qabarıq görsənir. Divan ədəbiyyatının nəzmə vurğunluğu və xüsusi diqqət göstərməsi danılmazdır.
“Ancaq bu fakt, heç kəsə nəsrimizin keçmişini və tarixi ənənələrini, onun ədəbi inkişaf prosesində
oynamış olduğu tarixi rolu inkar etməyə və ya azaltmağa imkan vermir. Təkcə onu qeyd etmək
kifayətdir ki, “Kitabi-Dədə Qorqud” dan başlamış yeni dövrün dastanlarına qədər xalq şifahi
ədəbiyyatında nəsr həmişə özünə fəxri yer tutmuşdur. Xalq nağılları və dastanları qədim nəsrin ən
parlaq nümunələridir”. (1,4) Bədii nəsr də nəzmlə paralel surətdə daim öz varlığını qorumuş, inkişaf
etmiş, öz çağdaş səviyyəsinə gəlib çatmışdır. Azərbaycan nəsrinin keyfiyyətini, xarakterini
şərtləndirən amilləri əsasən “minillik və daha artıq bədii siqlətə malik İslam Şərqi poeziyası və bu
poetik sistemdə özünəməxsus yeri olan Şərq nəsri; ümumtürk folklor gələnəkləri və onun yazı
ədəbiyyatı üçün əsas, zəmin mövqeyi; çağdaş nəsr anlamını verən Qərb nəsri və onun XIX əsrdən
başlayaraq ədəbiyyatımıza təsirləri” (2,3) kontekstində müəyyənləşdirirlər.
Bədii mətnin estetikliyini, özünəməxsusluğunu təmin edən, onu başqa təhkiyə tiplərindən
fərqləndirən məzmunu, nədən bəhs etməsi deyil, həmin məzmunun, mahiyyətin təqdimat şəklidir.
İstənilən ədəbiyyat əsəri, istənilən bədii mətn oxucu nöqteyi-nəzərindən özünə ikili yanaşmanı
labüd edir: birincisi, əsərin “nə”dən bəhs etməsi, ikincisi həmin “nə”nin necə təqdim olunması ilə
bağlıdır. Bədii söz sənətinin iki ifadə formasından (nəzm və nəsr) biri olan nəsr kəlməsi ərəb
dilində, bir şeyi əl ilə saçmaq, səpmək deməkdir; toylarda gəlinin başından gül-çiçək, badam, şirni
ve pul tökmək; tarlaya toxum səpmək kimi anlamlara malikdir. Buna “nisâr” da deyirlər . “Nesr”
ve “nisâr” sözləri, eyni zamanda bir nəsnəni çoxaltmaq anlamını da ifadə edir. Ərəb dilində
“Nesere’l-kelâm” cümləsi “Sözü çoxaltdı, uzatdı.” mənasındadır. Sözü çox uzadan ozana “nesr ve
minser” adı verilir (3). Lüğəvi və terminoloji məzmununa “nəzm” kəlməsi “nəsr”in əksinə,
boyunbağı düzəltmək məqsədilə inci, almaz və s. qiymətli daşların bəlli bir nizama uyğun şəkildə
ipə düzülməsi mənasını ehtiva edir.Nəzmə nisbətdə nəsrin dili tam sərbəstdir, qafiyəyə və ya ritmik
düzümə tabe deyil. Proza (lat. prosa – birbaşa müraciət olunan nitq) ölçülü şeir dilindən fərqli
olaraq sərbəst şəkildə təşkil edilir və adi nitqlə verilən bədii əsərdir. (4,122) Qərb
ədəbiyyatşünaslığında nəsr sözü nəzəri-terminoloji cəhətdən aşağıdakı kimi şərh olunur: nəsr (lat.
Prosa demək olub prosa oratio sözündən götürülüb – birbaşa, sərbəst olan, sərbəst hərəkət edən nitq
deməkdir) – ədəbi yaradıcılığın iki əsas tipindən biridir (5,296).
İslamiyyətə qədər türk nəsrinin şifahi ədəbiyyat dönəminə aid nümunələri əsasən aşağıdakı
janrlarla təmsil olunur:
Təbiət hadisələrinin, kortəbii qüvvələrin, səma cisimlərinin insanların xəyalında, təsəvvür və
düşüncələrində müəyyən bir şəkilə salınması, gah insanlara, gah da tanrılara bənzər təsvir olunması
yolu ilə yaranan, ibtidai insanların ibtidai təsəvvür və anlayışlarını əks etdirən miflər;
Kosmik təsəvvürləri, bəşəriyyətin dünya haqqında, təbiətlə bağlı görüşlərini, zoomorfik
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
361
baxışlarını, həyat və cəmiyyət hadisələrinə münasibətlərini, olmuş və ya olması mümkün bədii
həqiqətləri özündə əks etdirən əfsanələr;
İbrətamiz əhvalatları əhatə edən, adətən “Deyirlər”, “Söyləyirlər”, “Rəvayət edirlər ki”
kəlmələri ilə başlayan, uzaq və yaxın dövrün tarixi həqiqətlərini özündə qoruyan, konkret təhkiyə
faktına söykənən, yığcam və vahid süjet xətti olan, əfsanələrə nisbətdə daha “gerçək” məzmun
daşıyan rəvayətlər;
İnsanlarıın həyatındakı zidiyyət və əkslikləri – gerilik, cəhalət, nadanlıq, pislik, yamanlıq,
tamahkarlıq, zülm və riyakarlığı gülüş yolu ilə aradan qaldırmağa çalışan, tərbiyəedici və islahedici
xarakterə malik qaravəlli və lətifələr;
Miflərdən, mif süjetlərindən, ritual xarakterli mərasimlərdən, etiqad və adətlərdən törəyən,
mifoloji dünya modelini əks etdirən, animist, fetişist, totemist və antropomorfik təsəvvürlərin geniş
yer aldığı, motiv və arxetip zənginliyinə malik nağıllar;
Türk epos təfəkkürünün həcmcə ən böyük və qədim janrı kimi, ozan-aşıq yaradıcılığının
məhsulu olan, epik və lirik təhkiyənin birgə təqdimatını, nəsrlə nəzmin vəhdətini təşkilini
gerçəkləşdirən dastanlar və.s
Bütün bunları bir məxəzdə birləşdirən bədii ifadə strukturlarının oxşarlığıdır, epik xarakterli
mətnlər müəyyən bir hadisənin təhkiyə vasitəsilə nəqlini gerçəkləşdirir. Dastan epik düşüncənin
hadisəsidir və mif qaynaqlıdır. Dastan-mif münasibətlərinin terminoloji aspektdən nəzərdən
keçirilməsi mif-dastan keçidinin məna qatlarını görməyə imkan verir. Dastanın “xalq romanı”,
“xalq kitabı” mənaları vardır. M.H.Təhmasibə görə, dastan “musiqi havası”, “əhvalat”, “boy”,
“nağıl” və s. mənalar bildirir. (6,156-159). Həmid Araslı dastanı “hekayə”, “hekayət” kimi də
adlandırmışdır(7,103) Türkün nağıl yaradıcılığı onun çoxəsrlik tarixini, məişət tərzini,
dünyagörüşünü, adət-ənənələrini, qəhrəmanlığını, mücadiləsini və s. özünəməxsus şəkildə əks
etdirilir. Poetik yaradıcılığın şifahi formasının başqa janrları ilə müqayisədə nağıllar hadisələri daha
çevik surətdə, geniş, ətraflı, anlaşılan dildə və canlı obrazlarla təsvir etmək gücünə malikdir.
Ümumiyyətlə, yazının kəşfindən öncə, nağıllar vasitəsilə, süjetqurmanın əsası qoyulmuş, epik
ənənəyə məxsus təsvir üsulları və prinsipləri olan formullar müəyyənləşmişdir. Meletinski mif-
ədəbiyyat münasibətlərini mif-folklor kontekstində nəzərdən keçirir və göstərir ki, miflər, folklor
mətnlərinə keçiddə miflikdən çıxır. Belə miflərdən nağıllar boy atır. Nağıllar isə dastanların
formalaşma prosesinə təsir göstərir.(8,339)
Türk yazılı abidələrinin yayılma arealı Monqolustandan başlamış Macarıstana qədər böyük
bir ərazini əhatə edir. Qəbir daşları, qayalar, müxtəlif qablar və s. üzərində yazılmış bu abidələr V-
XI yüzilliklərə aid edilir. Monqolustan ərazisində 33, Yenisey çayı sahillərində 140, Lena-Baykal
ərazisində 40-a qədər, Dağlıq Altayda 20, Şərqi Türküstanda 10, Şimali Qırğızıstan və Qazaxıstan
ərazisində 28, Fərqanədə, Şimali Toxarıstanda 18-ə qədər, Şərqi Avropada xeyli belə yazılı abidə
tapılmışdır. Şimali Qafqazda-Kumranda köhnə divarlar üzərində kiçik yazılı mətnlər müəyyən
edilmişdir.(9)
Orxon-Yenisey abidələri bütün türkdilli xalqların daşlar üzərində yazılmış ilk tarixi
sənədləri, türkdilli yazının dövrümüzə gəlib çatmış ilk nümunələridir.Orxan-Yenisey abidələrindən
ilk dəfə XII əsr tarixçisi Əlaəddin Ata Məlik "Cüveyni tarixi Cahanguşa" əsərində bəhs etmişdir.
Orxon-Yenisey yazılarını ilk dəfə, 1893-cü ildə Vilhelm Tomsen oxumuş, V.V.Radlov,
A.N.Samoyloviç, K.Donner, İ.A.Batmanov, A.Qaben, A.M.Şerbak, Ə.R.Tenişev, Azərbaycan
alimlərindən Ə.Rəcəbov, A.Məhərrəmov, Ə.Şükürlü, Y.Məmmədov, T.Hacıyev, Ə.Quliyev və
başqaları bu sahədə geniş tədqiqatlar aparmış, orijinal elmi nəticələr əldə etmişlər.
Orxon-Yenisey abidələrinin yaranması türklərin tarix səhnəsinə çıxması, onların oyanışı və
mədəni yüksəlişinin nəticəsidir. Tonyukuk, Kül-tikin və Bilgə kağanın şərəfinə yazılmış bu daş
kitabələr eyni zamanda ilkin yazılı ədəbiyyat nümunələridir. Belə deyirlər ki, türklərin ilk nasirləri
Tonyukuk və Kül-tikindir. Bu kitabələrdə əksini tapmış nəsr mətnlərinin strukturunun sonrakı
mərhələlərdə türk xalqlarının bədii nəsrinə təsirini müəyyənləşdirmək xüsusi əhəmiyyətə malikdir.
“Orxon-Yenisey abidələri ilə qarşılıqlı müqayisə yalnız fonoloji, leksiksemantik, eləcə də
qrammatik təkamülü izləmək üçün deyil, eyni zamanda söz sənətinin tarixini öyrənməyə o mənada
daha çox imkan verir ki, burada linqvistik səpki ilə poetik səpkinin ayrılmadan bir-birini üzvi
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
362
şəkildə tamamlayan bir formada həll edilməsi nəzərdə tutulsun. Məhz sistemli şəkildə tətbiq olunan
linqvopoetik təhlil Orxon-Yenisey abidələri ilə konkret abidələrin, eposların qarşılıqlı üzvi
əlaqəsini, bədii sözün genetik təcrübəsini aşkarlaya bilər”(10).
M.F.Köprülüzadə “bütün Türk ləhcələrinin ədəbiyyatmı” “ən əski mənşələrdən” başlamağı
irəli sürmüşdü: “Türk ədəbiyyatı ən əski mənşələrdən bu günə qədər bütün Türk ləhcələrinin bir-
birilə rabitə və münasibətləri gözətilərək bir küll şəklində tədqiq olunmadıqca qabil deyil tənəvvür
etməyəcəkdir” (11, 5) Nihad Sami Banarlıya görə Qədim Türk yazıları, dil abidələri olmaqla yanaşı
həm də ədəbiyyat abidələri hesab olunur. (12,57) Bengü daşlara yazılmış bu mətnləri Məhərrəm
Ergin “Türk ədəbiyyatının ilk şah əsəri” adlandırır (13,7). Elmi ədəbiyyatda abidələrdəki yazıların
janr təsnifatı ilə bağlı maraqlı nəticələrə rast gəlmək mümkündür. Həmin yazılar tarixi, bioqrafık,
epitafıya lirikası, xatirə, magiya və dini mətnlər, hüquqi sənədlər və məişət əşyaları üzərində
qeydlər kimi janrlara bölünür. Daş kitabələrin ədəbi-bədii mahiyyətinə dair İ.V.Stebleva “VI-VIII
əsrlər türklorin poeziyası” adlı monoqrafik tədqiqatında belə qənaətə gəlir ki, qədim Türk yazılı
abidələri “poeziyadır”. Türkoloqlardan V.Jirmunski, A.Şerbak bu fikirlə razılaşmırlar. Jirmunskinin
fikrinə görə Orxon və başqa türk yazılarının mətnləri şeir mətnləri deyil, nəsr mətnIəridir. A.Şerbak
da “Abidə məlnləri adi nəsr əsəridir” fikrində qərarlaşır (14,15).
Ümumiyyətlə, daş kitabələrə yazılmış mətnlərdə nəqlin hadisəyə istinad etməsi, süjetliliyi,
əvvəli, ortası, sonu olan bütöv kimi təqdimi və s. nəzmdən çox nəsrin varlığına dəlalət edir.
Məsələn, Kültiginin şərəfinə yazılan böyük mətndə süjet müxtəlif əhvalatlar üzrə qurulub. “Üstə
mavi, göy, altda qonur yer yaradıldıqda ikisinin arasmda insan oğlu yaranmış” deyə nəqlə başlanan
təhkiyə süjetində əsasən üç mərhələ seçilir; Bumın xaqanın, İstəmi xaqanın, Kapakan xaqanın
hakimiyyəti illərinin təsviri mərhələsi, Kül tiginin qoşun başçısı kimi yetişib keçirdiyi döyüşlər
mərhələsi və nəhayət qəhrəmanm həlak olması mərhələsi. Bu mərhələlərin hər biri tarix,
etnoqrafiya, dilçilik və s. sahələrinə material verir. “Bununla bərabər birinci mərhələdə əcdadlarm
ideallaşdınlması, ikinci mərhələdə Kül tiginin hər döyüşdən qələbə ilə çıxması, onun qəhrəmanhq
fütuhatları, üçüncü mərhələnin başdan-başa kədərə həsr olunması, qəlb üzüntülərinin izharı, bütün
bunlar birinci növbədə bədii aləmə mənsubdur.” (14,69)
Müasir nəsr dedikdə, hər nəsr mətninin izah etdiyi bir nəsnənin varlığına və onun təhkiyəçi
ilə təhkiyəyə əsaslandığına inanırıq. Mətn müəllifi, qələmə aldığı mətnin epik quruluşunu hadisə
əsasında qurar. Bu mənada hadisə epik mətnin əsas elementidir. Yazıçı sənətin – dilin təmin etdiyi
imkanlarla onu özününküləşdirir, məqsədi istiqamətində yenidən formalaşdırır. Bədii mətnin
karkasını hörən hadisə və hadisələr cərgəsi özü ilə bərabər zaman, məkan və şəxsi heyətin də mətn
daxili realizəsini şərtləndirir. Dilin poetik strukturu ilə öz ifadəsini tapan hadisələrin bədii mətndə
gerçəkləşməsi, yenidən təqdimatı fərqli məzmun və mahiyyət qazanmış olur. Orxon-Yenisey
yazılarında konkrtet poetik strukturda öz ifadəsini tapan hadisələr cərgəsi, bu cərgənin müəyyən
nizamla düzümü, əvvəli, ortası və sonu olan inkişaf xətti aydın sezilir.
Türk xalqlarının və ümumən türk dünyasının ortaq dəyərləri hər bir türk xalqı üçün
doğmadır. Bu gün özbək, türkmən, tatar, qırğız, qazax, Azərbaycan və digər türk xalqlarının ortaq
dəyərləri deyərkən ortaq mifologiya, dastan ədəbiyyatı, folklor, ortaq yazılı abidələri əhatə edən
sözdə, dində reallaşan mədəniyyət sisteminin bütövlüyü nəzərdə tutulur. Milli özünüdərk prosesində
epos mədəniyyətinin önəmi və rolu danılmazdır. Bugün qədim türk təfəkkürünün ən müxtəlif
sahələrini, inkişaf səviyyəsini, xarakterini bilavasitə əks etdirən qədim və ortaq türk eposunu
mövcud mənbələr əsasında bu və ya digər dərəcədə öyrənmədən milli ədəbiyyatın nə təşəkkül, nə
də formalaşma tarixini düzgün metodologiya ilə araşdırmaq mümkün deyil. Bəşəriyyət yaddaşının
dərin qatlarında öz başlanğıcına sadiqdir və bu başlanğıcın sakrallığını qorumağa meyllidir. Mif
təkcə yaddaşda yaşamır, o həm də təhtəl-şüurda möhkəm yerləşmiş, istədiyi vaxt təxəyyülə
çevrilmək qabiliyyətinə malik potensial qüvvədir. XX əsr filosoflarından Beneddito Kroçe
poeziyanı, ədəbiyyatı, incəsənəti mifologiya hesab edirdi, tarixin özünün miftörətmə prosesindən
başqa bir şey olmadığını vurğulayırdı. XX əsr dünya ədəbiyyatında mifə, folklora qayıdış, folklor,
mifoloji süjet və motivlərdən istifadə əsrin səciyyəvi sənət hadisəsi kimi daha çox diqqət cəlb edir.
Yusif Vəzir Çəmənzəminlinin “Qızlar bulağı” romanında janrın poetik struktrunda özünü müxtəlif
səviyyələrdə qoruyan mifopoetik yaddaş elementlerinin Azərbaycan tarixi və etno-mədəni kökləri
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
363
ilə bağlılığı, ibtidai təfəkkür konseptinə söykənən, zamanın dönərgəlik xüsusiyyətinə dayanan ilkin
mifoloji yaradıcılıqdan törəyən formullara sadiqliyi, Elçinin “Mahmud və Məryəm” romanında
mifin mətnin poetik strukturunda – süjet, kompozisiya, zaman-məkan anlayışları, obrazlar
sistemində dəyişikliklərə yol açması, M.Süleymanlının “Köç” romanında janrın yaddaşında
qorunan arxetipik strukturlar, Yusif Səmədoğlunun “Qətl günü” romanında mifopoetik irsin
mühafizə qabiliyyəti və s. müasir Azərbaycan nəsrinin öz kökünə bağlılığı kontekstində
düşündürməyi bacarır. İslamiyyətə qədərki türk nəsri bugün Ümumtürk miqyasında nəsrin genetik
yaddaşı kimi iştirak edir. Orxon-Yenisey mətnlərinin, Türk ədəbiyyatının parlaq inciləri olan "Oğuz
xaqan", "Boz qurd", "Erkenogen", "Törəyiş xan" dastanlarının müasir və qədim türk nəsri arasında
paralelləri və keçidləri üzə çıxarmaq potensialı olduqca genişdir. Azərbaycan ədəbiyyatının
qaynağında zəngin və dərin məzmunlu folklorun, kosmoqonik, təqvimi, etnoqonik miflərin
detallarını özündə daşıyan mifoloji-bədii dünyagörüşün dayandığını sübut etmək, elmi-nəzəri
şərhini vermək müasir ədəbiyyatşünaslığın əsas vəzifələrindəndir. Müasir nəsrdə miflərin və mif
yaradıcılığının izlərinin müəyyən edilməsi, mifoloji qaynaqların, sakral mətnlərin müasir nəsrin
süjet təşkilində funksiyasının üzə çıxarılması, arxetipik obrazların müqayisəli-tipoloji təhlilə cəlb
edilməsi, bədii mətnlərdə mif-folklor elementlərinin və obrazlarının deformasiyasının müəyyən
edilməsi, bədii əsərlərin süjet təşkilində mifoloji xronotopları təsbit etmək və s. kimi məsələlərin
həlli həmin paralellərin tapılmasına şərait yarada bilər.
ƏDƏBIYYAT
1.
Əfəndiyev H.. Azərbaycan bədii nəsrinin tarixindən. Bakı, Azərnəşr, 1963.
2.
Əlişanoğlu. T. Əsrdən doğan nəsr. Bakı, Elm, 1999, 115 s.
3.
Süleyman Çaldak. Eski türk edebiyatinda nesir (düzyazı)
http://turkoloji.cu.edu.tr/ESKI%20TURK%20%20EDEBIYATI/suleyman_caldak_eski_tur
k_edebiyatinda_nesir.pdf
4.
Тимофеев Л.и Венгров Н. Краткий словарь литературоведческих терминов. Москва,
1963.
5.
Словар литературоведческих терминов. Москва, 1974.
6.
Təhmasib M.H. Azərbaycan xalq dastanları (orta əsrlər). Bakı: Elm, 1972.
7.
Araslı H. XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı, Bakı: ADU, 1956.
8.
Мелетински Е.М. Поэтика мифа. Москва: Наука, 1976.
9.
http://www.qkazimov.gen.az/arxiv/r5.htm
10.
http://dede.musigi-dunya.az/o/orxon_abideleri.html
11.
Köprülüzadə M .F. Türk ədəbiyyatı tarixi. I c, s. 5
12.
Nihad Sami Banarlı. Resimli Türk ədobiyyatı tarixi, 1, İstanbul, 1987.
13.
Məhərrəm Ergin, Orhun abidələri. 6 baskı, İstanbul 1980.
14.
Vəli Osmanlı. Qədim Türk Ədəbiyyatı (VI-X əsrlər). Bakı, 2008.
Məlahət Babayeva, fil.ü.f.d.
Azərbaycan Dövlət Pedaqoji Universiteti, baş müəllim
millababayeva@mail.ru
AZƏRBAYCAN-TÜRK ƏDƏBİ ƏLAQƏLƏRİ TARİXİNDƏN
Azərbaycan-türk ədəbi əlaqələrinin tarixi çox qədimdir. Hələ XV-XVI əsrlərdə
Azərbaycandan Osmanlı dövlətinə köç edən şairlərin sayı otuzdan çox olmuşdur.Bu dövrdə Bəsiri,
Matəmi, Hamidi, Xəlili, Süruri, Xəzani, Xəlifə, Şahi və başqa Azərbaycan şairlərinin Osmanlı ədəbi
mühitində əcəm şairləri kimi ad qazanmaları çox təqdirəlayiqdir. Bundan əlavə həmin dövrdə Orta
Asiyaya köçmüş şairlər də vardı ki, onlardan da Ziyayi, Xülqi, Allahi və başqalarını xüsusilə qeyd
etmək olar. XVI əsrin əvvəllində Şah ismayıl Xətainin Bağdadı fəth etməsi sonralar İraqda türk dilli
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
364
ədəbi mühitin yaranmasına səbəb olmuşdur. Əhdi, Şəmsi Bağdadi, Ruhi, Elmi, Kəlai, Fəzli və
başqaları da məhz Bağdad ədəbi mühitində türk dilli etnosları təmsil edən şairlər olmuşlar.
Azərbaycan-türk ədəbi əlaqələri bütün dövrlərdə öz aktuallığını saxlamış, müxtəlif sahələrdə
dəyərli töhfələrini vermişdir. Belə ki, keçən əsrin əvvəllərində bu əlaqələr akademik müstəviyə
qalxmış, H.Cavid, Ə.Abid, Ə.Cəfəroğlu, S.Rəfiqoğlu, A.Yıldırım və digər alim və ədiblərin
yetişməsində müstəsna əhəmiyyət kəsb etmişdir.
Əmin Abid Gültəkin 1919-cu ildə Türkiyəyə səfər etmişdir (1919). Türkiyədə pedaqoji
məktəbi bitirdikdən sonra İstanbul Universitetinin ədəbiyyat fakültəsində təhsilini davam etdirmiş
(1919-1926), "Azəri-türk"qəzetində işləmişdir. Onun Türkiyədə qələmə aldığı şeirlər siyasi
mühacirlərin köməyi ilə "Buzlu cəhənnəm" adı altında ayrıca kitabda nəşr edilmişdir. "Azərbaycan
türklərinin ədəbiyyat tarixi", "Türk ədəbiyyatında bayatı-mani növü", "Bayatının türk xalqları
ədəbiyyatında mövqeyi","Türk el ədəbiyyatına elmi bir baxış (Oğuznamə)" kimi milli
ədəbiyyatşünaslıq, folklor və mətbuat tarixi haqqında onlarca məqalənin müəllifi olmuşdur.
Əhməd Cəfəroğlu İstanbul Universitetinin dil-ədəbiyyat fakültəsinə daxil olmuş, məşhur
türkoloq Mehmet Fuad Köprülünün tələbəsi olmuşdur (1925). 1946-cı ildən sonra kafedra müdiri
olan Əhməd bəy həm də universitetin yanında fəaliyyət göstərən Türkiyyat İnstitutuna da rəhbərlik
etmişdi. Əhməd Cəfəroğlu"Azərbaycan Yurd bilgisi" dərgisinin (1932) yaradıcısı və baş redaktoru,
"Türk amacı" dərgisinin (1942-1943) , "Türk dili və ədəbiyyatı məcmuəsinin" redaktoru olmuşdur.
1930-cu illərdə İstanbul Universiteti Ədəbiyyat fakültəsinə daxil olmuşdur.Səlim Rəfiq
Rəfiqoğlu Azərbaycan və Anadolu xalq nağıl və dastanlarını müqayisəli şəkildə təhlil edərək
araşdırma etmişdir. “Azərbaycan Yurt Bilgisi”, “Yeni Kafkasiya”, “Azəri Türk”, “Bildiriş” kimi
məcmuələrində folklor araşdırmalarını nəşr etdirmişdir. Ali Volkan “Azərbaycan maniləri”, Almas
Yıldırım “Azərbaycan bayatıları” kitabları da Türkiyədə çap olunan dəyərli araşdırmalardandır.
Niyaməddin Haşımov, fil.ü.f.d.
Qafqaz Universiteti, Pedaqoji fakültə
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi bölməsi
nhasimov@qu.edu.az
ƏLİ VƏLİYEVİN ƏSƏRLƏRİNDƏ ÜSLUBI ONOMASTİKA
Bədii əsərlərdə obrazlılıq ən başlıca kateqoriyadır. Eyni zamanda, obrazlılıq bədii əsərlərin
xarakterik xüsusiyyətlərini, başlıca əlamət və keyfiyyətini də özündə əks etdirir.(1, s. 64; 3, s. 9)
Onomastik vahidlər bədii təsvir və ifadə vasitəsi kimi hər bir sənətkarın fərdi üslubunda
özünəməxsus poetikliyi ilə seçilir.
Azərbaycan ədəbi dilində onomastik vahidlərdən istifadə bədii üslubun lüğət tərkibinin
zənginləşməsində, əsərin məzmunun və idеyasının anlaşılmasında, surət хəttinin sistemli və obrazlı
şəkildə oxucuya çatdırılmasında mühüm rol oynayır. (8, s. 5) Sənətkarın bədii dilində onomastik
vahidlərin üslubi məqamları emosionallığa və ekspressivliyə əsasən müəyyən edilir. Onomastik
vahidlərdən üslubi emosionallıq vasitəsi kimi istifadə olunması folklor ədəbiyyatımızda, qədim
yazılı mənbələrimizdə və klassik poeziya dilimizdə də müşahidə edilir. Həmçinin onomastik
vahidlərin üslubi bir vahid kimi işlənməsinə İ.Nəsiminin, M.Füzulinin, M.P.Vaqifin,
M.V.Vidadinin, A.Ələsgərin, Q.Zakirin, M.Ə.Sabirin, C.Məmmədquluzadənin, Ə.Haqverdiyevin,
Anarın və digər sənətkarlarımızın da əsərlərində rast gəlinir.
Onomastik vahidlərin üslubiyyatdakı rolu, başlıca olaraq, xarakterlərin açılmasına, yer,
məkan, şəxs barədəki təsəvvürlərin tamamlanmasına, hadisə və situasiyaların obrazlaşdırılmasına
xidmət edir. (2, s. 8; 4, s. 194-196; 5, s. 156-158; 8, s. 5) Üslubi onomastikada, bir çox hallarda
izahedici, aydınlaşdırıcı element kimi ləqəblərdən (Keçəl Həmzə, Qoçu Əsgər, Dəli Domrul, Dəli
Həsən, Bəlli Əhməd); uydurma adlardan (Kollu Koxa, Qılınc Qurban, İtqapanlı kəndi, Danabaş
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
365
kəndi, Kəmfürsətov); adların mürəkkəbləşdirilməsindən (Atakişi, Babakişi, İmamyar, Xudayar
bəy); eləcə də xəyali bənzətmələrdən (“Gələcək” kolxozu, “Çinarlı” bulaq) və s. istifadə edilir.
Bədii onomastika ilə bağlı əsərlərdə bu barədə ətraflı bəhs edilmişdir. (6, s. 237-241; 7, s. 27-39; 9,
s. 88-89)
Uydurma adlar, ləqəblər, rütbə adları, titul bildirən sözlər satirik tipikləşdirmə vasitəsi kimi
sənətkara çox kömək edir, komik sənətkarın əlində ən mühim tipikləşdirmə vasitəsinə çevrilir.
Satira ustası mənfi tipi danlamaq üçün elə adlar seçə bilir ki, bu adlar obrazı ilk andan gözdən salır
və bununla da, onun ictimai nüfuzunun son dərəcə aşağı olduğu aydın görünür. Bütün bunlar satirik
tipin ümumiləşmiş obrazının yaranmasında mühüm iş görür. (6, s. 237-238; 10, s. 408; 12, s. 12-13) Dostları ilə paylaş: |