I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə70/88
tarix31.01.2017
ölçüsü2,74 Mb.
#7272
1   ...   66   67   68   69   70   71   72   73   ...   88

Müasir dövr yazıçılarından biri olan Əli Vəliyevin də bədii əsərlərində onomastik vahidlərin 

üslubi imkanlarından yaradıcılıqla istifadə edilmişdir. Ədibin bədii dilində işlədilən üslubi 

onomastik vahidlərin xarakterik xüsusiyyətlərini aşağıdakı kimi ümumiləşdirmək olar:  

1. Müəllifin pozitiv münasibətlə işlətdiyi adlar; 

2. Müəllifin neqativ münasibətlə işlətdiyi adlar. 

Bu adların özünəməxsus cəhətlərini bədii mətndən verilən nümunələrə əsasən aşağıdakı 

kimi xarakterizə etmək olar: 

1. Pozitiv münasibətlə işlədilən adlar. 

Bu adların içərisində həm şəxs adları, həm də yer adları vardır. İstər şəxs adları, istərsə də 

yer adları yazıçının təxəyyülünün əsasında formalaşdırılmış adlardan ibarətdir. Yazıçı özünün 

rəğbət bildirmək istədiyi obyekti, yeri, məkanı və şəxsi pozitiv mənalı sözlərlə adlandırır. (1, s. 8; 6, 

s. 27-39; 11, s. 53-56) Bədii obrazın şəxsi keyfiyyətləri, cəmiyyətdəki sosial mövqeyi, onu əhatə 

edən mühit barədə xoş təəssürat və yaxşı münasibət yaratmaq məqsədi ilə onları pozitiv xarakterli 

adlarla adlandırır. Məsələn, dözümlü kimi təsvir etdiyi şəxsə Ölməz, müdrik kimi təsvir etdiyi şəxsə 

Közərmiş, dövrün tələblərinə uyğun şəxsə Yenilik, inqilabın varisi kimi gördüyü şəxsə Aprel adını 

verir:  


Yəqin ki, Ölməz nağıl danışmaq, seçdiyi nağılı əzbərləmək üçün burada oturubdur, – dedim. 

(13, s. 158); 

Közərmişin əlli yaşı tamam olmasına baxmayaraq, hələ də ayağı təzə çarıq, əyni təzə köynək 

görməmişdi. (14, s. 5); 

Bu qaranlıq kölgəni, bu qəmli sükutu yuxudan ayılan Yeniliyin səsi pozdu və qovdu. (13, s. 

130); 


– Yoldaş Nəsir, mənim bir təklifim vardır, – deyə pioner dəstəsinin rəhbəri söz istədi: 

– Buyur,  buyur!  

  Mən bu yoldaşın adını “Aprel” qoymağı təklif edirəm. (13, s. 117). 



Yazıçının rəğbəti üzrə işlədilən yer, məkan və obyekt adlarının bir qismi ya təsvir olunan 

dövrün və ideoloji tələbinə görə formalaşdırılan yaşayış məskənlərinin adlarından və təsərrüfat 

qurumu ilə bağlı adlardan ibarətdir. Məsələn, yaşayış məskənlərinin adlarını aşağıdakı 

nümunələrdən görmək olar:  

– Can bəli, qurban bəli. Dövlətli kəndində olmusan? (15, s. 202); 

  Bacı, haralısan? – deyə sədr soruşdu:  



   Buludludanam. (13, s. 139); 

Əvvəlcə Qardaşlıq kənd soveti sədrinin yazdığı məktubu oxudu. (15, s. 334); 

İşıqlı kəndində məni qarşılayan, maşından çıxan kimi əl uzadan yenə də Bayram oldu. (13, 

s. 435); 

– Sən buradan Bakıya qayıdacaqsan?  

   Xeyr, bu axşam Turaclı kəndinə getməliyəm. (18, s. 31); 



Yazıçının rəğbəti, həmçinin, dövrün ictimai təsərrüfat quruluşu ilə bağlı formalaşdırdığı  

adlarda da müşahidə olunur: 

  Sənin kağızınla “Varlı həyat” kolxozuna verilib yüz əlli altı. (14, s. 36); 



“Şəfəq” kolxozunun torpağına söz ola bilməz. Münbit və məhsuldardır. Kolxozçular canla-

başla işləyir, kefi kök dolanırlar. Kolxozumuz rayonda birinci, respublikada qabaqcıllardan 

sayılırdı. (14, s. 345); 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



366

 “Birlik” kolxozundan dəvətnamə göndəriblər, sabah artezian quyusunu işə salırlar, – dedi. 



Qorxmaz dəvətnaməni alıb oxudu və cibinə qoydu. (14, s. 471); 

İki yolun arasında görünən kənd Çiçəkli, buradakı kolxoz “Yeni həyat” adlanır. (16, s. 9); 

“Gələcək” kolxozunun at ilxısı “Yeni həyat” kolxozunun gövşənində yeyib səmiriyirdi. (16, 

s. 354). 

Əli Vəliyevin dilində bəzi yer adları da işlənir ki, onlarda xüsusi olaraq neqativ və ya pozitiv 

münasibət yox, belə demək olar ki, yer haqqında, təbiət haqqında, təbii mühit haqqında təəssürat 

yaratmaq məqsədi əsas olmuşdur. Bu adların yazıçı tərəfindən formalaşdırıldığını onların mühüm 

bir qisminin -lı

4

 sifətdüzəldən şəkilçi vasitəsi ilə işlədilməsindən görmək olur:  



Daşlı camaatı hamıdan çox Salmanla Zəhranın oynamağına tamaşa edirdi. (16, s. 355); 

Bizimlə “İşıqlı” dağın arası o qədər də uzaq deyil. (14, s. 16); 

Bir gün Çöplü Çuxurda mal otarırdıq. Boyca uzun, sifətcə qırmızı bir kişi bayatı çağırırdı. 

(16, s. 291); 

Bu gün gərək Əhmədli kəndini kollektivləşdirək və Buzlu kəndini sosializm yarışına çağıraq. 

(15, s. 197); 

Gövhərlə yoldaşları Yeddinövlü bulağın üstündəki yamacdan körpə yarpız, quzuqulağı dərib 

döşlüklərinə toplayırdılar. (15, s. 131); 

Göyərçinli dərənin lap dərin yerində on beş nəfərə kimi adam toplanmışdı. (15, s. 128); 

Çaxçaxlı kəndi “Burulğan” çayının sol sahilindədir. (15, s. 96); 

Qoridə oxuyanda əliaçıqlığıma səbəb, Əlikli məktəbində barmaqla göstərilən müəllim 

olmağıma bais bu kitablardır. (15, s. 80); 

Kəndin ortasındakı bulağın suyu gur olduğundan kəhriz deyirlər. Böyük çinarın altından 

axdığı üçün “Çinarlı” bulaq adlanır. (15, s. 69); 

-

 Müəllim, Cəvizli kəndi buradır, atları hara sürək? Kənd şurasına, yoxsa məktəbə? (15, s. 



75). 

Əli Vəliyevin bədii dilində işlənən mürəkkəb söz və söz birləşməsi şəklində 

formalaşdırılmış yer adları isə, ümumiyyətlə, oxucu təsəvvüründə təbiətin canlandırılması məqsədi 

daşıyır. Bu sözlərdə hər hansı konkret real, məlum yer adlarından daha çox təbiətin əsrarəngizliyini 

bildirmək məqsədi başlıca yer tutur. Oxucu belə adlar vasitəsi ilə Azərbaycan təbiəti, onun 

təsvirəgəlməz özəlliklərini təsəvvüründə canlandıra bilir: 

Yamac aşağı yavaş addımlarla endilər. İndi Qızılqayanın hər yerini günəş almışdı.(15, s. 

133); 


Alaçıqlardan bir qədər uzaqda Saldaş deyilən yerdə bir adam qayanın dalından baxır, bütün 

bu əhvalatları görürdü. (15, s. 136); 

Otbitməz adlanan yerdə şənlik eləməyə toplaşırdılar. (16, s. 335); 

Qardaşxan vurulandan sonra banditlərin bir hissəsi Biçənək meşələrinə, bir hissəsi də 

Alaqayaya qaçmağa məcbur oldu. (15, s. 369); 

Həmişə bərkə düşəndə Ayı çınqılına toplaşırdılar. (15, s. 351); 

–  Bir gün tələbələri “Qala yeri” deyilən bir dağın başına çıxarmışdım. (15, s. 216); 

“Qəzər ölən” bələnindən

*

 aşağıda öz kəndlərinin axar-baxarları güclə görünürdü. (15, s. 



142); 

Bulağın qabaq tərəfindəki “Dik daş”ın dibində beş nəfər cavan oğlan qayaya söykənərək 

uzaqlara baxırdı. (15, s. 114); 

Məşədi Şərif kəndin aşağısında “Div damı” deyilən kahada saxladığı ata baş çəkməyə 

hazırlaşırdı. (17, s. 340). 

2. Neqativ münasibətlə işlədilən adlar 

Əli Vəliyevin bədii əsərlərində şəxs və yer adlarından bəziləri neqativ münasibətlə işlədilir. 

Aydındır ki, belə adların da reallığı olmur və yazıçı tərəfindən düşünülərək formalaşdırılır. Bunların 

fonunda isə bədii obrazlaşdırma məqsədi durur. Yazıçı öz düşüncə və münasibətlərini,  öz ideyasını 

şərhə ehtiyac duymadan formalaşdırdığı adlar vasitəsilə daha asan çatdırmağa nail olur. Yazıçı 

                                                            

*

 bələn – is. məhəlli söz. Dağ döşündə tala. Məs. Bələndən endim düzə / Su bağladım nərgizə. (Bayatı) 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



367

tərəfindən formalaşdırılan adlarda, həm şəxs və yer haqqında, bədii obraz haqqında münasibət 

bildirilir, həm obrazların özləri şəxsləndirilir, həm də mətndə emosionallıq və ekspressivlik 

yaradılır: 

Başçıları Qardaşxan adlı bir banditdir. Əyninə hərbi paltar geyinmişdi. (15, s. 335);  

Sədirxanın xəyanətini yəqin ki, unutmamısınız. (15, s. 218); 

Enlikürək Yorğa Yunus hamıdan acıqlı idi və çox mübahisə edirdi. (15, s. 220); 

Çərçizadə özünü saxlaya bilməyib dedi:  

– Yusif qağa, niyə oxunu atıb yayını gizlədirsən? (15, s. 202);  

Kömək Bəxtəvərli otuz il müddətində yüzlərcə, bəlkə də minlərcə adamla tanış olub. (14, s. 

266);  

Həmin gün bacısını kəndə çatdıran Nalbəndzadə evə gələndə arvadı lağla xəbər aldı: – 



Studenti neylədin, ay İmdad? 

   Başını əkdim. (15, s. 29); 



Musa Dargözovun kitabxanada işləyən bacısı Təzəgülü gözaltı eləmişdi. (14, s. 174); 

Raykom katibi Zeynalabdin Rzayevlə müavini İbad Güneylinin arası sərin idi. (14, s. 295); 

Rayondaxili işlər şöbə rəisi Kürən Balayev aranı qızışdırır. (14, s. 225); 

Qonşuların istirahətini pozan Kəmənd Könüklünün ünvanını heç vaxt dolaşıq salmarıq. (14, 

s. 331); 

Mərkəzi qəzetlərin birində “Yarıtmazov nə deyir?” adlı bir felyeton çap edilmişdi. (14, s. 

339); 

Miyançı Minnətov yanına gəlib dedi ki, kolxoz sədrimiz canlara dəyən oğlandır. (14, s. 356); 



Rəisin Əhmədə verdiyi sualı Müdhət Satılmış bu cür tərcümə elədi. (14, s. 114); 

Tibb xidməti kapitanı Yanıqlı və tibb xidməti baş leytnantı Buludlu bu aktı tərtib edirlər. (16, 

s. 125); 

Mütəllimdən iki-üç saat sonra Qaratel özünü İçərişəhərə, Doymazın yanına verər, yeyib-içər, 

kefini sürəndən sonra evə qayıdıb qapını açar, uşaqlara yemək verərdi. (16, s. 338). 

Neqativ anlayış Əli Vəliyevin işlətdiyi yer, məkan, məskən adlarında da müşahidə edilir. 

Yerin, ərazinin bəhrəsiz olduğunu qabarıqlaşdırmaq üçün ərazini Kolluquzey adlandırır: Dördüncü 

gün Kolluquzey deyilən yerdən keçdiyim vaxt şıqqıltı eşitdim. (14, s. 55); 

Ərazinin uğursuz olduğuna diqqəti cəlb etmək üçün oranı Camışölən adlandırır: Altmış iki 

evdən ibarət bu yer çox böyük bir sahəni əhatə etmişdi. Biz Camışölən təpəyə çatmışdıq. (13, s. 

144); 

Yerin daşlı-kəsəkli, əlverişsiz olduğunu bildirmək üçün oranı Çataldaş  adlandırır: 



Biçənəkdən bir az aralı, Çataldaş adlanan örüşdə mal-qara göründü. (14, s. 39); 

Ərazinin  Xaçdaş adlandırılması orada hər hansı xoşagəlməz hadisənin baş verəcəyinin 

göstəricisi kimi mənalandırılır: Bandit dəstələri Xaçdaşda olan hökumət qoyununa sataşmaq üçün 

dörd atlı göndərdi. Çobanlar həm İstisuya, həm də Bazarçaya hay saldılar. (15, s. 367);  

İtuçan adı ilə yer-yurd barədə vahiməli təsəvvür yaradır: – Yadındadırmı, o gün İtuçanda nə 

baş vermişdi? (15, s. 293);  

Yoxsulluq, səfalət, ehtiyac bildirmək üçün Kərməçataq adından istifadə edilir: Onlar 

Kərməçataq kəndinin yanında bir qəlbi qayanın üstünə çıxıb gəzişirlər.(18, s. 98);  

Qorxu, vahimə, həyəcan yaratmaq üçün İlanlı dərə adı işlədilir: Məşədi Şəriflə yoldaşı 

Sağsağanlı kəndindən xeyli aralıda – İlanlı dərə deyilən yerdə çoxdan durub gözləyirdilər. (17, s. 

424). 

Əli Vəliyevin əsərlərinin leksikası olduqca zəngindir. Bu zənginlik yazıçının xalq dilinə 



daim yaxın olmasından irəli gəlir. Regional nitqdə, xüsusən, Qərb regionunun danışıq dilinə və 

dialekt leksikasına dərindən bələdliyi onun əsərlərinin dilinin leksik tərkibinin zənginləşdirilməsinin 

başlıca mənbəyinə çevrilmişdir. Yazıçının dil sadəliyi və leksik rəngarəngliyi əsərlərin oxunaqlı 

olmasına çox güclü təsir göstərir.  

Əli Vəliyevin əsərlərinin leksikası dil törəməsi, dialektologiya, dil nəzəriyyəsi və müqayisəli 

dilçilik və etimologiya sahələri üçün maraqlı, zəngin material mənbəyidir. Ədibin bədii dilində 

onomastik vahidlərin üslubi məqamları tədqiqə cəlb edilmiş, emosionallıq və ekspressivlik yaradan 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



368

onomastik vahidlər təhlil edilmiş və sənətkarın fərdi üslubuna xas semantik çalarlıq aşkarlanmışdır. 

Leksik qatın öyrənilməsi və tədqiqata cəlb olunması daim tədqiqatçı marağının üstünlük təşkil 

etməsinə səbəb olacaqdır. 

ƏDƏBIYYAT 

1.

  Cabbarov X. Sənətkar, söz, üslub(Bədii üslubda obrazlılıq problemi) Bakı, 1993, 198 s. 



2.

  Cavadov Ə. M. Bədii əsərlərdə insan adlarının işlənməsi. “Azərbaycan dilçiliyi 

məsələləri”, Azərb. E.A. nəşri., Bakı, 1967. 

3.

  Əlirza Əliyev. Bədii ədəbiyyatda onomastik vahidlərin poetik xüsusiyyətləri. Filologiya 



məsələləri – №5, “Elm və Təhsil”, Bakı, 2014, 472 səh.  

4.

  Hüseynova H. Mir Cəlalın bədii əsərlərinin dili və üslubu. Bakı, “Elm”, 2008, 230 səh. 



5.

  Xəlilov B. Müasir Azərbaycan dilinin leksikologiyası. Bakı, “Nurlan”, 2008, 442 səh. 

6.

   Kazımov Q. Bədii ədəbiyyatda xüsusi adların komik təbiəti. “Azərbaycan onomastikası 



problemləri”, Azərbaycan onomastikasına dair konfransın materialları. Bakı, Azərb. dövlət 

Ped. İn-st., Bakı, 1987. 

7.

  Qurbanov A. Poetik onomastika, Bakı, APİ, 1988, 39 səh. 



8.

  Mikayılova Ə. Onomastik vahidlərin üslubi imkanları. (ХIХ əsrin ikinci yarısında 

yaranmış nəsr əsərlərinin matеrialları əsasında linqvistik tədqiqat). «Mеmar Nəşriyyat-

Poliqrafiya» MMC, Bakı, 2008, 302 səh. 

9.

  Морозова М. Н. Имена собственные в баснях И. А. Крылова // Поэтика и стилистика 



русской литературы. Л., 1971. c. 88-95. 

10.


  Никонов В. А. Имена персонажей. “Поэтика и стилистика русской литера туры” / 

В.А.Никонов. Л.: Наука, 1981. 408 s.  

11.

  Paşayev A. Nizami Gəncəvinin poetik antroponimiyası. “Azərbaycan onomastikasına 



dair konfransın materialları”, Bakı, Azərb. Dövlət Ped. İnst., 1987, s. 53-56. 

12.


  Verdiyev Z. Bədii surətin xarakterini əks etdirən adlar. “Azərbaycan onomastikasının 

problemləri”, Bakı, Azərb. Dövlət Ped. İnst., 1988. 

13.

  Vəliyev Ə. Əsərləri. I c., Bakı, Azərb. Dövlət nəşri., 1968, 473 s. 



14.

  Vəliyev Ə. Əsərləri. II c., Bakı, Azərb. Dövlət nəşri., 1968, 533 s. 

15.

  Vəliyev Ə. Əsərləri. III c., Bakı, Azərb. Dövlət nəşri., 1969, 454 s. 



16.

  Vəliyev Ə. Əsərləri. IV c., Bakı, Azərb. Dövlət nəşri., 1970, 474 s. 

17.

  Vəliyev Ə. Əsərləri. V c., Bakı, Azərb. Dövlət nəşri., 1970, 536 s. 



18.

  Vəliyev Ə. Əsərləri. VI c., Bakı, Azərb. Dövlət nəşri., 1971, 470 s. 

 

Niyamaddin Hashımov 



Qafqaz University 

Name study in the works by Ali Veliyev 

(Summary) 

The roles of name study units in stylistics serve mainly to description of characters, 

completion of imaginations about locations, place and personalities. Ali Veliyev successfully used 

name study units in his works. The writer creatively used stylistic points of name study units in his 

works. A.Veliyev achieved emotionality, expressiveness, and imagery in his works by using name 

study units.   

Descriptive method has been used in this article. The main aim is the comparative research 

of selected samples in his works, throw light on name study units used in his works and anlyze 

semantic traits.  

Key words: Name study, poetics, imagery, imagination, character, semantic, traits 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



369

                                                               

      Rəşid Təhməzoğlu (Quliyev), fil.ü.f.d. 

AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu 

Türk filologiyası şöbəsi, aparıcı elmi işçi 

naz_li1555@mail.ru 

 

TOFİQ FİKRƏTİN «MÜNTƏXƏB PARÇALAR» TOPLUSU (ŞAİRIN AZƏRBAYCAN 



OXUCULARI ÜÇÜN NƏŞR OLUNAN İLK POETİK TOPLUSU BARƏDƏ) 

XIX yüzilin sonları və XX yüzilin ilkin çağlarında Türkiyə ədəbiyyatı və mədəniyyəti 

tarixində özünə yüksək mövqe qazanan sənətkarlardan biri də Tofiq Fikrətdir. O, 1867-ci ildə 

varlığa göz açmış, müxtəlif məktəblərdə təhsil almışdır. Tofiq Fikrət 12 yaşında ikən anasını itirmiş, 

çağının ziyalısı və yüksək dövlət xadimi kimi tanınmış atası Hüseyn Əfəndinin himayəsində 

böyümüşdür. O, 14-15 yaşlarında şeir yazmağa başlamış, ilk yazılarını «Tərcümani-həqiqət» 

qəzetində dərc etdirmişdir. Əmək fəaliyyətinə pedaqoq kimi başlayan Tofiq Fikrət çox keçmədən 

jurnalistliyə başlamışdır. O, 1894-cü ildə «Məlumat», 1895-ci ildən sonra  isə «Sərvəti-fünun» 

jurnallarının redaktoru olmuş, mətbuat səhifələrində «Əsəd Nəsib», «Məhməd Nəzmi», «Fikrət», 

«Məhməd Tofiq» və «Nəzmi» kimi imzalarla çıxış etmişdir. Tofiq Fikrətin ilk poetik toplusu 1899-

cu ildə nəşr olunan «Rübabi-şikəstə» adlanır. Sonra isə «Xaluqun dəftəri» (1911) və «Şərmin» 

(1914) topluları işıq üzü görmüş və bunlar müəllifinə böyük şöhrət gətirmişdir. Şairin ictimai 

məzmunlu əsərləri ona ədəbiyyatda öz yerini müəyyənləşdirməyə geniş imkanlar açmışdır. Tofiq 

Fikrət 1915-ci il avqust ayının 19-da vəfat etmişdir. 

O, Türkiyə-Azərbaycan ədəbi əlaqələr tarixində də yüksək yer tutan sənətkarlardandır. 

Görkəmli şair XX yüzilin ilk çağlarında Azərbaycan ziyalıları tərəfindən tanınmağa başlamışdır. 

Türkiyə-Azərbaycan ədəbi əlaqələr tarixinin tanınmış tədqiqatçısı, akademik Həmid Araslı 

«Tofiq Fikrət və Azərbaycan ədəbiyyatı» adlı məqaləsində bu barədə dəyərli qeydlər etmişdir. 

Göstərmək yerinə düşər ki, alim 1966-cı ildə Bolqarıstanın Sofiya şəhərində çağırılmış Birinci 

Balkanşünaslıq Konqresinin iştirakçısı olmuş, bu mövzuda məruzə etmişdir (1, s. 14). 

Sonra məruzənin mətni Tofiq Fikrətin 1969-cu ildə Bakıda nəşr olunan «Seçilmiş 

əsərləri»nə ön söz kimi verilmişdir. Həmid Araslının 1998-ci ildə nəşr olunan «Azərbaycan 

ədəbiyyatı; tarixi və problemləri» toplusuna daxil edilmiş həmin məqalədə oxuyuruq: «Azərbaycan 

ziyalıları Fikrəti (Tofiq Fikrəti – R.Q.) «Sərvəti-fünun» məcəlləsindən tanıyırlar. Onların bir çoxu 

«Rübabi-şikəstə»ni elə nəşr olunduğu gündən bəri (1899) oxumuş olsalar belə, Fikrətin şeirləri 

Azərbaycan mətbuatında ilk dəfə 1906-cı ildə «Füyuzat» jurnalının ikinci nömrəsində nəşr 

olunmuşdur. Bu jurnalda şairin «Köyün məzarlığında», «Ramazan sədəqəsi», «Şəhidlikdə» adlı 

şeirləri mənsur şəkildə tərcümə edilmişdir. Jurnalda «Müsahibeyi-ədəbiyyə» başlığı altında 

oxuculara Əbdülhəq Hamid, Namiq Kamal, Rəcizadə Əkrəmin əsərlərindən və «Sərvəti-fünun»dakı 

yazılardan ədəbi örnəklər veriləcəyi bildirilməkdədir» (2, s. 676-677) 

Bununla yanaşı, XX yüzilin ilk çağlarında nəşr olunan A.Şaiqin «Gülzar» (1912), «Türk 

çələngi» (1919), «Türk ədəbiyyatı» (1920), F.Ağazadənin «Ədəbiyyat məcmuəsi» (1918) 

dərsliklərinə Tofiq Fikrətin əsərlərindən nümunələr salınmışdır. Şairin həyat və yaradıcılıq yolu, o 

cümlədən ədəbi əlaqələr tariximizdə yeri barədə kifayət qədər yazılmış, R.Hüseynovun «Tofiq 

Fikrət» (1981) adlı monoqrafiyası nəşr olunmuşdur. 

Azərbaycan şairləri Abbas Səhhət, Məhəmməd Hadi, Hüseyn Cavid, Abdulla Şaiq, Cəfər 

Cabbarlı, Səməd Vurğun, Mikayıl Müşfiq və başqaları Tofiq Fikrətin yaradıcılığından təsirlənərək 

əsərlər  qələmə almışlar. 

Fikrimizcə, bu böyük sənətkarın Türkiyə-Azərbaycan ədəbi əlaqələr tariximizdə yeni 

mərhələ sayıla bilən «Müntəxəb parçalar» («Seçilmiş parçalar») toplusu diqqətdən kənarda qalmış, 

ədəbiyyatşünaslığımızda, o sarıdan, şərqşünaslığımızda öz şərhini tapmamışdır (Yalnız akademik 

Həmid Araslı yuxarıda qeyd etdiyimiz məqaləsində toplunun adını çəkmişdir – 2, s. 678). 

Sovet rejiminin ilk illərində Moskvada Şərq xalqlarına xidmət üçün ərəb qrafikası ilə 

kitablar, o cümlədən, «Qızıl Şərq» adında ədəbi-bədii jurnal nəşr edən «Mərkəzi Şərq nəşriyyatı» 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



370

açılmışdı. Jurnalın redaktoru Azərbaycandan olan, ərəb və fars dillərini gözəl bilən Əli Əjdər 

Səidzadə idi. O, jurnalın 2-ci sayında Tofiq Fikrətin «Tarixi-qədim» şeirini dərc etmişdi. Eyni 

zamanda, «Müntəxəb parçalar» toplusunun da tərtibçisi idi. Toplu üçün «Rübabi-şikəstə» və 

«Xaluqun dəftəri» kitablarından 23 şeir seçilmişdi. Topluya «Balıqçılar», «Parə və həyat», 

«Ramazan sədəqəsi», «Hilali-əhmər», «Xaluqun amənətsi», «Sis», «Sabah olursa», «Xaluqin və 

dahi», «Prometey», «Rəsm qarşısında», «Göydən yerə», «Tarixi-qədim» və s. şeirlər salınmışdı. 

Maraqlıdır ki, hər şeir üçün ayrıca illüstrasiya çəkilmişdir. «Ə.İ» imzalı müəllif topluya 

«Müdiriyyətdən» adlı ön söz yazmışdır. Zinətillah Nuşirəvan adlı müəllifin isə «Tofiq Fikrət və 

onun əhəmiyyəti haqqında bir qaç söz» başlıqlı məqaləsi də verilmişdir. Məlumdur ki, Tofiq 

Fikrətin poeziyasının dili nisbətən çətin oxunur. Ona görə ki, şair öz şeirlərində gen-bol ərəb-fars 

tərkiblərini işlətmişdir. Azərbaycan oxucularına kömək üçün «lüğət» tərtib olunmuş, hətta «lüğət»in 

və məqsədlə tərtib edildiyi barədə geniş bilgi də verilmişdir. 

Toplunun tərtibçisi Əli Əjdər Səidzadə «Tofiq Fikrət və həyatına dair kitabiyyat» da 

hazırlamışdır. 

«Müdiriyyətdən» adlı ön sözdə, qeyd olunduğu kimi, bu topluya Tofiq Fikrətin daha çox 

ictimai məzmunlu şeirləri daxil edilmişdir. «Ön söz»dən bir parçaya diqqət yetirsək, bu fikir daha 

aydın səslənər: «Tofiq Fikrətin buraya toplanıb dərc edə bildiyimiz əsərləri – müdiriyyətin 

düşüncəsincə – iki səbəblərlə naqis və ya vəhme hal naqafidələr ki, onların da ayrıca olaraq böylə 

bir müqəddimədə göstərilməsi Fikrəti öyrənən və əsərlərini araşdıran oxucular üçün olduqca 

əhəmiyyətli ola biləcəyindən ötrü burada qeyd ediyoruz: Tofiq Fikrət bütün yaşayışı özünü ən az 

qismində olaraq (bir qaç şeirdə) «kəndi elmini» tərənnüm etmiş olan şairlərdəndir və bu halda onun 

kəndi ictimai fikirlərini yaymaq və anlatmaq üçün müəyyən bir üsul üzrə – yaraya biləcək əsərləri, 

burada topladıqlarımızdan bir qaç kərə daha çox ola bilirdi…». (4, s.3) 

Deməli, burada ictimai məzmunu ilə daha çox diqqəti çəkən, o cümlədən, humanist və 

yurdsevərlik ideyalarını əks etdirən əsərlər toplanmışdır. Bu isə sosializm quruluşunun tələblərindən 

irəli gəlirdi… Topluda maraqlı görünən bir cəhəti də qeyd etmək lazım gəlir. Bu da tərtib olunmuş 

«lüğət»ə verilən izahatla bağlıdır. Adətən, nəşrlərdə «lüğət» izahatsız dərc olunur. Burada izahatın 

verilməsi onu başqa toplulardan fərqləndirir. Həmin qeydlər Azərbaycanla bağlı olduğu üçün bir 

parçanı misal gətiririk: 

«Tofiq Fikrətin burada topladığımız şeirlərində bir çox ərəbi və farsi sözlər vardır ki, 

Azərbaycandakı bizim orta bilikli bu günkü oxucularımız onların nə demək olduğunu kəndlilərinə 


Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin