Kül abid olub fatə verən başıma” (2, 114).
Xain dost və ya dostlar motivi həm heyvanlar haqqında nağıllarda, həm də təmsillərdə
özünü göstərir. Xain dost motivi heyvanlar haqqında nağıllardan təmsillərə keçmişdir. Belə ki,
“Dost dosta tən gərək” nağılında dostluğun səmimiyyət üzərində deyil, tamah, güc üzərində
qurulduğunun şahidi oluruq. “Dost dosta tən gərək” nağılında şir, qurd, bir də tülkü dost olurlar.
“Bunlar şərt qoydular ki, hər nə tapsalar bir yerdə yesinlər. Həm də bir-birinə kömək
eləsinlər. Bir gün şir bir öküz, qurd bir qoyun, tülkü də bir toyuq gətirdi. Şir qurda dedi:
- Bunları bölüşdür
Qurd dedi:
- Şir ağa, öküz sənin, çünki sən böyüksən. Səndən xırda mənəm, qoyun da mənim.
Hamımızdan kiçik tülküdü. Toyuq da tülkünün olsun.
Bu bölgü şirin xoşuna gəlmədi, dartıb qurdun dərisini boğazından çıxartdı, qurdu parça-
parça elədi. Tülkü bunu görəndə üzünü şirə tutub dedi:
- Şir ağa, qulaq as, gör mən necə bölürəm.
Bir öküz naharın olsun
Gündüz yeməyin qoyun olsun
Şam yeməyin toyuq olsun
Tülkü kənarda qalsın.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
434
Bu bölgü şirin xoşuna gəldi. Tülküyə afərin dedi. Soruşdu:
- Bu bölgü qaydasın kimdən öyrənmisən?
Tülkü gülə-gülə dedi:
- Sən qurdun dərisini boğazından çıxaranda mən dərsimi aldım” (1, 68).
Qasım bəy Zakirdə tısbağa, ilan və dəvənin dostluğu, yəni xain dostlar motivi nağıllardan
alınmışdır. Təmsildə xain dostlar tısbağa, ilan və dəvədirsə, heyvanlar haqqında nağılın
qəhrəmanları isə şir, qurd və tülküdür. Zakir mövzunu da qismən dəyişmiş, qaravəllilərdə rast
gəldiyimiz yaş motivini təmsilə daxil etmişdir. Nağılda həm də pay bölməyi dərisi üzülən qurddan
öyrənən tülkü hiyləgərliyin, həyatda qalmağın formulunu tapmış olur.
Qasım bəy Zakirin “Xain yoldaşlar haqqında” təmsili bu baxımdan səciyyəvi nümunə ola
bilər. İlanla tısbağanın hiyləsini duyan dəvə yeməyi onların əlindən alır, hər ikisini də cəzalandırır.
Təmsilin poetikasına uyğun olaraq müəllif finalda əxlaqi nəticə çıxarır, dostluqda xəyanəti, yalnız
öz mənafeyini düşünməyi mənfi hal kimi pisləyir:
Dəvə zahir edib bir nimxəndə,
Dedi: "öz yaşımı deyərəm mən də".
Götürüb ağzına yerdən çörəyi,
Başladı ahəstə tər göyşəməyi.
Dedi: "ey mədəni-hədyanü kəzaf!
Bu söz ilə dəvə uşaq imiş saf"
Lazımdır şol yerdə bu növ misal
Nəsihət eyləsin xəlqə əhli-hal.
Özündən böyüyə etsə xəyanət,
Ac qalır, etməsin, əlbət, səd əlbət.
Bir adam ki, qoya hiylə binası,
Aqibət özünə dəyər xətası.
Yoldaş yoldaş ilə xədəng nisbət,
Düz gərək ta ruzi-həşru qiyamət.
Əgər əyri ola dəruni, çün yay,
Kirişi qırılıb axır olur zay (7, 344).
Əslində heyvanlar arasında pay bölmək motivi Zakirin “Aslan, qurd və çaqqal” təmsilində
də vardır. Burada aslan, qurd və çaqqalın dostluğu sınanır, üç gün, üç gecə ac qalan dostların pis
niyyətləri ortaya çıxır. Nağılda “mən dərsimi aldım” zərbi-məsəli Zakirin təmsilində daha da
poetikləşir. Ona görədir ki, çaqqalın sözləri bu gün də zərbi-məsəl kimi işlədilir:
Qalib olmuş idi şirə iştəһa,
Qurda dedi: - “Bölgü sənindi, durma,
Təqsim eylə, olaq yeməyə məşğul”.
Anlamayıb fikrin kürki-biüsul,
Dedi: - “Ey sərvər, cənabi-bari,
Öz əlilə göydə bölüb bulari.
Təmsillərdə tez-tez qarşımıza çıxan doğruluq, düzgünlük, insanlara faydalı məsləhətlər
vermək və s. kimi motivlər də heyvanlar haqqında nağıllardan alınmadır. Ədalətlilik, doğruluq,
düzgünlük kimi qədim zamanlardan bəri insanları düşündürən ümumbəşəri anlayışlar həm heyvan
miflərində, həm heyvanlar haqqında nağıllarda, həm apoloqlarda, həm də təmsillərdə müştərək
motivlərin yaranmasına səbəb olmuşdur. Mənəvi saflığa, yüksək insani keyfiyyətlərə və xeyirxah
əməllərə çağırış heyvanlar haqqında nağıllarla təmsilləri məzmun planında bir-birinə yaxınlaşdıran
əsas keyfiyyət olmuşdur. Məsələn, sədaqətli olmaq motivi heyvanlar haqqında nağıllardan
təmsillərə keçmişdir. Firidun bəy Köçərlinin “Balalara hədiyyə” kitabında verdiyi “Nazikbənazik-
Tazikbətazik” nağılında ailə həyatında və dostluqdakı sədaqət Qasım bəy Zakirin “Tısbağa, qarğa,
kəsəyən, ahu” təmsilində dostların sədaqətinə çevrilmişdir. “Nazikbənazik-Tazikbətazik” nağılında
deyilir ki, qarlı qış günündə Nazikbənazik (bit) Tazikbətaziyə (birə) umac bişirir ki, gəlib yesin.
Tazikbətazik isə dama çıxıb qar kürədiyi yerdə bacadan sürüşür və isti umac qazanına düşüb ölür.
Nazikbənazik ərinin ölümünə çox kədərlənir. Bu nağılda da sədaqətli dostlar motivi vardır. Belə ki,
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
435
Tazikbətaziyin dostları dəvə, çinar, qarğa, sərçə bu xəbəri eşidəndə Nazikbənaziyi tək buraxmırlar
və onun dərdinə şərik olurlar (5, 16).
Bu da ilk növbədə insanların bir-birilə ünsiyyət ehtiyacından doğmuşdur. Bu ünsiyyətin
qurulmasında böyük potensial qüvvəyə, lakonik ifadə üsuluna və geniş məzmuna malik olan,
insanda dərin fikirlər, bəşəri hisslər, yüksək mənəvi-əxlaqi keyfiyyətlər yaradan, insanı daha da
zənginləşdirən nağılların da rolu böyük olub. Əməkdar elm xadimi, professor Kamran Əliyevin də
qeyd etdiyi kimi, xalq yaradıcılığının gözəlliyi onun təbiiliyində, səmimiliyində və sadəliyindədir
(3, 23). Nağılların yerli-yerində, zamanında söylənilməsi insanların məntiqi təfəkkürünün
inkişafında mühüm rol oynayan amil kimi diqqəti cəlb edir. Nağıllar insan ruhunun müqəddəs
yazısı, insan fikirlərinin güzgüsü, min illərin müşahidəsinin bədiiləşmiş şəklidir. Nağıllar xalqın
şüurudur, onun mənəvi həyatının diriliyidir. Nağıl sadəcə əyləndirmək üçün deyildir, hamının-
qocanın da, cavanın da, uşaqların da ona ehtiyacı var. Nağıllar bizi ötən əsrlərin mənəvi həyatının
varisi edir. Nağıllar insanda görmədiyimiz, bilmədiyimiz cəhətləri güzgü kimi göstərmək qüdrətinə
malikdir.
Həm dostların bir-birinə hiylə gəlməsi, bir-birini aldatmağa, bir-birinə xainlik etməyə
çalışması, həm də dostların bir-birini darda qoymaması, ən təhlükəli anda da birlikdə olmaları,
dostlarını xilas etmək üçün bütün güclərini birləşdirmələri folklordan gələn xain dostlar və sadiq
dostlar motivinin yazılı ədəbiyyatdakı variantlarıdır. Bu cür təmsillər müəllif əlavələrinə, izahlarına
baxmayaraq yenə də folklor motivlərinin yenidən işlənmiş şəklindən başqa bir şey deyildir.
Burada əsas məsələ motivlərin oxşar və ya fərqli olmasına baxmayaraq onların həm
nağıllarda, həm də təmsillərdə sadə inkişaf süjetinə malik olması ilə seçilməsidir. Ona görə də
heyvanlardan bəhs edən nağıllarda sonluq nikbin də olsa, bədbin də olsa hadisələr təbii, sadə
formada inkişaf edir. Eyni süjet-kompozisiya elementi təmsillərə də aiddir.
Hikmət Ziyanın bir təmsili “Qarı və pişik” nağılı ilə səsləşir, daha doğrusu şair təmsildə
lovğalıq motivini heyvanlar haqqında nağıldan almışdır.
Pişik bığına baxıb,
Danışdı kişilikdən.
Siçana xoruzlanıb,
Qorxdu, qaçdı küçükdən (4, 143).
Heyvanlar haqqında nağıllardan təmsillərə keçən bir çox motivlər şairlər tərəfindən o qədər
sərrast işlənmişdir ki, sonradan məntiqi sonluq zərbi-məsələ çevrilmişdir. Bunlardan biri “ədalət
olmayan mülk bərbad olar” məsəlidir ki, bayquşların söhbəti motivi şəklində yazılı ədəbiyyata
gətirilmişdir. Məsələn, Nizami Gəncəvinin “Sirlər xəzinəsi” məsnəvisində “Nuşirəvan və
bayquşların söhbəti” adlı təmsilində bunu açıqca görürük.
Sadəcə nağıldan gələn hazır motivlərin məsələ, aforizmə çevrilməsindən söhbət getmir, həm
də eyni motivin təmsildə aforizmə və ya məsələ dönüşməsindən gedir. Belə təmsillərdən çıxarılan
nəticə aforizmə, bəzən də məsələ dönüşür. Bir çox halda heyvanlar haqqında nağıllarda buna rast
gəlmək mümkün deyildir. Azərbaycan təmsil ədəbiyyatının görkəmli nümayəndəsi Qasım bəy
Zakirin hekayə və təmsillərində aforizmə çevrilmiş ifadələr üstünlük təşkil edir. Belə ki, formaca
şərq və qərb təmsillərindəki bir çox ənənəvi xüsusiyyətləri yaradıcılığına gətirən Zakir hekayə və
təmsillərdə əvvəl əhvalatı danışır, sonra isə əsas məqsədi yığcam, ümumiləşdirilmiş şəkildə verir.
Hekayə və təmsillər məsnəvi formasında, geniş xalq kütlələrinin başa düşdüyü canlı və sadə dildə
yazılmışdır (8, 17). Yuxarıda Qasım bəy Zakirin “Dost dosta tən gərək” nağılı əsasında yazdığı
“Aslan, qurd və çaqqal” təmsilində zərbi-məsələ çevrilmiş sonluq (Dedi: - “Mən bilməzdim
binadan, başdan. Öyrəndim o gözü çıxan qardaşdan”) haqqında danışdıq.
Nağıllardan keçən motivlərin dəyişikliyə uğraması təmsil yazan şairlərin məhdud bir
çərçivədə qalmayıb geniş ümumiləşdirmə apardığını, heyvanlar haqqında nağılları yaxşı bildiyini
göstərir. Təmsil müəllifləri aldıqları mövzuları, motiv və süjetləri çox vaxt olduğu kimi işləmir, onu
dəyişir, yeni məzmunla, xüsusən də ibrətamiz ifadələrlə bəzəyirlər. Bir çox mütəxəssisin Mirzə
Ələkbər Sabirin İ.Krılovun “Qarğa və tülkü” təmsilini sərbəst şəkildə dilimizə çevirdiyini dediyi (6,
7) eyni adlı təmsil əslində yuxarıda qısa məzmununu verdiyimiz heyvanlar haqqında nağıldan
faydalanılmaqla yaranmışdır. İ.Krılov da bu mövzunu Lafontendən alaraq işləmişdir. Orijinal deyə
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
436
biləcəyimiz səviyyədə olan “Qarğa və tülkü” təmsili bu cəhətdən spesifikdir:
Bеlə sözdən fərəhlənib qаrğа,
Аğzını аçdı, tа ki, еtsin “ğа”.
“Ğа” еdərкən hənuz bircə кərə
Pеndiri dimdiyindən еndi yеrə.
Tülкü fövrən hаvаdа qаpdı, yеdi,
Qаrğаyа tənə ilə böylə dеdi:
“Оlmаsаydı cаhаndа sаrsаqlаr,
Аc qаlаrdı, yəqin ki, yаltаqlаr” (5, 360).
Mirzə Ələkbər Sabir “Qarğa və tülkü” təmsilində iki obrazın misalında bir axmaqla bir
yaltağın hekayəsini təqdim etmişdir.
“Qarğa və Tülkü” təmsilinin orijinala yaxın tərcüməsini verən A. Şaiqdə isə Sabirin son
misraları kimi didaktik kəsər yoxdur.
Suya girmədən onun dərinliyini yoxla, yaxud çayı görmədən çırmanma məsəli motiv kimi
həm heyvanlar haqqında nağıllarda, həm də təmsillərdə mövcuddur. “Tülkü və qurd” təmsilində
tülkü nağılda olduğu kimi orucam deyir, qurdu aldadaraq tələyə salır və quyruğu ələ keçirir. Zakir
nağıldan fərqli olaraq təmsili nəsihətamiz bir sonluqla bitirir:
Hər kimsə ola əqlü fəhm-huş,
Bu
məsəli
eyləməsin
fəramuş:
Əvvəl gərək suyu yoxlasın möhkəm,
Boyluyandan sonra soyunsun adəm (5, 46).
Həm təmsillərdə, həm də heyvanlar haqqında nağıllarda bir çox müştərək motivlər vardır ki,
bu motivlərə hətta lətifələrdə, məzəli hekayələrdə də rast gəlirik. Məsələn, məzəli əhvalat kimi çox
yayılan dəvənin toya dəvət edilməsi, onun da oynamaq, oxumaq bilmədiyini, bu dəvətin su, yaxud
duz gətirmək üçün olduğunu söyləməsi təmsillərdə də eyni ilə təkrarlanır. Bu məzəli əhvalatın
yazılı ədəbiyyatın nümunəsi olan təmsillərə düşməsinə ilk olaraq Xaqaninin bir epik şeirində rast
gəlirik. Burada sadəcə olaraq dəvənin yerində eşşək obrazı iştirak edir. Bu təmsil bu gün lətifə
şəklində danışılan məzəli əhvalat olub, Xaqani tərəfindən təmsilləşdirilmişdir. Bu da farsca yazan
şairin xalq arasında dolaşan heyvanlar haqqında nağıllardan, lətifələrdən istifadə etdiyini sübut edir.
Ancaq onu da demək lazımdır ki, həm Xaqaninin, həm də Nizaminin təmsilləri şifahi xalq
ədəbiyyatından alınsa da, bu təmsillər eyni zamanda xalq arasında məşhurlaşaraq nağıllara və
lətifələrə də təsir etmişdir. Bəhs olunan əhvalat Xaqani Şirvaninin bir əsərində Kufəli bir gözəlin
kor bir əcəmi varına, puluna görə sevməsi səhnəsində verilmişdir. Kor əcəm gözəlin saxta
sevgisinə, yalan sözlərinə inanır. Şair, Kor əcəmə sevgisinin yalan üzərində qurulduğuna
inandırmaq üçün aşağıdakı təmsili söyləyir:
Eşşəyə dedilər: “Buyur toya gəl”,
Eşşək qah-qah çəkib güldü nəhayət.
Dedi: ”Siz istəyən rəqqas deyiləm,
Nə də çalğıçı tək tapmışam şöhrət.
Hamballıq
etməyə
çağırırsınız,
Su, odun daşımaq lazımdır əlbət” (10, 426).
Burada təmsil əslində fikri qüvvətləndirmək, ideyanı daha da qabarıq vermək üçün
yazılmışdır. Eyni obrazdan F.Kərimzadə “Xudafərin körpüsü” əsərində də istifadə etmişdir:
“Dəvəni toya çağırdılar, bikef oldu. Soruşdular bu nə hikmətdi? Cavab verdi ki, oynamağa
çağırmırlar ha, ya duza göndərəcəklər, ya suya, ya da oduna.”
Lovğalıq, təkəbbür, özündən razılıq kimi motivlər üzərində qurulmuş heyvanlar haqqında
nağıllarda (“Qarı və pişik”, “Dəvə və tikan” və s.) mövzu təmsillərə keçmiş, müəyyən dəyişikliyə
uğrasa da əvvəlki əsas ideyasını qoruya bilmişdir. Burada dəyişən obrazlar, məzmundakı epizodik
xətlərdir.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
437
ƏDƏBİYAT
1.
Azərbaycan nağılları, V cild. Bakı: “Çıraq” nəş., 2004, 336 səh
2.
Azərbaycan folkloru antologiyası. X kitab, İrəvan Çuxuru folkloru. Tərtib edənlər:
H.İsmayılov, Ə.Ələkbərli. Bakı: “Səda” nəş., 2004, 471 səh.
3.
Əliyev Kamran. Romantizm və folklor. Bakı: “Elm” nəş., 2006, 160 səh.
4.
Hikmət Ziya. Təmsillər. Bakı: “Yazıçı”, 1982, 237 səh.
5.
Köçərli F. Balalara hədiyyə. Bakı: “Gənclik” nəş., 1987, 75 səh.
6.
Krılov İ.A. Təmsillər. Tərtib edən: Telli İbrahimova, ön söz: Məmməd Arif. Bakı: “Şərq-
Qərb” nəş., 2006, 144 səh.
7.
Zakir Qasım bəy. Seçilmiş əsərləri. Bakı: “Yazıçı”, 1984
8.
Zakir Qasım bəy. Seçilmiş əsərləri. Bakı: “Avrasiya Press” nəş., 2005, 400 səh.
9.
Sabir Mirzə Ələkbər. Hophopnamə, 2-ci cild. Bakı: “Şərq-Qərb” nəş., 2004, 384 səh.
10.
Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı: “Lider” nəş., 2004, 672 səh.
The common motives of the tales about the animals and the fables
Summary
In the article the common motives of the tales about animals and the fables are drawn into
the investigation on the base of the examples. The common motives of the tales about the animals
were used repeatedly by the authors of the fables and gained the new shades of meaning. The main
task here is not similar and different motives, is having their simple plot line. As a matter of fact
thought the motives were same, the aim function of the fables differ them from the tales about
animals.
Key words: tales about animals, fables, motives, characters, folklore, written literature, funny
stories.
Tuğba Bayrakdarlar, doktorant
Gazi Üniversitesi Edebiyat Fakültesi
Çağdaş Türk Lehçeleri ve Edebiyatları Bölümü,
araştırma görevlisi
tbayrakdarlar@gmail.com
TÜRKMEN ATASÖZLERİNDE AİLE VE AKRABALIK KAVRAMI
Atasözleri bir milletin kültürel değerlerini, inançlarını, dünya görüşünü yansıtan ve gelecek
nesillere öğüt verme, yol gösterme, hatalardan ders çıkartma amacı taşıyan hikmetli sözlerdir.
Geçmişten günümüze dilden dile ve nesilden nesile aktarılırken ait olduğu milletin adeta kimliğini
üzerinde taşıyarak o topluma çeşitli yönlerden ayna tutar. Kuruluş bakımından oldukça sade, basit
cümle yapısının aksine içerisinde derin anlamlar taşır. İnsanlara hayatın çeşitli konuları ve
durumlarıyla ilgili bir takım mesajlar verir. Atasözlerinin ilk defa hangi tarihte ve kim tarafından
söylendiği bilinmemekle birlikte yazılı kaynaklarda ilk örnekleri 8. yüzyılda Köktürk Abideleri’nde
görülmektedir.
Atasözleri, Türkmen Türkçesinde nakıl, atalar sözi terimleri ile ifade edilir ve Türkmen halk
edebiyatının en zengin türlerinden biridir. Genellikle vatan, millet, insan ve tabiat sevgisi, aile ve
akrabalık ilişkileri, kahramanlık, adalet, doğruluk, dürüstlük, erdemlilik, çalışkanlık, birlik
beraberlik, kardeşlik gibi olumlu; kibir, kin, öfke, kıskançlık, kurnazlık, tembellik, haksızlık,
hırsızlık, zalimlik, zorbalık, acımasızlık, aç gözlülük, bencillik, cahillik vb. olumsuz değerler
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
438
üzerine söylenegelmiş ata mirası olan sözler, günlük hayatta her zaman halk arasında
kullanılmaktadır.
Bu çalışmada Türkmen atasözlerinde aile ve akrabalık kavramı ele alınmış, söz konusu
lehçenin sözlükleri taranarak tespit edilen örnekler Türkiye Türkçesine aktarılmıştır. Elde edilen
malzeme tematik sınıflandırılırken kendi içerisinde Aile kavramı ile ilgili Türkmen atasözleri ve
Akrabalık kavramı ile ilgili Türkmen atasözleri olmak üzere iki ana başlık halinde verilmiştir. Aile
kavramında anne-baba ve anne-baba-çocuk ilişkisini yansıtan atasözleri değerlendirilirken,
akrabalık kavramı içerisinde ise teyze-hala-yenge, yeğen-kuzen, amca-dayı, gelin-kaynana, dünür
vb. ilişkisini gösteren örnekler alt başlıklar halinde verilmiştir. İnceleme sonucunda Türkmen
toplumundaki aile ve akrabalık anlayışı hakkında genel bir değerlendirme yapılarak, Türkmenlerin
bu değerler karşısındaki tutum ve davranışlarına yönelik ortak bir kanıya varılmaya çalışılmıştır.
Ülkər Baxşıyeva, doktorant
Azərbaycan Dövlət Pedaqoji Universiteti
elman.guliyev@box.az
MİRZƏ İBRAHİMOVUN ELMİ ARAŞDIRMALARINDA
CƏLİL MƏMMƏDQULUZADƏ YARADICILIĞI MİLLİ MƏFKURƏ VƏ YENİ
TİPLİ REALİST MƏKTƏBİN NÜMUNƏSİ KİMİ
Azərbaycan ədəbiyyatı və ədəbi-ictimai fikir tarixində tamamilə yeni bir dövr hesab olunan
Cəlil Məmmədquluzadə yaradıcılığının araşdırılması ədəbiyyatşünaslığımız üçün həmişə vacib
məsələlərdən biri olmuşdur. Ayrı-ayrı tədqiqatçılar məqsəddən asılı olaraq C.Məmmədquluzadə
irsini ya birbaşa hədəf seçmişlər, ya da onun yaradıcılığını ümumi ədəbiyyat problemləri daxilində
öyrənmişlər (3; 9; 7; 5; 10; 2; 11; 8; 18; 1). Bu tədqiqatlar həm onun yaradıcılıq xüsusiyyətlərini
öyrənmək, həm də yazıçının ədəbi mühitdəki yerini, rolunu və təsir dairəsini müəyyənləşdirmək
baxımından da əhəmiyyətlidir. Diqqət etdikdə görürük ki, Mir Cəlalın 1946-cı ildə tamamladığı
“Azərbaycanda ədəbi məktəblər (1905-1917)” adlı doktorluq əsəri istisna olunmaqla
C.Məmmədquluzadə irsinin tədqiqi əsasən keçən əsrin ikinci yarısından sonrakı dövrlərə təsadüf
edir. Lakin akademik Mirzə İbrahimov Cəlil Məmmədquluzadə yaradıcılığına digər
tədqiqatçılardan fərqli olaraq XX əsrin 30-cu illərində müraciət etmişdir. Mirzə İbrahimov 1937-
1938-ci illərdə yazmış olduğu “Böyük demokrat” əsəri ilə görkəmli yazıçı C.Məmmədquluzadəni
yalnız bir yazıçı kimi tədqiq etməmiş, həm də onun milli ictimai-ədəbi mühitdəki çəkisini və bu
mühitə təsirini müəyyənləşdirməyə çalışmışdır.
M.İbrahimovun 1957-ci ildə çap etdirdiyi “Böyük demokrat” (Bakı, 1957), “Böyük satira
ustası” (Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1966) monoqrafiyaları və 10 cildlik əsərlərinin 9-cu
cildində yer almış 70 səhifəlik “Satira ustası” adlı məqaləsində görkəmli sənətkarın yaradıcılıq
xüsusiyyətləri təhlil olunsa da, bu tədqiqatlar içərisində əsas yeri 1937-1938-ci illərdə qələmə
alınmış “Böyük demokrat” tutur. Çünki bu tədqiqat əsəri C.Məmmədquluzadənin ədəbi-bədii
fəaliyyətinin müxtəlif problemlərini öyrənmək, yaradıcılıq üslubunu, ideya istiqamətlərini
müəyyənləşdirmək, yazıçı irsinin maarifçi və tənqidi realizm xüsusiyyətlərini üzə çıxarmaq və
ədəbiyyatşünaslığımız üçün vacib olan bir sıra məsələlərə aydınlıq gətirmək baxımından
əhəmiyyətlidir. Lakin M.İbrahimov “Böyük demokrat” adlı tədqiqat əsərində bir çox elmi uğurlara
nail olsa da, o dövrkü ideologiyanın təsiri nəticəsində bir sıra məsələlərə obyektiv yanaşa
bilməmişdir. Daha doğrusu, sovet ideologiyasının birtərəfli yanaşma metodu C.Məmmədquluzadə
irsinin ictimai-milli aspektinin araşdırılmasına mane olmuşdur. Məqalədə biz yeri gəldikcə bu
məsələlərə aydınlıq gətirəcəyik.
Mirzə İbrahimov “Böyük demokrat” əsərində C.Məmmədquluzadə ilə bağlı tədqiqatlarını on
əsas bölmə üzrə aparmışdır. Bu bölmələr ardıcıl olaraq C.Məmmədquluzadəyə qədərki Azərbaycan
ədəbiyyatı məsələlərini, Mirzə Cəlilin yaradıcılığının ilk mərhələsini, “Əkinçi”dən “Molla
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
439
Nəsrəddin”ə qədər Azərbaycan mətbuatının keçdiyi yolu, “Molla Nəsrəddin” ədəbi mərhələsini,
“Molla Nəsrəddin”lə və “Füyuzat”ın üslub fərqi və qarşıdırmasını, C.Məmmədquluzadə
dramaturgiyası və nəsrini, C.Məmmədquluzadənin jurnalistik fəaliyyətini və s. problemləri əhatə
edir. Bölmələrin bu şəkildə düzümü və C.Məmmədquluzadə sənət və məfkurəsinin bu sistem
daxilində araşdırılması onu göstərir ki, M.İbrahimov problemə düzgün yanaşmış, onun araşdırılma
koordinatlarını düzgün müəyyənləşdirmişdir.
M.İbrahimovun C.Məmmədquluzadə ilə bağlı araşdırmaları təsadüfi xarakter daşımır. O,
C.Məmmədquluzadəni Azərbaycan ədəbiyyatında demokratik ideyaların və yeni realizm
məktəbinin layiqli nümayəndəsi hesab etdiyi M.F.Axundov və M.Ə.Sabirlə bir sırada təqdim edir.
Lakin C.Məmmədquluzadənin jurnalistik fəaliyyətində dayanan milli-ictimai mahiyyətin
Dostları ilə paylaş: |