Bakı, 1999. kimi əsərləri ilə yanaşı “Türkiyə ədəbiyyatı tarixi”nin də (Bakı, 2011) müəllifidir. Qeyd
edək ki, şair-publisist, tədqiqatçı Ə.R.Xələfli görkəmli türkoloqun zəngin ədəbi irsini tədqiq edərək
“Aydın Abi və Türkiyə ədəbiyyatı” adlı əsər də yazmışdır (7).
Professor Ə.Rəsulovun “Türk sənədli-bədii nəsri” əsəri də XV əsrin ortalarından XXI əsrin
əvvəllərinə qədərki yazılı türk sənədli-bədii nəsrinin qaynaqlarının, təşəkkülünün, inkişaf
mərhələlərinin tədqiq olunduğu sanballı bir monoqrafiyadır (11). Türkologiya sahəsində böyük
xidmətləri olan professor A.Babayevin Türkiyədə nəşr olunmuş “Nazim və Azərbaycan” adlı əsəri
də müstəqillik illərində ədəbi əlaqələrimizin inkişafında dəyərli mənbələrdən biridir (3). Professor
T.Məliklinin “Türk ədəbiyyatı: köklər və budaqlar” (1998); “Türkoloji problemlər” (2008); “Nazim
Hikmət. Poeziya və poetika” (2010); “Türkiyə ədəbiyyatı tarixi” (2010) kimi sanballı əsərləri son
illər Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına, iki qardaş ölkənin mədəni ənənələrinin
zənginləşməsinə layiqli töhfələrdir.
Bunlardan başqa, müstəqillik illərində türk ədəbiyyatının müxtəlif məsələlərini fərqli
aspektlərdən tədqiq edən çox maraqlı monoqrafiyalar da qələmə alınmışdır. S.Ə.Qasımova
“Haldun Tanerin bədii nəsri”. Bakı: İrşad, 1994.; J.Əliyeva “Çağdaş türk şerinin poetikası”. Bakı,
2000.; J.Əliyeva “Çağdaş türk poeziyası. Sənətkarlıq problemləri”. Bakı, 2002.; X.Hümmətova
"Yunus Əmrə". Bakı: Ruemi nəşriyyatı, 2006.; X.C.Quliyeva-Qafqazlı "Qaracaoğlan". Bakı: “Əli
Nəşriyyat Evi”, 2009.; R.T.Quliyev “Nazim Hikmətin yaradıcılığında Şərq”. Bakı: “Əli Nəşriyyat
Evi”, 2008.; E.F.Məmmədovа “Osman Türkayın poetik irsi". Bakı: Elm, 2010.; A.Məmmədli
“Əhməd Cavad və Türkiyə”. Bakı: Elm və təhsil, 2010.; K.Ə.Ələkbərova “XX əsrin əvvəllərində
Azərbaycan ədəbiyyatına türk dilinin təsiri”. Bakı, 2010.; J.Əliyeva “Çağdaş türk şeirində lirik
qəhrəman”. Bakı, 2012.; S.Sadiyev “Balkan türklərinin ədəbiyyatı”. Bakı: Elm və təhsil, 2012.;
S.G.Gündoğdu “Mehmed Akif Ərsoy yaradıcılığında ictimai problemlərin bədii təcəssümü”. Bakı:
R.M.Kompani, 2012.; B.R.Osmanova “Maarif və mədəniyyət” jurnalında elmi araşdırmalar”. Bakı,
2013.; M.Hacıyeva “Türk aşıqları”. Bakı: Elm, 2004.; E.Babayeva “Nəcib Fazil Qısakürəyin
yaradıcılıq yolu”. Bakı: Elm və təhsil, 2013.; L.F.Faiqqızı “Milli istiqlal şairi Mehmed Akif Ersoy”.
Bakı: Elm və təhsil, 2014.; A.Abdulla "Türk oğlu türkəm". Bakı: "Borçalı" ictimai cəmiyyəti,
2015.; Q.Şəhriyar “M.F.Köprülü və onun “Dədə Qorqud kitabına” aid qeydlər əsəri”. Bakı: Nurlan,
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
297
2015. və s. son illər Azərbaycanda nəşr olunmuş tədqiqat əsərlərindəndir.
Müstəqillik dövründə elmi monoqrafiyalarla yanaşı, türk ədəbiyyatının müxtəlif problemləri
dissetasiya səviyyəsində də tədqiq olunmuşdur. A.M.Abıyev “XIX əsrin ikinci yarısı -XX əsrin
əvvəllərində türk ədəbiyyatında satira və onun Azərbaycan ədəbiyyatı ilə əlaqəsi”, 1996.; S.Q.Hacı
“Məhəmməd Füzuli yaradıcılığı və türk ədəbiyyatşünaslığı (1940-1980)”, 1995.; Ə.A.Rəsulov
“Türk ədəbiyyatında bədii-publisistik janrların yaranması və inkişaf yolları”, 2004.; J.F.Əliyeva
“Çağdaş türk şeirinin poetikası”, 2001.; A.R.Xəndan “Yəhya Kamal Bəyatlı yaradıcılığının
sənətkarlıq xüsusiyyətləri", 2003.; Q.İ.Əsgərova “Qardaş ədəbiyyatlar” dərgisində Azərbaycan
ədəbiyyatı məsələləri”, 2004.; V.A.Səmədova “XV-XVII əsrlər Türk təzkirələrinin strukturu və
spesifikası (əlyazma qaynaqları əsasında)”, 2006.; F.Ə.Dursunova “Ömər Seyfəddinin poetikası”,
2007.; N.Q İsmayılzadə “Müasir Azərbaycan və türk poeziyasında sərbəst şeir (R.Rza və N.Hikmət
yaradıcılığı əsasında)”, 2007.; N.S.Mustafayeva “Rəfiq Zəka yaradıcılığında türkçülük və Türkiyə”,
2007.; Ş.S.Salmanova “Türk xalqları ədəbiyyatında sufizm və Quran (Ə.Yəsəvi və Y.Əmrə
yaradıcılığı əsasında)”, 2009.; M.B.Gözəlova “Postmodernizm ədəbiyyatında Şərq və Qərb (Orxan
Pamuk nəsri əsasında)”, 2009.; E.A.Babayeva “Nəcib Fazil Qısakürəyin yaradıcılıq yolu”, 2010.;
H.İ.Məmmədova “Yaşar Kamal yaradıcılığında folklor motivləri”, 2010.; M.N.Qasımlı
“Səbahəddin Əli Nəsrinin poetikası”, 2012.; C.O.Məmmədov “Müasir Türk uşaq şeiri (1970-1990-
cı illərdə)”, 2013.; Z.İ.Əliyeva “Türkiyə ədəbi mühiti və Anar yaradıcılığı”, 2014.; İ.M.Özkan
“Türk ədəbiyyatşünaslığının təşəkkülü (1860-1923-cü illər)”, 2014.; L.Qasımova “XX əsrin II
yarısında Türkiyə hekayəçiliyində ənənə və novatorluq (Mustafa Kutlunun hekayələri əsasında)”,
2014.; T.A.Hüseynova “Nazim Hikmətin şeir dilinin leksikası”, 2015.; S.S.Bayramov “Müasir
Azərbaycan-Türk ədəbi əlaqələri (Z.Yaqub və M.Aslanın yaradıcılığı əsasında)”, 2016 və s.
dissertasiya işləri Azərbaycan alimlərinin filologiya üzrə fəlsəfə doktoru və filologiya elmləri
doktoru işlərinin bir hissəsidir. Çünki bu işlər bu gün də davam etdirilir.
Onu da qeyd etmək lazımdır ki, son illər ölkəmizdə türkdilli əlyazmaların tədqiqi, mətnlərin
tekstoloji təhlili məsələlərinə də böyük diqqət ayrılmaqdadır. Türkdilli əlyazmaların tədqiqi,
Türkiyə ədəbiyyatı ilə bağlı Azərbaycanda qorunan əlyazmaların üzə çıxarılması və
araşdırılmasında professor A.Musayevanın (“Dədə Ömər Rövşəni əlyazmaları üzərində
araşdırmalar”. 2 cilddə, Bakı: Nurlan, 2003.; “Türkiyədə yaranan Azərbaycan ədəbiyyatı və Xəlili
“Firqətnamə”si”. Bakı, 2010.; “Şeyx İbrahim Gülşəni və türk divanı”. 2 cilddə, Bakı: Elm və təhsil,
2012.; “Dədə Ömər Rövşəni və külliyatı”. Bakı: Elm və təhsil, 2013. və s.) elmi fəaliyyəti xüsusi ilə
təqdirəlayiqdir. L.Süleymanova (13) , S.Əliyeva (5), V.Musalı (9) (10), R.Hüseynov (6),
İ.Qasımlı (4), K.Məmmədzadə (8), T.Seyfullayeva (12) və s. kimi azərbaycanlı gənc tədqiqatçılar
da əlyazmaların tekstoloji təhlili və tədqiqi sahəsində çox önəmli araşdırmalar aparmışlar.
Müstəqillik illərində Azərbaycanda nəşr olunan müxtəlif ədəbiyyat tarixi əsərlərində,
toplu və antologiyalarda da türk ədəbiyyatına böyük yer ayrılmışdır. (Bunlardan “Günəşi içənlərin
türküsü: Nazim Hikmətin şerləri, məqalələri, Azərbaycanda onun haqqında yazılan şerlər, poemalar,
məqalələr” / tərtib edəni Q.İsmayıl, ön sözün müəllifi Anar. Bakı, 2002.; E.Quliyev. “Türkyə Türk
ədəbiyyatı (XIX-XX əsrlər)”. Bakı: Orxan nəşriyyatı, 2003.; “Türk xalqları ədəbiyyatı”. Bakı:
Apostrorof, 2014.; N.Cəfərov “Qədim türk ədəbiyyatı”, Bakı: AzAtaM, 2004.; “1920-ci illərdə
Azərbaycan mətbuatında Türkiyə ədəbiyyatının tədqiqinə dair materiallar” / tərcümə edən və
toplayanlar B.Osmanlı, S.Qasımlı. Bakı: Nurlan, 2004.; N.Cəfərov “Türk xalqları ədəbiyyatı”. 4
cilddə, Bakı: Çaşıoğlu, 2007.; “Kitabi-Dədə Qorqud” mövzusu türk ədəbiyyatşünaslığında” / tədqiq
edən, toplayan X.C.Quliyeva-Qafqazlı. Bakı, 2008.; “Azərbaycan-Türkiyə əlaqələri” / tərtib edən
Şirəliyeva E., Əsədova S.; redaktoru M.Vəliyeva; M.F.Axundov adına Azərbaycan Milli
Kitabxanası. Bakı, 2008.; Anar “Nazim Hikmət. Kərəm kimi”. Bakı: Elm və təhsil, 2009.;
T.Məlikli “Türkiyə ədəbiyyatı tarixi”. Bakı, 2010.; T.Məmməd "Osmanlı şairlərin yaradıcılığında
Azərbaycan ədəbiyyatı ənənələri". Metodik vəsait, Bakı: Mütərcim, 2010.; X.Hümmətova “Yunus
Əmrə (məqalələr toplusu)”. Bakı: Elm və təhsil, 2012.; X.Hümmətova “Yunus Əmrə Azərbaycan
ədəbiyyatşünaslığında”. Bakı: Elm və təhsil, 2014.; “Çanaqqala milli ruh” / ön sözün müəllifi
S.A.Arslan və R.Məcid., redaktoru, N.Polad. Bakı: Apostorof, 2015. və s. adlarını qeyd edə bilərik).
“Min beş yüz ilin oğuz şeiri” iki cildlik antologiyasında həm türk şairlərinin, həm də Türkiyədə
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
298
yaşayan Azərbaycan şairlərinin əsərlərinə, biblioqrafik mətnlərinə yer verilmişdir (2).
Bunu xüsusi ilə vurğulamaq lazımdır ki, Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin inkişafında
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsinin böyük xidmətləri
vardır. Şöbədə, türk ədəbiyyatının bir çox ədiblərinin əsərləri və Türkiyə ədəbiyyatının problemləri
haqqında tədqiqat işləri yazılır, mütəmadi olaraq görüşlər, müzakirələr keçirilir. 2011-2013-cü
illərdə isə şöbə 6 sayı olmaqla “Türk xalqları ədəbiyyatı” (elmi redaktor A.Məmmədov, məsul katib
E.Babayeva) məqalələr toplusunu dərc etmişdir. Nizami adına Ədəbiyyat İnstitutunun “Ədəbi
əlaqələr”, “Ədəbiyyat məcmuəsi”, eləcə də digər (“Türkologiya”, “Şərq filologiyası məsələləri”,
“Azərbaycan” və s.) jurnallarda da mütəmadi olaraq, türk ədəbiyyatına həsr olunmuş elmi məqalələr
nəşr olunur.
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İ.Həbibbəylinin
Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin inkişafına böyük önəm verdiyini xüsusi qeyd etmək
lazımdır. 2014-cü ildə Nizami adına Ədəbiyyat İnstitutu və Türkiyə Qafqaz Universitetlər Birliyi
arasında anlaşma memorandumu imzalanmışdır. Əməkdaşlıq sazişini akademik İsa Həbibbəyli və
professor Ramazan Qorxmaz imzalamışlar. Bundan başqa, İnstitutun Türk xalqları ədəbiyyatı
şöbəsində akademik İsa Həbibbəylinin rəhbərliyi, professor M.Əliyevin redaktorluğu, İ.Osmanlının
tərcüməsi və şöbə əməkdaşlarının birgə səyi ilə çoxcildli “Türk xalqları ədəbiyyatı kitabxanası”
seriyasından bir cild, iki kitab kimi nəzərdə tutulmuş “Türk ədəbiyyatı antologiyası”nın “Türk
ədəbiyyatı antologiyası. Poeziya” adlanan birinci kitabı hazırlanıb çapa təqdim edilmişdir. Klassik
dövrdən başlayaraq, bu günə kimi türk poeziyasını əhatə edən bu kitaba daxil edilmiş şairlər
haqqında qısa biblioqrafik məlumat və şeirlərindən nümunələr verilmişdir.
Məlumdur ki, ədəbi əlaqələrin inkişafında bədii tərcümənin rolu əvəzsizdir. Tərcümə
sahəsində R.Əskər, N.Əbdülrəhmanlı, A.Abdulla, S.Babullaoğlu, E.Babayeva və s. adlarını qeyd
edə bilərik. Müstəqillik illərində, mütəmadi olaraq, türk ədəbiyyatından elmi və bədii tərcümələr
edilərək, geniş oxucu kütləsinə təqdim edilir. (Kamal Tahir. “Dövlət ana” / tərcümə edən C.Xıdırov.
Bakı: Azərbaycan Ensiklopediyası, 1992.; Kamal Tahir. "Yorğun savaşçı" / türkcədən çevirən
P.Əlioğlu. Bakı: Yazıçı ədəbi nəşrlər evi, 2001; Bahəddin Ögəl. “Türk mifologiyası” / tərcümə edən
və ön sözün müəllifi R.Əskər Bakı: Səda, 2004; Orxan Pamuk. “Qar”: roman / tərcümə edən və
redaktor Y.Orucov. Bakı: Yurd NPB, 2006.; R.N.Güntəkin. "Çalıquşu" / tərcümə edən və ön süzün
müəllifi M.Rzaquluzadə. Bakı: Şərq-Qərb, 2006; R.N.Güntəkin. "Yarpaq tökümü" / tərcümə edən
V.Sultanlı, Bakı: Çinar-Çap, 2007; Orxan Pamuk. “Mənim adım qırmızı”: roman / tərcümə edən
N.H Əbdülrəhmanlı; redaktoru Ə.Rəsulov. Bakı: Qanun, 2007.; Ebül-Hayri Rumi. “Saltuknamə”. 3
cildlik / türkcədən çevirən və nəşrə hazırlayanlar S.Qasımlı, B.Osmanlı, E.Xəlilova. Bakı: “Əli Nəş-
riyyat Evi”, 2007.; Haldun Taner. “Hekayələr” / türkcədən tərcümə edən, tərtib edən və ön sözün
müəllifi S.Qasımlı. Bakı: “Yom Yayınları” nəşriyyatı, 2007.; Orxan Pamuk. “Gizli üz: kinossenari
və Nobel nitqi” / tərcümə edən A.Əmrahoğlu, P.Əlioğlu, S.Babullaoğlu; redaktoru Ə.Mirzallı. Bakı:
Mütərcim, 2009.; Orxan Pamuk. “Pəncərədən baxmaq” / tərcümə edən A.Məmmədxanlı. Bakı,
2009.; “Türk ədəbiyyati tarixi”. 2 cilddə / tərcümə edən və ön sözün müəllifi R.Əskər. Bakı: MBM,
2010.; Namiq Kamal “Vətən yaxud Silistrə” / tərcümə edən L.Əliyeva. Bakı: Nurlan, 2010.; Əli
Ağbaş. “Seçilmiş şeirləri” / tərcümə edən və ön sözün müəllifi R.Əskər. Bakı: Elm və təhsil, 2011.;
N.F.Qısakürək. “Bir adam yaratmaq” / tərcümə edən, ön sözün müəllifi E.Babayeva. Bakı: Elm və
təhsil, 2013.; Faruq Sümər. “Oğuzlar (türkmənlər)” / tərcümə edən və ön sözün müəllifi Əskər R.
Bakı: BXQR, 2013.; Ə.H.Tanpınar. "Saatları qurma İnstitutu" / tərcümə edən N.Əbdülrəhmanlı.
Bakı: Qanun nəşriyyatı, 2014. və s.).
Onu da qeyd etmək lazımdır ki, Türkiyədə də, Anar, Elçin, H.Cavid, Z.Yaqub, M.İsmayıl və
s. kimi görkəmli şair və yazıçılarımızın əsərləri Türkiyə türkcəsinə uyğunlaşdırılaraq geniş oxucu
kütləsinə təqdim olunur. Ədəbi əlaqələrimizin inkişafında Ədəbiyyat İnstitutunun fəxri doktoru,
Türkiyədə Azərbaycanşünaslıq elminin görkəmli tədqiqatçısı Yavuz Akpınarın xidmətlərini xüsusi
vurğulamaq lazımdır (1).
Atatürk Kültür Mərkəzi (“Türkiyə Atatürkün, Azərbaycan Respublikası Heydər Əliyevin
əsəridir”. Bakı: AzAtaM, 2002.; “Azərbaycan-Türkiyə münasibətləri (1920-1922). Sənədlər və
materiallar” / tərtib edənlər J.Qurbanova, M.Piriyev. Bakı: AzAtaM, 2002.; S.Nəzərli. “Heydər
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
299
Əliyev Atatürk haqqında”. Bakı: AzAtaM, 2003.; “Azərbaycanda Atatürk və Türkiyə Cümhuriyyəti
araşdırmaları” / tərtib edən S.Məmmədova. Bakı: AzAtaM, 2003.; “Heydər Əliyev Atatürk
haqqında” / (İngilis dilində); tərcümə edən İ.Abdullayeva, tərtb edən S.Nəzərli. Bakı: AzAtaM,
2004.; R.Ulusel. “Heydər Əliyev və Azərbaycan, Atatürk və türk dünyası Nizami Cəfərovun elmi
araşdırmalarında”. Bakı: Elm, 2004.; Q.İlkin.”Türk ordusu Bakıda”. Bakı: AzAtaM, 2003.; Q.İlkin.
“Türk yazıçıları Bakıda”. Bakı: AzAtaM, 2007.; A.Avşar. “Türkiyənin istiqlal müharibəsində
Azərbaycan türkləri”. Bakı: AzAtaM, 2007.; A.Abbasov. “Atatürk haqqında hekayələr”. Bakı:
AzAtaM, 2007.; A.Avşar. “Aydınların gözüylə Azərbaycan. Ziyalılarla kültür gəziləri”. Bakı:
AzAtaM, 2007.; A.N.Abbasov (Nurağaoğlu). “Atatürk pyesi”. Bakı: Mütərcim, AzAtaM,
2007.; N.Cəfərov, M.A.Tural. “Atatürkün Azərbaycan siyasəti”. Bakı: AzAtaM, Çaşıoğlu, 2008.;
Ə.Quliyev, A.Axundov. “Qazi Mustafa Kamalın dostu”. Bakı: AzAtaM, 2008) və Qafqaz
Universitetinin yayınları da (M.Süleymanov. “Nuri Paşa”. Bakı: Nurlar, 2008.; M.Təkləli. “Türk
kitabı”. Bakı: Nurlar, 2009.; M.Hacıyeva, M.Rıhtım. “Yəhya Kamal Bəyatlı”. Bakı: Nurlar, 2011.;
“Evliya Çələbi Səyahətnaməsində Azərbaycan” / Azərbaycan türkcəsinə uyğunlaşdıran M.Təkləli.
Bakı: Nurlar, 2012.; M.Rıhtım, M.Tatcı.” Yahya Şirvani’den Şaban-ı Veli’ye. Halvetiyye Sufiliği”.
Bakı: Nurlar, 2013.; M.Rıhtım,
A.Bakırkaya. “Könül memarları və irfan yolu”.
Bakı: İpəkyolu, 2013.; M.Rıhtım. “Seyid Yəhya Bakuvi” / tərcümə edən F.Əliyeva. Bakı: Elm və
təhsil, 2013 və s.) ədəbi əlaqələrimizin inkişafına böyük bir ərməğandır.
Ölkəmizdə keçirilən beynəlxalq elmi konfranslar da ədəbi əlaqələrimizin inkişafında böyük
rol oynayır. AMEA Nizami adına Ədəbiyyat İnstitutunda “Yaşayan Yunus Əmrə” (9 dekabr, 2013);
“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” (1-2 dekabr, 2015); AMEA
Folklor İnstitutunda, mütəmadi olaraq, keçirilən “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə”;
Şərqşünaslıq İnstitutunda “Azərbaycan Şərqşünaslıq elminin inkişaf yolları” (27-28 iyun 2013);
AMEA Şərqşünaslıq İnstitutu Təhsil Nazirliyi və Qafqaz Universitetinin birgə əməkdaşlığı ilə
keçirilən “Türk dünyasını işıqlandıranlar: M.A.Ərsoy və H.Cavid” (16-18 may, 2013); Xəzər
Universitetində “Azərbaycan dünya ədəbiyyatında” (27-29 may, 2011); Bakı-Avrasiya
Universitetində “Türk dünyası araşdırmaları” (25-27 may, 2016) və s. kimi beynəlxalq elmi
konfranslar Türkiyə-Azərbaycan dostluğunun, ədəbi-mədəni əlaqələrinin inkişafının göstəricisidir.
Beləliklə, araşdırmamız zamanı məlum oldu ki, müsəqillik illərində Azərbaycan-Türkiyə
ədəbi əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində Azərbaycan alimləri böyük işlər
görmüşlər. Bu sahədə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun alimlərinin əməyini xüsusi ilə
qeyd etmək lazımdır. Bundan başqa, AMEA Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda Türk
filologiyası, Folklor İnstitutunda Türk xalqları folkloru, BDU-da Türk xalqları ədəbiyyatı və
Türkologiya kafedrası, ADPU-da Türk odası və s. elmi müəssisələrdə ədəbi əlaqələrin inkişafı
istiqamətində çox böyük işlər görülür. Müstəqillik illərində Azərbaycan-Türkiyə ədəbi əlaqələri
yeni bir müstəviyə daxil olmuş və bu işlər bu gün də bütün vüsəti ilə davam etdirilir.
ƏDƏBIYYAT
1.
Akpınar Y. Azəri araşdırmaları, İstanbul: Dərgah yayınları, 1994
2.
Anar. "Min beş yüz ilin oğuz şeiri" antologiya, iki cildlik, Bakı: Azərbaycan nəşriyyatı,
2010, 1013 s.
3.
Babayev A. Nâzım ve Azerbaycan. Çev.: A.Kavlak, İstanbul:Zeus Yayınları, 2012, 243 s.
4.
"Əli ibn Hüseyn əl-Amasi Əlaəddin Çələbi. Taci-ədəb", nəşrə haz. İ.Qasımlı,
Bakı:"Zərdabi" nəşriyyatı, 2014, 291 s.
5.
Əliyeva S. Şərəf xanım Ər-Rumi və “Divan”ı (tekstoloji-filoloji tədqiqat və mətn, 2015.
6.
Hüseynov R. Baqi divanının tekstoloji-filoloji tədqiqi. fil.f.d.elmi dər.al.təqd.edil.dis.avtoref.,
2010.
7.
Xələfli Ə.R.. Aydın Abi və Türkiyə ədəbiyyatı. Bakı: Xəzər Univers. nəşr., 2014, 191.s.
8.
Məmmədzadə K. Gelibolu Müslihəddin Mustafa Süruri və onun "Bəhrül-məarif" əsərinin
tədqiqi. fil.f.d.elmi dər.al.təqd.edil.dis.avtoref., 2016.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
300
9.
Musalı V. Osmanlı təzkirələrində Azərbaycan şairləri", Bakı: Nurlan, 2009, 368 s.
10.
Musalı V. Türk təzkirəçiliyi. Biblioqrafiya", Bakı: Elm və təhsil, 2011, 387.
11.
Rəsulov Ə. Türk sənədli-bədii nəsri. Bakı:Elm, 2004, 428 s.
12.
Seyfullayeva T. "Yəhya bəy Dukaqni və onun "Gəncineyi-raz" əsəri", fil.f.d.elmi
dər.al.təqd.edil.dis.avtoref., 2016.
13.
Süleymanova L. Süleyman Çələbinin “Vəsilətün-nicat” əsərinin tekstoloji tədqiqi və elmi-
tənqidi mətni. Bakı: Nurlan, 2006
14.
Şərəf xanım qəzəlləri" mətni tranf.ed. və ön s.m. S.Əliyeva, Bakı: Nurlan, 2006, 109 s.
About literary relations between Azerbaijan and Turkey (1990-2016)
Summary
In this article, the literary relations between Azerbaijan and Turkey (1990-2016) were
analyzed.
During this period, many monographs, dissertations and articles have been written. Turkish
novels and poems have been translated into Azerbaijani. All these literary relationships developed.
Key words: Azerbaijan, Turkey, literary relations, monographs, dissertations, articles,
translations.
Əli Əliyev, fil.ü.f.d., dos.
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, aparıcı elmi işçi
ali.aliyev55@gmail.com
YAZILI FOLKLOR ABİDƏSİ “KİTABİ-OĞUZNAMƏYİ-TÜRKİ”
İLƏ BAĞLI BƏZİ QEYDLƏR
Azərbaycan əlyazma kitabları tarixən müxtəlif yollarla dünyanın ayrı-ayrı ölkələrinə
aparılmış və bu gün şəxsi kolleksiyalarda, böyük kitabxanalarda və məşhur muzeylərdə saxla-
nılmaqdadır. Son vaxtlaradək xaricdə nəşr edilmiş kataloqlara əsasən mütəxəssislərin apardığı
araşdırmalara görə ölkəmizdən kənarda 685 azərbaycanlı müəllifə aid orta əsrlərdə və son yüzil-
liklərdə köçürülmüş 10.000-dən artıq əlyazma əsərinin saxlanıldığı müəyyənləşmişdir [1, s. 55].
Qeyd edək ki, xaricdə saxlanılan əlyazmalarımızla bağlı aparılan kataloqlaşdırma işi hələ
tamamlanmamışdır. Əgər bu sahədə görülən iş yekunlaşarsa, yəqin ki, o zaman yuxarıda göstərilən
rəqəm daha böyük olacaqdır. Çünki hələ də əlimizin yetmədiyi, kataloqlarını əldə edə bilmədiyimiz
neçə-neçə ölkənin kitabxanalarında əlyazma kitablarımızın olması haqqında məlumatları
almaqdayıq. Belə mənbələrin əslini gətizdirmək mümkün olmasa da, haqqında məlumat aldıqdan
sonra xaricdə yaşayan soydaşlarımızın və bu işdə bizə yardımçı olan, həmin ölkələrdə yaşayan
mütəxəssislərin köməkliyi ilə onların bəzilərinin surətlərini əldə edə bilirik. Təxminən on il bundan
əvvəl surətini aldığımız əlyazmalardan biri, Almaniyada Berlin Dövlət Kitabxanasında saxlanılan
“Kitabi-Oğuznaməyi-türki”dir. Əlyazmanın surətini alman əsilli, görkəmli türkoloq alim Əhməd
Şimide AMEA Əlyazmalar İnstitutuna göndərmışdı. Tanınmış qorqudşünas alim, filologiya elmləri
doktoru Şamil Cəmşidov hələ o zaman əlyazmanın mətnini transfoneliterasiya etməyə başlamış və
yazılı abidəni 2008-ci ildə nəşr etdirmişdi [2].
Əlyazmanın əsli Berlin Dövlət Kitabxanasında “Kitab-i Oğuzname” Diez, A quart 31.
Staatbibliothek Preusischer Kulturbesitz zu Berlin” şifri və adı ilə saxlanılır. Bu barədə məlumat
göndərilənhəmin əlyazma surətinin ünvanında qeyd olunmuşdur. Əlyazmanın surəti ilə ilk
tanışlıqdan aydın olur ki, bu, XIX əsr alman alimi Fridrix fon Ditsin (1794-1876) köçürməsidir.
Alman tədqiqatçısının bu əlyazmanı köçürməsi haqqında bir sıra digər mənbələrdə də ətraflı
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
301
məlumat verilib. Görkəmli türk alimi Orxan Şaiq Gökyay “Dedem Korkutun kitabı”nda yazılı abi-
dədən söz açmış və əlyazmanın 1
a
-5
a
vərəqlərinə aid hissəsini kitabına daxil etmişdir [3, s.CXXIX-
CXXXII].Görkəmli türkoloq alim Samət Əlizadənin 1987-ci ildə nəşr etdirdiyi “Oğuznamə”
(“Əmsali-Məhəmmədəli”) kitabına yazdığı “Müdrikliyin sönməyən işığı” adlı müqəddimədə [4, 8],
“Kitabi-Dədə Qorqud” ensiklopediyasında [5, 226-227]və s. mənbələrdə əlyazma haqqında bəhs
olunmuşdur. “Kitabi-Oğuznaməyi-türki”nin hal-hazırda əsli əlimizdə olmasa da, Əhməd Şmidenin
göndərdiyi əlyazmanın surətinə əsasən onun paleoqrafik xüsusiyyətləri haqqında bizə qədərki
məlumatları bir az da dəqiqləşdirib, zənginləşdirməyi nəzərdə tuturuq.
Əlyazmanın həcmi 42 vərəqdir. Sonradan aparılmış paginasiyaya görə əlyazma 2-ci
vərəqdən başlayıb 43-cü vərəqdə bitir. Çox güman ki, əvvəldə bir vərəq də olmuşdur. Titul
vərəqinin hər iki üzündə əlyazmanın adı 3 dəfə bir-birindən fərqlənməklə yazılmışdır: “Kitabi-
Oğuznaməyi-türki və tatarca zərbi-məsəldir” –
رد ب
ر و
وا ب (vər.2 Dostları ilə paylaş: |