İdman təbabəTİ VƏ GİGİyena


GÜNDƏLİK SƏRF OLUNAN ENERJİNİN MİQDARININ HESABLANMASI



Yüklə 1,93 Mb.
səhifə174/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   170   171   172   173   174   175   176   177   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

19.9. GÜNDƏLİK SƏRF OLUNAN ENERJİNİN MİQDARININ HESABLANMASI

Orqanizmin gün ərzində sərf etdiyi enerji üç hissədən ibarətdir:



  1. Əsas mübadiləyə sərf olunan enerji;

  2. Qidanın spesifik-dinamik təsirinə və ya qəbul olunan qidanın həzminə və mənimsənilməsinə sərf olunan enerji;

3) Zehni və fiziki işə sərf olunan enerji.

Əsas mübadilə dedikdə axırıncı qida qəbulundan 12-14 saat keçdikdən və işdən sonra kifayət qədər istirəhət etdikdən sonra normal meteoroloji şəraitdə və orqanizmin tam sakit vəziyyətdə sərf etdiyi enerji nəzərdə tutulur.

Əsas mübadiləyə sərf olunan enerji – orqanizmin əsas həyat fəaliyyətinə, tənəffüsə, ürəyin, böyrəklərin, həzm üzvlərinin işinə və s. sərf olunan enerjinin miqdarıdır.

Yaşlı adamlarda əsas mübadilə 1 saatda 1 kq çəkiyə 1 kkal enerji sərf olunur.

Qida qəbulu ilə əlaqədar olaraq həzm üzvlərinin fəaliyyəti və skelet əzələlərinin işi artır, bu da əsas mübadilənin artmasına səbəb olur. Mübadilənin artmasına qəbul olunan qidanın tərkibi də təsir edir. Belə ki, mübadilənin ən çox artmasına zülallar, nisbətən az karbohidratlar və daha az yağlar təsir göstərir.

Gün ərzində sərf edilmiş enerjini cədvəl vasitəsilə də təyin etmək mümkündür. Təcrübədə bu üsul ən sadə və əlverişli hesab olunur. Bunun üçün xronometrik yolla gün ərzində insanın fəaliyyətinə istirahət, qida qəbulu, yuxunu da daxil etməklə sərf olunan vaxtı tapıb cədvəldəki müvafiq iş zamanı sərf olunan enerji rəqəminə vurmaq lazımdır (cəd.№ 18 ).

Ayrı-ayrı işlərdə və sakit halda sərf olunan enerjini cəmlədikdə ümumi enerji tapılır. Cədvəldə (cədvəl 17) qaz mübadiləsinə görə təyin olunmuş, orqanizmin ayrı-ayrı fəaliyyəti zamanı sərf olunan enerjinin miqdarı verilmişdir. Həmin cədvəldə sərf olunan enerji əsas mübadilə də daxil olmaqla 1 dəqiqədə 1 kq çəkiyə görə göstərilmişdir

Bu üsulla alınmış nəticə təxmini olsa da, gün ərzində sərf edilmiş enerjinin miqdarını göstərir və bununla da qidanın kaloriliyinə olan tələbat təyin edilir.

Orqanizmin sərf etdiyi enerjinin hesablanmasına aid misal:

Tutaq ki, cinsi kişi, çəkisi 70 kq olan idmançı tələbənin gün ərzində sərf etdiyi enerjini hesablamaq lazımdır.


Cədvəl № 18






Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin