İbtidai və ya kiçik məktəb yaş dövrü (6-11 yaş).
Bu dövr ibtidai siniflərdəki təlim dövrünü əhatə edir. Bu dövrdə uşaqları xarici mühitin mənfi təsirlərindən qorumaqla bərabər, yaxşı təşkil edilmiş təlim-məşq proseslərini və bədənin möhkəmləndirilməsini davam etdirmək lazımdır. Bundan əlavə, xüsusi tədbirlərlə-səmərəli gündəlik rejimə, qidalanmaya, dinamik həyat tərzinə, fiziki hərəkətlərə, müxtəlif oyunlara, idmanla məşğul olmağa ciddi fikir vermək lazımdır.
2. Yeniyetmə və ya orta məktəb yaş dövrü (11-15 yaş).
Bu dövrlərdə təlim-tərbiyə və ictimai faydalı iş rejiminə əməl olunmalı, tam və düzgün qidalanmaya, səmərəli istirahətə, qamətin düzgün formalaşmasına, düzgün iş vərdişlərinə fikir verilməlidir. Fiziki cəhətcə yaxşı inkişaf etməmiş, tez yorulan, yoluxucu xəstəlik keçirmiş, zədə almış yeniyetmələrə xüsusi diqqət yetirilməlidir, çünki onların arasında sinir, tənəffüs, ürək qan-damar sistemi xəstəliklərinə daha çox təsadüf edilir.
Dostları ilə paylaş: |