18.
Kınalızade, Hasan Çelebi. Tezkiretü ş-Şuara. Tenkitli metin A-B, hazırlayan: Aysun
Sungurhan-Eyduran, Ankara, 2009.Kültür Bakanlığı e-
kitap.http://ekitap.kulturturizm.gov.tr/Eklenti/10739,tsmetinbpdf.pdf?0
19.
Mehmed Süreyya. Sicill-i Osmani, c.IV, İstanbul. 1996.
20.
Mumtaz Salman. Azərbaycan ədəbiyyatının qaynaqları, Bakı. 1986, s. 109-110.
21.
Musalı Vüsalə. Osmanlı təzkirələrində Azərbaycan şairləri, Bakı, 2009.
22.
Musalı Vüsalə. XVI əsr mühacir Azərbaycan şairi Arifinin həyat və yaradıcılığı
təzkirələrdə./Bakı Universitetinin xəbərləri, hümanitar elmlər seriyası, N 2, 2011, s. 55-63.
23.
Musalı Vüsale. Əhdi Bağdadinin "Gülşəni Şüəra"sının elmi-tənqidi mətni./TURKISH
STUDIES -International Periodical for the Languages, Literature and History of Turkish or
Turkic. ISSN: 1308-2140, Volume 6/2, Spring 2011, s. 681-688.
24.
Nəcəfli Tofiq. Səfəvi-Osmanlı münasibətləri. Bakı, 2014.
25.
Öztürk Mürsel. Ebu Said-i Sani/Türkiye Diyanet Vakfı İslam Ans. (TDİA), c.10,
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
291
İstanbul, 1994, s. 225.
26.
Pakalin Mehmet Zeki. Osmanlı Tarih Deyimleri ve Terimleri Sözlüğü II, İstanbul, 1993.
27.
Rıza Tezkiresi (incelemeli-metin). hazırlayan: Gencay Zavodçu, İstanbul, 2009.
28.
Şemseddin Sami. Kamusu’l-A’lam. Tıpkı Basım, c. VI, Ankara, 1996.
29.
Şeyhi Mehmed Efendi. Şakayik-ı Numaniye ve Zeyilleri Vekayiü'l-Fudala I, c. 3, neşre
hazırlayan Abdülkadir Özcan, İstanbul, 1989.
30.
Tərbiyyət Məhəmmədəli. Danişməndani Azərbaycan. tərcümə: İsmayıl Şəms ve Qafar
Kəndli, Bakı, 1987.
31.
Turan Şerafettin. Hoca Sadeddin Efendi. /TDİA, c. 18, Ankara, 1998, s. 196-198.
32.
Woodhead Christine. Şehnameci./TDİA, c. 38, 2010, s. 456-458.
Bilal Dadayev
The Great Role of Azerbaijani Shahnama Poet Nitqhi Shirvani in the development of
the Ottoman Literary Heritage
Summary
During the wars between Safavids and the Ottoman in the last quarter of the XVIth century
as a Shirvan turk by origin Nitqhi is supposed to move to Istanbul from Shirvan beylerbeyi after
being occupied by the Ottomans in 1578. The memorist Qinalizade mentioned him to be one of the
professional poets who had skills in enigma genre writing. In the period of Sultan Murad III (1574-
1595) he was first the laudator then was appointed to shahnama writter. In this period, the head
shahnama writter in the Ottoman azerbaijani Seyyid Loghman Urmevi had a great role in accepting
Nitqhi to the palace and being appointed in shahnama writter. In the literature Nitqhi was shown as
the apprentice of Seyyid Loghman and also it is shown that he knew the rules and methods of
shahnama writter. Gallipoli Mustafa Ali, who lived in the same year with Nitqhi, also indicated that
Ntiqhi was awarded as shahname by Sultan Murad III with the verdict. Notwithstanding these, there
is not a single shahnama by Nitqhi that existed till today. Currently, only 25 poems and the couplet
named "Qanuni mahabbat" were revealed till today. Though there is no exact date of death his death
is assumed to be between the end of XVIth century and the beginning of XVIIth century.
Key words: Azərbaijani, Nitqhi Shirvani, shahnama writter, Qanuni mahabbat.
Elmira Məmmədova-Kekeç
Filologiya üzrə fəlsəfə doktoru, dosent
Bakı Avrasiya Universiteti, kafedra müdiri
mamedovaelmira4@gmail.com
VÜCUDNAMƏLƏRİN BƏDİİ-ÜSLUBİ XÜSUSİYYƏTLƏRİ (ÜMUMTÜRK
ƏDƏBIYYATI KONTEKSTİNDƏ)
Türk xalqları ədəbiyyatında vücudnamələr əsas etibarilə lirik növün ən geniş yayılmış
nümunələrindəndir. Onların bir çoxu məzmun və forma etibarilə eyniyyət təsiri bağışlasa da, əslində
bu, ümumi məzmundan irəli gələn mövzu birliyidir. Hər bir vücudnamə özünəqədərki arxetiplərə
əsaslansa da, onlaryenilənmə prosesindən keçir, ayrı-ayrı müəlliflərin fərdi baxışında və izahında
dəyişiklik qazanmaq xüsusiyyəti daşıyır. İnsan ömrünün tərənnüm və təhkiyəsindən ibarət olan
vücudnamələr öz yazarının kimliyindən, hansı dövrdə yaşamasından, hansı türk xalqının
nümayəndəsi olmasından asılı olaraq, dil özəllikləri və üslubi keyfiyyət qazanır. Təbii ki, orta
əsrlərdə qələmə alınmış vücudnamələrlə daha sonrakı dövrlərin məhsulu olan nümunələrarasında
ədəbi dil tarixi kontekstində üslubi fərqlər, leksik qatda gedən dəyişiklər özünü göstərir. Türk
xalqlarının yazılı ədəbiyyatında ilk örnəklərdən olan Əhməd Yəsəvinin vücudnaməsi semantik
baxımdan dini-təsəvvüfi mahiyyət daşıyır və lüğət tərkibi də bu məzmunla səsləşir.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
292
Vücudnamələr insan ömrünün illərini “səhifələyən” şeirlər olduğu üçün burada müxtəlif
yaşlarla bağlı bir çox poetik fiqurlara müraciət edilir. Vücudnamələrdə məcazlar bədii obrazlılığa
xidmət edir. Ömrün müxtəlif yaşları ilə bağlı tez-tez təşbihlər işlədilir və digər poetik fiqurlara
nəzərən, burada bənzətmələr xüsusi yer tutur.
Vücudnamələrin poetik sistemi məruzə mətnində daha geniş araşdırılacaqdır.
Göytürk dövrü: Yazılı ədəbiyyatda vücudnamələrin ilk örnəyinə Orxon abidələrində rast
gəlindiyi üçün bu janrın dil tarixi etibarilə təhlilinə Göytürk dövründən başlamaq
lazımdır.Vücudnamələrin arxitektonikası həmin abidədən başlayaraq, aşağıdakı qütblər üzərində
qurulur:
Kül Tiqin abidəsinin şimal tərəfinin 10-cu sətrində deyilir: “Öd tengri yaşar. Kişi oglı kop
ölgeli törümiş. Ança sakındım. Közde yaş' kelser tıda körigülte sığıt kelser yanduru sakındım.
Katığdı sakındım.” (3s. 75) “Zamanı Tanrı yaşar. İnsan oğlu hep ölmek için türemiş. Öyle
düşünceye daldım. Gözden yaş gelse mani olarak, gönülden ağlamak gelse geri çevirerek düşünceye
daldım. Müthiş düşünceye daldım”. (3, s. 30) Qeyd edək ki, abidənin çağdaş türk dillərinə
tərcümələrində “Zamanı Tanrı yaşar” ifadəsi müxtəlif şəkildə verilmiş və məna təhriflərinə yol
açmışdır.
“Vaxtı (taleyi) tanrı yazar” (Rəcəbov Ə., MəmmədovY., s. 83),
“Zamanı Tanrı takdir eder; kişi oğlu hep ölmek için türemiş (Orkun, 2011: 52)”;
“Zaman Tanrısı buyurunca insanoğlu hep ölümlü yaratılmış (Tekin, 2010: 39)
Tədqiqatçı Sərkan Dərin “Göytürk mətnlərində türk dini inancları” adlı məqaləsində həmin
məsələyə toxunur: “Bu metindeki Öd Tengri kavramından yola çıkan bazı araştırmacılar Türklerde
bir zaman Tanrısının olduğunu kanıtlamaya çalışırken bazıları ise bu durumu kesinlikle reddeder
ve cümlenin yanlış okunduğunu iddia eder. Örneğin Emel Esin “Türk mitolojisinde Evren, hem
göksel mekanın hem de zamanın simgesi olmaktaydı. Bu kozmolojinin gereği olarak gök Tanrısının
zaman ilahı (ödtengri) kavramını da içerdiği sonucu çıkmaktadır” (Esin, 2001: 43) diyerek bir
Zaman Tanrısı’nınvarlığını kabul eder. Aynı şekilde Roux da “Büyük Tanrının muhtemelen özel
tezahür biçimleriolan birçok tali Tanrının varlığı bilinmektedir. Bunlar özellikle zaman Tanrısı (Öd
Tengri) ve YolTanrısı (Yol Tengri)’dır” (Roux, 2011: 127) diyerek bu konudaki fikrini belirtir.
Gökhan Yılmazise Türk düşüncesindeki zaman mefhumunu detaylı olarak incelediği “Erken Dönem
Türk Düşüncesinde Zaman Kavrayışı” adlı makalesinde Türklerde Zaman Tanrısının olmadığını
savunur”.(2, s. 469-470) Qeyd edək ki, “Tanrı əbədi, insan isə ölümlüdür, fövqəlzamanlıq birinciyə
məxsusdur”, - fikri daha sonrakı mərhələlərdə də vücudnamələrin ideya qaynağı kimi səslənir.
Xüsusilə islamdan sonrakı vücudnamələrdə ruhun ölməzliyi vurğulanmaqla yanaşı, bədənin sadəcə
bu dünya həyatı üçün gərəkliliyi və fani olması qeyd edilir.
Kül Tiqin abidəsində qəhrəmanın ayrı-ayrı yaşlarının təsviri onun tərcümeyi-halından
mühüm məqamları əks etdirdiyi kimi, Göytürklərin qəhrəmanlıq və şücaət dolu illərinin də ifadəsi
üçün vasitəyə çevrilir. Kül Tiqinin yeddi, on altı, iyirmi bir, iyirmi altı, iyirmi yeddi, otuz, otuz bir
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
293
yaşları təhkiyəçinin bədii üslubunda bir qəhrəmanlıq dastanı kimi səslənir. Türk xalqlarının arxaik
və qəhrəmanlıq dastan yaradıcılığında baş qəhrəmanın ömrünün illərlə ifadəsi ilə bu mətn arasında
leksik-semantik paralellər diqqəti cəlb edir.
Bilgə Kağan abidəsinin də dilində qəhrəmanın təsvir edilən yaşları onun qəhrəmanlıq
salnaməsidir: “Babam kağan uçduğunda kendim sekiz yaşında kaldım… Tanrı buyurduğu için on
dört yaşımda Tarduş milleti üzerine şad oturdum. On yedi yaştmda Tanguta doğru ordu sevk ettim.
On sekiz yaşımda Altı Çub Soğdaka doğru ordu sevk ettim… Yirmi yaşımda, Basmıl Iduk Kut
soyumdan olan kavim idi, kervan gönderm iyor diye ordu sevk ettim. Yirmi iki yaşımda Çine doğru
ordu sevk ettim… Yirmi altı yaşımda Çik kavmi Kırgız ile beraber düşman oldu. Kemi geçerek Çike'
doğru ordu sevk ettim… Yirmi yedi yaşımda Kırgıza doğru ordu sevk ettim. Otuz yaşımda Beş
Balıka doğru ordu sevk ettim… Otuz bir yaşımda Karluk milleti sıkıntısız, hür ve serbest iken,
düşman oldu… Otuz iki yaşımda Amgı kalesinde kişladıkta kıtlık oldu… a n n buyurduğu için otuz
üç yaşımda . . . . . idi. Seçkin, muhterem, güç beslemiş olan, kahraman kağanına ihanet etti… Otuz
dört yaşımda Oğuz kaçıp Çine girdi… Otuz sekiz yaşımda kışın Kıtaya doğru ordu sevk ettim …
Otuz doküz yaşımda ilk baharda Tatabıya doğru ordu sevk ettim… Elli yaşımda Tatabı mil'eti
Kıtaydan ayrıldı”. (3, s. 37-45) Adı çəkilən Orxon abidələrinin hər ikisində yaşlar qəhrəmanlığın
və şücaətin fonunda təqdim edilir. Hər iki abidə eyni bədii-üslubi çalarlara malikdir. Hətta Əbülfəz
Rəcəbov və Yunus Məmmədov “Sonrakı 22 sətir Kül tiqin abidəsinin şərq tərəfinin 3-23-cü
sətirləri ilə, demək olar ki, eynidir”, - qeydi ilə Bilgə Kağan abidəsinin transliterasiyanında həmin
hissəyə yer verməmişlər. Lakin Kül Tiqinin bir qəhrəman kimi təqdiminə yeddi, Bilgə Kağanın isə
səkkiz yaşından başlanılır. Çünki onlar arasında bir yaş fərqi var və hər iki mətndə atalarının
ölümündən sonra alpərən tipi kimi formalaşdıqları vurğulanır.
Xaqaniyyə türkcəsi dövrü: Yusif xas Hacibin “Qutadqu bilik”, Əhməd Yəsəvinin “Divani-
hikmət” əsərləri orta türk dövrünün islam təsiri altında qələmə alınmış möhtəşəm abidələridir.
Həmin əsərlərdə də vücudnamə mətnləri yer alır və islami türk ədəbiyyatının bədii üslubi
xüsusiyyətlərini əks etdirir. Əgər Göytürk mətnlərində insan ömrünün təsviri qəhrəmanlıq motivi ilə
sıx əlaqədə verilirsə, Əhməd Yəsəvi yaradıcılığından başlayaraq yeni üslubi çalar qazanır.
“Qutadqu-bilik”də insanın yaşının təsvirinə qırx yaşdan başlanılmaqla yanaşı, Göytürk
abidələrindəki paradiqmatik yanaşmanı da görmək mümkün deyil. Bu mətndə insan bir ictimai-
siyasi xadim, qəhrəman olaraq deyil, ömrünün sonuna doğru yaxınlaşan fərd kimi təsvir edilir.
İslamın təsiri duyulan əsərin vücudnamə parçasında da axirətə hazırlıqla bağlı didaktik məzmun
yeni üslubi çalar kimi diqqəti cəlb edir:
Odungıl ay kökçin ölümke anun
Bu keçmiş kününgke sıgıt kıl ünün
Keçip bardı öd kün yavalık bile
Bu kalmış kününg birle uzrüng tile.
Tərcüməsi: Ey kır saçlı uyan, ölüme hazırlan; geçmiş günlerin için ağla ve sızla.
Hayat boş yere geçti gitti, bari bu kalan günlerini tövbe ve istiğfar ile geçir.
(1, s. 383-384)
Eyni arxitektonik məzmun Əhməd Yəsəvinin də vücudnaməsi üçün səciyyəvidir və onun
hikmətləri vasitəsilə vücudnamə öz inkişafında təsəvvüfi çalar qazanır. Əhməd Yəsəvi vücudnamə
janrına islam dini ilə bağlı anlayışları və təsəvvüfi məzmunu daxil edir. Göytürk dövründə yeddi
yaş qəhrəmanlığın və igidliyin başlanğıc dövrüdürsə, Əhməd Yəsəvinin fərdi üslubunda həmin yaş
Arslan Baba ilə görüş yaşıdır. Məhz Əhməd Yəsəvinin vücudnaməsi janrın inkişafında məzmun
qəliblərinin müəyyənləşdirici arxetipinə çevrilir. Yəsəvinin gətirdiyi bədii-üslubi çalarlar (islami
məzmun) daha sonrakı örnəklər üçün aparıcı mövqedə çıxış edir. Yuxarıda cədvəl 1-də verdiyimiz
model Yəsəvi şeirində də özünü göstərir. Lakin ilk dəfə bu vücudnamədə zaman anlayışı insan
dünya həyatı məfhumundan daha geniş bir dövrü əhatə edir. Tanrı ölməz olduğu kimi, ruh da
ölməzdir, o, insan doğulmadan da, öldükdən sonra da mövcuddur. Yəsəvinin vücudnaməsinin
qaynağını türk dini inanc sistemi deyil, vəhdəti-vücud fəlsəfəsi təşkil etdiyi üçün onun fərdi
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
294
üslubunda təsəvvüfi düşüncənin ifadəsi öz əksini tapır. Əhməd Yəsəvidən sonra vücudnamələrin
qaynaqları arasında vəhdəti-vücud təlimi də yer alır və bədii örnəklərin dilində bununla bağlı üslubi
məqamlar müşahidə olunur.
Əski Anadolu türkcəsi dövrü: Bu dövrün ən məşhur nümayəndələrindən biri Aşıq Paşadır.
“Horasan’dan Anadolu’ya gelmifl bir dervifl ailesine mensup olan Âşık Paşa, XIV. yüzyıl Eski
AnadoluTürkçesi’nin en önemli temsilcilerindendir”. (5, s. 111) Aşıq Paşa “Qəribnamə”
məsnəvisində və “Səma” risaləsində vücudnaməyə müraciət etmişdir. Aşıq Paşanın fərdi üslubunun
formalaşmasında, ümumiyyətlə, Əhməd Yəsəvi yaradıcılığı böyük rol oynadığı üçün bu
vücudnamələr də bədii səciyyəsinə görə onun hikmət-vücudnamələri ilə səsləşir və təsəvvüfi
qəliblər, məcazlar üzərində qurulmuşdur. Anadolu türkcəsi ilə bəzi mənsur vücudnamələr də
qələmə alınmışdır. Həmin əsərlər klassik ədəbiyyata məxsus leksik-üslubi özəllikləri daşıyır. Bu
vücudnamələrdə ömrün fəsillərə bənzədilərək təsviri aparıcıdır. Aşıq Paşa yaradıcılığından
başlayaraq, vücudnamələrin semantikasına daxil edilən bu üslubi özəllik sonrakı dövrlərdə də
davam etdirilir. Aşıq Paşa həmçinin özündən əvvəlki ənənədən də yararlanır, belə ki, “Qutadqu-
bilik”də olduğu kimi, burada da ömrü mənasız yerə keçirməmək, hər keçən günün, ötən ömrün
qədrini bilmək tövsiyə edilir:
Aç gözün geçti ömür vardı yele
Gün ki geçti ol geri gelmez ele. (1, s. 485)
Yeni türk dövrü: XVI əsrdən sonrakı mərhələ aşıq yaradıcılığının formalaşmasında və
inkişafında xüsusi bir dövrdür. Həmçinin türk dillərinin diferensiallaşma mərhələsidir. Bu dövrdə
aşıq yaradıcılığında ilk vücudnamə nümunələri yaranır. Anadolu, Azərbaycan, türkmən, özbək,
qazax kimi türk xalqlarının vücudnamə yaradıcılığı bu dövrdə daha da zənginləşir. Bu dövrün
vücudnamələrində əvvəlki dövrün bütün abidələrinin, xüsusilə də Əhməd Yəsəvinin hikmətlərinin
qabarıq təsirlərini görmək mümkündür. Bu dövrün vücudnamələrində də didaktik aspekt aparıcıdır.
Aşıq yaradıcılığında Qurandan və hədislərdən qaynaqlanma daha çox diqqəti cəlb edir.
Ümumiyyətlə, aşıq yaradıcılığından başlayaraq, vücudnamələrin arxitektonikasında axirət
dünyasının təsvirinə xüsusi fikir verilir. Qəbir əzabı, Münkərlə Nəkirin sorğu-sualı, Sirat körpüsü,
İsrafilin sur çalması, Məhəmməd peyğəmbərin şəfaətçi olması kimi motivlər məhz aşıq
vücudnamələrində qarşımıza çıxır. Həmin vücudnamələr heca vəznindədir. Nümunə olaraq Molla
Məhərrəmin vücudnaməsinə nəzər salaq:
Qohum-qardaş ağladılar, doydular,
Üstümdən dünya libasın soydular,
Apardılar dərin yenə qoydular,
Hər biri dağılub getdi bir yanə.
Anlar getgəc gəldi Münkirü Nəkir,
Rəbbin kim, nəbin kim, dur, tez xəbər ver.
Verdüm cəvabımı fəqiri-Qətmir,
Yetişdilər hər nə var yaxşı-yamanə. (4, s. 154)
Ən yeni türk dövrü: Türkoloji dilçilikdə ən yeni dövr türk dövrü 1990-cı illərdən sonrakı
mərhələ kimi xarakterizə olunur. (7, s. 163) Həmin dövrdən etibarən vücudnamələrin formasında
sərbəst şeirə meyllənmə müşahidə edildiyi kimi, məzmunda da ictimai mövzulara yönəlmə özünü
göstərir. Qadınlarla bağlı vücudnamələr, ana bətnində körpələrin məhv edilməsi kimi məsələlər ən
yeni dövrdə diqqəti cəlb edir.
ƏDƏBIYYAT
1.
Çelebioğlu Amil. “Türk Edebiyatında Yaşnameler”, Eski Türk Edebiyatı Araştırmaları,
İstanbul, MEB Yayınları, s. 367-488
2.
Derin Serkan. Göktürk Kitabelerinde Türk Dini İnancinin İzleri. Turkish Studies,
International Periodical For the Languages, Literature and History of Turkish or Turkic,
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
295
Volume 9/9 Summer 2014
3.
Ergin Muharrem. Orhun Abideleri. İstanbul, Boğaziçi Yayınları, 1989, s. 75
4.
Fikrətqızı Elmira. Türk xalqları ədəbiyyatında vücudnamələr. Bakı, Elm, 2015
5.
Kaymaz Zeki. Tarihi Şahsiyetler Hakkında Yaratılan Halk Bilgisi Ürünleri Üzerine Bir
Durum İncelemesi: Aşık Paşa Örneği. Millî Folklor. Yıl: 14 Sayı: 54, s. 111-118
6.
Rəcəbov Əbülfəz, Məmmədov Yunus. Orxon-Yenisey abidələri. Bakı, Yazıçı, 1993, s. 83
7.
Xəlilov Buludxan. Türkologiyaya giriş. Bakı, Bakı Çap Evi nəşriyyatı, 2013
Emin Ağayev, fil.ü.f.d., dos.
Qafqaz Universiteti Azərbaycan dili və ədəbiyyatı bölməsi, müdir müavini
eagayev1@qu.edu.az
ŞƏRQİ ANADOLUDA YAŞAYAN AZƏRBAYCANLILARIN FOLKLORUNDA ETNO-
PSIXOLOJİ TƏZAHÜRLƏR
Etnopsixologiya bir elm sahəsi kimi həm elmi-nəzəri, həm də praktiki əhəmiyyətə malikdir.
Hər bir etnosun özünüdərki, yaxın münasibətdə olduğu xalqları yaxından tanıması üçün bu elm
sahəsi müasir dövrdə mühüm əhəmiyyət daşıyır. Hər hansı bir vəziyyətdə, müəyyən problem
qarşısında formalaşan psixoloji şərait bütün xalqlarda eyni olmur. Formalaşan şəraiti
səciyyələndirən isə o millətin etnopsixologiyasıdır. Etnopsixologiya xalqın həyat tərzində,
etnoqrafiyasında, musiqisində, yazılı və sözlü ədəbiyyatında-folklorunda və s. təzahür edir.
Ümumbəşəri dəyərlərə hörmət edən hər bir xalqın folkloru, o xalqın milli mənəvi-əxlaqi
keyfiyyətlərini də özündə əks etdirir. Müasir dövrdə toplayıcılar folklor nümunələrini müxtəlif
aspektlərdə ələ alıb tədqiq edirlər. Onlar dialektologiya, şifahi xalq ədəbiyyatının janrlarının
çoxvariantlılığı məsələləri ilə yanaşı eyni zamanda həmin xalqın düşünmə tərzini, sosial
problemlərini, istək və arzularını da öyrənirlər. Bu da təbii ki folklor mətninin toplandığı ərazini
yaxşı tanımağa səbəb olur.
Ümumazərbaycan folklor arealına daxil olan Şərqi Anadoluda yaşayan azərbaycanlıların
folklor nümunələri içərisində işarələnmiş kodlar var. Bu nümunələr-kodlar da Azərbaycan xalqının
etnopsixologiyasını öyrənmək üçün açar rolunu oynayır. Biz azərbaycanlıların etnopsixologiyasının
genetik əsasını etnik-mifoloji görüşlər təşkil edir. Azərbaycan xalqının etnopsixologiyası tarixən
əlaqədə olduğu xalqlar, sosial-içtimai, mədəni hadisələr, dini görüş və inamlarla əlaqədə inkişaf
etmişdir. Bizim xalqın milli düşüncə sistemi bir çox türk xalqlarından fərqli olaraq üç qat əsasında
formalaşmışdır. Bunlardan birincisinə qədim türk mədəniyyətini, şamanizm inancı və bununla
yanaşı, türk mənəvi-əxlaqi keyfiyyətlərini də nümunə göstərmək olar. İkinci qat isə Zərdüştlük
inancı ilə bağlıdır. Bu mərhələ də Azərbaycan həyatında əhəmiyyətli dərəcədə iz qoymuşdur.
Üçüncü mərhələ İslam dini və bu dinin sosial-içtimai şüura, yaşam tərzinə təsirindən qaynaqlanır.
Şərqi Anadoluda yaşayan Azərbaycanlıların epik və lirik folklor janrlarında etnopsixoloji
təzahürlər etnosun həyat şəraiti, yaşam tərzini və s. öyrənməyə imkan verir. Biz bu nümunələrdə
yurd sevgisini, vətən uğrunda mübarizəni, şərəf və ləyaqətlə yaşama prinsipini, mərdliyi, namusla
yaşamağı, ailə münasibətlərini, qohumluq əlaqələrini qonaqpərvərlik kimi keyfiyyətləri göstərə
bilərik.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
296
Eşqanə Babayeva, fil.ü.f.d., dos.
AMEA Nizami adına Ədəbiyyat İnstitutu
eshqane@mail.ru
AZƏRBAYCAN-TÜRKİYƏ ƏDƏBİ ƏLAQƏLƏRİNƏ BIR NƏZƏR
(1990-2016-CI İLLƏR)
(Bu iş Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun
maliyyə yardımı ilə yerinə yetirilmişdir – Qrant №EİF/ GAM-3-2014-6(21)-24/22/5)
Azərbaycan və Türkiyə arasında dinamik inkişafla səciyyələnən ədəbi-mədəni əlaqələr bir
müddət məlum ideoloji-siyasi qadağalara məruz qalmışdır. Azərbaycan öz müstəqilliyini bərpa
etdikdən sonra isə qədim və zəngin türk ədəbiyyatının obyektiv şəkildə öyrənilməsinə münbit şərait
yaranmışdır. Beləliklə, müstəqillik dövründə ədəbi əlaqələrimiz daha da möhkəmlənmiş, yeni
inkişaf mərhələsinə qədəm qoymuşdur.
Müstəqillik illərində Azərbaycan-Türkiyə ədəbi əlaqələri monoqrafiya, dissertasiya, elmi
məqalə səviyyəsində tədqiq olunmuşdur. Bu araşdırmaların ən gözəl nümunələrini görkəmli
türkoloqlardan A.Abıyev, T.Məlikli, A.Musayeva, Ə.Rəsulov, A.Babayev, E.Quliyev, R.Əskər,
Ə.Şamil, A.Xəlil və başqaları həyata keçirmişlər.
Görkəmli türkoloq, professor A.Abıyev “Türk ədəbiyyatında satira: XIX əsrin axırları XX
əsrin əvvəlləri”. Bakı: Elm, 1991.; “Bəktaşi lətifə və əhvalatları (müqəddimə və tərcümə)”. Bakı:
Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi, 1992.; “Füzuli və Türkiyə poeziyası”. Bakı:
Ozan, 1999.; “Tənzimat dövrü Türkiyə ədəbiyyatı”. Bakı, 2001.; “Sərvət-i Fünun ədəbiyyatı”. Bakı:
Təknur, 2013.; “Bəzi satirik nəzirə və təkzillər (Azərbaycan-Türkiyə ədəbi əlaqələri tarixindən)”.
Dostları ilə paylaş: |