pək çətinliklə anlaşdıra bilirlər; bu anlasızlığın əldən gəldikcə önünü almaq üçün iştə burada bu
küçücük «lüğət»i artırdıq ki, onda əsasa olaraq şeirlərə aiddir; zira ki, yazılarımızda Azərbaycan
oxucusunun dilini özləmək bizə nə nisbətdə az çətin idisə, yeni nisbətdə də Fikrətin şeirlərindəki
çətin olan ərəbi və farsi sözlərini bu kibi böylə bir lüğətli təfsirsizin keçmək də mümkün deyildi…
(4, s. 73)
Yuxarıdakı qeydlərdən aydın olduğu kimi, Tofiq Fikrətin poetik yaradıcılığı Türkiyə-
Azərbaycan ədəbi əlaqələr tarixində çox mühüm ədəbi hadisələrdəndir. 1923-cü ildə Azərbaycan
oxucusu üçün xüsusi olaraq onun «Müntəxəb parçalar» toplusunun nəşri isə bu tarixi daha da
zənginləşdirir. Şübhə yoxdur ki, bu yönümdə tədqiqat aparanlar həmin topluya dönə-dönə müraciət
edəcəklər.
Bizə elə gəlir ki, Tofiq Fikrətin Azərbaycan ədəbiyyatı ilə bağlılığına dair vacib bir faktı da
qeyd etsək, yerinə düşər. Tofiq Fikrət dahi Azərbaycan şairi Məhəmməd Füzulinin yaradıcılığına
böyük hörmət bəsləmişdir. O, dahi sənətkara tükənməz sevgisini «Füzuli» adlı şeirində dolğun
şəkildə əks etdirmişdir. Həmin şeirdən götürdüyümüz iki bəndlə fikrimizi yekunlaşdırırıq:
Gözündə şölələnir atəşin günəşli İraq,
Baxar həmişə həzin bir düşüncəyə dalaraq,
Dühaya saf alını bir nümunədir parlaq,
Soluq dodaqlarının nəğməsi həmişə fəraq…
Əsərlərində bu sevdalı çöhrədir, zahir,
Bu çöhrə məncə Füzuliyə çox münasibdir.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
371
Bu çöhrə çöhreyi-qəm, çöhreyi-məhəbbətdir,
Məhəbbətin ona təsiri bir əlamətdir.
Sevər və sevdiyi şey dərddir, müsibətdir,
Səfası, nəşəsi yoxdur, bütün küdurətdir.
Könül səmasına ağlar bulut çökər hər an.
Gülümsəyirsə, yəqin bu davam edər bir an…
QAYNAQLAR
1.
Araslı Həmid. Azərbaycan elm və mədəniyyət xadimləri (biblioqrafiya). «Elm» nəşriyyatı,
2009.
2.
Araslı Həmid. Azərbaycan ədəbiyyatı: tarixi və problemləri. B., «Gənclik», 1998.
3.
Aydın Abi Aydın. «Sərvəti-fünun» ədəbiyyatı, B., «Təknur», 2013.
4.
Tofiq Fikrət. Müntəxəb parçalar, M., «Mərkəzi Şərq nəşriyyatı», 1923.
Summary
Tofiq Fikrat one of the most famous writers of “Sarvati-Funun period at Turkish literature.
He took place at the relations between Azerbaijan and Turkey. This relations began from his first
published years. For example “For Azerbaijani an readers” in 1923, in Moscow.
Key words: T.Fikrat, Azerbaijan, Turkey poems, poetic relations
Salatın Əhmədova, fil.ü.f.d.
Azərbaycan Memarlıq və İnşaat Universiteti,
Azərbaycan dili və ədəbiyyatı kafedrası
GÖRKƏMLİ DÖVLƏT XADİMİ HEYDƏR ƏLİYEV ÜZEYİR BƏY
HACIBƏYLİNİN ƏDƏBİ-NƏZƏRİ VƏ PUBLİSİSTİK YARADICILIĞI HAQQINDA
Azərbaycan mədəniyyəti tarixində böyük ədəbi-tarixi xidmətlər göstərmiş dahi
şəxsiyyətlərdən biri taleyində qalmaqallı XX əsrin bütün ziddiyyətlərini və eyni zamanda qürur və
şərəfini yaşamış "Dünya korifeylərinin öncülü" (1, s.315) Üzeyir bəy Hacıbəyli olmuşdur. Üzeyir
bəyin həm milli iftixarımız olan eycəskar musiqisi həm də ədəbi-nəzəri və publisistik yaradıcılığı
haqqında dəyərli əsərlər yazılmışdır. H.Əliyevin Azərbaycan Elmlər Akademiyasında ziyalılarla
görüşü zamanı (21 sentyabr 1993) söylədiyi tarixi nitqdə Üzeyir bəyə verdiyi qiymət təkcə
Ü.Hacıbəyliyə deyil, ümumən sənətkara tarixi münasibətin parlaq nümunəsi kimi dəyərləndirilə
bilər: "Tariximizdə olan şəxsiyyətlərin hamısı bizim üçün qiymətlidir. Onların heç birinə toxunmaq
olmaz. Dahi bəstəkarımız Üzeyir Hacıbəyovu götürək. O əsrin əvvəlində Azərbaycanda klassik
musiqinin yaradıcısı, opera sənətinin banisidir, Müsavat Partiyasının üzvü, Azərbaycan Demokratik
Respublikası himninin müəllifi olmuşdur. Sonraki dövrdə "Koroğlu" operası və başqa əsərlər
yaradaraq sovet dövründə Azərbaycanın mədəniyyətini zənginləşdirmiş bir adamdır. İndi gərək
Üzeyir Hacıbəyovu iki yerə bölək? Müsavat dövründəki və sovet quruluşundakı fəaliyyətini bölək?
Ola bilməz axı! Üzeyir Hacıbəyov həddən artıq dəyərli şəxsiyyətdir. Onu günahlandıraq ki, 1938-ci
ildə Moskvada böyük iftixar hissi ilə Stalin ilə görüşmüş, Kalinin ona Lenin ordeni təqdim
etmişdir" (1, s.187).
Klassik irsə, xüsusilə mürəkkəb, qalmaqallı XX əsrin sənətkarlarına münasibətin bu modeli
obyektiv elmi-tarixi xarakter daşıyır.
Heydər Əliyev XX əsrin özünə tarixən, tarixilik prinsipi əsasında yanaşırdı. O, dönə-dönə
qeyd edirdi ki, 1920-ci ildən 1990-cı ilə qədər davam edən sovet dövrü ərzində tariximiz təhrif
edilmişdir. O, cümlədən vaxtilə müsavatçı, türkçü olduqlarına görə, hətta Ü.Hacıbəyli, C.Cabbarlı
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
372
kimi sovet mədəniyyəti və ədəbiyyatının qüdrətli yaradıcıları sonralar da suçlanmışlar. 1993-cü ildə
Elmlər Akademiyasında ziyalılarla görüş zamanı o, XX əsrin 20-ci illərində ziddiyyətlər
burulğanına düşmüş N.Nərimanov, Ü.Hacıbəyli, C.Cabbarlı kimi sənətkarlara obyektiv tarixi
qiymət verirdi. Ü.Hacıbəylinin 110 illik yubiley mərasimindəki nitqində qürur hissi ilə demişdir:
“Üzeyir Hacıbəyov fövqəladə fitri istedadı, böyük fədakarlığı, mükəmməl təhsili, elmi, vətənpər-
vərliyi, ictimai-siyasi fəaliyyəti ilə, xalqımızın böyük şəxsiyyətlərindən biri olmuş, dünya
korifeylərinin ön sırasında duran, Azərbaycanı təmsil edən görkəmli şəxsiyyət olmuşdur.
Azərbaycan xalqı dünya sivilizasiyasına böyük töhfələr vermişdir. Bunların içərisində ən
görkəmli yer tutan, dünyada məşhurlaşmış, dünyanın hər yerində yayılmış musiqi əsərlərini yaradan
və Azərbaycanın çoxəsrlik musiqisini sistemləşdirən, formalaşdıran və dünyaya təqdim edən Üzeyir
Hacıbəyov olmuşdur. Üzeyir Hacıbəyov ömrünün son gününə qədər həyatını Azərbaycan
mədəniyyətinin, musiqisinin inkişafına, insanların təhsillənməsinə, maariflənməsinə həsr etmişdir.
O həm yazıçı, publisist, həm də alim, maarifçi, filosof, ictimai-siyasi xadim olmuş, dövlət işlərində
fəal iştirak etmişdir” (1, s.289-290). Bütün ziddiyyətlərinə, müharibə və siyasi qalmaqallarına
baxmayaraq XX əsr bütövlükdə Heydər Əliyevə doğma idi. Axı bu, Heydər Əliyevin əsri idi, o bu
əsrin dörddə üçdən çoxunu yaşayıb yaratmışdı. Obrazlı desək, bu yüzillik Heydər Əliyevə xidmət
etmişdi.
Ulu öndərin Üzeyir bəylə bağlı yubiley nitqində təkcə Üzeyir bəyə və XX əsr klassiklərinə
deyil, ümumən ədəbi-tarixi şəxsiyyətlərə deyilən olduqca maraqlı bir fikir var: “Hansı hakimiyyət
olursa-olsun, xalqa sədaqətlə xidmət edən, xalqın irəli getməsinə çalışan adam heç bir şeylə
hesablaşmamalıdır”(1, s.295). Ü.Hacıbəyli belə ədəbi-tarixi şəxsiyyətlərdən biri idi. Beləliklə də
H.Əliyev istedadı və yaradıcı şəxsiyyəti bütün hakimiyyətlərdən, ictimai mühitin təzyiqindən üstün
tutur, böyük sənətkarın ilahi qüdrətini təsdiq etmiş olurdu. Heydər Əliyev ictimai-siyasi həyatda
olduğu kimi ədəbi-mədəni prosesə və yaradıcı şəxsiyyətlərə münasibətdə də güzəştsiz, dönməz
adam idi. Onun üçün istedad və şəxsiyyət başlıca meyar idi.
H.Əliyev Ü.Hacıbəylini "dünya korifeylərinin öncülü" səviyyəsinə qaldıran bir neçə cəhəti
qeyd edirdi: 1. Milli klassik musiqimizin və ilk operanın yaradıcısı olması; 2. Musiqi sənətində Şərq
və Avropa dəyərlərini sintez etməsi; 3. Tarixə güvənməsi, milli yaddaşı oyatması və 4. özündən
sonra milli bəstəkarlıq məktəbi yaratması. Məsələn, o yazırdı: "Xalqımızın böyük dastanı olan
"Koroğlu" dastanının Üzeyir Hacıbəyov tərəfindən istifadə olunması Azərbaycan tarixində,
mədəniyyəıtində, bədii həyatında çox böyük və əvəzsiz bir hadisədir" (1, s.293). Ümumiyyətlə bədii
təfəkkür tarixə güvənəndə, müasirliyə dətarixin təcrübəsi ilə yanaşanda sənət əsəri milli sərvətə
çevrilir. Heydər Əliyev bu cəhətə xüsusi önəm verirdi: " Üzeyir Hacıbəyov dahi bəstəkar, eyni
zamanda böyük alimdir, filosofdur, maarifçidir. Xalqımızda milli dirçəliş, milli oyanış, milli
özünüdərk hisslərinin yaranmasında, formalaşmasında Üzeyir Hacıbəyovun əsərləri və onun
bilavasitə fəaliyyəti böyük roloynamışdır. Üzeyir Hacıbəyovun yaşadığı hər gün bizim üçün
qiymətlidir... yazdığı hərbir əsər. hər bir not vərəqi bizim üçün qiymətlidir. Üzeyir Hacıbəyovun
ictimai-siyasi fəaliyyəti əvvəldən axıra qədər bizim üçün qiymətlidir. Çünki bunlar hamısı
Azərbaycan xalqının dirçəlməsinə, mədəniyyətinin inkişaf etməsinə, xalqımızın özünü tanımasına
xidmət etmişdir. Bu xidmətlər əvəzsizdir.
Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. Üzeyir Hacıbəyov
şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır" (1, s. 297).
Dahinin dahi haqqında söylədiyi bu fikirlərin gücü onun səmimiyyətində, tarixin təcrübəsi
ilə zaman-zaman təsdiq olunmasındadır. Həqiqətən də qədim və ulu Azərbaycan xalqının mənəvi
varlığından qopmuş qeyri-adi istedad, saf və bütöv şəxsiyyət idi. Və şübhəsiz ki, Üzeyir bəyin
əzəməti onun yaratdığı bəstəkarlıq məktəbinin simasında XX əsrin sonuna kimi davam etdi və bu
gün III minilliyin, XXI əsrin önlərində, Üzeyir ideallarının təntənəsini yaşayan istiqlal epoxasında -
müstəqil Azərbaycanda da davam edir. H.Əliyev bunu müşahidə edir və yüksək qiymətləndirirdi: "-
Azərbaycan da Üzeyir Hacıbəyov məktəbinin təsiri altında bəstəkarlar ordusu yaranmışdır. Deyə
bilərəm ki, Üzeyir Hacıbəyov Azərbaycanın tarixində ilk bəstəkardır, Azərbaycanın ondan sonrakı
bəstəkarlarının hamısı bilavasitə onun tələbəsi olmuş, sonrakı nəsillər onun əsərlərinin,
yaradıcılığının təsiri altında təhsil almış, böyümüş, bəstəkarlıq sənətini qavramış və yeni-yeni musi-
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
373
qi əsərləri yaratmışlar" (1, s.291). Dünyada məşhur əsərlər yaratsa belə məktəb yaratmayan
sənətkara dahi demək çox çətindir. Azərbaycan musiqi mədəniyyəti tarixində məktəb yaratmış ilk
dahi Üzeyir Hacıbəyli olmuşdur. Onun məktəbinin nümayəndələri - Qara Qarayev, Fikrət Əmirov,
Niyazi, Süleyman Ələsgərov, Səid Rüstəmov, Tofiq Quliyev, Cahangir Cahangirov, Cövdət
Hacıyev korifey sənətkar idi. Q.Qarayev, F.Əmirov, S.Rüstəmov, Niyazi özləri də sonra öz sənət
məktəblərini yaratdılar.
H.Əliyev Üzeyir bəyə onun bütün nəslinin o cümlədən Ceyhun bəy Hacıbəylinin fəaliyyəti
kontekstində təhlil və dəyər verirdi.
Heydar Aliyev and literary-theoretical and publicistic work of Uzeyir bey Hajibeyli
Summary
Thoughts of national leader HeydarAliyev calling the work of UzeyirbeyHajibeyli as
national wealth of Azerbaijani people, on great composer were given in the Article. At the same
time, historical thoughts of national leader said about creative work of the composer are analyzed in
the Article.
Keywords: HeydarAliyev, Uzeyir Hajibeyli, personality in literature and history, scientific-
historical character, national dignity, composer art
ƏDƏBIYYAT
1.
Əliyev H. Ədəbiyyatın yüksək borcu və amalı: nitqlər, məruzələr, çıxışlar. Bakı: Ozan,
1999, 495 s.
2.
Mədəniyyətimizin və mədəni incilərimizin hamisi / tərt. və elmi red. S.Məmmədəliyeva.
Bakı: Nurlar, 2007, 424 s.
3.
Vəliyeva S. Milli dövlətçilik hərəkatının yüksəlişi və xalq cümhuriyyəti dövründə
Azərbaycançılıq ideyası. Bakı: Azərbaycan, 2003, 128 s.
Səba Namazova, fil.ü.f.d.
Gəncə Dövlət Universiteti
seba8080@mail.ru
TÜRK ƏDƏBİ-BƏDİİ, PUBLİSİSTİK DÜŞÜNCƏSİNDƏ
ƏHMƏD BƏY AĞAOĞLU İMZASI
Əhməd bəy Ağaoğlu XIX əsrin sonu, XX yüzilliyin əvvəllərində yalnız mənsub olduğu
Azərbaycan xalqının deyil, ümumtürk ədəbi-mədəni, ictimai düşüncə tarixində özgün yeri olan fikir
nəhənglərindəndir. O, örnək bir şəxsiyyət kimi, Azərbaycanın, sonrakı dönəmlərdə isə Türkiyənin
ictimai həyatında mühüm rol oynamış, böyük türkçü, demokrat öz fəal mübarizə yolundan heç vaxt
çəkilməmişdi. Əhməd bəy Ağaoğlunun təbirincə, “həyatı boyu yazdığı məqalələrin hamısı bir araya
toplansa, Bakıdan İstanbula qədər bir geniş yol ortaya gələ bilər”.
Görkəmli jurnalist, yazıçı-publisist, alim Əhməd bəy Ağaoğlu əsərlərində qələmə aldığı
mütərəqqi ideyaların gerçəkləşməsi yolunda dönmədən çalışmış, heç bir siyasi konyukturaya
uymadan öz prinsip və fikirlərini qətiyyətlə irəli sürmüşdü. Azərbaycan xalqının milli özünüdərk və
oyanışı naminə xidmət göstərmək missiyası Əhməd bəy Ağaoğlunun ictimai-siyasi və publisistik
fəaliyyətinin əsasında dayanırdı.
Qarabağda, Şuşada doğulmuş, həmçinin bu şəhərdə rus gimnaziyasında vaxtilə təhsil almış
beş nəfər azərbaycanlı şagirddən biri olan Əhməd bəy Ağaoğlu sonralar orada qarşılaşdığı
çətinlikləri xatırlayaraq yazırdı:
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
374
“Bu beş nəfərin illər boyu davam edən təhsil həyatında erməni çocuqlarından çəkdikləri
zülmü təsvir etmək imkan xaricindədir. Tənəffüslərdə biz beş nəfər türk çocuğu cəld tərpənib
arxamızı divara dirəməyi qənimət bilirdik. Yüzlərlə erməni çocuğu qəflətən üstümüzə hücum
edirdi. Biri başımızdan papağı alıb atırdı. Qalanları dörd-beş altun qiyməti olan Buxara papaqları
təpiklə kos kimi ora-bura vururdular. Bəziləri qiymətli, əksərən dəvə yunundan toxunmuş
pencəklərimizin ətəklərindən yapışır, o yan-bu yana çəkir, parçalayır, dartıb tikişlərini sökürdülər.
Müqavimət göstərmək fikrinə düşəndə yumruq, qapaz, təpiklə bizi əzişdirirdilər. Bəzən gizlində
sözü bir yerə qoyub üstümüzə böhtan atır, hamısı üzümüzə durur, bizə haqsız yerə cəza
verdirirdilər. Dostlarımızın çoxu dözə bilmədi. Məktəbi tərk etdilər. Son sinfə qədər türklərdən
yalnız mən tab gətirə bildim”.
Göründüyü kimi, Əhməd bəy Ağaoğlunun təhsil illəri son dərəcə ağır, mürəkkəb
situasiyaların içərisində keçmiş, hələ uşaqlıq və yeniyetməlik çağlarından etibarən, həyatı hədsiz
məhrumiyyətlərlə daima müşayiət olunmuşdur. Buna rəğmən, qarşılaşdığı haqsızlıqlar, yaşadığı
acılar heç vəchlə onun böyük iradəsini, əzmini sındıra bilməmişdi.
Sonralar isə Əhməd bəy Ağaoğlu Peterburqda Texnologiya İnstitutunda təhsil alarkən
triqonometriyadan lazımi bal toplaya bilmədiyinə görə bu şəhərlə birdəfəlik vidalaşaraq Parisə
yollanır.
Həyatının Paris dövrü Əhməd bəyin fikri, mənəvi-intellektual inkişafında mühüm rol
oynamışdır. O, həmçinin burada altı ay gərgin fransız dili məşğələlərinə getdikdən sonra 1888-ci
ildə Sorbonna Universitetində təhsilinə davam etmişdi. Bununla yanaşı, Əhməd bəy Ağaoğlu
Praktik Ali Tədqiqatlar Məktəbində C.Darmstaterin, Şərq Dilləri Məktəbində isə Şefer və Barbiye
de Meynarın ərəb, fars və türk dillərinə aid mühazirələrini dinləmiş, Şərq, islam tarixi ilə müntəzəm
surətdəməşğul olmuşdur.
Beləliklə, gənc yaşlarından etibarən ərəb, fars, rus, yunan, latın, ingilis, alman, fransız
dillərini və ədəbiyyatını mükəmməl öyrənmiş Əhməd bəy Ağaoğlu ardıcıl şəkildə Birinci Tiflis
gimnaziyasında, “Kollec de Frans” və Siyasi Biliklər məktəbində, daha sonralar Sorbonna
Universitetində təhsil almışdı. Həmçinin, XIX əsrin 90-cı illərində Parisdə çıxan “La Nouvelli
Revue”, “La Revue bleue politique et litteraire”, “Journal des debats” kimi tanınmış, nüfuzlu nəşrlər
onun silsilə yazılarına öz səhifələrində yer ayırmışdı. Əhməd bəy Ağaoğlunun Tiflisdə rusca çap
olunmuş “Kafkaz” qəzeti və Bakıda eyni dildə nəşr edilmiş “Kaspi” ilə əməkdaşlığı da həmin dövrə
təsadüf edir.
Məlumdur ki, Əhməd bəy Ağaoğlu bir neçə il Şuşada yaşamış, realni məktəbdə fransız dili
dərsi demiş, bundan sonra Hacı Zeynalabdin Tağıyevin dəvəti ilə Bakıda “Kaspi” (1897), ötən əsrin
əvvəllərində isə bu sahədəki fəaliyyətini bir qədər dəgenişləndirərək “Həyat”, “İrşad” (1905-1908),
“Tərəqqi” (1909) qəzetlərində müəllif və redaktor kimi məhsuldar çalışmışdır. O, həmçinin “Sankt-
Peterburqskie vedomosti”, “Kafkaz”, “Terek”, “Birjevıye vedomosti” qəzetlərində də siyasi və elmi
yazılarını dərc etdirmişdir.
Xalqın milli yüksəlişinə öz misilsiz qələmi ilə fədakarcasına xidmət göstərmiş, mətbuat
səhifələrində mütəmadi çıxışlar etmiş Əhməd bəy Ağaoğlunun naşirliyi, redaktorluğu, müəllifliyi
ilə işıq üzü görən “Həyat”, “İrşad”, “Tərəqqi” qəzetləri xalqda milli hisslərin formalaşmasına təkan
verməklə yanaşı, orada dərc olunan müxtəlif janrlı, çoxsaylı publisistik yazılarda millətin tarixi
taleyində önəm daşıyan məsələlər fikir müstəvisinə gətirilərək təhlil olunur, bütün bunlar isə ilk
növbədə, xalq arasında maarif, mədəniyyət nurunun yayılmasını şərtləndirirdi.
Onu da qeyd edək ki, Əhməd bəy Ağaoğlunun babası Mirzə İbrahim öz dövrünün ilahiyyat
sahəsində tanınmış alimlərindən idi, həmçinin Azərbaycan və fars dillərində şeirlər yazardı. Əhməd
bəyin atası Mirzə Həsən və əmisi Mirzə Məhəmməd də Şərq təhsilli idilər.
Göründüyü kimi, Əhməd bəy Ağaoğlunun ailəsi Şuşanın ictimai-ədəbi və mədəni mühitində
yetərincə tanınır və olduqca yüksək dəyərləndirilirdi. Əhməd bəy öz xatirələrində bu məqama
hərtərəfli toxunmuş, ailə şəcərəsi barədə geniş bəhs etmiş, hətta bunlar onun fəaliyyət istiqamət-
lərinin müəyyənləşməsinə ciddi təsirgöstərmişdi. Belə ki, Ağaoğlunun həmin təəssüratlardan
yararlanaraq 1892-ci ildə Şərqşünasların London konqresində oxuduğu “Şiə məzhəbinin mənbələri”
adlı məruzəsi Kembric Universiteti tərəfindən bir neçə dildə kitab şəklində çap olunmuşdu.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
375
1892-ci ilin sentyabr ayında Parisdə təhsil alarkən 23 yaşlı Əhməd bəy Ağayev (Ağaoğlu)
Londonda keçirilmiş Avropa şərqşünaslarının IX Beynəlxalq Konqresində iştirak etmişdi. Sürəyya
Ağaoğlunun yazdıqlarına görə, onun haqqında bəhs etdiyimiz “Şiə məzhəbinin mənbələri” adlı elmi
məruzəsi o dövrdə böyük maraq doğurmuş, İran hökmdarı Nəsrəddin şah Ağaoğlunu brilyant qaşlı
üzüklə mükafatlandırmışdı. Eyni zamanda həmin dövrdə Tiflisdə çıxan “Kafkaz” qəzeti ilə
müntəzəm əməkdaşlıq etmiş Əhməd bəy Ağaoğlu redaksiyanın xahişi ilə Şərqşünasların Beynəlxalq
London Konqresi haqqındakı təəssüratlarını da qələmə almışdı.
Əhməd bəy Ağaoğlunun çoxşaxəli fəaliyyətinə dair daha bir təqdirəlayiq məqam üzərində
də dayanmaq istərdik. O, hələ Şuşada yaşadığı zaman açdığı qiraətxana-kitabxana dövrünün yeni
tipli mütərəqqi ocaqlarından hesab edilirdi. Yüksək savada malik olması, açıqfikirliliyi, türk və
islam tarixinə dərindən bələdliyi qısa zamanda Ağaoğlunun nüfuzunu artırmış, cəmiyyətin müxtəlif
dairələrində yetərincə tanıtmışdı. Hətta, ruhanilər belə onun düşüncələrinə qarşı çıxa bilmirdilər.
Əhməd bəy Ağaoğlu o zaman “Firəng Əhməd” ləqəbi ilə də məşhur idi.
Digər tərəfdən təbii ki, Əhməd bəy Şuşa mühiti ilə fəaliyyətini məhdudlaşdıra bilməzdi. O
daha geniş sferada çalışmaq imkanı əldə etmək istəyirdi. Heç şübhəsiz, həmin əsnada ən əlverişli
sahə mətbuat sayılırdı. Görkəmli şəxsiyyət, söz, fikir adamı Əhməd bəy Ağaoğlu zəngin yaradıcılıq
potensialını bilavasitə sözügedən istiqamətə yönəldərək doğma ana dilində qəzet çıxarmaq istəyirdi
və məqsədinə də nail oldu.
1905-ci il inqilabından sonra ictimai-siyasi, sosial-mədəni həyatda baş verən ciddi
dəyişikliklər, oyanış meyilləri milli düşüncəyə köklənmiş ziyalıların, o cümlədən onların ən öncül
nümayəndələrindən sayılan Əhməd bəy Ağaoğlunun da fəaliyyətinə təsirsiz ötüşmədi. O dövrdə
Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov Hacı Zeynalabdin
Tağıyevin maddi köməyi və naşirliyi ilə gündəlik “Həyat” qəzetinin nəşrinə başladılar və qısa
müddətdə milli ruhlu ziyalıları, xeyli sayda istedadlı qələm adamlarını bu mətbu orqanın ətrafına
cəm edə bildilər. Ən əsası budur ki, “ “Həyat” geniş coğrafi məkanda yaşayan türk və
müsəlmanların milli oyanışı ilə eyni vaxtda meydana çıxmış və bu oyanışın davamlı prosesə
çevrilməsində mühüm rol oynamışdı” [1, 10].
“Həyat” qəzetinin missiyası haqqında Mirzə Bala Məhəmmədzadə “Azərbaycan türk
mətbuatı” adlı əsərində belə yazırdı:
“Birinci inqilaba qədər olan qəzetələrimizdə dünya xəbərləri dərc etmək yasaq ikən şimdi
“Həyat” hər bir tərəfdən və hər bir məsələyə dair məlumat verməklə xalqımızın qarşısında bir dünya
yaratmışdır. “Həyat”da tarixi, ictimai, ədəbi və bir çox məqalələr gediyordu”[5, 43].
Buna baxmayaraq, “Həyat” qəzeti ona qarşı yönəlmiş aramsız təzyiqlərdən, əfsus ki, qurtula
bilmədi. İlk sayının nəşr olunmasından ay yarım keçdikdən sonra erməni senzorların təhrikləri
nəticəsində qəzetə qarşı böhtan kampaniyasına başlanıldı və nəticədə “Həyat”ın nəşrinin
dayandırılması ilə bağlı Qafqaz Canişininə təkidlə müraciətlər edildi.
“Həyat” qəzeti öz nəşrini dayandırsa da, bu, Əhməd bəyin yaradıcılıq əzmini qətiyyən
sındıra bilmədi. Əksinə, o, daha böyük şövqlə, ciddiyyətlə çalışmağa başladı.
Əhməd bəy Ağaoğlu 1905-1906-cı illərdə ermənilərin Qafqazda törətdikləri qanlı hadisələrə
qarşı da zamanında öz mövqeyini bildirmiş, hətta o dövrdə “Difai” müdafiə təşkilatını yaradaraq çar
məmurlarının və erməni daşnaklarının əsl simasını açan kəskin məqalələrlə mətbuatda çıxışlar
etmişdi.
1909-1914-cü illərdə, Türkiyədəki mühacirət illərində Əhməd bəy Ağaoğlu ədəbi, elmi,
siyasi fəaliyyətlə müntəzəm məşğul olmuş, islam Şərqinin tarixi ilə bağlı bir sıra problemlərə,
aktual məsələlərə dair silsilə yazılarını nəşr etdirmişdi. Professor Yaşar Qarayevə görə, “Əhməd bəy
dini elmlə, qərbçiliyi islamçılıqla üzvü şəkildə əlaqələndirir və islam zəminində Qərb dəyərləri ilə
bəhrələnməyə çağırır” [4, 399].
Yeri gəlmişkən, filologiya elmləri doktoru Vilayət Quliyev Əhməd bəy Ağaoğlunun öz
Dostları ilə paylaş: |