Maliyyəhesabatlarınıntərtibedilməsizamanıtəşkilatınfəaliyyətinindavametdirməqabiliyyətiqiymətləndirilməlidir.Buqiymətləndirməmaliyyəhesabatlarınınhazırlanmasıüzrəməsulşəxslər tərəfindən həyata keçirilməlidir. Təşkilatı ləğv etmək və yafəaliyyətinidayandırmaqniyyətininolduğuvəbunuetməkdənalternativvariantınolmadığıhallaristisnaolmaqla,maliyyəhesabatları fasiləsizlik prinsipləri əsasında hazırlanmalıdır. Təşkilatınfəaliyyətinidavametdirməkqabiliyyətibarədərəyformalaşarkən,maliyyə hesabatlarının hazırlanması üzrə məsul olanşəxslər,təşkilatıngələcəkdəfəaliyyətinidavam etdirməkqabiliyyətini şübhə altına alacaq hadisələr və ya şərtlərlə bağlı əsaslıqeyri-müəyyənliklərinolmasındanxəbardardırlarsa,bubarədəmüvafiqaçıqlamalarverilməlidir.Maliyyəhesabatlarıfasiləsizfəaliyyətprinsipləriəsasəndahazırlanmadıqda, bufakt,eləcədə
onun səbəbi və maliyyə hesabatlarının tərtib olunduğu əsasaçıqlanmalıdır. Maliyyə hesabatları, biq qayda olaraq, təşkilatın fəaliyyətinin fasiləsizlik prinsipinə, eləcə də, yaxın gələcəkdə əməliyyatlarını davam etdirəcəyi və hüquqi öhdəliklərini yerinə yetirəcəyi ehtimalına əsasında hazırlanır.Təşkilatın fəaliyyətinin fasiləsizlik prinsipinə uyğun olduğunu qiymətləndirən zaman maliyyə hesabatlarının hazırlanması üzrə məsul şəxslər maliyyə hesabatlarının təsdiqindən sonra ən azı on iki ay olan gələcək müddət üçün bütün məlumatları nəzərə almalıdırlar.
Bu məlumatların nəzərə alınması dərəcəsi müxtəlif şəraitlərdə müxtəlif olan faktlardan asılıdır və fəaliyyətin fasiləsizliyinin qiymətləndirilməsi, adətən, Kommersiya Təşkilatlarına tətbiq edilən ödəmə qabiliyyəti üzrə testlər əsasında müəyyən edilmir.Fəaliyyətin fasiləsizliyinin qiymətləndirilməsi üçün istifadə olunan likvidlik və ya ödəniş qabiliyyəti testlərinin nəticələri əlverişli olmamasına baxmayaraq müəyyən şəraitlərdə digər amillər təşkilatın davamlı fəaliyyət göstərəcəyindən xəbər verə bilər. Məsələn:
Müəyyən təşkilatların uzun müddət mənfi olan xalis aktivlərlərlə/kapitalla işləməsinə baxmayaraq, onlar dövlətin rüsumlar və vergilər yığmaq imkanlarını nəzərə alaraq davamlı fəaliyyət göstərən təşkilat kimi qiymətləndirilə bilər; və
Fərdi təşkilat üçün hesabat tarixində maliyyə vəziyyəti haqqında hesabatın qiymətləndirilməsi bu təşkilat üçün fəaliyyətinin fasiləsizlik prinsipinin müvafiq olmadığı haqqında qənaətə gəlmək olar.Lakin, təşkilatın davamlı fəaliyyəti təmin edəcək çox illik maliyyələşdirmə razılaşmaları və ya müavilələri ola bilər.
Faəliyyətin fasiləsizlik prinsipinin münasib olub-olmadığının müəyyənləşdirilməsi, əsas etibarilə fərdi təşkilatlara şəmil edilməlidir, nəinki bütünlükdə dövlətə.Fərdi təşkilatlar üçün fəaliyyətin fasiləsizliyi prinsipinin uyğun olub-olmamasının qiymətləndirilməsi zamanı maliyyə hesabatlarının hazırlanması üçün məsul şəxslər təşkilatın cari və gözlənilən fəaliyyəti, təşkilatın bölmələrində potensial və elan edilmiş struktur dəyişiklikləri, gəlirlərinvə davamlı dövlət maliyyələşməsinin ehtimalının maliyyələşdirilməni əvəz edə bilən potensial mənbələr ilə bağlı çox saylı amilləri nəzərə alınmalıdır.