İdman təbabəTİ VƏ GİGİyena



Yüklə 1,93 Mb.
səhifə177/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   173   174   175   176   177   178   179   180   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

19. 12.2. Süd və süd məhsulları

Südün tərkibində orqanizm üçün lazım olan bütün qida maddələri həll olmuş və ya kiçik dispers vəziyyətdə olur ki, bu da onun yüngül qida olmasını, yaxşı həzm olunmasını və mənimsənilməsini (95-98%) təmin edir. Süd və süd məhsulları qidalanmada, xüsusən uşaqların, xəstələrin və qocaların qidalanmasında əvəzolunmaz məhsuldur.

Süd məhsullarından gündəlik istifadə etdikdə onun tərkibində olan amin turşuları bütün qida rasionundakı zülalların tarazlığına optimal şərait yaradır. Süd yağları kiçik dispersli emulsiya vəziyyətində olub, tərkibində doymamış yağ turşuları (linol, linolen, araxidon) vardır. Süddə olan kalsium və fosfor əlverişli nisbətdə olub orqanizm tərəfindən asan mənimsənilir.

Südün kimyəvi tərkibi stabil deyildir, heyvanın cinsindən, yemindən, sağım dövründən, ilin fəslindən və bir sıra başqa amillərdən asılıdır.

İnək südünün tərkibində 87-88% su, 3,3% zülallar, 3,2% yağlar, 4,7% karbohidratlar, 0,7% mineral maddələr vardır.

100 q inək südünün enerji dəyəri orta hesabla 65 kkal-dır.

Süddə vitaminlərdən A,D, az miqdarda B qrupu, cüzi miqdarda «C» vitamini vardır. İnək və südü keçinin tərkibində kazein çox olur.

Südün konservləşdirmə məhsullarından quru süd geniş yayılmışdır. Onu pasterizə edilmiş südü vakuum-kameralarda püskürdərək qurutmaqla alırlar. Müvafiq həcmdə suda həll etməklə quru süddən hazırlanan məhsul təbii südü tamamilə əvəz edə bilir.




Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin