Maliyyəhesabatlarındaoxşarxarakterlimaddələrinhərbirəhəmiyyətli sinfi ayrıca təqdim edilməlidir. Oxşar xarakterli və yafunksiyalı olmayan maddələr isə, onların qeyri- əhəmiyyətli olduğuhallardanbaşqa, ayrıcatəqdimedilməlidir.
Maliyyə hesabatları xüsusiyyətləri və funksiyalarına görə siniflərə birləşdirilən çoxlu sayda əməliyyatlar və ya digər hadisələr haqqında məlumatların işlənilməsi ilə hazırlanır. Ümumiləşdirmə və təsnifləşdirmə prosesininson mərhələsi maliyyə vəziyyəti haqqında hesabatda, maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatda, pul vəsaitlərinin hərəkəti haqqında hesabatda, xalis aktivlərdə/kapitalda dəyişikliklər haqqında hesabatda və ya qeydlərdə məlumatların müvafiq sətirlərdə əks olunmasıdır. Fərdi olaraq əhəmiyyətli olmayan maddə, hesabatlarda və ya qeydlərdə digər maddələrlə birləşdirilərək təqdim olunur.Maliyyə hesabatlarında əks olunmaq üçün kifayət qədər əhəmiyyətli olmayan maddələr, qeydlərdə ayrıca təqdim olunmaq üçün kifayət qədər əhəmiyyətli ola bilər.
Əhəmiyyətlilik prinsipinə əsasən, məlumat əhəmiyyətli olmadıqda,İctimai Sektor üçün Beynəlxalq Mühasibat Uçotu Standartları qoyulmuş xüsusi açıqlama tələblərini yerinə yetirməmək olar.
Qarşılıqlı əvəzləşdirmə
Aktivlər və öhdəliklər, və gəlirlər və xərclər İctimai Sektor üçünBeynəlxalq Mühasibat Uçotu Standartları ilə nəzərdə tutulduğu və yatələb olunduğu hallar istisna olmaqla, qarşılıqlıəvəzləşdirilməməlidir.
Aktivlər və öhdəliklər, habelə gəlirlər və xərclərin ayrca təqdim olunması əhəmiyyətlidir. Qarşılıqlı əvəzləşdirmənin əməliyyatların və ya digər hadisələrin mahiyyətini üzə çıxartdığı hallar istisna olmaqla, maliyyə vəziyyəti haqqında hesabatda və ya maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatda qarşılıqlı əvəzləşdirmə istifadəçilərin həm baş vermiş əmliyyatların və ya digər hadisələrin mahiyyətini başa düşməyə, həm də, təşkilatın gələcək pul vəsaitlərinin axınını proqnozlaşdırmaq imkanlarını azaldır. Aktivlərin dəyərindən onların dəyərinin azalması üzrə düzəlişlərin çıxılması qarşılıqlı əvəzləşdirmə hesab olunmur (məsələn, şübhəli borclarüçün yaradılmış ehtiyatlar çıxılmaqla debitor boclarının ölçülməsi).
Birja Əməliyyatlarından Gəlirlər üzrə İctimai Sektor üçün 9 №li Beynəlxalq Mühasibat Uçotu Standartı, gəlirin müəyyənləşdirilməsində tətbiq olunur və onun, təşkilat tərəfindən edilən hər hansı ticarət güzəştlərinin məbləğləri nəzərə alınmaqla, əldə olunmuş və ya olunacaq kompensasiyanın ədalətli dəyəri ilə qiymətləndirilməsini tələb edir.Təşkilat öz adi fəaliyyəti ərzində gəlir gətirməyən, lakin, əsas gəlir gətirən əməliyyatlara şərait yaradan digər əməliyyatlar həyata keçirir.Belə əməliyyatların nəticəsi əldə olunmuş gəlir və həmin gəlirlərin əldə olunması üçün çəkilən xərclər əvəzləşdirilərək sözügedən əməliyyatın və ya hadisənin mahiyyətini əks etdirəcək şəkildə təqdim olunur.Məsələn:
İnvestisyalar və əməliyyataktivləri də daxil olmaqla, uzunmüddətli aktivin xaricolmasından əldə olunmuş sair gəlrlər və sair xərclər maliyyə hesabatlarında aktivlərin xaricolmasından əldə olunmuş məbləğdən aktivin balans dəyərinin və onun satışına çəkilən müvafiq xərclərin çıxılması yolu ilə əks etdirilir; və
Qiymətləndirilmiş öhdəliklər, şərti öhdəliklər və şərti aktivlər üzrə İctimai Sektor üçün 19 №li Beynəlxalq Mühasibat Uçotu Standartına uyğun olaraq tanınan qiymətləndirilmiş öhdəliklərə aid olan və müqavilə razılaşması ilə üçüncü tərəfə ödənilən xərclər müvafiq kompensasiya ilə qarşılıqlı əvəzləşdirilə bilər.
Bundan əlavə, oxşar əməliyyatlar nəticəsində yaranmış mənfəət və zərərlər hesabatda netto əsasında təqdim edilməlidir (məsələn, məzənnə fərqindən mənfəət və ya zərər və ticarət məqsələri üçün saxlanılan maliyyə alətlərindən əldə olunan mənfəət və ya zərər).Lakin, belə və ya zərərlər əhəmiyyətli olduqda, maliyyə hesabatlarında ayrıca təqdim olunur.
Pul vəsaitlərinin hərəkətinin qarşılıqlı əvəzləşdirilməsi Pul Vəsaitlərinin Hərəkəti üzrə-
İctimai Sektor üçün 2 №li Beynəlxalq Mühasibat Uçotu Standartında öz əksini tapmışdır.