2.2. Hava günəş vannaları vasitəsilə bədənin möhkəmləndirilməsi. Birinci 2-3 gündə günəş hava vannalarının qəbulu 5-10 dəqiqə davam etdirilir, getdikcə həmin müddət uzadılır (gündə 3-4 dəqiqə) orta və böyük məktəb yaşlı uşaqlar üçün 50-60 dəqiqəyə çatdırılır. Hər 25-30 dəqiqədən bir 10-15 dəqiqə tənəffüs verilir. Bu zaman uşaq kölgədə istirahət edir və sonra həmin əməliyyat təkrarlanır. Kiçik məktəb yaşlılar üçün müddət azaldılmalıdır. Əgər uşaqlar bu əməliyyat zamanı hərəkətdə olurlarsa (topla oynamaq, fiziki hərəkətlər etmək və s.) bədəni möhkəmlətmə vaxtı uzadıla bilər.