İdman təbabəTİ VƏ GİGİyena


Su vasitəsi ilə bədənin möhkəmləndirilməsi



Yüklə 1,93 Mb.
səhifə190/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   186   187   188   189   190   191   192   193   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

2.3. Su vasitəsi ilə bədənin möhkəmləndirilməsi. Bu prosedurlarda bədən qızarıncaya qədər yaş dəsmalla silinir. Bu zaman 30-320C hərarətli sudan istifadə edilir və hər 2-3 gündən bir suyun hərarəti 1-20 aşağı salınır.

Su vannalarının qəbulunun bədənin möhkəmləndirilməsi üçün böyük əhəmiyyəti vardır. Erkən uşaq yaşlarında 350C, məktəbə qədər uşaq yaşlarında 330C, məktəb yaşlarında 280C hərarətli su vannalarından istifadə edilməsi məsləhətdir.

Ayaq vannalarının qəbul edilməsinin də bədənin möhkəmlən-dirilməsində böyük əhəmiyyəti vardır. 2-3 yaşından başlayaraq hər gün ayaqları isti suya qoyurlar, hər iki gündən bir suyun hərarətini 10 aşağı salırlar. Bədənin fərdi reaksiyasını nəzərə alaraq suyun hərarətini 180C-yə, hətta 140C-yə qədər salmaq olar.

Bədəni möhkəmlətmək üçün duşdan istifadəyə ancaq böyük yaşlı uşaqlara icazə verilir. Bu zaman suyun hərarəti 200C-dən aşağı duş qəbul edilməsi müddəti isə 1 dəqiqədən çox olmamalıdır.

Uşaqların və yeniyetmələrin bədəninin möhkəmləndirilməsində ən yaxşı üsullardan biri təbii su hövzələrindən istifadə edilməsidir. Bu zaman su hava və günəş şüaları bədənə birlikdə təsir göstərir. Çayda, göldə, dənizdə suyun hərarəti təxminən 20-220C, havanın hərarəti 240C olduqda çimmək məsləhət görülür. Çimmək müddəti kiçik yaşlı məktəb uşaqları üçün 5-15 dəqiqə, orta və böyük yaşlı uşaqlar üçün 20-25 dəqiqə artıq olmamalıdır. Suyun hərarəti 160C-dən aşağı olduqda çimmək mövsümü qurtarmalıdır.


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   186   187   188   189   190   191   192   193   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin