being talked about among the people.
Zuvka Batur got a good education from his father Damolla Sabit. Sabit Damolla recieve
education in madrashs of Khiva. Zuvka Batur’s 's great-grandfather was also community manager,
who increased to degree of Danishmand. Zuvka Batur always had been in public, and dealt with
education. Zuvka Batur was interested in all aspects of life. He did not stay away from politics. He
was refuge of oppressed people. He brought a matter to a solution for their problems.
It has published three major novels about Zuvka Batur in Xinjiang region of China. These
books are published in Arabic alphabet of Kazakh.
Zuvka Batur went on pilgrimage in 1906 year through Istanbul. The single photograph of
Zuvka Batur was taken in Istanbul at that time.
During 2016 introductory meetings are held in a lot of countries like Kazakhstan, Turkey,
China, Germany by attempts of delegation, which consists of his grandsons. There is a mosque
under his name in Kazakhstan. He is also well known in Mongolia. In this article we purpose to
introduce on the occasion of 150 years of birth this valiant leader of Turkish world, who is
insufficiently known.
Key words: Zuvka Batur, Bravery, Turkish world
Mədinə Karahan, doktorant
Xəzər Universiteti
medina.karahan@gmail.com
Ə.AĞAOĞLUNUN “SƏRBƏST FİRQƏ XATİRƏLƏRİ” ƏSƏRİNDƏ TÜRKİYƏ
GERÇƏKLİKLƏRIİ
Ə.Ağaoğlunun mühacirət yaradıcılığında "Sərbəst insanlar ölkəsində" və "Sərbəst firqə
xatirələri" əsərləri xüsusi yer tutur. Bu əsərlər arasında həm də çox dərin bağlılıq və yaxınlıq vardır.
Belə ki, hər iki əsər, demək olar ki, eyni dövrdə yazılmışdır. Bu elə bir dövr idi ki, Ə.Ağaoğlunun
artıq Cümhuriyyət Xalq Partiyası ilə bağları qırılmışdı. O, Türkiyə cəmiyyətinin Cümhuriyyətdən
sonra yeni bir mərhələyə daxil olmasını aydın görür və bu mərhələdə çoxpartiyalılığın, liberalizm
və demokratizmin olmasını son dərəcə vacib hesab edirdi. Əgər 1930-cu ildə yazdığı "Sərbəst
insanlar ölkəsində" əsərində, bir çox hallarda, utopik (əslində isə real ola biləcək!) hadisələrdən
danışılır, məsələlərə nəzəri baxış bucağından baxılırsa, "Sərbəst firqə xatirələri"ndə birinci əsərdə
qoyulmuş məsələlər praktik olaraq yaşanır. Bu əsər Türkiyə siyasi, ictimai mühitinin real bir
güzgüsü kimi görünür və o dövr Türkiyə gerçəkliklərini ifadə edir. Əsərdəki hadisələrin gedişi və
demokratiyanın məğlubiyyəti onu deməyə əsas verir ki, Ə.Ağaoğlunun "Sərbəst insanlar ölkəsi"
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
414
əsəri açıq şəkildə, yəni Türkiyə gerçəkliyi olaraq, yazıla bilməzdi. Ona görə ki, siyasi elita, eləcə də
Türkiyə ictimai-siyasi mühiti burada qoyulan problemləri hələ ki, həll etmək iqtidarında deyildi.
Maraqlıdır ki, "Sərbəst insanlar ölkəsində" əsəri əvvəlcə "Cümhuriyyət" qəzetində, sonra isə kitab
şəklində dərc olunduğu halda, "Sərbəst firqə xatirələri"nin çapını gözləmək üçün iyirmi ilə qədər bir
zaman lazım olmuşdur. Çünki bu əsərdə 1920-30-cu illər Türkiyəsi və onun siyasi gerçəklikləri
haqqında bir çox sərt həqiqətlər də səslənir. Bu həqiqətlər o zaman düzgün başa düşülməyə də
bilərdi, yalnız zaman keçdikcə, buradakı həqiqətlər öz həllini tapdıqca əsərin çapı üçün real şərait
yaranmışdır. Əsər yazıldığı dövrdən Atatürkün vəfatına qədər nəşri ona görə mümkün deyildi ki,
burada bir partiya ətrafında oynanan oyunlar haqqında bir çox həqiqətlər yer almışdır. Atatürkün
vəfatından (1938) sonra isə İsmət İnönünün hakimiyyət dövrü (1938-1950) başlayır ki, bu dövrdə
də kitabın çapı reallaşa bilməzdi. Çünki müəllif Türkiyədə gedən bu proseslərdə demokratiyanın
tormazlayıcısı kimi məhz İsmət İnönünün adını göstərir. Ona görə də "Sərbəst firqə xatirələri"nin
ilk çapı Ə.Ağaoğlunun ölümündən on bir il sonraya (1950) təsadüf edir. Məhz bu il Demokratik
Partiyanın Türkiyədə hakimiyyətə gəldiyi ildir. Kitabı yazıçının oğlu Demokrat Partiyanın üzvü,
Menderes hökuməti dönəmində baş nazirin müavini işləmiş Səməd Ağaoğlu çapa hazırlamışdı.
Əsər 1969-cu ildə İstanbulda ikinci, 1995-ci ildə Ə.Ağaoğlunun görkəmli tədqiqatçılarından biri
Ufuk Özcanın ön sözü ilə üçüncü dəfə nəşr edilmişdir. Azərbaycan dilində isə, ilk dəfə yalnız bu
yaxınlarda, Ə.Ağaoğlunun "Seçilmiş əsərləri"ndə (2007) oxuculara çatdırılmışdır.
Ə.Ağaoğlunun "Sərbəst firqə xatirələri" əsəri xatirə üslubunda yazılıb. Yazıçı 30-cu illərin
əvvəllərində ölkədə iki partiyalı sistemə keçid ətrafında baş verən, özünün də iştirakçısı olduğu
hadisələri qələmə alır. Lakin bu ona dövrün və ayrı-ayrı hadisələrin, şəxsiyyətlərin obrazını
yaratmağa mane olmayıb. Əsərin yazılmasından əsas məqsəd isə, yazıçının dövlət, fərd,
cümhuriyyət, demokratiya kimi məsələlərin yeni Türkiyədə öz həllini tapması və bu istiqamətdə
fikirlərini reallaşdırması idi. Bu mərhələdə Ə.Ağaoğlunun siyasi düşüncələrində də müəyyən
yeniləşmə olmuşdur. İndi daha əvvəlki onillik, Cümhiriyyətin ilk illəri deyildi. Ona görə də
Ə.Ağaoğlu xarakterinə uyğun olaraq, yeri gəldikcə, özünün doğru bildiyi fikirlərini də yazmaqdan
çəkinmirdi. Məlumdur ki, 20-ci illərin ikinci yarısında Ə.Ağaoğlunun həm fəaliyyətində, həm də
yazılarında, düşüncələrində müəyyən dəyişikliklər baş verir. Onun fikirlərində, dövlətçilik
düşüncələrində modernizm əlamətləri özünü göstərir. Baxmayaraq ki, o, milli birliyin ən yaxşı
nümunəsi kimi, Atatürkə bağlılığını qoruyub saxlayır və dövlətlə bağlı fikirlərində yenilikçi
düşüncələrini də önə sürürdü. Bu onun 1926-cı ildə Atatürkə və baş nazir İsmət İnönüyə təqdim
etdiyi raportda da özünü göstərməkdədir. Bu raportu Ə.Ağaoğlunun kamalizmdən müxalifətə
keçidinin əsası kimi də başa düşmək olar. Raportda Ə.Ağaoğlu hazırkı prosesdə iqtisadi siyasəti
tənqid etməklə yanaşı, partiya içi bürokratiyanı, rüşvəti də tənqid edirdi. Doğrudur, Ə.Ağaoğlu bu
raportunda və ondan sonrakı məqalələrində kamalizmdən ayrılması ilə bağlı heç nə yazmırdı.
Ancaq bu da aydındır ki, məhz bu raportdan sonra Ə.Ağaoğlunun yolları Cümhuriyyət Xalq
Partiyası ilə ayrılmağa doğru gedir. Sonralar Ə.Ağaoğlu "Sərbəst firqə xatirələri" əsərində həmin
raportu xatırlayaraq yazırdı: "Başında dayandığı firqənin məmləkətdəki vəziyyətindən tam xəbərsiz
idi. Aldanan, qafil vəziyyətdə qalan və istismar olunan odur. Ətrafında ona ürəkdən bağlı neçə
adam vardı? O, doğru-dürüst məlumat ala bilmir, zənn edirdi ki, məmləkətə bunca xidmət etmiş,
məmləkəti əsarətdən qurtarmış, istiqlala çatdırmış firqə xalqın nəzərində keçmişdəki kimi əziz və
qiymətlidir.
1926-cı ildə Qaziyə verdiyim yazılı məruzədə bu cür düşüncənin yanlışlığını, hətta Qazinin
özünün getdikcə nüfuzunu itirdiyini, firqə başında dayananların hərəkət və ədalarının isə bunun
yeganə səbəbi olduğunu açıqca söyləmişdim" (1, 270).
Ə.Ağaoğlu siyasi görüşlərində 1926-cı ildən sonra Cümhuriyyət Xalq Partiyası ilə ayrılır və
bu fikirlərinə görə partiyanın üst yönəticilərilə gərginlik içində olur. Bu narazılıq Ə.Ağaoğlunun
ölkədə mövcud vəziyyətlə bağlı özünü tənqid ruhunda yazdığı bir məlumatın üst yönətimə-Mustafa
Kamal Atatürk və İsmət İnönüyə təqdim olunmasından sonra başlayır. Ə.Ağaoğlu bu raportunda
Cümhuriyyət Xalq partiyası ilə xalq arasında böyük bir qopuqluq yaşandığını, partiyanı idarə
edənlərin xalqa qarşı "mütəhəkkim və mütəkəbbir" bir vəziyyət aldığını, eyni zamanda rüşvətə və
israfçılığa yol verildiyini önə sürürdü. Lakin bu özünütənqid partiyanı idarə edənlər tərəfindən
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
415
düzgün başa düşülməmişdi. Hüseyn Sadoğlunun yazdığına görə, bu raport xüsusilə İsmət İnönü
tərəfindən öz şəxsinə qarşı qərəz olaraq, dəyərləndirilmiş və partiya sıralarından çıxarılmışdır (2,
36). Ə.Ağaoğlunun İsmət Paşa ilə aralarının soyuq olduğu, zaman-zaman Atatürklə də toqquşması
barədə müxtəlif məlumatlar görünməkdədir. Xüsusilə İsmət Paşa ilə Ə.Ağaoğlu arasında
mübahisələrin olması haqqında məlumatlar yetərincədir. Lakin Ə.Ağaoğlunun məhz bu səbəbdən
partiyadan çıxarılması haqqında H.Sadoğlunun bu fikirləri yenidir. Fikrimizcə, 1926-cı ildən sonra
Ə.Ağaoğlunun partiya ilə əlaqələri azalsa da, Atatürkün fəaliyyətini təqdir edirdi. Xatirələrdən və
araşdırmalardan görünür ki, Atatürk də Ə.Ağaoğlunun xatirini çox istəyir, ona dəyər verirdi. Belə
olmasaydı, 1930-cu ildə Sərbəst Firqənin yaranması zamanı həmin partiyaya keçməsini israr
etməzdi. Hətta burada Atatürk tərəfindən Ə.Ağaoğluya bir etibar da nümayiş etdirilir, Fəthi Okyarla
birgə ölkənin ikinci partiyasının başına gətirilir. Ə.Ağaoğlunun bütün vəzifələrdən alınması və
partiya yönətimi ilə əlaqələrinin kəsilməsi isə 1933-cü ildən sonra, onun Sərbəst Firqə
buraxıldıqdan sonra yenidən Cümhuriyyət Xalq Partiyasına qayıtmamasından sonra - olmuşdu.
Maraqlıdır ki, Sərbəst partiyanı birgə qurduqları iki önəmli dostu Ali Fəthi Okyar və Nuri Conker
1930-cu il 17 noyabrda Sərbəst Firqə bağlandıqdan sonra Cümhuriyyət Xalq Partiyasına döndükləri
halda, Ə.Ağaoğlu bundan sonra heç bir partiyanın üzvü olmamış və sərbəst fəaliyyət göstərməyi
üstün tutmuşdur. Fahri Sakal bu barədə yazır: "Sərbəst Firqənin qapadılmasından sonra bir çox
millət vəkili təkrar CHP-yə dönməsinə rəğmən, Ağaoğlu dönmədi. Fəthi bəy belə əski səfirlik
vəzifəsinə göndərilmişdir. Əhməd Ağaoğlu isə bu dövrdə bir tərəfdən İstanbul Universitetində dərs
deyir, digər tərəfdən son qəzeti olan "Axın"ı çıxarır" (2, 93).
Sərbəst Firqənin yaradılması və tez də qapadılması həm Türkiyənin həmin dövrdə siyasətini,
həm də Ə.Ağaoğlunun bu dönəmdəki fəaliyyətinin əhəmiyyətliliyini bir daha ortaya qoyur. Deməli
ki, artıq 1930-cu ildə Atatürk ölkədə ikinci bir partiyanın yaradılmasına ehtiyac olduğunu hiss
etmişdi. Ə.Ağaoğlu da bunun çoxdan zəruri olduğunu bildirirdi. Lakin mövcud şərait hələ buna
imkan vermirdi. Ona görə də Atatürk tərəfindən partiyaya daxil olmasını təklif edəndə bir qədər
tərəddüd keçirir. Ancaq bu işin başında İttihad və Tərəqqi partiyasında və Maltada sürgündə birgə
olduğu Əli Fəthi Okyarın (1880-1943) olduğunu gördükdə, razılaşmaqdan başqa çarəsi qalmır. Əli
Fəthi Okyar ciddi siyasətçilərdən biri olmaqla Türkiyənin Sofiya, Paris, Londanda səfiri olmuş,
TBMM başkanı, ədliyyə naziri vəzifələrində çalışmışdı. Bu partiyanın bu qədər ehtiyatla
yaradılmasında əsas məqsəd gündən-günə çoxalan mühafizəkarların qarşısını almaq, "məmləkətdə
ehtiyatlı bir hürriyyət havası əsdirmək və yavaş-yavaş hüriyyətə alışdırmaq" idi. Əslində isə bu
partiyanı yaradarkən, Cümhuriyyət Xalq Partiyasından çox da fərqlənməyəcək bir partiya
düşünülmüşdü. Ə.Ağaoğlu "Sərbəst Firqə xatirələri" əsərində partiyanın başında duran Fəthi bəylə
söhbətində bu barədə yazır: "Əslində hər iki firqənin idarəsi və onlara nəzarət Qazinin öz əlində
olacaq. Cümhuriyyət Xalq Firqəsindən (CXF - indiki CHP -M.K.) ayrılmamaq şərtilə, mənim
firqəmin də tərəfdarı olacaq, seçkilərdə hər iki firqənin namizədlərini təyin edəcəkdir. Belə çıxır ki,
tək firqənin doğurduğu qarşılıqsızlıqdan bezib və həm məclisdə bir-birinə qarşı çıxacaq, iki firqənin
mövcudluğunu, həm də məmləkətdə bir az hürriyyət havasının əsməsini istəyir. Fəqət əvvəllərdəki
kimi anarxiya və qarışıqlığa meydan verməmək üçün firqələr arasında əsasən fərq qoyulmasını və
ikisinin də yuxarıdan idarə olunmasını təmin etməyi diləyir. Xülasə, mənim firqəm CXF-nin bir
qanadı olacaq - sağmı, solmu onu hadisələr göstərəcək" (1, 258).
Ə.Ağaoğlu Fəthi bəydən eşitdiyi bu fikirlərə təminat almaq istədikdə, təminatın
məktublaşmalar şəklində dərc olunmasını göstərir. Təminat qaneedici olduğundan, Ə.Ağaoğlu
razılaşmaya bilmir. Həm də ona görə razılaşır ki, təkpartiyalı bir sistemdənsə nəzarət şəklində olsa
belə, iki partiyalı sistemin siyasətə gəlməsində müəyyən fayda görürdü. Buna görə də Türkiyədə
əvvəllər səfir işləmiş, baş nazir, Məclis başkanı kimi vəzifələr tutmuş Fəthi bəyə inanmaya bilmir.
Məktublaşma belə olmalı idi ki, Fəthi bəy Atatürkə məktub yazaraq, məmləkətə gəlib daxili işlərlə
məşğul olmaq, cümhuriyyətçi, xalqçı bir partiya quraraq, siyasi fəaliyyətini davam etdirmək istəyini
bildirirdi. Atatürk isə cavab məktubunda onun fikrinin düzgünlüyünü, Cümhuriyyəti bir firqə ilə
idarə etməyin düzgün olmadığını, bunun üçün inandığı dostu Fəthi bəyə əlindən gələn köməyi
edəcəyini, CXF-ni saxlamaqla yanaşı, yeni firqəyə də yardımçı olacağını vəd edirdi. İlk vaxtlar
hadisələr Ə.Ağaoğlunun istədiyi kimi gedir; səhəri günü bütün qəzetlər Fəthi bəylə Qazi arasındakı
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
416
məktublaşmanı dərc edir. Mətbuat və məmləkət ölkədə baş verən bu yeniliyə böyük maraq göstərir,
yeni partiyanı hörmət və sevgi ilə qarşılayırdılar. Partiyaya yazılmaq üçün insanlar böyük
coşğunluqla, onun yerləşdiyi binaya üz tuturdular.
Əlbəttə, Sərbəst Firqənin Atatürk tərəfindən yaranması məlum idi, ancaq araşdırmalar
göstərir ki, qərarı Atatürk versə də partiyanın formalaşması və nizamnaməsinin yazılmasında baş
rolda Ə.Ağaoğlu olmuşdur. Onun "Sərbəst Firqə xatirələri" əsərində bu məsələyə az da olsa
toxunulmuşdur. Buradan məlum olur ki, Atatürk belə bir partiyanın yaradılmasını uyğun görsə də,
ona "Sərbəst" adını Rəcəb bəy vermiş və bu fikir Atatürkün xoşuna gəlmişdir. Lakin əsərdən o da
məlum olur ki, partiyanın yaradılmasına qərar verilsə də, onun bəlli-başlı proqramı tutulmamış,
nizamnaməsi işlənməmişdi. Ə.Ağaoğlu yazır: "İndi firqəyə öz nizamnaməsi lazımdır. Bunun
yazılmasını yoldaşlarım mənə həvalə etdilər. Böyük adada yaxt klubuna çəkildim, iki günə
tamamlayaraq idarə heyətinə verdim" (1, 265).
Əsərdə göstərilir ki, yeni firqə təntənəli günlər keçirir, xalq tərəfindən sevilir, təqdir olunur,
lakin sonrakı hadisələr fərqli ssenari ilə davam edir. Qarşıdan gələn seçki marafonu ona münasibəti
bir qədər də dəyişir. İsmət İnönü Samsundakı nitqində Sərbəst Firqəyə hücum edir. Bundan sonra
firqəyə hücumlar çoxalır. Bu hücumlarda Sərbəst Firqə irticaçılıqda ittiham edilirdi. Millət vəkilləri
və Atatürkə ən yaxın adamlar belə firqəyə qarşı hücumlarını davam etdirirlər. Yeni firqəyə keçən
millət vəkillərindən bəziləri geri qayıdır və beləliklə, Cümhuriyyət Xalq Partiyasından keçən millət
vəkillərinin sayı 13-ü keçmir. Mübarizə getdikcə iki partiya arasındakı münasibətləri daha da
qızışdırır. Artıq CXF ölkədə təkbaşına vəziyyətə hakim deyildi, daha doğrusu, yeni firqə ilə
bölüşürdü. Xüsusilə, yeni firqənin Atatürk tərəfindən dəstəkləndiyini başa düşən insanlar axın-axın
Sərbəst Firqəyə daxil olurdular. Belə olduğu təqdirdə, Ə.Ağaoğlu Sərbəst Firqənin seçkilərdə iştirak
etməməsi fikrini irəli sürür. O, düşünürdü ki, yeni firqənin tərəfdarları həddən artıq çoxalır və belə
gedərsə, seçkidə qalib gələn partiya Sərbəst Firqə ola bilər ki, Atatürk də buna dözə bilməz. O,
Məclisdə müxalifət qrupu yaratmaq və bu şəkildə fəaliyyət göstərməyi daha məqsədəuyğun hesab
edirdi. Ona görə də, bir elan ilə Sərbəst Firqənin seçkilərə qarışmadığını, namizədlər
göstərmədiyini, lakin xalq istərsə, bu firqəyə mənsub olanları da seçə biləcəklərini bildirmələrini
tövsiyə edir. Ancaq onun fikirləri qəbul edilmir. Atatürk "Təşkilat qurmayan, seçkilərdə iştirak
etməyən firqə nəyə yarayar"-deyə seçkilərdə iştirakı məqbul hesab etmişdi.
Ə.Ağaoğlu əsərdə partiyanın İzmirdə təşkilatlanmasına geniş yer ayırır. O, göstərir ki,
İzmirdə onları böyük coşğunluqla qarşılayırlar. Bu coşğunluq dövlət adamlarını narahat etdiyindən
Fəthi bəyə nitq söyləməməsini xahiş edirlər. Fəthi bəy israrla nitq söyləyəcəyini bildirir, əks halda,
Atatürkə məlumat verəcəyi ilə onları xəbərdarlıq edir. Burada gərgin anlar yaşanır, mövcud
vəziyyət barədə məlumat vermək üçün ona Atatürkə teleqram vurmağa imkan vermirlər. Gecə
yarısı Atatürkün Fəthi bəyin nitq söyləyəcəyi ilə bağlı teleqramı gəlir. Siyasi yarışmanın
kəskinləşməsi, köhnə firqəyə qarşı xalq etirazları yeni firqənin bağlanmasına aparırdı. Bununla belə,
seçkilərə gedilir və Cümhuriyyət Xalq Firqəsi qalib gəlir, ancaq hökumət strukturlarının burada rolu
az olmur. Sərbəst firqə "məğlub" olsa da, onun gücü də açıq-aydın hiss olunurdu. Cəmi bir neçə ay
əvvəl yaranmış partiya Cümhuriyyət Xalq Partiyası ilə baş-başa gəlirdi. Bu vəziyyət bu cür davam
edə bilməzdi. Ona görə də, bir çoxları onları xəyanətdə günahlandırırdılar. Sərbəst Firqənin gələcək
uğurlarından qorxan insanlar Atütürkü bu firqəyə qarşı qaldırmağı düşünürlər. Beləliklə, başda
Sərbəst Firqənin başçısı Fəthi bəy, Ə.Ağaoğlu da daxil olmaqla, idarə heyəti partiyanın
buraxılmasına qərar verir. Fəthi bəy özünün təkbaşına müxalifətə keçdiyini bəyan edir və
dostlarının qərar verməkdə sərbəst olduğunu elan edir. Onun dostları, eləcə də Ə.Ağaoğlu da
müxalifətə keçdiklərini bildirirlər. Lakin bu sözləri deyənlər firqənin dağılmasından bir gün sonra
"Qazidən müxtəlif maddi və mənəvi təsəllilər almaq şərəfinə nail oldular. Bunlardan bəziləri
bankların idarə heyəti üzvlüyünə təyin edilir, "qızlarının toyları", "Uşaqlarının xəstəlikləri" üzündən
böyük yardımlar alır, qalanları isə, bir-ikisi istisna olmaqla, itaətkarlıq göstərərək, canlarını qurtarır
və yenə də millət vəkili seçilirlər" (1, 308). Beləliklə, 1930-cu il avqustun 8-də təməli qoyulmuş
Sərbəst firqə həmin ilin noyabrın 17-də, yəni dörd ay yaşamadan tarixin arxivinə göndərilmişdi.
“Sərbəst firqə xatirələri” əsərində bir neçə tarixi şəxsiyyətlərin obrazı yaradılır. Burada
Mustafa Kamal Atatürk, İsmət İnönü, Əli Fəthi Okyar, Kazım Qarabəkir, Hüseyn Cahit Yalçın,
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
417
Məqbulə xanım (Atatürkün bacısı) və başqa onlarla şəxsiyyətlərin adına rast gəlmək olar. Ancaq bu
tarixi şəxsiyyətlərin hər birinin obrazları tarixi gerçəkliyə, hadisələrə uyğun olaraq yaradılır. Bu
obrazlar içərisində mərkəzi yeri Ə.Ağaoğlunun özünün obrazı tutur. Burada həm onun Türkiyənin
siyasi həyatında aktiv iştirakını izləmək, həm də yeni cəmiyyət quruculuğunda onun aktiv və öndər
rolunu aydın görmək olur. Əsərdən aydın olur ki, o, bu proseslərdə Türkiyənin siyasi həyatında baş
verən intriqalardan və avantüradan bezmişdir. Çünki həmişə olduğu kimi, burada da fikirlərində
səmimidir, riyakarlıqdan zəhləsi gedir. Onun Qaziyə olan məhəbbətinin, sevgisinin arxasında
hansısa maraqlar gizlənmir, sırf dövlətçilik mənafeyindən çıxış edir. Eyni zamanda, Türkiyə siyasi
mühitinin də nə zamansa, bu yolu keçəcəyini əminliklə bildirir. Yeni cəmiyyət, Cümhuriyyət
məsələsində son dərəcə modern yol tutan Ə.Ağaoğlu bir partiya ətrafında olan oyunlardan təngə
gələrək, bunun səbəbini Şərq riyakarlığında, "sözlərin arxasında gizlənərək" xəyalı gerçək kimi
göstərməyə bağlayır və ölkənin bütün fəlakətlərinin mənbəyini "ruh xəstəliyi"nə bağlayır" (1, 309).
Tədqiqatçı Gülsərən Akalının fikrincə: "Qazi Mustafa Kamal paşanın Sərbəst Cümhuriyyət firqəsini
səmimiyyətlə təşkil etdiyinə inanan Ə.Ağaoğlunun əslində son hadisələrlə fikrinin dəyişdiyi
anlaşılır (4, 122).
Ə.Ağaoğlu yeni partiyaya münasibətdə düşmənçiliyin yaranmasının səbəblərini də göstərir.
Bunlardan biri, Sərbəst firqənin özünün mətbuatını yaratmaq əvəzinə "Yarın" qəzetinin Sərbəst
firqənin qeyri-rəsmi orqanına çevrilməsi və açıq şəkildə Cümhuriyyət Xalq Partiyasını ilə arasını
vurması olmuşdur. Hətta bu qəzetin mövqeyinə etiraz əlaməti olaraq, Ə.Ağaoğlu öz məqalələrini
"Son posta" qəzetində dərc etdirirdi. İkincisi isə, yeni partiyanın qurulmasından az sonra Türkiyədə
keçirilən bələdiyyə seçkilərində iştirakı olmuşdur.
Ə.Ağaoğlunun "Sərbəst firqə xatirələri" əsəri 30-cu illər Türkiyəsinin ictimai, siyasi
gerçəkliklərini təsvir edən ən yaxşı əsərlərdən biri hesab etmək olar. Əsər müəllifinin yeni qurulmuş
Cümhuriyyətin gələcəyi üçün nə qədər həyəcan keçirdiyi, düşündüyü və bu istiqamətdə çalışdığının
təsdiqi kimi səslənir. Sərbəst firqənin bağlanmasından sonra müxalifətə keçməsinin əsasında da
ölkədə demokratiyanın inkişafı yolunda çalışmaq istəyinin durduğunu əminliklə söyləmək olar.
ƏDƏBIYYAT
1.
Ağaoğlu Ə. Seçilmiş əsərləri. Bakı: "Şərq-Qərb", 2007, 392 s.
2.
Sakal Fahri. Ağaоğlu Ahmеd bеy. Ankara, Türk tarih kurumu, 1999.
3.
Sadoğlu Hüseyn. Bir türkçünün trajik öyküsü. Türk yurdu, 2011 Ocak, Yıl 100, sayı 281.
4.
Akalın G. Türk düşüncə və siyasi həyatında Ağaoğlu. Bakı: Az.ATAM, 2012, 164 s.
Summary
The article presents the analysis of the works written by the outstanding representative of
Azerbaijani migration literature Agaoglu "Memories free sects" in the socio-political reality of
Turkey. Agaoglu in this work showed the reality covered the socio-political path of the Turkish
Republic from the end of the 20s up to the beginning of the 30s.
In the report written and addressed Kamal Atatürk and Prime Minister Ismet Inonu by the
writer in 1926 raised a number of issues sold to the free development of the sect. Nevertheless, the
wrong approach to the question of self-interest and a lot of other facts prevented the implementation
of a multi-party system. The product images are important at the time forthe Turkish socio-political
figures and the work done by them is appraised.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
418
Cəmilə Fətiyeva, dissertant
AMEA Nəsimi adına Dilçilik İnstitutu
cema_5@mail.ru
TÜRKDİLLİ XALQLARIN ƏDƏBİ ƏLAQƏLƏRİ
VƏ TƏRCÜMƏ İŞİ
Bütün tarixi dönəmlərdə türkdilli xalqların klassik ədəbiyyat nümunələrinə maraq olmuşdur. Dostları ilə paylaş: |