısaca olaraq qızıl sözlərilə də ifadə olunur. Qırmızı rənglə əlaqəli qızarmaq, qızartı, qızılca və
başqa bu kimi sözlərin kökündə hazırda dilimizdə daha çox işlək olan qırmızı sözünün deyil,
qırmızının sinonimi olan qızılı, yaxud qızıl sözünün dayanması da maraqlı fakt kimi diqqəti çəkir.
Bu kontekstdə “Kitabi-Dədə-Qorqud” eposunda maraqlı nümunələrə rast gəlirik. Dirsə xan qırx
igidi ilə Bayandır xanın məclisinə gələndə Bayandır xanın igidləri onu qarşılayıb qara otağa
aparırlar. ““Bayandır xandan buyruq böylədür, xanım” - dedilər. Dirsə xan aydır: “Bayandır xan
bənim nə əsküglügüm gördi? Qılucumdanmı gördi, süfrəmdənmi gördi? Bəndən alcaq kişiləri ağ
otağa, qızıl otağa qondurdı. Bənim suçum nə oldı kim, qara otağa qondurdı?” - dedi” (4, 34).
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
353
Yaxud: “Oğuz zamanında bir yigit ki evlənsə, ox atardı. Oxı nə yerdə düşsə, anda gərdək
dikərdi. Beyrək xan dəxi oxın atdı, dibinə gərdəgin dikdi. Adağlusından ərgənlik bir qırmızı qaftan
gəldi. Beyrək geydi. Yoldaşlarına bu iş xoş gəlmədi. Səxt oldılar.
Beyrək aydır: “Niyə səxt oldunuz?”, – dedi. Ayıtdılar: “Necə səxt olmıyalum? Sən qızıl
qaftan geyərsən, biz ağ qaftan geyəriz!” – dedilər” (4, 57).
Göründüyü kimi, burada qızıl sözü rəng anlamında qırmızının sinonimi kimi və müvazi
şəkildə işlənilmişdir. Belə yəqin etmək olar ki, rəng bildirən qızıl, yaxud qızılı sözləri qırmızı
sözündən daha qədimdir.
Bu məsələyə toxunmağımız heç də təsadüfi deyil. Tarixdən məlumdur ki, Səfəvilər və Şah
İsmayıl müridləri üzərində qırmızı parçadan tikilmiş on iki dilim olan xüsusi baş geyimindən
istifadə etmişlər. Buna görə də onlar özlərinə qızılbaşlar, başlarına qoyduqları həmin baş geyiminə
isə qızılbaş çalması deyirdilər. Qızılbaş deyimindəki qızıl sözü də burada rəng anlamında semantik
tutumuna görə qırmızını ifadə etmişdir. Deməli, balaca İsmayılın dustaq olduqları qaladan günəşin
qızıl-qırmızı rəngə boyadığı Savalan dağının zirvəsinə doğru can atması təsadüfi deyildir. Bütün
bunlar - Mübarizə, qurtuluş, azadlıq, qızılbaşlıq, şeyxlik, şahlıq və ucalıq! – Şeyx Heydər oğlu Şah
İsmayılın gələcək taleyini şərtləndirən başlıca məqamlar idi. F.Kərimzadə dərin tarixi qatlardan
xəbər verən bu məqamları kiçik bir epizodda ustalıqla təqdim edə bilmişdir.
Epik təsvir zamanı zirvəsi göy rəngə boyanan Ağrı dağının təqdimində də rəng simvolikası
baxımından aşkar və mətnaltı məqamlar diqqəti çəkir.
Bildiyimiz kimi, göy rəng, adətən, dərd, kədər, matəm anlamlarını ifadə edir və bu
kontekstdə qara ilə eyni məzmun yükü daşıyır. Elə bunun göstəricisidir ki, doğmasını, əzizini itirən
insanlar qara, yaxud onun ekvivalenti olan göy rəngdə libas geyinir, qadınlar başlarına bu rənglərdə
yaylıq bağlayırlar. Kökü əski çağlara gedib çıxan və bu gün də xalq arasında işlənilən “qara geyinib
göy bağlamaq” deyimi də buradan qaynaqlanmışdır. Sözügedən adətin və bu adəti əks etdirən
deyimin qədimliyinə diqqət yetirmək üçün yenə də ana kitabımız olan “Kitabi-Dədə Qorqud”a
müraciət edək. On altı illik dustaqlıqdan qurtaran Bamsı Beyrək Oğuz elinə gəlib babasının yurduna
çatanda görür ki, onun otağını qaraya, göyə tutublar, bacıları da qəmgin halda “qaralu-göglü”
oturublar. Beyrəyin öldürüldüyü boyda isə deyilir: “Beyrəgin babasına-anasına xəbər oldı. Ağ evi-
eşigində şivən qopdı. Qaza bənzər qızı-gəlini ağ çıqardı, qara geydi. Ağ-boz atının quyruğını
kəsdilər. Qırq-əlli yigit qara geyüb-gög sarındı” (4, 125).
Göründüyü kimi, burada göy rəng qara rənglə eyni funksiyanı daşıyaraq qəm-kədəri, matəmi
simvolizə etmişdir.
Göy rəng, eyni zamanda, türkçülüyün simvoludur ki, bunun da kökü əski mifoloji qatlara
gedib çıxır. Mifik təsəvvürdən gəlmə bu motiv “Oğuz Kağan” dastanında Oğuzun görünüşünün
təsvirində təzahürünü tapmışdır:
“Yenə günlərin bir günü Ay kağanın gözləri yarıdı, bir oğlu oldu. Bu oğlanın üzü göy idi”
(1, 124).
Dastanın gedişatında göy rəng kutsal olaraq öz təzahürünü yenə də kultla bağlı məqamlarda
tapır. Belə ki, Oğuzun yol göstərəni, qoruyucu-hamisi də “göy tüklü, göy yelkəli” qurddur. Urum
kağan Oğuz kağana tabe olmaqdan boyun qaçıranda Oğuz kağan qəzəblənir, onunla vuruşmaq üçün
öz qoşunu ilə yola düşür. Qırx gündən sonra Muz dağın ətəyinə çatıb alaçıqlar qurdurur, sakitləşib
yuxuya gedir. Dan söküləndə Oğuz kağanın alaçığına gün kimi bir işıq düşür. Bu işıqdan göy tüklü,
göy yelkəli böyük, erkək bir qurd çıxır və Oğuz kağana deyir:
“Oğuz, ay Oğuz,
Sən Urum üstünə getmək dilərsən.
Oğuz, ay Oğuz, mən səndən irəlidə gedəcəyəm.
Bundan sonra
Oğuz kağan alaçıqları yığdırdı.
yola düşdü. Gördü ki,
ordunun önündə
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
354
göy tüklü, göy yelkəli böyük,
erkək bir qurd gedir.
Bu qurdun arxasına düşüb,
ardınca getdilər” (1, 129).
Göründüyü kimi, göy rəng əski türk mifoloji sistemində kutsal hesab edilən atributların və
ya atributlaşmış obrazların simvolik ifadəsidir. “Türk mifoloji sistemində göy rəngli bütün obrazlar
səmavi mənşəli və sakraldır. Bu rəng simvolikası həm də türk etnik mədəniyyətini başqa etnik
mədəniyyətlərdən fərqləndirir... Əski türklər göyə (səmaya) tənqri deyirdilər. Göy əslində metoforik
addır, rəngin, əlamətin adlaşmasıdır. Göy Tanrı ifadəsi də göyün hakimi mənasında anılırdı. Türklər
Tanrını məkandan və zamandan kənarda (konkret məkan və zaman bəlgəsi olmayan) təsəvvür
etdiklərindən onu bütövlükdə sonsuz göylə adekvatlaşdırırdılar” (1, 52).
Buradan belə bir nəticəyə gəlirik ki, “Xudafərin körpüsü” dilogiyasında Ağrı dağının
zirvəsinin göy rəngdə təsvir edilməsi təsadüfi olmayıb, ən azı iki məzmun daşıyır:
3.
Bu torpaqların əzəli və əbədi olaraq Azərbaycan türklərinə məxsusluğu.
4.
Ermənilərin alçaq niyyətləri sayəsində bu “başıbəlalı” torpaqlarımızın zaman-zaman
dərdlə, kədərlə üz-üzə qalması.
Bu “başıbəlalı torpaq”da “möhkəm dayanmağı tövsiyə edən Şah İsmayıl burada daha bir
qala tikdirdiyini, “Qoy bu mahalda işlər rəvan getsin!”, - deyə bu niyyətlə həmin qalanın adını
Rəvan qoyduğunu söyləyir. Bildiyimiz kimi, “r” samitilə başlayan bəzi sözlərin əvvəlinə xalq
arasında tələffüz zamanı “i” saiti əlavə olunur. Rəvan sözü də dil hadisəsi – proteza nəticəsində
İrəvan formasını almış və bu vaxta qədər elə İrəvan şəklində də qalmışdır. Deməli, yazıçı əsərdə bu
tarixi fakta da diqqət çəkməyi unutmamışdır.
Göründüyü kimi, istedadlı yazıçı F.Kərimzadənin “Xudafərin körpüsü” dilogiyasında türk
mifik təsəvvüründən, epos və dastan mətnlərindən gəlmə dağ və rəng simvolikasının inikası əlaqəli
şəkildə alınaraq obrazın daxili portretinin yaradılmasına, xarakterinin və daxili yaşantılarının
açılmasına, ən əsası isə sözügedən əsərin məna yükünün və başlıca məqsəd-məramın
aşkarlanmasına xidmət etmişdir.
ƏDƏBIYYAT
6.
Bayat Füzuli. Oğuz epik ənənəsi və “Oğuz kağan” dastanı. Bakı, “Sabah”, 1993, 196 s.
7.
Kərimzadə Fərman. Seçilmiş əsərləri. 5 cilddə, I cild. Xudafərin körpüsü. Bakı, “Ağrıdağ”,
2002, 390 s.
8.
Kərimzadə Fərman. Seçilmiş əsərləri. 5 cilddə, II cild. Çaldıran döyüşü. Bakı, “Ağrıdağ”,
2003, 328 s.
9.
Kitabi-Dədə Qorqud (tərtib, transkripsiya, sadələşdirilmiş variant və müqəddimə Fərhad
Zeynalov və Samət Əlizadənindir). Bakı, “Yazıçı”, 1988, 265 s.
10.
Ögel Bahaeddin. Türk mitolojisi. II cild. İstanbul, 2001, 164 s.
Fəridə Vəliyeva, fil.ü.f.d.
AMEA Nizami adına Ədəbiyyat İnstitutu, aparıcı elmi işçi
feridehicran60@mail.ru
HACI BEKTAŞİ VƏLİ ŞEİRİNDƏ ƏSKİ TÜRK İNANCLARI
VƏ FOLKLOR QAYNAQLARI
Qədim və zəngin tarixi keçmişə malik olan türk xalqı özünün çoxəsrlik mədəni
nailiyyətlərini əbədiləşdirmək, gələcək nəsillərə və bütün dünyaya çatdırmaq üçün sözün əbədiyaşar
qüdrətinə inanmış, ona üz tutmuş, ondan yardım istəmiş və düşüncəsinin, həyat tərzi və məişətinin,
adət-ənənələrinin unikallığı ilə fərqlənən, soykökü, qan yaddaşı, milli ruhu və kimliyi ilə seçilən bir
millət olduğunu bugünkü cahana məhz əsrlərdən keçib gələn, zaman-zaman formalaşan və yeni
özəlliklər kəsb edən ədəbi-bədii yaradıcılıq nümunələri vasitəsilə isbatlamışdır.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
355
Türk xalqlarının bədii düşüncə və təfəkkür məhsulları sərhədləri aşmış, başqa xalqların
mədəni nailiyyətlərinin ən yaxşı nümunələri ilə qarşlıqlı “ünsiyyətdə” olmuş, bəhrələnmiş və təsir
etmiş, nəhayətdə möhtəşəm dastanlarımız, müdrik nağıllarımız və atalar sözlərimiz, əsrarəngiz
rəvayət və əfsanələrimiz, hikmət dolu məsəl və lətifələrimiz və s. bəşər mədəniyyəti və dünya
Dostları ilə paylaş: |