İdman təbabəTİ VƏ GİGİyena



Yüklə 1,93 Mb.
səhifə170/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   166   167   168   169   170   171   172   173   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

19.6.1. MAKROELEMENTLƏR

Natrium (xörək duzu) qanda və hüceyrələr arası mayelərdə osmotik təzyiqin tənzimlənməsində böyük rol oynayır. O, bütün orqan və toxumaların, bioloji maddələrin tərkibində vardır. Mədə turşusunun tərkibinə daxildir. Natrium xlorun çatışmaması və ya onun tərlə çox itirilməsi nəticəsində normal osmotik təzyiq pozulur, toxumalar susuzlaşır, zülalların parçalanması artır, mədə turşuluğu azalır.

Kalium. O, turşu-qələvi tarazlığını tənzimləyir, bir sıra fermentlərin işini aktivləşdirir, asetilxolinin əmələ gəlməsində və sinir qıcıqlarının əzələlərə ötürülməsində iştirak edir, orqanizmdən mayelərin çıxarılmasına yardım edərək qan təzyiqini normallaşdırır. Kaliumlu pəhriz qidalarından hipertoniyada, böyrək, ürək-damar xəstəliklərində və şişlərdə istifadə edilir. Kalium ən çox quru meyvələrdə, kartofda, lobyada, meyvə və tərəvəzlərdə olur. Gündəlik tələbat 2- 3 qramdır.

Kalsium. Kalsium İstinad aparatı toxumalarının tərkibinə daxil olub, skeletin formalaşmasında böyük rol oynayır. Sümükdə və dişlərdə 98% kalsium duzları vardır. Kalsium sinir sisteminin qıcıqlanmasını və əzələlərin işini tənzimləyir, ürək əzələsinin normal işləməsinə şərait yaradır, fermentlərin fəaliyyətini aktivləşdirir, orqanizmin müdafiə qüvvəsini artırır, qanın laxtalanmasında iştirak edir və iltihab prosesi əleyhinə təsir göstərir. Kalsium ən çox süddə və süd məhsullarında, yumurtada, yarmalarda olur. Gündəlik tələbat 800 mq-dır.

Fosfor. Fosfor bir sıra üzvi maddələrin aralıq mübadiləsində iştirak edir. Karbohidratların fosforlaşmasında və əzələ təqəllüsü mexanizmində fosforun rolu daha böyükdür. Fosforun üzvi birləşmələri bioloji parçalanma nəticəsində alınan enerjinin akkumlyatoru (toplayıcısı) sayılır.

Fosfor çoxlu miqdarda pendirdə, qaraciyərdə, noxudda, lobyada, çörəkdə, vələmir və qarabaşaq yarmasında vardır. Gündəlik tələbat 1-2 q-dır.




Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin