İdman təbabəTİ VƏ GİGİyena



Yüklə 1,93 Mb.
səhifə182/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   178   179   180   181   182   183   184   185   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

1. Südəmər dövr. Bu bir yaşa qədər olan dövrdür. Bu dövrdə uşaqların böyüməsi üçün ən əsas şərt onu ana südü ilə, ananı isə səmərəli vitaminli qidalanma və düzgün gündəlik rejimlə təmin etməkdir. Göstərilənlərdən əlavə, uşaqlarda müsbət emosiyalar yaradan şərait (əlvan oyuncaqlar, xoş dindirmə), səmərəli gün rejimi (5-6 saat açıq havada olmaq) təşkil etmək, gigiyenik şəraitdə yedizdirmək (otağın mikroiqlim şəraitini yaxşılaşdırmaq), infeksiyalardan qorumaq, profilaktik peyvəndlər etmək zəruridir.

Uşaq südəmər dövrdə süni qidalandırıldıqda, onun boy artımı və fiziki inkişafı ləngiyir, xəstəliyə qarşı müqaviməti azalır. Bu dövrdə uşaqlar daha çox xəstələnirlər. Bu dövrdə uşaqlarda olan xəstəliklərə - yuxarı tənəffüs yollarının iltihabı, qrip, pnevmoniya, mədə-bağırsaq xəstəlikləri, kəskin otit (orta qulağın iltihabı), piodermiyanı (dərinin irinli səpgiləri) göstərmək olar.




Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   178   179   180   181   182   183   184   185   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin