I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans



Yüklə 5.47 Mb.
PDF просмотр
səhifə89/94
tarix31.01.2017
ölçüsü5.47 Mb.
1   ...   86   87   88   89   90   91   92   93   94

ifadəli və daha zəngindir”. Ona görə də aşıqlar mahnılarını türk dilində oxuyur (3, s. 159). 

Bu erməni tarixçisinin fikirlərindən belə nəticə çıxır ki, bu dövrdə ermənilər formalaşmış bir 

ədəbi dilə malik olmamışdılar. O, öz fikirlərində düzgün olaraq qeyd edir ki, “erməni 

nağıllarındainsan həyatını ifadə edə bilən məsələlər olmadığı üçün”, bu fikirdən aydın olur ki, 

ermənilərin öz övladlarına miras olaraq buraxdığı nağıllarda insanın yaşayışı üçün zərərli olan 

hiyləgərlik, düşmənçilik və bu kimim məsələlər daha çox aşılanır. 

Göründüyü kimi Azərbaycanın Qarabağ regionunda yetişmiş musiqiçilərimiz təkcə bizə yaxşı 

münasibət bəsləyən xarici ölkə musiqiçilərini yox, bizə düşmən münasibət bəsləyən erməni 

musiqiçilərini də öz məharətləri ilə valeh etmişdilər. O dövrdə hətta ermənilərin bir çoxu öz toy 

mərasimlərinə Azərbaycanın Qarabağ regionunda yetişmiş azərbaycan türkcəsində oxuyan 

musiqiçiləri dəvət edirdilər. XX əsrin əvvəllərində Qarabağ musiqiçiləri tərəfindən Azərbaycan 

türkcəsində oxunan muğamlar, aşıq havaları bu gün dəmusiqiçilərimiz tərəfindən cilalanır, 

hamarlanır, dolğunlaşır və inkişaf edir. 

ƏDƏBİYYAT 

1.

 Ağalar bəy Əliverdibəyov, Rəsmli musiqi tarixi. Bakı: Şuşa, 2001, 167 s. 



2.

 Azərbaycan tarixi. Yeddi cilddə. V cild (1900-1920-ci illər). Bakı: Elm. 2008, 696  s.  

3.

 Qazıyev Y. Erməni məsələsi.Yalanlar və gerçəklər. Bakı: Nurlar, 2009, 344 s. 



4.

 Mahmudov Yaqub, Mustafayev Camal. Şuşa Pənahabad. Bakı, “Təhsil”, 2012, 152 s. 

5.

 (“Kaspi”. 11 yanvar 1902. № 9) 



6.

 Məmmədli Q. Üzeyir Hacıbəyov. Həyat və yaradıcılıq salnaməsi. Bakı, “Yazıçı” nəşriyyatı, 

1984. 462 s. 

7.

 Məmmədov N.R. Azərbaycanın Şuşa qəzası 1900 -1917-ci illərdə. Bakı: ADPU-nun 



mətbəəsi, 2005, 169+9 s. 

8.

 Şuşinski F. Azərbaycan xalq musiqiçiləri. Bakı: Yazıçı, 1985 480 s. 



9.

 «Закафказие» газ., Тифлис: 1910 г. 7 апреля, № 75. 

10.

  Виноградов В. Узеир Гаджибеков и Азербайджанская музыка. М; 1938. 



11.

  http://www.virtualkarabakh.az/ 

Baxtiyar Hasanov 

From the history of development of music in Garabagh region of North Azerbaijan 

(end of the XIX - early XX centuries) 

Summary 


 

 

This paper illuminates the development of rich musical art in Garabagh region of North 



Azerbaijan in the mentioned period. Here is provided with information about the musicians of 

Shusha - the capital town of Garabagh region during this period, as well as is reflected information 

about getting popular of our Azerbaijan in many countries of the world through these musicians. 

 Key 


words: 

Garabagh region of Azerbaijan, music, musical schools, musicians. 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



454

 

 



Gülər Qafqazlı 

AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu 

 

XVIII ƏSRİN ƏVVVƏLLƏRİNDƏ  MARAĞANIN VƏ SOYUQBULAĞIN 



İNZİBATİ BÖLGÜSÜ 

 

XVI əsrdən etibarən Orta Şərqdə ən qüdrətli dövlətlərdən biri olmuş Azərbaycan Səfəvilər 



dövləti XVIII əsrin əvvəllərində yavaş-yavaş öz qüdrətini itirməyə başlamış, xarici təcavüz, daxili 

ziddiyyətlərin kəskinləşməsi nəticəsində tənəzzülə uğramış, siyasi-iqtisadi və hərbi gücünü itirmiş 

və ərazilərini idarə etməz hala gətirib çıxarmışdı.  

Zəngin təbii ehtiyatlara malik olan, Avropanı Asiya ilə birləşdirən mühüm ticarət və hərbi 

yollarının üzərində yerləşən Səfəvi dövlətinin ərazisi daim qonşu dövlətləri özünə cəlb etmişdir. 

Hərbi cəhətdən öz gücünü getdikcə möhkəmlədən Rusiya imperiyası və apardığı bir çox 

müharibələrə baxmayaraq, hərbi-siyasi qüdrətini qoruyub saxlamağı bacarmış Osmanlı imperiyası 

yaranmış fürsətdən məharətlə istifadə etdilər. XVIII əsrin əvvəllərində ilk növbədə əfqanların 

təcavüzü, daha sonra bu dövlətlərin müdaxiləsi nəticəsində Səfəvi dövlətinin torpaqlarının böyük 

bir hissəsi Osmanlı və Rusiya imperiyaları arasında bölüşdürüldü. 1725-ci il İstanbul müqaviləsinə 

əsasən, İrəvan, Naxçıvan, Qazax, Gəncə, Qarabağ, Təbriz, Ərdəbil, Urmiya, Salmas, Xoy, Marağa 

və digər Azərbaycan əraziləri Osmanlı imperiyasının tərkibinə keçdi.  

Altı əsr mövcud olmuş Osmanlı imperiyası öz dövrü üçün ən mükəmməl və güclü 

mərkəziyyətçi üsul-idarə sistemini yaratmışdı. Osmanlı imperiyası üçün bu sistemin dayağı hesab 

edilən vergi toplanmasına xüsusi diqqət ayrılmış və bütün bunlar vergi dəftərlərində öz əksini 

tapmışdı. Belə ki, fəth edilmiş yeni torpaqlarda ilk növbədə Osmanlı idarə qaydalarına uyğun olaraq 

ərazi bölgüsü aparılmış, onlar əyalət, liva (sancaq) və nahiyələrə bölünmüş, bu ərazilərdə əhalinin 

və vergi obyektlərinin ümumi siyahıya alınması (“təhriri”) həyata keçirilmişdi. Osmanlı vergi 

sisiteminin tətbiqi öz əksini vergi və maliyyə məmurları tərəfindən tərtib edilən iki növ dəftərlərdə - 

“icmal” və “müfəssəl” dəftərlərdə tapırdı. Müfəssəl dəftərlərdə  müvafiq inzibati vahidin daxili 

bölgüsü və sərhədləri, o ərazidə mövcud olan yaşayış yerlərinin (şəhər, qəsəbə, kənd) adları, vergi 

ödəyən əhalinin adbaad sayı, mülkiyyət statusu və dini tərkibi, vergilərin növ və miqdarı, digər 

vacib məlumatlar qeyd edilirdi. Beləliklə, müfəssəl dəftər hər hansı bir inzibati vahid ərazisində 

vergi toplamaq üçün əsas sənəd hesab olunurdu. Bu dəfətrlər iki nüsxədə tərtib olunaraq İstanbula 

baş dəfətərxanaya göndərilirdi və burada sultanın tuğrası ilə təsdiqlənən həmin nüsxələr dövlətin 

rəsmi sənədinə çevrilirdi. 

Azərbaycan tarixinin öyrənilməsi üçün dəyərli məlumatları özündə ehtiva edən “Dəftər-i 

müffəssəl liva-i Marağa” yuxarıda adı çəkilən vergi dəftərlərindən biridir. İki hissədən ibarət olan 

müfəssəl dəftərin birinci hissəsində Marağa şəhəri və onun Osmanlı üsul-idarə sisteminə uyğun 

olaraq “liva” statusu alması barədə məlumat əldə edirik. Marağa livası məhəllələrə bölünən şəhər 

mərkəzindən, kəndlərə bölünən səkkiz nahiyədən ibarətdir. Müfəssəl dəftərin ikinci hissəsində 

mərkəzi Soyuqbulaq qəsəbəsi olmaqla Soyuqbulaq livası on üç nahiyəyə bölünmüşdür. Araşdırılan 

dəftərin ikinci hissəsi də birinci hissəsi kimi eyni qayda üzrə tərtib edilmişdir.  

İlk öncə osmanlılar Azərbaycanı Gəncə-Qarabağ, İrəvan, Tiflis, Təbriz, Urmiya, Marağa və 

Həmadan əyalətlərinə bölmüşdülər, daha sonra isə inzibati bölgünü bir daha nəzərdən keçirərək 

Marağa və Urmiya əyalətinin statusunu dəyişərək onları liva (sancaq) adlandırmışdılar (1, səh.8). 

Bununla da Marağa, Soyuqbulaq, Urmiya, Xalxal livaları və Salmas qəzası Təbriz əyalətinin 

tabeçiliyinə verilmişdir. No:76 gömlek No:4587 saylı osmanlı tarixi sənədindən məlum olur ki, 

Hələb qəzası rütbəsi olan Təbriz qazısı Məhəmməd Əziz h.t. 1138-ci (1720-ci il) il rəbi-ul-əvvəl 

ayının əvvəlindən etibarən, Təbrizin ətrafında olan öncədən müsəlmanlığı qəbul etmiş bütün 

kəndlər daxil olmaqla, Qaradağ, Marağa, Gərmrud, Həştərud, Şiştər və Salmas qəzalarının 

qazılığını etmək barədə tapşırıq almışdır. Bu fərman sultanın tuğrası ilə təsdiqlənmişdir. 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



455

Belə ki, Osmanlı idarə sisteminə uyğun olaraq əyalətlər sancaqlara (və ya liva)

1

 bölünür və 



onları idarə edən şəxs sancaqbəyi adlanırdı. Sancaqbəyilər bəylərbəyinə tabe olur, onun 

göstərişlərini yerinə yetirir, hərbi və inzibati işlərlə bağlı əmrlər vermək hüququna da malik idilər. 

Sancaq daxilində sabitliyi təmin etmək üçün sancaqbəyi törədilən cinayət zamanı cinayətkarı 

cəzalandırır, cinayətə görə ödənilən verginin bir hissəsini və ya hamısını götürürdü (1, c. 2, 

səh.2032). Qeyd edək ki, Səfəvi dövlətində bu vəzifəni mahal hakimləri olan xan və sultanlar icra 

edirdilər. Mahal hakimləri hərbi və iqtisadi səlahiyyətlərə malik idilər və hərbiçilərin məvaciblərini 

bəylərbəyilər tərəfindən idarə edilən torpaqların gəliri hesabına ödəyirdilər (3, səh.139-141).   

Osmanlı hakimiyyətinin ərazisinə daxil olmuş yeni ərazilərdə həyata keçirilən yeni üsul-

idarə sisteminə görə bəylərbəyinə tabe olan digər məsul şəxs dəftərdar idi. Dəfətərdar yeni 

ərazilərdə maliyyə məsəlləri ilə məşğul olur, dövlətə gəlir gətirəcək mənbələri aşkara çıxarır, həm 

dövlət xəzinəsi, həm də bəylərbəyi qarşısında hesabat verirdi (4, səh.60-72). 

Fəth edilmiş yeni ərazilərdə qazıların başçılığı altında şəriət məhkəmələri fəaliyyət 

göstərirdi. Qazılar bəylərbəyinə tabe idilər və onlar qayda-qanunlara əməl olunmasına nəzarət 

edirdilər. Bundan əlavə qazılar mülki məsələləri, torpaq məsələlərini, vərəsəlik məsələlərini həlli 

edir və hər-hansı bir qanunsuzluğun qarşısını almaqla məşğul olurdular. Qazılar qəza mərkəzlərində 

olur, nahiyələrdə isə onların vəziflərini naiblər icra edirdi (5, səh.101, 270). 

Təhrir (siyahıya alma) işlərini dövlətin mərkəzi dəftərxanasından birbaşa təyin edilən 

səlahiyyətli şəxs-“əmin” həyata keçirirdi. Əmin təhrir işlərini bitirdikdən sonra baş dəftərxanaya 

gəlir, burada dəftərləri yenidən bir daha nəzərdən keçirir, gəlir mənbələrinin miqdarını ayrı-

ayrılıqda hesablayıb yekunlarını çıxarırdı. Daha sonra əmin işin ikinci mərhələsinə başlayırdı. Belə 

ki, əmin gəlir mənbələrini dirlik sahibləri arasında bölür və timar sahiblərinə görə tərtib edilən 

dəftərləri iki növdə - icmal və müfəssəl dəftərlər hazırlayırdı. Bu dəftərlər iki nüsxədə yazılır, bir 

nüsxəsi saray dəftərxanasında saxlanılır, digər nüsxəsi isə təhriri aparılan əyalətə/vilayətə 

göndərilirdi. Qeyd edək ki, bəylərbəyinə, yaxud da baş mühasibəyə verilən nüsxələr surət-i dəftər 

adlanırdı (6, səh.222). 

Osmanlılar Marağanı öz torpaqlarına ilhaq etdikdən sonra Karaman bəylərbəyi Həsən 

paşanın müraciəti ilə Səfəvi xanı ikən osmanlılara itaət edən Kirmanşahın sərəskəri Firudin paşanı 

buraya hakim təyin etmişdilər (1724-cü il aprel ayı). Belə ki, Firudin paşanın vəfatından sonra 

Soyuqbulaq və Mukri livalarının idarəçiliyi Əbdüləziz paşaya, Marağanınkı isə onun qohumu Mir-

Fərrux bəyə verilmişdir. Lakin Marağa xalqının Fərrux bəyin idarəçiliyini istəmədikləri üçün 

Həmədan sərəskəri Əhməd paşa İstanbula müraciət etmiş və onun xahişi ilə Soyuqbulaq, Mukri, 

Marağa, Həştrud, Ordubad və Dizəc-rud bölglərinin hakimliyi Əbdüləziz paşaya təqdim edilmişdir 

(1725-ci il sentyabr ayı) (7, səh.84).   

1593-cü ildə Marağa livası, Suldus, Dizmar, Saru-kurqan, Səidabad və Əlik livaları ilə 

birlikdə Təbriz əyalətinə daxil idilər. Bu zaman Marağa livası Səracu, Leylan, Əgərtu, Kavdul, 

Miyandab, Axtaçı-ulya (Yuxarı Axtaçı) və Axtaçı-suflə (Aşağı Axtaçı-G.Qafqazlı) nahiyələrdən 

ibarət olmuşdur. Suldus livası isə Suldus, Saru-kurqan livası Sarı-kurqan, Əcri-yi ulya, Əcri-yi 

suflə, Siyah-kuh, Hüseyabad nahiyələrindən təşkil olunmuşdur (7, səh84).  

XVIII əsrdə bu ərazilərdə aparılmış təhrirə əsasən isə Marağa livasının tərkibinə Benacu, 

Səracu, Bukan , Kavdul maa′ Miyandoab (yəni, Kavdul ilə Miyandab birlikdə), Əcri, Leylan və 

Əkərtu nahiyələri, Soyuqbulaq livasının tərkibinə Şəhri-viran, Dərbaz, Yıltimur, Kilas, Mirabad, 

Tərkeş, Telyuş, Alan (tədqiq olunan dəftərdə nahiyənin adı bu şəkildədir), Turcan, Axtaçı, Lacan, 

Suldus, Qıpçaq tabe-i Suldus (yəni, Suldusun tabeliyində olan Qıpçaq) nahiyələri daxil idi (8, 

səh.1).  

Osmanlı üsul-idarə sisteminə uyğun olaraq hər iki əsrdə (XVI və XVIII əsrlərdə) aparılmış 

təhrirlərə nəzər saldıqda görürük ki, Marağa livasına Benacu və Bukan nahiyəsi əlavə edilmiş, 

                                                            

1

 Sancaq-bayraq mənası ifadə edən bu söz “yer, məkan” anlamını da bildirir. “Sancaq” sözü orduların, təmsil etdikləri 



dövlətin əlaməti olaraq daşıdıqları bayrağın adıdır. Ərəblər sancaq və bayraq əvəzinə “liva və “rayət” sözünü işlətmişlər 

(İsgəndər bəy Münşi. Dünyanı bəzəyən Abbasın tarixi, II cild, səh. 2032) . Osmanlı dövlətinin son dövrlərində 

“sancaq”və “liva” ifadəsi ərazi anlamı daşımışdır. Dr. Məhəmməd Moin də sancağın bayraq mənasında deyil, Osmanlı 

dövlətində əyalətlərdə inzibati vahid, hətta vilayət olduğunu qeyd etmişdir (Fərhəngi farsi, II cild, səh. 1928) 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



456

yuxarı və aşağı olan Əcri nahiyəsi birləşdirilmiş, Soyuqbulaq livasına isə Suldus livalıqdan 

çıxarılaraq nahiyə kimi qatılmış, XVI əsrdə Marağa livasının tərkibində olan Axtaçı nahiyəsi vahid 

nahiyəyə çevrilərək Soyuqbulaq livasına daxil edilmişdir.  

Ali Sinan Bilgili “Osmanlı – İran Azarbaycanı” əsərində qeyd edir ki, Soyuqbulaq 

“qəsəbəsi” Osmanlılar bu ərazini 1724-cü ildə ələ keçirməzdən öncə qurulmuş, Osmanlı tapu təhrir 

dəftərlərinə görə XVI əsrdə Saru-kurgan livasının mərkəzi olan Sarı-kurgan xarabaya çevrildiyi 

üçün yenidən idari bölgə kimi təsis edilməmiş və onun yerinə olduqca zəngin və strateji əhəmiyyətə 

malik olan Soyuqbulağa liva statusu verilməklə XVIII yüzilliyinin əvvəllərində inzibati-idari 

bölgəyə çevirmişdilər (7, s.85). Digər bir əsərdə də məlumat verilir ki, Soyuqbulaq qəsəbəsi I Şah 

Abbasın (1588-1629) hakimiyyətdə olduğu dönəmdə mövcud olmamışdır (9, səh.140). Yuxarıda 

deyilənləri nəzərə alaraq belə nəticəyə gəlmək olar ki, düşmənlərdən qorunmaq üçün Soyuqbulaq 

XVII yüzillikdə qəsəbə tipli  hərbi şəhərcik kimi salınmışdır.  

Məlumdur ki, çoxsaylı müharibələrin aparıldığı ərazilərdə bəzi kəndlər yandırılır, xarabalığa 

çevrilir, bəzi yerlərin əhalisi ya köçür, ya da köçürülür, bəzən isə müharibədən təngə gəlmiş 

insanlar özləri öz torpaqlarını tərk edib qaçmağa üz tuturdular. Osmanlı üsul-idarəsinə uyğun olaraq 

bu kimi kəndlərin adları da müfəssəl dəftərə salınmış və kəndlərin adlarının altında “hal-i an-ir-

reaya” yazısı qeyd olunmuşdur. Müfəssəl dəftərdə Marağa livası üzrə Bənacu nahiyəsində 10, 

Səracu nahiyəsində 2, Bukan nahiyəsində 8, Kavdul nahiyəsində 18, Miyandoab nahiyəsində 4, 

Əcri nahiyəsində 11, Leylan nahiyəsində 6, Əkərnu nahiyəsində 6, Soyuqbulaq livası üzrə Şəhri-

viran nahiyəsində 2, Suldus nahiyəsində 9, Lacan nahiyəsində 28, Qıpçaq nahiyəsində 13 boş kənd 

mövcud olmuşdur.  

Digər müfəssəl dəftərlərdə olduğu kimi burada da əgər hər-hansı bir kəndin digər adı 

olardısa, bu zaman həmin kəndin adının qarşısında “nam-ı digər” (yəni, digər adı), yaxud kəndin 

nəzdində olan başqa bir kənd olardısa, “dər nəzd-i” (kəndin nəzdində) sözləri yazılmışdır. Məsələn: 

“Musadərə nam-ı digər Süleymanabad” (Musadərə digər adı Süleymanabad) (8, səh. 73); “Karye-i 

Kışlak Penah Ali nəzde karye-i mezbur ki Horhor dağa hal-i an-ir-reaya tabe-i Benacu” (Benacu 

nahiyəsinin tabeliyində olan, adı çəkilən Pənahəli qışlağı Xorxor dağının nəzdindədir və əhalisi 

yoxdur) (8, səh. 40). Kəndlərin tabe olduqları nahiyələrin adlarını bəzən təkrar yazmamaq üçün 

katib “tabe-yi məzbur” (adı qeyd olunmuş yerə tabe) kəliməsini işlətmişdir. 

Tədqiq olunan dəftərdə ən çox diqqətçəkici məqamlardan biri də odur ki, dəftərin ikinci 

hissəsində qeydə alınan Soyuqbulaq livasının kəndlərini tədqiqi edərkən iki yerdə: “Erməni kəndi 

Arslan” (8, səh. 252) və “Yekə kənd nam-ı digər erməni kəndi” (8, səh.257) başlığı altında verilən 

kəndin əhalisinin erməni olmadığını və onların müsəlman vergisi ödədiyini görürük. Buradan da 

belə bir nəticəyə gəlmək olar ki, bu kənddə ola bilsin ki, daha öncə ermənilər yaşamamış, yaxud 

adları çəkilən kəndlərin əhalisi erməni olsa belə artıq islamı qəbul etmiş müsəlmanlardır.  

Tiflis əyalətinin müfəssəl dəfətərinə nəzər saldıqda görürük ki, burada hər bir kəndin  

sərhədləri göstərilmiş, əgər bu nahiyədə mövcud olan çay və ya çaylar, təpə və dağlar qeyd 

edilmişdir. Məsələn: Nəhazır arxı. Dörd su qolundan ibarətdir. Biri Cəlayir, biri Əylisaman, ikisi də 

Nəhazır kəndinə aiddir (10, səh.9). Lakin tədqiq etdiyimiz “Marağanın müfəssəl dəftərində” belə bir 

qeydlərə rast gəlinməmişdir.  

Nəzərə çatdıraq ki, Ərdəbil livasının müfəssəl dəftərində Şeyx Səfiəddin İshaq vəqfi və onun 

tabeçiliyində olan kəndlər göstərilmiş və onlardan gələn gəlirlər ayrı-ayrılıqda hesablanmşdır (11, 

səh.93-107). Tədqiqata cəlb etdiyimiz “Dəfətər-i müfəssəllə-i liva-i Marağa”da heç bir vəqf 

torpaqları və yaxud hər-hansı bir vəqfə tabe edilmiş kəndlər mövcud deyildir.  

Osmanlıların fəthindən sonra digər ərazilər kimi Azərbaycanda da Osmanlı üsul-idarə 

sisteminin tətbiqinə başlanmış, Marağa liva statusu alaraq səkkiz nahiyəyə, Soyuqbulaq livası isə on 

üç nahiyəyə bölünmüşdür. Müfəssəl dəftərə əsasən, deyə bilərik ki, yuxarıda adları sadalanan 

nahiyələr özləri də kəndlərə bölünmüş, lakin bu nahiyələrin sərhədləri haqqında dəftərdə heç bir 

məlumat verilməmişdir. Müfəssəl dəftərdə Marağa livasının tərkibinə daxil olan Kavdul nahiyəsi 

Miyandab nahiyəsi ilə birlikdə qeyd edilmiş, Soyuqbulaq livasının tərkibinə daxil edilən 

nahiyələdrədən Mirabad, Tərkeş, Telyuş, Alan nahiyələri isə birlikdə götürülmüş və onların 

tərkibində olan kəndlərin adları bir səhifədə eyni fihrist bölümündə yazılmışdır. Bu nahiyələr 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



457

müfəssəl dəftərdə birgə göstərilsə də lakin onların vergiləri ayrı-ayrılıqda hesablanmışdır. Beləliklə, 

qeyd edilən müfəssəl dəftər XVIII yüzilliyin ilk yarısında Azərbaycanın Marağa bölgəsinin 

tarixinin araşdırılması üçün ən önəmli və informativ qaynaqlardan biridir və bu mənbənin tədqiqi 

tarixşünaslığımızın qarşısında duran ən önəmli məsələlərdən birini təşkil edir. 

ƏDƏBİYYAT 

1.

  İrəvan əyalətinin icmal dəftəri. Araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifi 



Z.Bünyadov və H.Məmmədov (Qaramanlı). Bakı, “Elm”, 1996. 

2.

  Fərman Dosya No: 76 gömlek No: 4587 Fon kodu : C.ADL 



3.

  İsgəndər bəy Münşi Türkman. Dünyanı bəzəyən Abbasın tarixi. (fars dilindən çevirən 

tarix elmləri doktoru, prof. Ş.Fərzəliyev) 2 cilddə, Bakı, “Şərq-Qərb”, 2010 

4.

  Moin doktor Məhəmməd. Fərhəng-i farsi. 5 cilddə, 2-ci cild, Tehran, 1371 



5.

  Bayramlı Z. Azərbaycan Səfəvi dövlətinin quruluşu və idarə olunmasında Türk Qızılbaş 

əyanlarının rolu. Bakı, “Avropa”, 2015 

6.

  Halaçoğlu Y. XIV-XVIII yüzyıllarda osmanlılarda devlet teşkilatı ve sosyal yapı. 



Ankara, TTK Basımevi, 1991 

7.

  Barkan Ö.L. Timar-“İslam Ansiklopedisi”, XIII cild 



8.

  İnalcık H. Devlet-i ′Aliyye Osmanlı İmparatorluğu üzerine araştırmalar-I klasik dönem 

(1302-1606) siyasal, kurumsal ve ekonomik gelişim. İstanbul, “Türkiye iş bankası yayımları”, 

2014. 


9.

  Bilgili A. Sinan. Osmanlı İran ve Azerbaycanı (16. Ve 18. Yüzyıllar sosyal ve 

ekonomik tarih). Erzurum, 2004  

10.


   “Defter-i mufassal liva-i Marağa”-İstanbul, Başbakanlık Osmanlı Arşivi, Tapu Tahrir 

defteri № 909  

11.

  Qurbannejad P. və Səlimnema R. Ketabşenas-i tovsif-i tarix-i ostane Azərbaycan-e 



ğərbi. Urmiya, 1392 

12.


  Mustafayev Ş.M. Tiflis əyalətinin müfəssəl dəftəri (Borçalı və Qazax). Bakı, 

“Pedaqogika”, 2001   

13.

  Ərdəbil livasının müfəssəl dəftəri (araşdırmanın və transliterasiyanın müəllifi Erhan 



Arıklı). Bakı, “Nurlan”, 2004 

 

 



Gular Qafqazli 

Administrative division of Maragha and Soyukbulak in the beginning of 18

th

 century 



Summary 

The article deals with administrative division of Maragha and Soyukbulak after annexation 

to the Ottoman Empire in the beginning of 18

th

 century. Maragha and Soyukbulak provinces were 



named as “liva” in accordance with the rule of the ottoman management system and these livas, in 

their turn, were divided to districts. Information used in present article is taken from “Defter-e 

mufassal liva-i Maragha” which is rich with data for studying Azerbaijan historiography. This 

comprehensive register is a very valuable resource for research on history, economy, finance, 

demography, the ethnic composition of the population and etc.            

 

 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



458

 

Həsən Səfəri 



AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu 

 Cənubi Azərbaycan şöbəsi 

 

QƏRB DÖVLƏTLƏRİ VƏ RUSİYANIN OSMANLI DÖVLƏTİNİN ŞƏRQİNDƏ VƏ 



AZƏRBAYCAN ƏRAZİSİNDƏ ERMƏNİ DÖVLƏTİ YARATMAQ 

PLANLARININ TARİXİ KÖKLƏRİ 

 

Son iki yüz ildən Azərbaycanla Türkiyə ərazisində ermənilərin türklərə qarşı törətdiyi 



soyqırım və ümumiyyətlə erməni-xristianların türklərə qarşı ərazi iddiası, Azərbaycan və Türkiyə 

ərazisi hesabına dənizdən-dənizə “Böyük Ermənistan” xülyasının meydana gəlməsi Qərb dünyası 

və Rusiyanın bir neçə əsrlik işinin nəticəsidir. Regionda yerli türk-müsəlman əhaliyə qarşı 

soyqırımı cinayətlərinin törədilməsində böyük dövlətlərin erməniləri təşkilatlandırmaqda məqsədi 

türk ərazisində erməni dövləti yaratmaqla özlərinə daimi dayaq nöqtəsi qazanmaq idi. Lakin onlar 

bu prosesə hələ orta əsrlərdən başlamış, müxtəlif yollarla son iki yüz ildə regionda baş verən 

soyqırım və s. hadisələrə şərait yaratmışlar. Məsələnin kökündə isə Rusiya və Qərb dövlətlərinin 

Osmanlı dövlətinin güclənməsi, İstanbul (Konstantinopol) və Avropanın bir hissəsini işğal 

etməsindən təşvişə düşməsi dayanırdı. Həmin dövrdən Qərb dövlətləri və Rusiya planı Osmanlını 

zəiflətmək, başını şərq ərazilərdə münaqişə ilə qatıb Avropaya hücumunun qarşısını almaq 

olmuşdur.  

Hələ Konstantinopolun fəthindən əvvəl Osmanlı türklərinə qarşı ittifaq qurmaq üçün Avropa 

ölkələri tərəfindən cəhdlər olmuşdur. Belə ki, “Elxanilərin türklərə qarşı köməyini əldə etmək üçün 

1   ...   86   87   88   89   90   91   92   93   94


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə